Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə80/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   76   77   78   79   80   81   82   83   ...   111

İşenov S. “Erkin-Too” (azad dağlar) 1969-cu il, 180 x 250 
Xalq olan yerdə, qələbə də var;
Kimin işə tək gücü çatmasa, kollektivlə bacarar.
209


müflisedici  Birinci  Dünya  müharibəsiə  və  hərbi-
feodal imperializmə qarşı da mübarizə aparırdılar. 
Bu,  çıxışların  xarakterini  müəyyənləşdirərək 
onların  milli-azadlıq,  inqilabi,  antimüstəmləkəçi, 
antiimperialist,  antihərbi  xarakter  daşıdığını 
göstərdi.
Çinə qaçmış qırğızların vəziyyəti daha da çətin 
idi. Soyuqların düşməsi və yolüstü yemin qaibliyi 
səbəbindən, yolda demək olar ki, bütün mal-qara 
tələf  oldu  və  Çinə  lap  məzlum,  xəstə  və  qohum-
əqrəbalarının çoxunu yollarda itirərək çatdılar. Bir 
parça  çörək  qazanmaq  üçün  onlar  sonuncu  var-
yoxlarını  satmalı  oldular.  Var-dövləti  olmayanlar 
isə  öz  qızlarını  satmaq  məcburiyyətində  qaldılar. 
Digər  tərəfdən,  yerli  kalmıklar  qırğızların 
məzlumluğundan  istifadə  edərək  onlara  hücum 
çəkir, son mallarını əllərindən alırdılar. Hər tərəfdən 
qovularaq  çıxılmaz  vəziyyətə  düşən  qırğızlar  öz 
evlərinə qayıtmaq məcburiyyətində qaldılar, lakin 
çar rejiminin nümayəndələri qırğızların torpaqlarını 
zor gücünə əllərindən aldıqlarını unudaraq burada 
onları  əvvəlki  kimi  düşmən  sifətilə  qarşıladılar. 
Bu öz həyatlarını gələcək nəsillər naminə qurban 
vermiş xalqımın tarixində qanlı genosidin ən faciəvi 
günləridir.  Tarixçilərin söylədiklərinə görə, 1916-
cı ildə şimali qırğızların 40%-i (təxminən 200 min 
adam) qırılmışdı.  Özü də qaçqınlar sırasından olan 
akın  İsak  Şaybəyov  “Zavallı  millət”  poemasında 
qürbətdə qalan həmyerlilərinin faciəsini belə təsvir 
edir:  
ət görürsən, nə də ki, süd sən,
Binəva, ac xalqım mənim. 
Hər şeyini satdın-sovdun,
Zülmə düşdün, xalqım mənim.
Bir qarnı ac, bir qarnı tox,
Yaşayammazsan, xalqım mənim. 
1917-1918-ci  illərdə  Böyük  Oktyabr  inqilabı 
və  ölkəmizin  xalqlarının  taleyində  əsas  hadisəyə 
çevrilmiş sovet hökumətinin qurulması baş verdi. 
Bu,  ölkənin  iqtisadiyyat,  milli  münasibətlər, 
siyasi  və  mədəni  həyatında  çox  böyük  çeviriliş 
idi.  İnqilab  Rusiyanın  əvvəl  təhkimçilikdə  olmuş 
xalqlarını  müstəmləkəçilikdən  azad  etdi,  milli 
qeyri-bərabərliyin  tam  aradan  qaldırılması  üçün 
özül  yaratdı.  Əsrlərlə  azadlıq  və  müstəqillik 
arzusunda  olmuş  qırğız  xalqı  Oktyabr  inqilabını 
böyük  şadyanalıqla  qarşıladı  və  müdafiə  etdi. 
Sovet  hökuməti  qalan  qaçqın-qırğızların  öz 
doğma  məkanlarına  qayıtması  və  onlara  yardım 
göstərilməsi  üçün  Qərbi  Çinə  xüsusi  komissiya 
göndərdi.  Bu  komissiya  Türküstan  Mərkəzi 
İcraiyyə  Komitəsinin  02.02.1920-ci  il  xüsusi 
sərəncamı  ilə  təsdiqlənmişdi.  Komissiyaya 
qaçqınların  öz  vətənlərinə  qayıtması  və  onların 
torpaq  mülkiyyətçilik  hüquqlarının  bərpası, 
sıxışdırılmaların  dayandırılması,  qul  kimi 
satılmışların geri qaytarılması, ruslarla qırğızların 
arasında  bərabərliyin  bərpasının  təminatı  həvalə 
edildi.
Çarizmin  süqutundan  və  sovet  hökuməti 
qurulduqdan sonra 1916-cı ildə vaxtilə Çinə qaçmış 
332 min qırğızdan təqribən 300 mini geri qayıtdı. 
Sovet  hökuməti  sovet  hakimiyyətinin  köməyi  ilə 
qayıtmış  qaçqın-qırğızlara  təmənnasız  olaraq  100 
milyon  rubl  ayırdı.  Bu  vəsaitlə  qaçqınlar  üçün 
mal-qara, kənd təsərrüfatı alətləri, yurtalar, tikinti 
materialları əldə edildi. Vətəninə qayıtmış qırğızlara 
təkcə 1920-ci ildə 46 min desyatin şumluq torpaq, 80 
min desyatin əkin sahələri ayrıldı. Bütün qaçqınlar 
5  illik  dövlət  vergilərindən  azad  olunurdular. 
Həmin  1917-ci  ildə  Rusiyanın  bir  çox  xalqları, 
o  cümlədən  qırğızlar,  öz  müqəddəratlarını  həll 
etmək hüquqlarını gerçəkləşdirmək və Rusiyadan 
ayrılmaq şərti ilə öz dövlətlərini yaratmaq istədilər. 
Bu  dövrdə  sovet  hökumətinə  köhnə  Rusiyanın 
parçalanmasından  sonrakı  nəticələri  aradan 
qaldırmaq və onun xalqlarının ittifaqını saxlamaq 
önəmli idi. Bu məqsədlə sovet hökuməti tərəfindən 
Rusiyadakı  inqilabı  müdafiə  etmək,  öz  azad 
həyatını  qurmaq,  bərabərlik  yaratmaq  və  Rusiya 
xalqlarının  öz  dövlətlərini  yaratmaq  səviyyəsinə 
qədər  suverenliyini  təmin  etmək  çağırışları  ilə 
Xalq  Komissarları  Soveti  tərəfindən  “Rusiya 
xalqlarının  hüquq  dekalarasiyası”  və  “Rusiya 
və  Şərqin  bütün  zəhmətkeş  müsəlmanlarına” 
müraciəti  qəbul  edildi.  Nəticədə,  1921-1922-ci 
illər torpaq-su islahatlarının və sosialist siyasətinin 
nəticəsində, qırğızlarla rusların tutduqları torpaqlar 
bərabər bölündü. Torpağında oturuşmuş qırğızların 
təsərrüfatlarının  sayı  artdı.  Bütün  bunlar  şumluq 
torpaqların çoxalmasına və onların becərilməsinin 
yaxşılaşdırılmasına gətirib çıxardı. Böyük rus xalqı 
qırğız  xalqına  mədəni  inqilab  etməkdə,  əhalini 
savadlandırmaqda,  milli  ziyalıları  yaratmaqda 
yardımçı  oldu.  Qırğızıstan  SSR-in  bütün  ittifaq 
respublikaları ilə iqtisadi və mədəni əlaqələri ildən 
ilə  möhkəmlənirdi.  Sovet  Qırğızıstanına  Moskva 
və Leninqrad, Qorki və Novosibirskdən traktorlar, 
kombaynlar,  minik  avtomobilləri  və  sənaye 
avadanlıqları daxil olmağa başladı. Mənəvi-siyasi 
elita  mühitində  milli  konsolidasiya  baş  verdi. 
Kütlənin  ictimai-siyasi  aktivliyi  artdı,  siyasi 
210


təşkilat  və  partiyalar  yaranmağa  başladı.  Sovet 
hökumətinə  inam  yarandı,  xalqda  ruh  yüksəkliyi 
və beynəlmiləlçilik hissi qalxdı. 
1922-ci  ildə  qırğız  uyezdlərindən  ayrıca 
Dağlıq  Respublikası  yaratması  üçün  ilk  cəhd 
göstərildi. Respublikanın əsasını milli dövlətçiliyin 
bərpası  prinsipləri  təşkil  etməli  idi.  Yeni  milli 
ruhun yaranması – siyasi səhnəyə J.Abdrəhmanov, 
İ.Arabayev, S.Sıdıkov kimi liderləri çıxartdı.
14.10.1924  tarixdə  RSFSR-in  tərkibində  610 
min qırğızın yaşadığı Qara-Qırğız Muxtar Vilayəti 
(QQMV)  yaradıldı.  Təsisedici  qurultay  çağrıldı 
və QQMV-nin inqilab komitəsi yaradıldı ki, onun 
da  sədri  İ.Aydarbəyov  təyin  edildi.  QQMV-nin 
icra  komitəsinin  sədri  isə  A.Orozbəyov  oldu. 
Bu  orqanın  əsas  vəzifələri  müəyyən  edildi:  xalq 
adından  dövlət  hakimiyyətini  həyata  keçirmək, 
vilayət  idarə  aparatını  formalaşdırmaq,  vilayətin 
inzibati-ərazi bölgələşdirilməsini həyata keçirmək, 
Sovetlərin təsisedici qurultayını keçirmək. Pişpek 
şəhəri  vilayətin  paytaxtı  oldu.  1925-ci  ildə  may 
ayının  sonunda  Qara-Qırğız  Muxtar  Vilayətinin 
adı  dəyişdirilərək  Qırğız  Muxtar  Vilayətinə 
çevrildi. Muxtar vilayətin birinci partiya təşkilatına 
M.Kamenski  və  Y.Abdrahmanov  başçılıq  etdilər. 
İnqilab komitəsinin sədri İ.Aydarbəyov oldu. Burada 
“mahir üçlüy”ün tarixi rolu barədə, daha doğrusu, 
həqiqi  vətənpərvərlər  Yusup  Abdrahmanov, 
Abdıkərim Sıdıkov və İşənalı Arabayev haqqında 
xüsusi qeyd etmək istərdim. Milli dövlətçiliyə yolu 
məhz  onlar  açdılar.  Məhz  onlar,  millətçilər  kimi, 
sərt  cəzalandırılacaqlarını  bilə-bilə,  Türküstan 
Respublikasının  tərkibində  Dağlıq  Qara-Qırğız 
Muxtar  Vilayətinin  yaradılması  ideyasını  irəli 
sürmüşdülər. Y.Abdrahmanov Qırğızıstan MSSR-in 
Qırğızıstan İttifaq Respublikası ilə əvəzlənməsinin 
zəruriliyi  haqqında  bir  sıra  sübutlarla  1928-ci 
ildə  Stalinin  şəxsən  özünə  məktub  yazmışdı. 
Haqq-hesabı  gözləmək  çox  çəkmədi  –  hər  üçü 
Stalin  repressiyasının  qurbanı  oldular.  Qırğız 
Muxtar  Vilayətində  vilayət  icra  komitəsinin 
şöbələri  qismində  kifayət  qədər  şaxələnmiş  idarə 
sistemi yaradılmışdı: maliyyə, torpaq, su və yerli 
təsərrüfat,  əmək,  xalq  təhsili,  səhiyyə,  millətlərlə 
bağlı, sosial təminat, ticarət, plan, inzibati və s. Bir 
sıra  komissiyalar  fəaliyyətdə  idilər:  uşaq,  Çindən 
olan qaçqınlara yardım məqsədli, idarə aparatının 
yerləşdirilməsi, bölgələşdirmə və s. komissiyaları. 
Mərkəzi 
Seçki 
Komitəsində 
Qırğızıstan 
Muxtar  Vilayətinin  dövlət-hüquqi  stasusunu 
müəyyənləşdirən xüsusi göstəriş təsdiqlənmişdi. 
1927-ci ildə QQMV-nin QMSSR-ə çevrilməsi 
ilə əlaqədar idarəçilikdə vəhdət və mərkəzləşdirmə 
əldə  olundu.  Qırğızıstan  MSSR-in  sovetinin  II 
qurultayında  qəbul  edilmiş  ilk  Konsitusiyanın 
təsdiqi oldu. Bu dövrdə rəhbərlər aşağıdakı şəxslər 
idilər:  N.A.Uzyukov  (1925-1927),  V.P.Şubrikov 
(1927-1929), 
M.M.Kulkov 
(1929-1930), 
A.O.Şaxray (1930-1033). 
1936-cı  ildə  Qırğızıstan  SSR  təşkil  edildi. 
Bu,  böyük  hadisə  oldu,  belə  ki,  1991-ci  ildə  əsil 
müstəqillik  qazanmaq  üçün  konstitusion-hüquqi 
özül  qoyuldu.  Üçüncü  Konstitusiyanın  qəbulu 
üçün VIII Ümumittifaq fövqəladə iclası keçirildi. 
Bu,  qırğız  dövlətçiliyinin  yaradılması  üçün  keçid 
məqamı oldu. 
1930-1938-ci illərdə 30 minə yaxın qırğızıstanlı 
repressiya  qurbanı  oldu.  Eyni  zamanda,  20-40-cı 
illərdə  qırğız  xalqı  minlərlə  deportasoya  edilmiş 
millətləri aclıq və soyuqdan, Stalin repressiyasından 
və  totalitarizmdən  xilas  etmişdi.  Lakin  qeyri-
dəqiq  məlumatlara  görə,  respublikada  repressiya 
olunanların sayı təqribən 40 min nəfərdir. Çon-Daş 
qardaş  məzarlığındakı  siyahıdaka  Abdrəhmanov 
Yusup, Abdrəhmanov Abdray, Aytmatov Torekul, 
Əluyev  Osmonkul,  Tınıstanov  Qasım,  İsakeyev 
Bayalı və başqa bu kimi bir çox məşhur soyadlar 
da  vardır.  Bu,  əsasən,  alimlər,  dövlət  və  siyasi 
xadimlər, millətin qaymaqları idilər. Dəhşətli dövr 
idi.
Qırğızıstan  ağır  stalinizm  və  repressiya 
illərini  “dağılmaz  İttifaq”ın  digər  respublikaları 
ilə bərabər yaşadı. Xalqın əleyhinə ağır cinayətlər 
məhz  o  zaman  törədildi.  Qafqaz  xalqlarının  zor 
gücünə köçürülməsi – XX əsrin 30-40-cı illərində 
oldu.  Qırğızıstana  eşelonlarla  ləzgilər,  dargilər, 
qaraçaylar,  inquşlar,  iranlılar,  azərbaycanlılar, 
türklər,  kürdlər,  uyğurlar,  koreyalılar,  Buxara 
yəhudiləri  və  hamısı  cəmi  100  min  olmaqla  bir 
çoxları  gətirildi.  Qırğızıstan  bütün  deportasiya 
edilmiş xalqlara ikinci vətən oldu. Qırğız xalqı ən 
çətin  məqamlarda  onlara  əlindən  gələni  yardımı 
göstərirdi. Yerli əhalinin xoş münasibəti sayəsində 
deportasiya  edilmiş  bir  çox  xalqlar  qəlb  sakitliyi 
və  təpər  tapdılar.  Həmçinin  müharibə  illərində 
Qırğızıstana rumınlar, polyaklar və macar yəhudiləri 
göndərilmişdi.  Onlar  Böyük  Çuy  kanalının  və 
Frunze-Balıqçı  dəmiryolunun  tikintisində  iştirak 
edirdilər.
Sovet  İttifaqının  bütün  vətəndaşları  Böyük 
Vətən  müharibəsi  illərində  olmazın  dərəcədə 
vətənpərvərlik, Vətənə məhəbbət, torpağına sevgi, 
düşmən üzərində qələbə çalmağa cəhd göstərirdilər. 
Faşist  Almaniyasının  xaincəsinə  hücumu  təkcə 
211


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə