Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə79/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   75   76   77   78   79   80   81   82   ...   111

ci  ildə  rus  kəndlilərinin  gəldikləri  köçürülmə 
məntəqələri yaradıldı.
Rusiyanın  Mərkəzi  Asiyayaya  müdaxiləsinin 
ilkin  mərhələsindən  (1855-1863-cü  illər)  fərqli 
olaraq,  Rusiya  hökumətinin  Qırğızıstanda  faktiki 
hakimiyyətinin yekun təsdiqi yalnız 1863-1868-ci 
illərdə başa çatdı. 
XIX əsrin birinci rübündə Rusiya Qırğızıstana 
müstəmləkə  nəzər  nöqtəsi  ilə  diqqətini  artırdı 
və  1860-1870-ci  illərdə  bölgəyə  müdaxilə 
məqsədi  ilə  planlarını  həyata  keçirməyə  başladı. 
Birinci  mərhələdə,  1853-1855-ci  illərdə  bu, 
ticarət  münasibətlərində  və  şifahi  müqavilələrdə 
reallaşmağa  başladı,  sonra  17.01.1855-ci  il  və 
13.10.1863-cü  il  bəzi  qırğız  tayfalarının  Rusiya 
protektoratına  daxil  olması  söz  verib  and  içmə 
ilə  sənədlərdə  möhkəmlənmişdi.  1860-1863-cü 
illərdə  hərbi-siyasi  üsullarla  Çuy  və  Tenir-Too 
bölgələri tabe etdirildi. Şimali Qırğızıstanın Rusiya 
imperiyasına birləşdirilməsi 1868-ci ildə başa çatdı. 
1876-cı  il  Kokand  xanlığının  tam  süqutu  və 
cənublu qırğızların Rusiya imperiyasının tərkibinə 
keçməsi  ilə  yadda  qaldı.  Cənub  bölgəsinin 
Rusiyanın tərkibinə keçməsi birbaşa işğal yolu ilə 
həyata keçirildi. 1873-1876-cı illər xalq hərəkatının 
yatırılması  və  alay  qırğızlarının  1876-cı  ilin 
sonunda  rus  təbəəliyini  qəbul  etməsi  ilə  Cənubi 
Qırğızıstan tamamən Rusiyaya birləşdirildi. 
Qrığızıstanın  Rusiyaya  birləşdirilməsi  vacib 
tarixi əhəmiyyət kəsb edirdi:
•  Qırğızıstanın  İngiltərə  və  ya  başqa  geridə 
qalmış  şərq  dövlətlərindən  biri  tərəfindən  işğalı 
təhlükəsi aradan götürüldü
•  Rus  inzibati-siyasi  idarəçiliyinin  daxil 
edilməsi dövlət aparatının formalaşmasına gətirdi; 
•  dağlıq  bölgələrin  iqtisadi  inkişafı,  onlarda 
kapitalist  münasibətlərinin  qurulması  və  sosial 
təbəqələşmə üçün sabit zəmin yarandı; 
•  oturaq  əhainin,  qəsəbə  və  şəhərlərin  sayı 
artdı,  natural  təsərrüfat  bazar  münasibətlərinə 
uyğunlaşmağa başladı. 
 Baş vermiş hadisələrə uyğun olaraq, Rusiya ilə 
diplomatik əlaqələrin başlanması və himayədarlıq 
barədə  məsələlərdə  razılığa  gəlindi.  Bu  prosesin 
bütün  mürəkkəbliyinə  və  ziddiyyətinə  rəğmən, 
həmin  münasibətlər  xalqın  konsolidasiyasına 
yardımçı  oldular  və  onun  təşəkkülünün  tarixi 
perspektivinin  özülünü  qoydular.  Qırğızıstanın 
ərazisində  ilk  köçkün-kəndlilər  XIX  əsrin  60-cı 
illərində peyda oldular, onlar əsasən Rusiyanın və 
Ukraynanın  cənub  və  qaratorpaq  bölgələrindən 
sürgün olunmuşdular.
O  dövrdə  müstəqilliyə  daha  çox  can  atan 
Şimali  Qırğızıstanın  tayfaları,  xüsusiə  də  sarı-
bağış  və  buqu  tayfaları  idilər.  Məhz  o  tayfaların 
başçıları  rus  hökumətinə  öz  nümayəndələrini 
tayfalarının  onların  tabeliyinə  keçməsi  xahişi  ilə 
göndərmişdilər. 
1842-ci ilin yayında İssık-Kulun qərb sahilndəki 
Kotmalda  adlanan  yerdə  (indiki  Balıqçı)  məşhur 
qurultay  çağrıldı.  Çağırışın  təşəbbüsü  sarı-bağış 
manap nəslinin nümayəndəsi Ormon Niyazbəyovdan 
gəlirdi.  Qurultayda  sarıbağış,  buqu,  sayak,  solto, 
saruu, quşçu, çerik və başqa tayfaların nümayəndələri 
iştirak  edirdilər.  Kokand  tərəfindən  sıxışdırılmalara 
və  digər  təhlükələrə  qarşı  birgə  mübarizə  üçün 
qırğız tayfalarının birləşdirilməsi ideyası qurultayda 
tam  tərəf  topladı.  Sarıbağış  tayfasının  biyi  Cantay 
Qarabəyovun  və  sayak  tayfasının  biyi  Kaçıkenin 
təklifinə görə, Ormon Niyazbəyov qırğızların Ali xanı 
seçildi.
Ormon  Santaş  aşırımında  öz  qalasına,  öz 
bayrağına malik idi, naxırları, ilxıları, sürüləri vardı. 
Onun  qırğız  tayfaları  içərisində  nüfuzu  yüksək  idi. 
Qurultayın  qərarı  özünü  doğrultdu.  Qədim  adətlərə 
görə,  onu  ağ  keçədə  yuxarı  qaldırdılar.  Bu,  əslində 
Qırğız xanlığının mövcudluğunu bəyan etmək, onun 
Kokanda bərabər tutulduğunu bildirmək demək idi.  
Ormon  xan  tərəfindən  görülən  tədbirləri 
ümumilikdə  nəzərdən  keçirəndə  bəlli  olur  ki,  Ala-
Toodakı  qırğız  dövlətçiliyi  XIX  əsrin  ortalarında 
real  cizgilər  əldə  etdi.  Bu  xüsusilə  öz  əksini  1847-
ci  ildə  sultan  Kenes  arı  Qasımovun  hücumu  dəf 
olunanda tapdı. Bu dövrdə Ormon xan silahlı döyüş 
strategiyasını və taktikasını yaxşı bilən hərbi sərkərdə 
kimi qeyri-adi xüsusiyyətlərini nümayiş etdirdi.
Kenesar  Qasımovun  ordusunun  darmadağın 
edilməsi, onun əsir alınması və ölümü həm Rusiyada, 
həm  də  Kokandda  alqışlandı.  “Bəyaz  çar”  Ormon 
xan  və  onun  silahdaşları  Canatay  Qarabəyovu  və 
digərlərini qızıl medallarla təltifləndirdi. Ümumqırğız 
xanına həmçinin o dövr üçün ali bəxşiş hesab olunan 
qızıl  baftalı  xalat  hədiyyə  edildi.  Qarşılıqlı  hörmət 
əlaməti olaraq o, rus canişininin yanına Omska dəvət 
edildi. 
Ormon  xan  XIX  əsrin  ortalarında  yeni  tarixi 
şəraitdə  qırğız  dövlətçiliyini  yüksəklərə  qaldırışını 
təmin  etmişdir  və  bu  təminat  Ormon  xanın  bizim 
xalqın qarşısında ən böyük tarixi xidmətidir.
XIX  əsrin  ən  parlaq  təmsilçiləri  Ormon  xan, 
Qubad biy, Taylak bahadır, Atake biy (1785-ci ildə 
qırğız  xalqı  adından  Rusiyada  ilk  səfir),  Baytik 
bahadır,  Balbay,  Borombay,  Kurmanjan  datka, 
Alımbəy  datka,  Jantay  xan,  Ajıbəy  datka,  Mədət 
datka, Torogəldi, Kalıqul, Asrtanbəy və ictimai-siyasi 
həyatın digər iştirakçılarıdır. 
207


XX əsr. İnkişaf dövrü. 
Rusiya imperiyasının tərkibində
Türküstanın 
ruslaşdırılması, 
millətçi-
müstəmləkəçilik  siyasətinin  əsası  kimi,  XX 
əsrin  əvvəlində  daha  da  güclənirdi.  Buna  bariz 
nümunə  kimi,  regionun  general-qubernatorunun 
vilayətlərin  bütün  qubernatorlarına  ünvanlanmış 
31.10.1911-ci  il  təlimnaməsi  durur:  “Yerli  əhali 
bizi gələcəkdə rus kəndlilərinin işlərini görəcək bir 
material kimi maraqlandırır, buna görə də onların 
hamısının  qanına  ruslara  hörmət-izzət  bəsləməyi 
yeritmək  lazımdır;  hərgah  kimsə  tabe  olmaq 
istəməsə, torpaqdan məhrum olub dilənçi kökündə 
yaşayacaq,  ya  da,  Rusiya  onlarla  vidalaşacaq”. 
Çarizmin  digər  məmuru,  Tokmak  uyezdinin  rəisi 
Q.Zaqryajski “Туркестанскиe ведомости” mətbu 
orqanında  (“Türküstan  xəbərləri”)  yazırdı:  “Biz 
qırğızları  yer  üzündən  siləcəyik,  tarixin  taleyi 
belədir...”
Üsyanın  əsas  səbəblərindən  biri  Rusiyadan 
olan  kəndlilərin  kütləvi  surətdə  köçürülməsi  və 
onların yerləşdirilməsindəki özbaşınalıqlar idi. Rus 
kəndlilərinin  mərkəzi  vilayətlərdən  köçürülməsi 
kampaniyasına  təkcə  1896-1916-cı  illərdə  237 
mln 310 min 236 rubl xərclənmişdi. 1916-cı ildə 
Türküstan  əhalisinin  6  %-ni  təşkil  etmiş  ruslara 
57,7%  əkinəyararlı  torpaq  ayrılmışdı.  O  ki,  qaldı 
94%  təşkil  edən  yerdi  əhaliyə,  onlara  cəmi-
cümlətanı  42,3%  torpaq  saxlanılmışdı.    Gəlmə 
kəndlilər  qırğızlara  ikrahlı  münasibət  bəsləyir, 
yerli  su  mənbələrini  tutur,  suyun  qarşısını  kəsir, 
yerli əhalini öz yurdlarını qoyub köçməyə məcbur 
edirdilər.
1916-cı il qırğızların çarizm siyasətinə, qırğız 
xalqının  repressiyasına  qarşı  üsyanı,  həmçinin 
müstəqillik  və  azadlıq  uğrunda  ümummilli 
hərəkatın  başlanması  ilə  yadda  qaldı.  Üsyan 
çarın  25.06.1916-cı  ildə  çıxardığı  kədərli  məşhur 
Qərardan  sonra  başlandı,  qərarda  göstərilirdi 
ki,  hərbi  mükəlləfiyyətə  19  yaşından  31  yaşına 
qədər  olan  kişilər  qatılmalıdırlar.  Ciddi-cəhdlə 
sahibkarların  mülkiyyət  hüququndan  məhrum 
edilməsi  və  kəndlilərin  Rusiyanın  mərkəzi 
bölgələrindən  qırğız  əhalisinin  əlindən  zor 
gücünə alınmış məhsuldar torpaqlara köçürülməsi 
siyasəti həyata keçirilirdi. Öz övladlarını çar ordu 
sıralarına  hərbi  qulluğa  verməkdən  imtina  edən 
qırğız xalqı müstəmləkəçi üsuli-idarəyə qarşı çıxış 
edirdi.  O  dövrün  məşhur  qazax  lideri  T.Rıskulov 
çar  siyasətinin  əsas  məqsədini  açaraq  yazırdı: 
“Çarizm  bu  üsyandan  sui-istifadə  edərək,  bütün 
Çuy vadisini, həmçinin İssık-Kul gölü hövzəsini və 
Narın çayını bütünlüklə qırğızların əlindən almaq 
və  onların  özünü  boş  dağlıq  sahələrə  köçürmək 
layihəsini  həyata  keçirmək  istəyirdi”.  Qırğızların 
bu dəhşətli qırğını haqqında Q.İ.Broydo tərəfindən 
tərtib  edilmiş  növbəti  sənədlər  vardır:  “...qırğız 
qızları “teatralcasına” qəşəng geyinir və qazaxların 
gözü  qarşısında  özlərini  qayalıqdan  başı  aşağı 
atırdılar”.  Belovodsk  kəndi  yaxınlığında  isə 
Qribanovski adlı birisi aldatma yolu ilə 500 qırğızı 
karvansaraya  salmış  və  orada  silah  işlətmədən, 
görünür,  patronlara  qənaət  məqsədi  ilə,  heyvan 
kimi daş, yaba və çubuqlarla döyüb öldürmüşdülər. 
1916-cı il üsyanı Orta Asiyada barbar, həyasız 
istismar  və  talan  sistemi  yaratmış,  əsasən,  hərbi-
feodal quruluşlu rus imperializminin hökmranlığına 
qarşı milli-azadlıq müharibəsi idi.  
Sovet  hökumətinin  görkəmli  xadimləri 
M.V.Frunze  və  V.V.Kuybışev  bu  qiyamı  zülm 
altında əzilən qırğız və qazax xalqlarının çar üsuli-
idarə  sisteminə  “etiraz  cəhdi”  və  “aşkar  hiddət” 
kimi  xarakterizə  etdilər.  Orta  Asiyada  üsyan 
yatırıldıqdan  sonra  hər  iki  xadim  dərhal  orada 
olmuş və yazmışdılar ki, Yeddisunun yerli əhalisi 
çar müstəmləkəçiyiniə qarşı ayağa qalxdığına görə 
talana  məruz  qalmışdır.  Qırğız  xalqı  öz  yaşamaq 
hüququ  və  milli  azadlıq  naminə  çıxış  edirdi. 
O  öz  torpaqlarının  müstəmləkəçilər  tərəfindən 
işğalına,  çar  üsuli-idarəsinə  və  onun  xalqa  qarşı 
yönəldilmiş  milli  siyasətinə,  müstəmləkəçi  və 
sosial əsarətə, talana, çar məmurlarının özbaşınalıq 
və  zorakılığına,  istismarçı-qolçomaqlara  qarşı 
mübarizəyə  qalxmışdı.  Üsyançılar  həmçinin 
208


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə