Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə85/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   81   82   83   84   85   86   87   88   ...   111

birliyi” hərəkatı Bişkekin küçələrində dinc nümayiş 
təşkil etdi. 
“Ala-Too”  meydanında  onun  iştirakçılarını 
sabiq  hakimiyyətin  nümayəndələri  qarşıladılar. 
Qarşıdurma  qan  tökmək  həddinə  çatmışdı.  Belə 
müstəsna dərəcədə mürəkkəb məqamda Prezident 
Ə.Akayev öz vəzifəsindən imtina edib, Qırğızıstanı 
tərk  etdi.  Sonra  hökumət  başçısı  N.Tanayev 
istefaya çıxdı. Beləliklə, “Ala-Too” meydanındakı 
qarşıdurma dinc mitinq iştirakçılarını hakimiyyətə 
gətirdi. 
Həmin  anda  əsas  məsələ  yeni  başçı  və  ölkə 
lideri idi. Aydın məsələ idi ki, Ə.Akayevin qayıtması 
mümkün  olmayacaq.  Dövlət  başçısı  vəzifələrini 
K.S.Bakiyev icra edirdi. Onu həm sabiq, həm də 
mövcud  çağırışların  deputatları  dəstəkləmişdilər. 
K.S.Bakiyevin  hakimiyyətə  gəlməsi  –  yenilənmə 
belə baş verdi. 2005-ci il iyulun 10-u Respublika 
Prezidenti  seçkiləri  keçirildi  və  K.S.Bakiyev  öz 
rəqibləri üzərində tam qələbə qazandı. Prezidentin 
inaqurasiyası avqustun 14-ü baş tutdu və o, rəsmən 
vəzifəyə keçdi.
2006-cı ilin noyabrında və 2007-ci ilin aprelində 
Bakiyev  rejiminin  əleyhinə  və  Konstitusiyasının 
yeni redaktəsi lehinə kütləvi mitinqlər başladı. 
2007-ci  ilin  sentyabrında  Konstitusiyanın 
yeni  layihəsi  ümumxalq  müzakirəsinə  çıxarıldı, 
oktyabrın 21-i isə referendumda ölkənin yeni baş 
qanunu qəbul edildi. 22 oktyabr 2007-ci ildə, 2005-
ci ildə seçlimiş Joqorku Keneş Prezident sərəncamı 
ilə vaxtından qabaq buraxıldı. 2007-ci ilin dekarın 
16-da isə 90 nəfərdən ibarət Joqorku Keneşin yeni, 
dördüncü  çağırışına  deputat  seçkiləri  keçirildi. 
Yeni  Konstitusiya  redaktəsinə  əsasən,  seçkilər 
həm  də  yeni  qayda  ilə  –  partiya  siyahılarına 
əsasən həyata keçirilirdi. Joqorku Keneşin birinci 
iclası  dekabrın  21-i  baş  tutdu,  orada  deputatlar 
dövlətin və xalqın maraqlarını qoruyacaqlarına and 
içdilər.  71  nəfərdən  ibarət  “Ak  Jol”,  11  nəfərlik 
Qırğızıstanın  Sosial-Demokratik  Firqəsi  və  8 
nəfərlik Qırğızıstanın Kommunist Partiyası adlı 3 
deputat fraksiyası yaradıldı. 
2010-cu ilin aprelin 7-də Qırğızıstan xalqı “ailə” 
hakimiyyətinin  cinayətkar  rejimli  Kurmanbəy 
Bakiyevi  hakimiyyətdən  devirdi.  O,  2005-ci  ilin 
yayında, dövlət başçısı vəzifəsinə seçilməzdən əvvəl 
söz  vermişdi  ki,  dövlət  idarəçiliyində  korrupsiya, 
qohumbazlıq,  tayfabazlığın  kökünü  kəsəcək  və 
siyasi  təqiblərə  son  qoyacaq.  Lakin  növbəti  beş 
ildə  Bakiyev  hər  şeyi  tərsinə  etdi:  korrupsiya 
çiçəkləndi, onlarla siyasi qətllər törədildi, birr şox 
görkəmli siyasi xadimlər həbs edildilər, bütün KİV-
lər nəzarət altına alındı, seçki institutu bütünlüklə 
hörmətdən  düşdü.  Prezident  dövlət  hakimiyyətini 
öz  yaxın  qohumları  ilə  doldurdu,  energetikanın 
strateji  obyektlərini  dəyər-dəyməzinə  özəlləşdirdi 
və  misli  görünməmiş  miqyasda  konstitusiyanı 
pozmağa  əl  atdı.  Nəhayət,  hakimiyyətin  növbəti 
təxribatından sonra əhali üsyana qalxdı. Alay, Narın 
və  Talasda  başlayan  kütləvi  çaxnaşmalar  özlkənin 
digər regionlarına da keçdi. Aprelin 6-sı müxalifətin, 
demək olar ki, bütün liderləri həbs edildi. Insanların 
dinc  və  güc  tətbiq  etmədən  etiraza  qalxmağa  can 
atmalarına  rəğmən,  hakimiyyət  prosesə  zorakılıq 
qataraq  silahlı  münaqişə  məcrasına  çevirdi. 
Bakiyevin  rejimi  dinc  nümayişçiləri  məhv  etmək 
məqsədilə  atəş  açdı.  Nəticədə  onlarla  günahsız 
gənc  öldürüldü.  Lakin  hakimiyyət  ayağa  qalxmış 
vətəndaşların  hiddətinin  və  iradəsinin  qarşısını  ala 
bilmədi.  Xalqın  əleyhinə  hərəkət  etmiş  cinayətkar 
hakimiyyət  biabırçılıqla  paytaxtdan  qaçdı.  Bu 
şəraitdə Qırğızıstan Respublikasının müvəqqəti xalq 
hökuməti  ölkədə  legitim  seçiləcək  hakimiyyətin 
formalaşmasına  qədər  dövləti  və  cəmiyyətdəki 
vəziyyəti  tam  nəsuliyyətlə  idarə  etmək  üçün  öz 
üzərinə  götürdü.  Təəssüf  ki,  Bakiyevin  ətrafındakı 
qisasçı, təxribatçı şəxslərin qızışdırılması və ayrı-ayrı 
separatçı qüvvələrin günahı iyun ayında respubliknın 
cənubunda  millətlərarası  qarşıdurmalara  gətirib 
çıxardı.  Insanlar  həlak  oldular.  Bu  dəhşətli 
münaqişəni möcüzə nəticəsində dayandıra bildilər. 
2010-cu  ilin  oktyabrın  10-u  29  partiyanın 
iştirakı ilə parlamentə seçkilər keçirildi. 5%-lik səddi 
“Ata Jurt” – 28 yer, SDPK – 26, “Ar-Namıs” – 25, 
“Respublika” – 23 və “Ata Meken” – 18 yerlə adları 
çəkilmiş partiyalar aşa bildilər. Seçkilər əvvəlkilərə 
nisbətən düzgün və ədalətli keçirildi. 
Biz Qırğızıstanın birinci və ikinci prezidentinin 
heyətlərini çıxarmalıyıq. Belə ki, sonuncu seçkilərdə 
hökumətin formalaşmasından ötrü Joqorku Keneşə 
uydurma,  ələbaxan  siyasi  partiyalar  deyil,  real 
firqələr təqdim edilmişdi. Yenidən seçilmiş Joqorku 
Keneş və Qırğızıstan Respublikasının Yeni hökuməti 
dövlət idarəçiliyinin inkişafında aşağıdakı prinsipləri 
prioritet hesab etməlidir: 
ölkədə  xalqın  hakimiyyətini  bərpa  etmək, 
demokratik  dövlət  quruluşunu  geri  qaytarmaq, 
ailə  klanından  və  hakimiyyətin  kim  tərəfindənsə 
qanunsuz  ələ  keçirilməsi  imkanından  qəti  surətdə 
can qurtarmaq;  
•  Qırğızıstanı  elə  bir  ölkəyə  çevirmək  ki, 
orada  namus,  vicdan,  ədalət  hər  bir  insanın, 
icmanın,  millətin  əsas  mənəvi  qayəsinə  çevrilsin; 
Cəmiyyətimizə  vicdanı  və  düzgünlüyü  –  bütün 
normal cəmiyyətə aid mənəvi normaları – qaytarmaq 
lazımdır.  Bundan  ötrü  bizə,  ilk  növbədə,  vicdanlı 
dövlət, vicdanlı və ləyaqətli hakimiyyət lazımdır; 
•  Hamı üçün bərabər olan düzgün və ədalətli 
220


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə