Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə91/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   87   88   89   90   91   92   93   94   ...   111

ƏBDÜQADIR OROZBƏYOV (1889-1938) 
Oş  vilayətinin  Qızıl-Kiyə  bölgəsinin  Oxna 
kəndində  anadan  olmuşdur.  Atası  vəfat  edərkən 
Əbdükadırın  cəmi  9  yaşı  vardı.  Onun  birinci 
inqilabi  təcrübəsi  1916-cı  il  Fərqanə  vadisindəki 
inqilabi  hərəkatda  iştirak  etməsi  idi.  Sonradan, 
1918-1920-ci  illərdə  Qızıl  Orduda  xidmət  etdi. 
1920-1925-ci  illərdə Aravan  bölgəsi  üzrə  inqilab 
komitəsi  və  rayon  icra  komitəsinin  sədri,  Oş 
dairə komitəsinin sədri oldu. Ə.Orozbəyov 1918-
ci  ildən  partiyanın  üzvü  idi.  Sonradan  MK(b)
P  MK-nin,  SSRİ  MİK-n  üzvü  oldu.  1925-ci  ildə 
Qırğızıstanda  sovet  hökumətinin  quruculuğu 
və  möhkəmləndirilməsində  fəal  iştirak  etdiyinə 
görə,  Qırğızıstan  Muxtar  Vilayətinin  vilayət 
icraiyyə komitəsinin sədri seçilmişdi. 1927-ci ilin 
fevralından  Qırğızıstan  MSSR  MSK-nın  sədri 
vəzifəsində, 1937-ci ilin sentyabrina qədər fasiləsiz 
olaraq Qırğız Respublikasının birinci başçısı kimi 
çalışdı.  Ümumqırğız  Sovetlərinin  V  fövqəladə 
qurultayının açılışındakı nitqindən: “Qırğızıstanın 
muxtar vilayətdən ittifaq respublikasına çevrilməsi 
qırğız xalqının tarixində yeni böyük eranı bildirir”.
Həmin dövrdə xalqın dərd-qəmini duzgün ifadə 
edə bilən əsil vətənpərvər-beynəlmiləlçi kimi onun 
qətiyyətini yüksək dəyərləndirirdilər. Onun həm də 
ən böyük xidməti Qırğızıstanın Muxtar Respublika 
statusu  almasıdır  ki,  sonradan  muxtar  respublika 
mövqeyini  dəyişdirərək  ittifaq  respublikasına 
çevrilmişdi.  Heç  kim  onun  qədər  gənclərin 
beynəlmiləl tərbiyəsinə, xüsusilə də Qırğızıstan və 
Özbəkistanın  arasında  mehriban  qonşu  və  qardaş 
münasibətlərinin möhkəmlənməsinə bu qədər diqqət 
ayırmamışdı. Sadə insanlar onu “bütün qırğızların 
ağsaqqalı”  adlandırırdılar.  Fəqət,  o  zamanın  bir 
çox  şəxslərinin  taleyi  kimi,  Ə.Orozbəyovun  da 
ömrü 1938-ci il tarixi ilə yarımçıq qırıldı.  1937-
ci ilin noyabrında o, repressiyanın növbəti qurbanı 
oldu,  1938-ci  ildə  isə  keçirdiyi  ağır  xəstəlikdən 
vəfat etdi. Yalnız 1956-cı ildə onun təmiz adı geri 
qaytarıldı. O ağır dövrün və respublikanın birinci 
rəhbərinin  əməlləri  əbədi  xatirələrdə  qaldı.    İllər 
keçir və qırğız torpağının bu cür oğulları əfsanəyə 
çevrilir.  Onların  əməlləri  əsrlər  boyu  qalacaqdır. 
Və  bizim  müqəddəs  borcumuz  –  əcdadlarımızın 
xatirəsini əziz  tutmaq və onların mütərəqqiliyinin 
simasında gəncləri Vətənə xidmətə səsləməkdir. 
238


BAYALI İSAKEYEV (1897-1938)
Narın  uyezdinin  Koçkor  kəndində  anadan 
olmuşdur.  Üç  yaşından,  atasının  ölümündən  sonra 
qohumlarının  yanında  tərbiyə  almışdır.  Kənd 
məktəbində  oxumuş,  1916-cı  ildə  Narın  şəhərində 
üçillik rus-yerli internat-məktəbini bitirmişdir. 1916-
cı ildə artıq çar rejimi əleyhinə yığma qoşuna başçılıq 
etmiş  və  bununla  da  əlaqədar  Çinə  qovulmuşdur. 
Qayıtdıqdan  sonra  1917-1920-ci  illərdə  qara  fəhlə 
çalışmışdır. 1920-ci ildən nahiyə icraiyyə komitəsinin 
və  xalq  məhkəməsinin  katibi  təyin  edilmişdir. 
Sonradan vilayət komitəsinin ikinci katibi olmuşdur. 
1927-1928-ci  illər  “Qızıl  Qırğızıstan”  qəzetinin 
redaktoru  olmuşdur.  Onun  1937-ci  ilədək  sonuncu 
vəzifəsi  Qırğızıstan  SSR-in  Xalq  Komissarları 
Sovetinin  sədri  idi.  Bu  vəzifədə  onu,  xüsusilə  də 
sənayeni  qaldırmaq,  növbəti  torpaq  islahatlarının 
keçirilməsi  və  cəmiyyətin  sosial-mədəni  həyatının 
inkişafı ilə əlaqəli məsələlər qaldırılanda, prinsipiallıq 
və  işgüzarlıq  fərqləndirirdi.  “Manas”  eposunun 
nəşrinin təşəbbüsçüsü idi və ölümündən 4 ay əvvəl bu 
barədə yalnız bu barədə danışardı. Milli özünüdərkin 
və müstəqilliyin kökünə qədər məhvi təhlükəsi baş 
üstünü alanda, yeganə bir yol qalır: bunun qarşısını 
almaq.  Tarixin  bu  cür  kritik  məqamlarında  xalqın 
fədakarlıqla bütün bəla və çətinliklərini öz üzərində 
milləti ilə birgə daşıyan, zərurət olsa, canından keçən 
ən yaxşı oğulları doğulur. B.İsakeyev öz torpağının 
bu cür vətənpərvərlərindən idi.
1991-ci ildə günahsız öldürülən həmvətənlərimiz 
haqqında  bütün  həqiqətlər  aşkarlananda,  Prezident 
Ə.Akayev siyasi repressiya qurbanlarının xatirəsinə 
həsr  olunmuş  mitinqdə  demişdi  ki,  onların  qətlə 
yetirildikləri  və  dəfn  edildikləri  yerdə  totalitar 
cəmiyyətə lənət işarəsi kimi xatirə obeliski qoymaq 
gərəkdir.  Bu  gün  orada  amansız  Stalin  rejiminin 
vəhşicəsinə qətlə yetirdiyi qırğızıstanlıların xatirəsinə 
monumental  kompleks  ucalır,  öldürülənlərin 
övladları,  nəvələri  öz  şərəfli  ulularını  yad  etmək 
üçün ora gələ bilirlər. Vətənin ən yaxşı oğullarının 
əbədi  uyuduğu  bu  müqəddəs  məkanı  “Ata  Beyit”, 
yəni “Atalar məzarlığı” adlandırırlar. 10.09.1937-ci 
il tarixdə o həbs olundu və 1938-ci ildə güllələndi. 
Çox illər sonra, yalnız 1957-ci ildə bəraət aldı. 
Bəzən xalqımızın böyük oğlu Bayalı İsakeyevin 
qızı Larisa-əjə ilə, zərif, eyni zamanda kişi qətiyyətli 
xanımla görüşmüşəm.
239


İŞENALI ARABAYEV (1882-1938)
Maarifçi-pedaqoq, 
qırğız 
dilində 
ilk 
dərsliklərin  müəllifi,  ərəb  əsaslı  ilk  qırğız 
əlifbasının  müəllifi,  ilk  qırğız  qəzeti  “Erkin 
Too”nun  açılmasının  təşəbbüskarı,  “Manas” 
eposunun toplayanlarından biri, yeni Qırğızıstanın 
ilk fəal qurucularından biri. Onu ilk qırğız ziyalısı 
adlandırmaq olar, çünki qırğız ziyalılar zümrəsinin 
yaranmasının  mənbəyində  dayanan,  məhz 
İ.Arabayev idi. Stalinin qadağasına baxmayaraq, 
İ.Arabayev  Qara-Qırğız  Muxtar  Vilayətinin 
yaradılması  layihəsinin  həyata  keçirilməsində 
iştirak  etmişdi.  Qısa,  lakin  parlaq  ömür  yaşadı. 
Heç zaman susqun və dinməz icraçı deyildi. Hələ 
mədrəsədə  təhsil  aldığı  vaxt  İşenalı  Arabayev 
dilçilik  sahəsində  öz  dərin  zəkası  ilə  seçilirdi. 
1911-ci ildə Ufada tələbə olarkən, ərəb əlifbası ilə 
kiçik həcmdə, cəmi 52 səhifəlik “Alippe” – qırğız 
və  qazax  uşaqları  üçün  əlifba  nəşr  etdirir.  O, 
Daşkənddə nəşr olunmuş qırğız məktəbi üçün ilk 
dərsliyin müəllifidir. O, “Kırqız alippesi” (“Qırğız 
əlifbası”) adlanır. Elə həmin ildəcə İ.Arabayev və 
qırğız  sovet  dilçiliyinin  görkəmli  banilərindən 
biri H.Karasayev birlikdə böyüklər üçün “Janılık” 
(“Yenilik”)  adlanan  dolğun  məzmunlu  dərslik 
nəşr etdirirlər. Müəlliflər oraya savad öyrətməklə 
bağlı  materiallardan  əlavə,  əlifbadansonrakı 
mərhələ  üçün  genişşaxəli  materiallar,  eləcə  də 
ictimai-siyasi  mövzularda  məqalələr  və  bədii 
mətnlər  saldılar.  Beləliklə,  bu  kitab  nəinki 
əlifba,  eləcə  də  özünə  görə  mini-müntəxabat 
rolunu  oynadı.  1918-1922-ci  illərdə  Jeti-Suy 
vilayətində rəhbər vəzifədə olarkən, müəllimlərin 
hazırlanması  kursunu  təşkil  etmişdi.  1922-1924-
cü  illərdə  İ.Arabayev  Türküstan  MSSR-in  xalq 
təhsili komissarlığına başçılıq etdi. İ.Arabayevin 
uşaqları  qırğız  dilində  öyrətmək,  onlara  dərslik 
yazmaq  kimi  ali  arzusu  yalnız  Qırğızıstan 
Türküstan  Respublikasının  tərkibindən  ayrılıb 
muxtariyyət  əldə  edəndən  sonra  həyata  keçdi. 
1933-cü ildə həbs edildi. Yalnız ölümündən illər 
keçəndən sonra bəraət aldı. Onun vətənpərvərliyi 
o  qədər  səmimi  və  dərin,  xalqına  və  Vətəninə 
o  dərəcədə  fanatikcəsinə  bağlı  idi  ki,  bu  gün 
siyasətçilərimizin hamısı üçün parlaq nümunədir.
240


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə