Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə90/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   86   87   88   89   90   91   92   93   ...   111

YUSUP ABDRƏHMANOV  (1901-1938)
Yusup 
Abdrəhmanov 
– 
Qırğızıstan 
dövlətçiliyinin  əsasını  qoymuş  bani  atalardan 
biri  və  məhşur  siyasi  xadimdir.  O,  1901-ci  ildə 
Qaragöl  uyezdinin  Aksuy  vilayətinin  Çirkey-
Kungey  kəndində  anadan  olmuşdur.  1916-cı  ildə 
baş vermiş üsyandan sonra atasını, anasını və bütün 
doğmalarını  itirib  Çinə  qaçmışdır.  Vətənə  1917-
ci  ildə  qayıtmış  və  üçillik  rus-yerli  məktəbində 
oxumuş, məktəbi bitirdikdən sonra işə düzəlmiş, bir 
qədər sonra Gənclərin İnqilab Kommunist İttifaqının 
III  qurultayında  nümayəndə  kimi  iştirakçı  olmuş, 
V.İ.Leninlə şəxsən görüşüb söhbət etmişdir. 1918-ci 
ildə bolşeviklərin partiyasına daxil olmuş və Qızıl 
Orduda könüllü qulluq etmişdir. 1919-cu ildə tərxis 
olundurdan  sonra  vilayət  komitəsi  icra  bürosunun 
üzvü seçilmişdir. 1920-ci ildən partiya işinə və ictimai 
həyata qatılmışdır. 1927-ci ilin martından – birinci 
Qırğızıstan  MSSR  hökumətinin  sədri  olmuşdur. 
O,  altı  il  bu  yüksək  vəzifədə  çalışmış,  dövlətçilik 
naminə böyük əmək sərf etmişdir. Sadə adamların 
içərisində  nüfuzu  qalxdıqca,  hakimiyyətdə  olan 
rejimə xoş gəlmirdi. Öz çıxışlarında tez-tez cürətlə 
ölkənin  milli-ərazi  quruluşu  məsələsini  qaldırırdı. 
Zəiflik və yaltaqlıq uşaqlıqdan ona yabançı olmuşdu. 
Dərin intellekt, aydın zəka, qətiyyən və mətanət ona 
xas xüsusiyyətlərdən idi. 
Əti  ətindən,  qanı  qanından  olan  xalqının 
əzablarına dözə bilmirdi. 1938-ci ildə guya Sosial-
Turan  partiyasına  cinayətkar  üzvlüyünə  görə 
güllələnmişdi.  Böyük  adamlar  xalqın  əzabından, 
millətin ağrısından doğulurlar. 
O  öz  gündəliklərində  yazırdı:  “Qırğızıstan 
mənim  həmvətənlərin  üçün  arzulanan,  sevilməli, 
qayğısı  çəkilməli  ölkə  deyil,  sadəcə,  öz  şəxsi 
rifahını  düzəltmək  üçün  bazadır  –  bax,  xalqımın 
bədbəxtçiliyi də elə bundadır”. Biz bu gün də, keçid 
dövründə həmin çətinlikləri hiss edirik. Ondan ötrü 
zəfər XX əsrin sonunda gəldi, o zaman ki, ölkədə 
kimin kim olduğu üzə çıxdı. Onun xatirəsi həmişə 
bizimlədir  və  müqəddəsdir.  Paytaxtımızın  mərkəzi 
küçəsi  (keçmiş  Sovetski)  onun  adına  daşıyır. 
Y.Abdrəhmanovun  dövlət  quruculuğunda  əməyi 
son dərəcə dəyərlidir. Bu isə o deməkdir ki, həmin 
insanın adı əbədidir. 
235


ABDIKƏRIM SIDIKOV (1889-1938)
1889-cu  ildə  Çuy  vadisində  doğulmuşdur.  O 
dövrə  görə  çox  yaxşı  təhsil  almışdır.  1917-ci  ildə 
həmfikir  və  silahdaşlarının  aktiv  iştirak  etdikləri 
“Alaş”  qazax-qırğız  partiyasının  Pişpek  bölməsinin 
başçısı  şəxsində  Qırğızıstanın  çoxmillətli  xalqının 
birinci  lideri  olmuşdur.  Onlar  Qırğızıstanda  ideya 
müxalif  proqramı  “otuzlar”  adlandırılan  məktubdan 
sonra  bolşevik  partiyasının  rəsmi  kursunun  birinci 
mütəşəkkil qarşıdurması oldular. “Otuzlar”ın lideri və 
ideya ilhamçısı A.Sıdıkov idi. Bəyanatın müəlliflərinin 
dövlət yenidənqurmasının siyasi və iqtisadi kursuna öz 
baxışları vardı. 20-ci illərdə Yeddisu vilayət icraiyyə 
komitəsinin  sədri  A.Sıdıkov  oldu.  1922-ci  ildə  o, 
Qırğız Dağlıq vilayətinin yaradılması ideyasını irəli 
sürür və Dağlıq vilayətin Təsis qurultayının çağırışı 
üzrə vilayət təşkilat komitəsinin sədri qismində təsdiq 
edildi. A.Sıdıkov və onun məsləkdaşları qırğız xalqının 
əsrlərlə  arzusinda  olduqları  azadlıq  amalının  ilk 
ifadəçiləri kimi çıxış etdilər. Lakin Stalinin teleqramı 
müstəqil Qırğızıstan vilayəti haqqında məsələni təxirə 
saldı, A.Sıdıkov isə Türküstan MSSR-in MİK-nə geri 
çağırıldı. 1925-ci ildə “otuzlar”ın liderləri partiyadan 
və  rəhbər  vəzifələrdən  azad  edildilər.  1938-ci  il 
kütləvi  repressiyaları  zamanı A.Sidıkov  həbs  edildi 
və xalq düşməni kimi güllələndi.
Qırğızıstanın  müstəqilliyi  haqqında  ideya 
A.Sıdıkovu  hələ  1920-ci  ildən,  V.İ.Leninə  öz 
həmfikirləri ilə birgə qırğızların ağır şəraitlərindən və 
Çindən  qayıdanlara  diqqət  yetirmək  barədə  məktub 
göndərdiyi  zamandan  düşündürürdü:  məktəb  yaşına 
çatan qırğız uşaqlarının ümumi icbari təhsili haqqında 
əmr  vermək;  xidmətə  yararlı  qırğız  oğlanlarını 
orduya,  hərbi  xidmətə  qəbul  etmək,  müəllimlərin 
və  təlimatçıların  Daşkənd  hərbi  kursları  bitirmiş 
öz  qırğızları  olmaq  şərtilə,  onların  təhsilini  qırğız 
dilində  aparmaq,  eləcə  də  1920-ci  ildən  başlayaraq 
qırğızların  maldarlıq  və  kənd  təsərrüfatı  işlərinin 
istehsal  səviyyəsini  artırmaq  üçün  xalqa  kömək  və 
yardım göstərmək. Abdıkerim Sıdıkov xalq arasında 
böyük  hörmət  qazanmışdı,  təsadüfi  deyildir  ki,  onu 
böyük sevgi ilə əfsanəvi qırğız bahadırı – Manasın adı 
ilə adlandırırdılar.
Qırğız  dövlətçiliyinin  banilərinin  xatirəsini 
əbədiləşdirmək  və  nəsillər  arasında  əlaqələr  hissini 
möhkəmləndirmək  üçün  Bişkekdə  Xatirə  Xiyabanı 
salınmış  və  orada  Qırğızıstanın  XX  əsrdə  yaşamış 
digər dahi dövlət və siyasi xadimlərinin – Abdıqədir 
Orozbəyov,  Yusup  Abdrəhmanov,  Bayal  İsakeyev, 
Torobay Kulatov, İshaq Rəzzaqovun heykəlləri ilə bir 
sırada Abdıkərim Sıdıkovun abidəsi də  ucaldılmışdır.  
236


İMANALI AYDARBƏYOV (1884-1938) 
O,  1884-cü  ildə  Pişpək  uyezdinin  Arçalı  kəndində 
anadan olmuşdur. Pişpək kənd təsərrüfatı məktəbində təhsil 
almışdır. 1910-cu ildən müxtəlif kənd təsərrüfatı orqanlarında 
çalışmış,  Pişpək  uyezd  icraiyyə  Komitəsinin  Fövqəladə 
Komissiyası kollegiyasının üzvü olmuş, Kuntuy nahiyəsinin 
deputatı  seçilmişdir.  1919-cu  ilin  sonunda  Pişpək  uyezdi 
şəhər icraiyyə komitəsi Xalq Deputatları Sovetinin deputatı 
seçilmişdir.  O,  aclıq,  savadsızlıq  və  banditizmlə  daima 
mübarizə  aparan  mahir,  bacarıqlı  rəhbər  idi.  Köçərilərin 
torpaqla  təchiz  olunub  məskunlaşdırılması  probleminin 
həllində  və  Orta  Asiya  xalqlarının  milli  hüdudqoyulma 
işində  fəal  iştirak  etmiş,  paytaxtın  yaşıllaşdırılması  və 
abadlaşdırılmasında  əsas  təşəbbüskar  olmuşdur.  Qəlbinin 
dərinliyinə  qədər  inqilabçı  İ.Aydarbəyovun  adı  XX  əsr 
Qırğızıstanında geniş yayılmışdı. 
21.10.1924  tarixdə  Qara-Qırğız  Muxtar  Vilayətinin 
İnqilab Komitəsi yaradıldı. İnqilab Komitəsinin sədri İmanalı 
Aydarbəyov  seçildi.  Onun  planlarına  növbəti  məsələlərin 
həlli  daxil  idi:  xalq  adından  dövlət  hakimiyyətinin  həyata 
keçirilməsi,  vilayətin  inzibati-ərazi  bölgələşdirilməsini 
gerçəkləşdirmək, vilayət idarə aparatının formalaşdırılması, 
təsisedici  Sovetlər  qurultayına  hazırlıq  və  tədbirin 
keçirilməsi. Bu missiyanı Aydarbəyov böyük məsuliyyətlə 
həyata  keçirdi.  O,  təsisedici  qurultaylardan  birində  Kreml 
adından  Qırmızı  Bayraq  almış  ilk  şəxslərdən  idi.  Düz 
üç  ildən  sonra  isə  Qırğızıstan  MSSR-in  MİK-in  birinci 
sessiyasında respublika xalq təsərrüfatı Mərkəzi Sovetinin 
sədrinin öhdəçilikləri üzərinə düşməklə Qırğızıstan MİK-in 
üzvü seçildi. Daha sonra o, sənaye və ticarət xalq komissarı, 
republika  Ali  Məhkəməsinin  sədri  seçildi.  1935-ci  ildə 
İ.Aydarbəyov  guya  əksinqilabi  ideyalarına  görə  partiyadan 
xaric edildi.  
O,  təbiətən  ağıllı,  həsədaparacaq  dərəcədə  cəsarətli, 
dəyanətli  və  təvazökar  bir  insan  idi.  O,  xalqın  xatirində 
elə  belə  də  qaldı.  1937-1938-ci  illər  təkcə  Qırğızıstanın 
tarixində  qanlı  illər  kimi  qalmamışdır.  Məhz  bu  illər 
respublikamızın  mütərəqqi  təbəqəsinə,  ilk  ziyalı  zümrəsinə 
dəhşətli zərbə vuruldu. Totalitar rejimin cəlladlarının əli ilə 
qırğız xalqının ən yaxşı oğulları həlak oldular. Belə desək, 
“üçlük” adlanan ittihamçılar tərəfindən qəbul edilmiş cinayət 
ittihamından  sitat:  Qırğızıstan  Respublikasının  Daxili  İşlər 
Xalq Komissarlığı (DİXK) orqanları tərəfindən sağ-trotskiçi 
terrorçu  təşkilatı  ilə  eyni  blokda  olan  antisovet,  milliyətçi, 
terrorçu,  təxribatçı-ziyanverici  təşkilat  ləğv  edilmişdir. 
Göstərilən təşkilat – sosial-turan partiyası silahlı üsyan, terror, 
ziyanəvərlik, diversiya yolu ilə Sovet hökumətini devirmək, 
Qırğızıstanı Sovet İttifaqından ayırmaq, İngiltərənin nəzarəti 
altında burjua-kapitalist dövləti yaratmaq qərarına gəlmişdi”. 
Bu  ittiham  başdan-ayağa  yalan  və  böhtan-iftira  olsa  da,  o 
zaman  üçün  qanunauyğunluq  idi.  1938-ci  il  5  və  8  noyabr 
tarixlərində  Çon-Daş  qədim  insan  məskəni  çöllüyündə 
138  nəfər,  o  cümlədən  İmanalı  Aydarbəyov  güllələndilər. 
İ.Aydarbəyov yalnız 1958-ci ildə bəraət aldı. 
Onun yeganə qız övladı – Roza İmanalı qızı Aydarbəyova 
Böyük  Vətən  müharibəsi  iştirakçısı  və  qırğız  qadınları 
arasında ilk cərrah olmuşdur.
237


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə