Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə81/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   77   78   79   80   81   82   83   84   ...   111

Qırğızıstanı  deyil,  bütün  ittifaq  respublikalarını 
ağır sınaq qarşısında qoydu. 380 mindən döyüşçü-
qırğız  böyük  vətənin  sərhədlərini  qorumağa 
getdilər. Onların 80 mini, əsasən də cavanlar, qanlı 
döyüşlərdə həlak oldular. Qırğızıstan müharibədən 
sonra  ən  yaxşı  övladlarını  itirmiş  Tolqonay  ana 
obrazına  çevrildi.  Ç.Tuleberdiyev  kimi  sinəsi  ilə 
mazğala sipər olan və bununla batalyonun yolunu 
açan qəhrəmanlar isə ölməz şücaət və qəhrəmanlıq 
göstərdilər. Təsadüfi deyildir ki, onun dəfn edildiyi 
Voronej torpağında hündür obeliskin üzərində belə 
bir  yazı  vardır:  “Eşq  olsun  sənə,  qırğız  xalqının 
qəhrəmanı”.  Müharibə  illərində  respublikamıza 
ölkənin cəbhəyanı bölgələrindən 200 mindən çox 
insan təxliyə olunub gəlmişdi. 76 qırğızıstanlı Sovet 
İttifaqı  Qəhrəmanı  adı  aldı,  fəqət  məlum  olduğu 
kimi, onların heç də hamısı geri qayıtmadı. Onların 
çoxusu  həyatlarını  döyüş  meydanında  itirdilər. 
Məktəb  illərindən  panfilovçu-qəhrəmanların 
soyadları bizim hamımıza bəllidir: general Panfilov 
İvan  Vasilyeviç,  Şopokov  Duyşenkul,  Ananyev 
Vasili,  Tuleverdiyev  Çolponbay,  qadın-təyyarəçi 
Pasko Yekaterina, iki dəfə Sovet İttifaqı Qəhrəmanı 
Begeldinov Talqat,  öz  vətəninin  əsil  vətənpərvəri 
Asanov  Dayır,  hal-hazırda  yaşayan  general 
Usenbəyov Kalıynur Usenbeyoviç – Böyük Vətən 
müharibəsi  veteran-iştirakçılarının  şurasının  sədri 
və bir çox başqaları. Arxa cəbhədə yağı üzərində 
qələbə naminə əmək fəaliyyəti göstərənlər üçün də 
asan deyildi.
Respublikanın  xalq  təsərrüfatının  hərbi 
istiqamətə  yönlənməsində    başlıca  vəzifə  ölkənin 
mərkəzi regionlarından evakuasiya edilmiş sənaye 
müəssisələrinin  yerləşdirilməsi  və  istehsalatın 
yoluna salınması məsələsi idi.
Qırğızıstana 28 iri fabrik və zavod gəldi. Bunlar 
Zaporojets  vilayətindən  Berdyansk  maşınqayırma 
zavodu,  Donetsk  vilayətindən  civə  kombinatı, 
Odessadan  dəri-gön  və  yapışqan  zavodları, 
Xarkovdan  tikiş  fabriki,  Kursk  və  Xarkovdan 
trikotaj  fabrikləri,  beş  ayaqqabı  fabriki,  bir  neçə 
şəkər  zavodu,  Rostovdan  spirt  zavodu,  Kursk 
vilayətindən  mexanika-təmir  zavodu,  Kiyevdən 
ayaqqabı fabriki və başqaları idi. 
Qırğızıstanda evakuasiya edilmiş və cəbhəyanı 
bölgələrdən  gəlmiş  əhalinin  yerləşdirilməsi  üzrə 
böyük işlər görülürdü. Təkcə 1941-ci ilin iyulundan 
1942-ci ilin yanvarına qədər Qırğızıstana 61,8 min 
adam  gəlmişdi.  Bunlar  Moskva  şəhəri,  Moskva 
və  Leninqrad  vilayətləri,  Ukrayna  və  Belorusiya, 
uzaq Litva və Karelo-Fin SSR, Kursk, Orlov, Tula, 
Rostov,  Voronej,  Stalinqrad  vilayətlərinin,  Krım, 
Stavropol  və  Krasnodar  diyarlarının  sakinləri 
idilər.  Bunlardan  əlavə,  Qırğızıstana  12,9  min 
Polşa vətəndaşı evakuasiya edilmişdi. 
Evakuasiya edilmiş şəxslərin qəbulu, yerbəyer 
rahatlanması  və  işlə  təmin  edilməsi,  gələn 
qaçqınlara  ilkin  praktiki  kömək  göstərilməsi 
üçün  respublika,  vilayət  və  rayon  komissiyaları 
yaradılmışdı.  Qırğızıstanın  camaatı  evakuasiya 
olunmuş  insanların  qəbulu  üçün  əlindən  gələni 
əsirgəmirdi  və  yenidən  gəlmişlərlə  birgə  bütün 
qüvvəni cəbhəyə yönəldirdi.
1946-1985-ci 
illərdə, 
bütün 
ittifaq 
respublikaları  kimi,  bizim  ölkəmiz  də  iqtisadi, 
sosial-mədəni  sahədə  nəzərəçarpacaq  uğurlar 
əldə etdi. Bu, dağıdılmış təsərrüfatın bərpa dövrü 
idi. 200-dən çox iri sənaye müəssisəsinin tikintisi 
həyata  keçdi.  Toktoqul  və  Narın  SES-ləri  inşa 
edildi.  Bu,  beynəlmiləlçilik,  bərabərlik,  Sov.İKP-
nin  başçılığı  altında  gələcəyə  inam,  inkişaf  edən 
sosializmin qurulması epoxası idi. Bu dövrün parlaq 
şəxsiyyətlərindən  N.Boqolyubov,  İ.Rəzzaqov, 
A.Tokombayev, 
T.Sıdıkbəyov, 
S.İbrahimov, 
Z.Kaynazarova, T.Usubəliyev, Ç.Aytmatovu misal 
çəkmək olar. 
I.Rəzzaqov 
respublikanın 
elmi-təhsil 
potensialının  inkişafına  xüsusi  qayğı  göstərirdi. 
Həmin  dövrdə:  Elmlər  Akademiyası,  Qırğız 
Qızlar Pedaqoji İnstitutu, Oş və Prjevalsk pedaqoji 
institutları,  Qırğızıstan  Bədən  Tərbiyəsi  İnstitutu, 
bir  çox  elmi  və  təhsil  müəssisələri  yaranmışdı. 
İshaq Rəzzaqovun şəxsi təşəbbüsü və fəal iştirakı 
ilə  milli  kadrlar  hazırlanırdı.  Elm  öyrənmək 
istəyən,  istedadlı  oğlan  və  qızlar  Moskva, 
Leninqrad,  Novosibirsk,  Omsk  şəhərlərinin  ali 
təhsil müəssisələrinə göndərilirdilər. SSRİ Elmlər 
Akademiyasının  qırğız  filialına  1943-1952-ci 
illərdə  rəhbərlik  etmiş  K.İ.Skryabin  bunu  xüsusi 
qeyd edirdi. 
İ.Rəzzaqovun 
Qırğızıstanda 
rəhbərliyi 
dövründə  mədəniyyətin  və  kütləvi  informasiya 
vasitələrinin  inkişafında  nəzərəçarpacaq  uğurlar 
əldə edildi. 50-ci illərdə respublikada ədəbiyyat və 
incəsənətin bütün janrlarında əsərlər yaranırdı 1958-
ci ildə Moskvada keçirilən Qırğızıstan bədii xalq 
yaradıcılığı dekadası onun xalqını, mədəniyyətini 
bütün  İttifaq  boyu  məşhurlaşdırdı.  İ.Rəzzaqovun 
müasirləri deyirdilər ki, o, dekadada qırğız xalqını, 
onun mədəni irsini təmsil edən artistlərin, akınların 
uğuruna necə səmimi qəlbən sevinirdi.
40-50-ci  illərdə  Moskva  və  Leninqradın 
elmi-mədəni  mərkəzlərinin  görkəmli  alimlərinin 
və  məşhur  ictimai  xadimlərin  iştirakı  ilə  qırğız 
212


xalqının  tarixinin  tədqiqatı  və  dəqiqləşdirilməsi 
üzrə, “Manas” eposunun hərtərəfli öyrənilməsində 
böyük işlər aparıldı. 1952-ci ildə “Manas” dastanı 
ilk dəfə olaraq nəşr edildi, 1956-cı ildə isə qırğız 
xalqının  əmələ  gəlməsi  (etnogenezisi)  barədə 
ümumittifaq  səviyyəli  elmi-praktiki  konfrans 
keçirildi.  “Manas”  eposunun  əsil  xəlqiliyi  sübut 
edildi.
İshaq  Rəzzaqov  təkcə  qırğız  xalqının  deyil, 
eləcə  də  bütün  Orta  Asiyanın  dahi  şəxsiyyəti, 
dövlət və siyasi xadimi idi. Xalq içində belə deyim 
var:  “Çətin  günlər  gələr,  qəhrəmanlar  doğular”. 
Bəşər tarixi yaranan gündən belə olmuşdur. 
Qırğızıstanın sənayesi “inkişaf edən sosializm” 
vəziyyətində  ölkənin  vahid  xalq  təsərrüfatı 
kompleksinin ayrılmaz hissəsi kimi inkişaf edirdi. 
1965-1985-ci  illərdə  respublikada  milli  gəlir  2,7 
dəfə, sənaye məhsulu 4,4 dəfə artmışdı. Onlardan 
maşınqayırma  və  metal  emalı  sahəsi  8  dəfə, 
elektrik enerjisi istehsalı 5 dəfə artdı. Həmin illər 
ümumi məhsulun 60%-i, respublika milli gəlirinin 
yarısından  çoxu  istehsal  sənayesinin  payına 
düşürdü. 150 yeni sənaye müəssisəsi tikilmişdi.
Qırğızıstan  SSR-də  xalq  təsərrüfatının 
kompleksi  daxilində  əsas  istiqaməti  sənayenin 
energetika,  əlvan  metallurgiya,  maşınqayırma, 
elektronika,  elektrotexnika,  cihazqayırma,  tikinti 
sənayesi  kimi  sahələri  müəyyənləşdirməyə 
başladı. Çoxlu sayda yüngül sənaye, ərzaq və ət-
süd sahələri üzrə müəssisələr yenidən tikildi və ya 
rekonstruksiya edildi.
80-ci illərin əvvəllərində Orta Asiyada çıxarılan 
qara  kömürün  40%-i  Qırğızıstan  SSR-in  payına 
düşürdü. Lakin bu göstəricilər də sənayenin daha 
çox  ekstensiv  inkişafı  sayəsində  əldə  edilmişdi. 
Qırğızıstanda energetikanın artımı Narın şəlaləsində 
Üç-Korqon  və  Toktoqul  SES-lərin  tikilməsi 
sayəsində  təmin  olundu.  80-ci  illərin  ortalarında 
respublikanın  hidroelektrostansiyalarında  ildə 
11  mlrd  kilovatt-saat  elektrik  enerjisi  istehsal 
olunmuşdu.  Müasir  Qırğızıstanın  ən  perspektivli 
sahələrindən  biri  olan  hidroenergetika  məhz  o 
illər  formalaşmışdı.  Ümumittifaq  çərçivəsində 
Qırğızıstanda  əsas  istiqamətdə  antimon,  civə, 
nadir  metalların  istehsalı  mühüm  rol  oynayırdı. 
Kadamcay kombinatında istehsal edilmiş antimon 
dünya  bazarında  keyfiyyət  etalonu  idi.  Dünya 
bazarında Haydarkan civə kombinatının məhsulları 
da yüksək dəyərləndirilirdi. 70-80-ci illərdə əlvan 
metallurgiya  respublika  istehsalatında  birinci 
yer  tutmuşdu.  1970-1985-ci  illərdə  əlvan  metal 
istehsalı iki dəfədən də çox artdı. Bu məhsul 40-dan 
çox dünya ölkəsinə ixrac olunurdu. Bununla yanaşı 
qızıl, mis, qalay və başqa metalların yeni yataqları 
kəşf  edilmiş  və  yerlərdə  istehsal  müəssisələrinin 
tikintisinə başlanılmışdı. 
1986-1990-cı 
illər 
ərzində 
SSRİ-də 
“yeni  düşüncə”,  “sürətləndirmə”,  “aşkarlıq”, 
durğunluq  dövrünün  tənqidi  kimi  şüarlar  altında 
yenidənqurma  gedirdi.  Reformaların  məqsədi 
sosialist cəmiyyətinin kökündən “rekonstruksiya”sı 
idi,  amma  sosial-məişət  problemlərinin  həll 
edilməməsi iqtisadi böhranı daha da kəskinləşdirdi. 
Xalq  cəbhələri  yaradıldı,  müxtəlif  qeyri-rəsmi 
birliklər,  bölgələrarası  deputat  qrupları  meydana 
gəldi.  Rusiyada  demokratik  hərəkat  gücləndi, 
Vilnüs,  Tbilisi,  Bakı, Almatıda  dəhşətli  hadisələr 
baş  verdi.  Sov.İKP  MK-nın  aprel  plenumundan 
(1985) sonra qırğızların tarixində ilk dəfə olaraq, 
SSRİ  Ali  Sovetinə  alternativ  seçkilər  keçirildi. 
1989-cu ildə qırğız dilinə dövlət statusu verildi. Bu, 
milli özünüdərk və millətin mənəvi dirçəlməsində 
əvəzsiz rol oynadı. 
Bütün  mənfi  xüsusiyyətlərə,  milli  çalarları 
SSRİ-nin  siyasi  qalxma-enmə  liberalizasiyasının 
təsirinə  məruz  qalaraq,  ənənələri  hamarlayan 
komanda-inzibatçılıq  sisteminin  nəticələrinə 
baxmayaraq, respublikada iri etnosiyasi, etnososial 
inkişafının  tarixi  məsələləri  həll  edilmişdi.  Bu 
məsələlər  Qırğızıstanın  doğma  torpağın  tarixinə 
“sənayeləşmə”  və  “mədəni  inqilab”  kimi  daxil 
olmuş  kateqoriyalarla  qırılmaz  surətdə  birbaşa 
bağlı idi:  
- subetnik parçalanmanın qarşısı alındı, qırğız 
xalqının etnik nüvəsi möhkəmləndi;
- əhalinin kütləvi surətdə savadlanmasına nail 
olundu, qırğız dilində etno-mədəni informasiyaların 
və  etnotarixi  biliklərin  toplanması  və  geniş 
yayılması təmin edildi;
-  fəhlə  sinfinin  ixtisaslaşdırılmış  kadrları 
formalaşdırıldı, ziyalı təbəqə çoxsaylı sosial qrupu 
təşkil etdi;
- özünün etnolinqvistik fərdiliyi ilə vahid qırğız 
ədəbi dili formalaşdı;
 - müəyyən milli dövlətçilik, siyasi mədəniyyət 
ənənələri toplandı;
- özündə müvafiq etnik informasiyanı, əhalinin 
ən sıx kütlələrinə milli ideologemi daxil etdirmək 
imkanını ehtiva edən geniş kütləvi informasiya və 
kommunikasıya vasitələri şəbəkəsi yaradıldı;
- qırğız xalqı məhz rus dili və rus mədəniyyəti 
vasitəsi  ilə Avropa  mədəniyyətinin  nailiyyətlərini 
əxz etdi. 
Bu əsas üzərində də Qırğızıstanın yeni peşəkar 
213


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə