Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə92/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   88   89   90   91   92   93   94   95   ...   111

HÜSEYN KARASAYEV (1900-1998)
Düşünürəm  ki,  o,  maraqlı,  uzun,  rəngarəng 
hadisələrlə  zəngin  həyat  yaşamış  ən  xoşbəxt 
insandır. Yüzillik yubileyinə cəmisi ikicə il ömrü 
çatmadı. O, XX əsrin bütün ağır məhrumiyyətlərini 
və  yüksəlişlərini  yaşamışdı.  Onun  yaddaşında 
həm  çar  üsuli-idarəsi,  həm  rus  imperiyası,  həm 
də  doğma  ölkəsinin  suverenlik  qazanması  qaldı. 
H.Karasayevlə  vida  mitinqində  Əsgər  Akayev 
qeyd etmişdi ki, “...o, demək olar ki, 100 il yaşamış 
və  qırğız  xalqının  tarixində  minilliklərə  qoyub 
gedəcək silinməz iz salmış XX əsrin Kaşğarisidir”. 
90  illik  yubileyində  H.Karasayevdən 
müsahibə götürmək xoşbəxtliyi mənə nəsib oldu. 
Onun müstəsna yaddaşı və aydın zəkasına heyran 
qaldım.  Dörd  saat  söhbətimiz  ərzində  o,  demək 
olar  ki,  fasiləsiz  dayanmadan  bütün  mümkün 
hadisələrlə zəngin tərcümeyi-halını danışdı. Mənə 
elə gəldi ki, o sadəcə danışmırdı, oxuyurdu. Onun 
danışıqlarını  dinləmək  çox  xoş  idi.  O,  Moldo 
Kılıçdan sərbəst surətdə sitat gətirir, öz söhbətinə 
“Manas”  eposundan  sətirlər  salır,  sadəcə,  qırğız 
atalar  sözlərini  muncuq  kimi  “səpirdi”.  DTK 
əməkdaşlarının onu necə izləmələrini də nəql etdi. 
Öz yazılı yetişdirməsi – qırğız-rus lüğəti barədə də 
danışdı. 
Söhbətimizin 
sonunda 
dözməyərək 
uzunömürlüyün  sirrini  açmağı  xahiş  etdim.  o 
isə  gülümsəyərək  cavab  verdi:  “Bütün  bunlar 
Allahın işidir. Dostlarım güllələnəndə – Moskvaya 
göndərildim. Başqalarını cəbhəyə aparanda, mənə 
dedilər ki, burada elmə lazımam. Görünür, Allah 
məni  qoruyub.  Bu,  bir.  İkincisi,  özüm  özümü 
də  qorumuşam.  Zərərli  vərdişlərim  heç  zaman 
olmayıb.  Ən  yaxşı  vərdişi  həmişə  əmək  hesab 
etmişəm.  Əmək  mənim  üçün  həm  müalicə,  həm 
də  eyni  zamanda  istirahətdir.  Üçüncüsü  isə, 
həmişə etibarlı arxam olub – həyat yoldaşım Ayşə. 
Uzun  ailə  həyatı  sürərək,  isti  münasibətlərimizi 
saxlamışıq,  hörmətlə  bir-birimizə  yalnız  “Siz” 
deyə  müraciət  etmişik.  Zənnimcə,  kişinin  yaşı 
daha çox qadının xasiyyətindən asılıdır”.  Budur, 
uzunömürlüyün və müdrikliyin ən sadə reseptləri.
241


QASIM TINISTANOV (1901-1938)
Qasım  Tınıstanov  –  filoloq,  şair,  ilk  qırğız 
professorudur. Respublikada təhsil sistemi və ilk 
təcrübi  rəhbərlik,  özünütəlim  dərs  kitabları  və 
lüğətləri tərtib edən entuziastlardan biri, eləcə də rus 
dilindən qırğız dilinə ilk mütərcim. Onun linqvistik 
əsərləri  bu  gün  də  böyük  təcrübi  əhəmiyyət 
daşıyır.  Bu  onun  “Kırqız  tilinin  morfologiyası” 
(“Qırğız  dilinin  morfologiyası”)  və  “Kırqız 
tilinin  sintaksisi”  (“Qırğız  dilinin  sintaksisi”) 
əsərləridir.  Bu  dərsliklər  qırğız  məktəblərində 
milli  yazının  əsası  oldu.  Q.Tınıstanov  doğma 
dilinin  özünəməxsusluqlarının  mahir  bilicisi  idi. 
Təsadüfi  deyildir  ki,  böyük  alim  E.D.Polivanov 
deyirdi: “Mərkəzi Asiyada humanitar elmlər üzrə 
alimlərin içərisində Qasıma bərabər tutulası şəxs  
yoxdur”. 
İlk inqilabi dəyişikliklər onun adı ilə bağlıdır. 
Onun yaratdıqları xalqımızın mədəni dəyərlərinin 
sırasına daxildir. Milli özünüdərkin yüksəlməsində 
də onun rolu danılmazdır. Məhz onun xahişi ilə rus 
alimi, professor V.V.Bartold vaxtilə qırğız xalqının 
tarixi haqqında kitab yazdı. Xalqını sevərək onun 
qəlbinə yollar axtardı. Şəxsi ambisiyalardan imtina 
edərək digər xalqlara öz qardaşlarına baxan kimi 
baxmağa çağırdı. Öz əməyi, öz cəhdləri sayəsində 
ayağını ora basacaq hər kəsə şan-şövkətli bir şöhrət 
qalası, mənəvi məbəd tikdi. Bu gün Q.Tınıstanovu 
qırğız dilçiliyinin banisi hesab etməyə tam əsaslar 
var. 90 illiyi qeyd olunanda (1991), Qırğızıstanda 
onun  adına  elm  və  texnika  sahəsində  Dövlət 
Mükafatı  təsis  edildi.  Qırğız  xalqının  görkəmli 
oğlu  Q.Tınıstanovun  çoxşaxəli  böyük  əməyini 
nəzərə alaraq, 2001-ci il – anadan olmasının 100 
illiyi münasibəti ilə YUNESKO tərəfindən qırğız 
alimi Qasım Tınıstanovun İli elan edildi. 
Biz xalqın özünüdərki üçün çox işlər görmüş, 
mədəniyyətin  fədaisi  olmuş,  milli  ziyalılar 
zümrəsinin birinci nəslinə, xüsusilə də alimlər və 
mədəniyyət  xadimlərinə  dayaq  olmuş  bu  böyük 
oğlunun xatirəsi qarşısında baş əyirik.
242


KONSTANTIN YUDAXIN (1889-1975)
Qırğızıstan  SSR  Elmlər  Akademiysının  akademiki, 
elm  sahəsində  SSRİ  Dövlət  mükafatı  laureatı,  böyük 
türkoloq, filologiya elmləri doktoru, qırğızca-rusca və bir 
sıra  digər  lüğətlərin  tərtibçisi  K.Yudaxin,  xoşbəxtlikdən 
repressiyalardan  qurtula  bilmişdi.  Amma  fəaliyyətinin 
bəhrəsinin  –  qırğızca-rusca  lüğətin  çap  olunmasında 
az  həyəcanlar  yaşamamış  və  ona  qarşı  edilən  psixoloji 
təzyiqlərdən  qurtulmamışdır.  Hətta  dəfələrlə  əlyazması 
“itmiş”di və necə çətin zəhmət sayəsində bərpa edilmişdi! 
Elə bir məqam çatdı ki, o artıq öz əməyini dəfn etməyə 
razılıq verdi. Lakin müəyyən müddət sonra lüğət, nəhayət 
ki,  nəşr  edildi  və  ümumdünya  şöhrəti  qazandı.  Onun 
böyük  əsəri  nəinki  təkcə  türk  linqvistikasında  dəyərli 
varidata çevrildi, eləcə də iki xalqı birləşdirəcək bir körpü 
rolunu oynadı. O, Rusiyada doğulmiuş və vətəni Rusiyada 
da  təhsil  almışdı.  Ömrünün  sonuna  qədər  isə  Yudaxin 
qırğız  xalqı  naminə  çalışdı.  Uzun  illər  o,  qırğız  xalqına 
yazılı abidələrin, o cümlədən xalq şairlərinin ədəbi irsinin 
qaytarılması  naminə  işlər  gördü.  Üzərinə  “milliyyətçi” 
damğası  vurulmasına  baxmayaraq,  K.Yudaxin  oxucuya 
o  zamanlar  qadağan  edilmiş  akınların  bir  çox  qadağan 
edilmiş əsərlərini çatdıra bilmişdi.  
30-cu  illərin  məşhur  nəsli  akademik  Yudaxin 
tərəfindən  tərbiyələnirdi.  Onun  şagirdləri  Yudaxinin 
və  həyat  yoldaşının  hər  gün  sübh  ertədən  internata 
gəlmələrini və mehribanlıqla onları oyatmalarını bu gün 
də xatırlayırlar: “Uşaqlar, durmaq vaxtıdır, sizi dağlar və 
isti günəş gözləyir”. Əlbəttə, o, gəncləri sevirdi və bütün 
qəlbi  ilə  başa  düşdürdü  ki,  yalnız  yaxşı  tərbiyə  və  təhsil 
yolu ilə biz Qırğızıstanın iqtisadiyyatıni və qırğız xalqının 
mədəniyyətini  irəlilədə  bilərik.  O  tez-tez  təkrar  etməyi 
sevirdi:  “Mən  qırğız  xalqının  oğluyam”.  Bu,  müqəddəs 
bir  həqiqət  idi.  Görkəmli  manasçı  Sayakbay  Qaralayev 
deyirdi:  “Yudaxin  elmdə,  əfsanəvi  “Manas”  eposundakı 
Bakay kimi dahidir”.
Konstantin Yudaxin və Qasım Tınıstanov hal-hazırda 
yüksək  dəyərləndirilmiş  və  ölümlərindən  sonra  Prezident 
Ə.Akayevin  “XX  əsrdə  böyük  elmi  nailiyyətlərə  görə” 
qızıl  medalı  ilə  təltiflənmişlər.  Və  əminəm  ki,  bir  gün 
gələcək və onların həmkarı, qırğız elmi və mədəniyyətində 
böyük  əməyi  olmuş  E.Polivanov  da  ölümündən  sonra 
mükafatlandırılacaqdır.  “Qırğız  mədəniyyətinin  üç 
nəhəngi” məqaləsində yazılır: “Həbsdən sonra Q.Tınıstanov 
və  E.Polivanov  ağır  işgəncələrə  məruz  qaldılar.  Möcüzə 
nəticəsində  Polivanovun  Qırğızıstan  müstəntiqlərinə 
yazdığı  bir  ərizə  salamat  qalmışdır:  “58-1a  maddəsi  ilə 
Yaponiyanın  xeyrinə  casusluqda  ittiham  edilirəm.  Xahiş 
edirəm  istintaqın  ağır  formaları  bitsin  (fiziki  zorakılıq), 
belə  ki,  bu  üsullar  məni  yalan  danışmağa  məcbur  edir. 
Əlavə  edirəm  ki,  artıq  dəliliyə  çatmaq  dərəcəsindəyəm”. 
E.Polivanovu  Moskvaya  apardılar  və  25.01.1938-ci  ildə 
orada  güllələdilər.  Q.Tınıstanova  qəddar  işgəncələrdən 
sonra bu qeydli güllələnmə hökmü çıxardılar: “Hökm dərhal 
yerinə yetirilsin”. Bununla da qanlarını son damlasınadək 
Qırğızıstan  elminə  qurban  verən  XX  əsrin  iki  dahi  alimi 
həlak oldu. 
243


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə