Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə86/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   82   83   84   85   86   87   88   89   ...   111

iqtisadi  qaydalar  tətbiq  etmək.  Bakiyev  ailə 
klanı  tərəfindən  bir  çox  qırğızıstanlıların  əlindən 
qanunsuz alınıb mənimsənilmiş xalq mülkiyyətini 
geri 
qaytarmaq. 
Qırğızıstanlılar 
işləmək 
iqtidarındadırlar  və  onlar  varlanmaq,  ləyaqətlə 
yaşamaq, digər ölkələrdə, o cümlədən inkişaf etmiş 
ölkələrdə yaşayan insanlardan heç də pis olmayan 
şərait qurmaq üçün işləyəcəklər
•  bölgələrin,  ilk  növbədə  cənubun,  dağlıq 
ərazilərin, sərhədyanı rayonların iqtisadi yüksəlişini 
təmin etmək;
•  büdcə  axınını,  vergiləri  ayrı-ayrı  ailələrin 
üzvlərinin  cibinə  deyil,  xəstəxana  və  məktəblərə, 
kasıblara  əl  tutmağa,  uşaqlarımızın  təhsilinə, 
elmin,  mədəniyyətin,  qırğız  dilinin,  ümumilikdə, 
ölkəmizdə  yaşayan  etnik  birliklərin  hamısının 
inkişaf etdirilməsinə yönəltmək
•  ölkənin,  dövlətin  idarə  edilməsi  üçün 
namuslu,  peşəkar,  vicdanlı  şəxsləri  işə  cəlb 
etmək – belələri bizdə heç də az deyildir. Dövlət 
orqanlarında ölkə naminə namusla və məsuliyyətlə 
işləmək istəyənlərə kömək etmək
•  idarəçiliyə 
demokratik 
dəyərlərin 
tərəfkeşlərini və aktiv daşıyıcılarını, qırğız mədəni 
dəyərlərini  bilən  və  onları  tətbiq  etməyi  bacaran 
şəxsləri cəlb etmək zəruridir;
•  Respublikada  qüvvə  toplayan  mənfi 
proseslərin  qarşısı  alınmalıdır.  Dövlət  və  siyasi 
arenaya yeni, avtoritar mentalitetdən azad, ölkənin 
inkişafını  sivilizasiyalı  dünyanın  addımladığı 
yola  döndərib  istiqamətləndirəcək  insanlar 
çıxarılmalıdır; 
•  Qırğızıstana 
dövlət 
suverenliyini 
qaytarmaq.  Xarici  siyasətdə  oyun  və  bazara  son 
qoymaq. Qonşularımızla, Rusiya və digər ölkələrlə 
xoş münasibətləri bərpa etmək. Ölkə hərbi oyunların 
girovuna  və  müxtəlif  hərbi-siyasi  ittifaqların  və 
böyük dövlətlərin meydançasına çevrilməməlidir; 
•  daxili bölgələrarası iğtişaşlara son qoymalı 
və qırğız xalqını vahid bir xalqa çevirməliyik. Eyni 
zamanda cəmiyyətin çoxdillilik və çoxmillətliliyini 
üstünlük, imtiyaz, resurs hesab edirik və bu amillərə 
dayaq olub inkişaf etdirilməsini vacib sayırıq. Biz 
Vətənimizin  orta  əsr  diktarurasına,  dövlətimizin 
hər şeydən məhrum edilmiş quruma, qırğızların isə 
digər ölkələrin və yaxud, hər hansı digər hökmdarın 
qullarına  çevrilməyinə  imkan  verməməliyik. 
Qırğızıstan  xoşbəxt,  mütərəqqi,  sivil,  özünün, 
vətəndaşlarının  maraqlarının  arxasında  dayana 
biləcək bir ölkə olacaqdır. Bu – bizi birləşdirən və 
bizə qüvvə verən məqsəddir. 
  Hal-hazırda  biz  dövlətçilik  əldə  etmişik, 
milli  dəyərlər  və  rəmzlər  qazanmışıq,  müdriklik, 
kişilik  və  dözüm  dərsi  keçmişik,  yalnız  birgə 
razılığa gəlmək qalır.
* * *
Əcdadlarımız  belə  deyərdilər:  hər  şeyin  öz 
zamanı  var.  Bu  gün  birləşmək,  yaratmaq,  tikib-
qurmaq, inkişaf etmək və çiçəklənmək zamanıdır. 
Beləliklə, Böyük Yolun tarixi davam edir. Bu əbədi 
yolun  əsas  məqsədi  isə  dünyanı,  insan  həyatını, 
ailələri, millətləri və təbiəti yaratmaqdır.
Bu kitab üzrə işi bitirərkən, qəflətən beynimdə 
bir  fikir  tügyan  etdi,  yəqin,  hansısa  dahi  rəssam 
qırğızların bütün tarixini kətan üzərinə köçürsəydi, 
əsasən qırmızı rəngdən istifadə etmiş olardı, çünki 
qırğız xalqı, demək olar ki, bütün tarixi boyu dinclik 
görməmiş, qanından keçməli olmuşdur.  Qırğızların 
bütün həyatı – yaşamaq uğrunda mübarizə, azadlıq 
naminə qovğa olmuşdur.
Hamıya  məlumdur  ki,  tarixi  olmayan  xalq, 
anası olmayan uşaq kimidir, qədim tarixin hələ neçə 
səhifəsi açılmamışdır, hələ ulularımızın neçə-neçə 
sirləri bizim və nəsillərimiz üçün örtülü qalmışdır! 
Millətimin tarixini əks etdirən bu fəsli yazanadək 
kifayət  qədər  unikal  arxiv  sənədlərini,  məşhur 
alim,  tarixnəvis,  coğrafiyaşünasların  kitablarını 
və  məqalələrini  vərəqləməli  oldum.  Qırğızların 
əcdadlarının tarixini öyrənənlərin, ələlxüsus da, rus 
alim-səyyahların iradəsi, dözümü və dərin sağlam 
maraqları qarşısında baş əyirəm. Ötən yüzilliklərin 
sarsılmaz  kanonlarına  baxmayaraq,  onlar  qırğız 
dövlətçiliyinin yaranmasının tarixi haqqında bütün 
həqiqətləri ərz edibən, mətanətlə zənglərə vurmuş, 
aləmə car çəkmişlər. 
 Manasın ruhu, böyük xarüqələr görməyə bizə 
özün xeyir-dua ver!
Var ol, Vətən, var ol! 
Azad və xoşbəxt ol!
Hətta biz olmasaq da, sən var ol!
221


222


QIRĞIZ TORPAĞININ 
YETİŞDİRDİYİ DAHİLƏR 
Hərgah xalq bəşəriyyətə qüdrətli şəxsiyyətlər verməmişsə, demək, tarixdə 
mövcudiyyətini doğrultmamışdır. 
Oljas Suleymenov
Ən uzunömürlü anlayış – insan yaddaşıdır. Nə qədər ki, xalq görkəmli insanlarının adlarını 
yadında  saxlayır,  onlar  ölümsüzdür.  Deməli,  xalqa  da  ölüm  yoxdur.  Biz,  qırğızlar,  əcnəbi 
işğalçılarla  amansız  savaşlarda  torpağımızı  qoruyub  saxlamış  əcdadlarımızın  şanlı  əməllərini 
müqəddəscəsinə əziz tuturuq. O qəhrəmanların adını hafizəmizə yaxşı həkk etmişik və cəsarəti, 
müdrikliyi, istedadı və əməyi ilə qırğız xalqının başını uca edənlərin xatirəsiə hörmət bəsləyirik. 
Bu bölmədə onlardan qısaca bəhs etməyə cəhd göstərəcəyəm.
VI
223


BARSBƏY (680-711)
Qırğız  xaqanı  Barsbəy  dövrünün  görkəmli 
sərkərdəsi  olub.  Hakim  qırğız  sülbünün  birbaşa 
varisi  olaraq  Umay-ənənin  hamilik  etdiyi  nəslin 
nümayəndəsidir.  Atasını  çox  erkən  itirmişdir. 
İnadcıllığının  sayəsində  parlaq  şəxsiyyətə 
çevrilmişdir.  Artıq  VII  əsrin  sonuna  Sayan 
qığrğızları ona ajo deməyə başlamışdılar. Xalq bu 
ali  adı  nadir  hallarda  kimlərəsə  layiq  bilirdi. Ajo 
seçilən anda, qırğızlar onu tarım çəkilmiş ağ keçə 
xalçanın  üstündə  yuxarı  qaldırdılar.  Bu  minvalla, 
Barsbəy  mürəkkəb  siyasi  şəraitdə  Yeniseydə 
qırğız dövlətinin birinci hökmranı seçildi. Barsbəy 
tədbirli  sərkərdə,  təcrübəli  diplomat  olaraq  Tan, 
Tibet  və Yürgeş  imperiyaları  ilə  yaxşı  münasibət 
qurmuşdu. Gözlənilmədən Mərkəzi Asiyada siyasi 
vəziyyət  kəskin  surətdə  təbəddülata  uğradı.  Tan 
imperiyasının  əsarəti  əleyhinə  Orxon  türkləri 
baş  qaldırdı  və  çöllərdə  Çin  ordularına,  onların 
müttəfiqlərinə  zərbələr  endirdilər.  Qırğızlar 
qoşunlarını  sağ-salamat  saxlamışdılar,  zira  bu 
qovğada iştirak etməmişdilər. Barsbəy xaqanlığın 
şimal  sərhədlərində  qalan  qüvvələrə  başçılıq  etdi. 
Qırğızların  gücünü  anlayan  Barsbəy  mühüm  siyasi 
addım  atdı:  taxt-tac  Inançu  Alp  Bilge  adlı  xaqan 
titulunu  qəbul  etdi.  Qırğızların  ali  hökmdarı  digər 
xaqanlığa qətiyyətli çağırış atmış, Mərkəzi Asiyada 
hökmranlığa iddia irəli sürmüşdü. Qayaların birinin 
üstündə  Barsbəyin  tarixi  abidəyə  çevrilmiş  vida 
nəğməsinin  misrası  aşkara  çıxarılmışdı:  “Mən 
cəsarətimin müqabilində xalqımdan arxa gördüm…” 
Görkəmli  qırğız  xaqanı  Barsbəy  barədə  kasad 
tarixi  məlumatlar  bunlardır.  Barsbəy  Bilge  xaqan, 
Tonyukuk  və  Gültəkinin  başçılıq  etdiyi  Şərqi-Türk 
xaqanlığının  orduları  ilə  qeyri-bərabər  vuruşmada 
xalqını qoruyarkən əsil qəhrəman kimi həlak olmuşdu. 
Bu ordular qəfildən Sayan dağlarından, başqa sözlə, 
tamamən gözlənilməyən səmtdə, qırğızların yaşayış 
məskənlərinə  həmləyə  keçmişdilər.  Barsbək  – 
böyük  tarixi  şəxsiyyətdir. Adlı-sanlı  tarixnəvislərin 
mülahizələrinə  əsasən,  Barsbəy  Səxavətli  Manasın 
proobrazıdır.  Xalq  onu  yaddaşına  həkk  etmişdir, 
deməli Barsbəyə ölüm yoxdur.
224


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə