Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə95/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   91   92   93   94   95   96   97   98   ...   111

TUGELBAY SIDIKBƏYOV (1912-1997)
Xalq  yazıçısı,  akademik  T.Sıdıkbəyovdan 
müsahibə  götürmək  xoşbəxtliyi  bir  zaman  mənə 
də  nəsib  olmuşdu.  Ondan  soruşanda  ki,“Hörmətli 
Tugelbəy  ata,  siz  neçə  il  yaşamısınız?”  o  zarafatla 
“Min”  deyə  cavab  vermişdi.    Mən  isə  özüm 
özlüyümdə düşündüm ki, bu insan həqiqətən də öz 
ədəbi qəhrəmanlarının hesabına uzun ömür sürüb. 
O,  yalnız  Vətəninə  təmənnasız  xidmət  edən 
yazıçı deyildi, həm də doğma dilin xüsusiyyətlərini 
saxlamaq  uğrunda  mücadilə  aparan  sadiq  mübariz 
idi.    Onun  yaradıcılıq  həyatı  –  fədakar  əməyin 
parlaq nümunəsidir. T.Sıdıkbəyovun sonuncu kitabı 
“Kok  Asaba”  –  həm  bədii  ədərdir,  həm  də  tarixi 
araşdırmadır.  Xalqın  özünüdərkinin  yüksəlməsi  və 
ozünəməxsusluğunu müəyyən etməsi ideyası orada 
aparıcı xətdir. “Vətən bir dənədir və ömürlükdür”, – 
deyə yazıçı təkrar etməyi sevirdi.
Biz  böyük  fəxarətlə  deyə  bilərik  ki,  unikal 
yüksək  bədii  çalarlı,  humanizm  və  mənəviyyat 
ideyaları dolu əsərlər yaratmış Tuqelbay Sıdıkbəyov 
təkcə qırğız xalqına deyil, bütün dünyaya məxsusdur. 
T.Sıdıkbəyov  qırğız  xalqının  ən  hörmətli  ağsaqqalı 
kimi müstəqil Qırğızıstanın ümumxalq seçkisi yolu 
ilə seçilmiş ilk Prezidentinə xeyir-dua vermişdir. Ahıl 
yaşına  baxmayaraq,  son  günlərinə  qədər  gənclərin 
mənəvi  nəsihətçisi  olaraq  qalmışdı.  Qurucuların 
meydanda  keçirilən  səs-küylü  mitinqlər  zamanı 
yeganə  insan  idi  ki,  cəsarətlə  irəli  çıxaraq  xalq  ilə 
ünsiyyət  qurur  və  vətəndaşlıq  vicdanını  oyadırdı. 
Xalq  ona  inanır  və  heyranlıqla  pərəstiş  edirdi. 
Təsadüfi deyildir ki, onu “Dağ-insan” adlandırırdılar.
250


BIBISARA BEYŞENƏLIYEVA (1926-1973)
İstedadı, qeyri-adi gözəlliyi və yorulmaq bilməyən 
zəhmətkeşliyi ilə B.Beyşenəliyeva öz tamaşaçılarının 
sevgi  və  nüfuzunu  qazanmışdı.  Parlaq  fərdiliyi 
ilə  Qalina  Ulanova  və  Mayya  Plisetskaya  ilə  bir 
sırada  dayanan  sadə,  təvazökar  qırğız  qızı.  O,  qırğız 
qadınlarının gözəllik simvoluna çevrilmişdi.
Bübüsara  Beyşenəliyevanın  yolu  –  adı  əfsanəyə 
çevrilmiş,  maraqlı,  yaradıcılıq  axtarışları  ilə  zəngin 
və  böyük  əməklə  bağlı  istedadlı  qırğız  rəqqasəsinin 
həyatıdır.  Qırğız  teatrının  balet  repertuarı  üç  onillik 
ərzində  onun  adı  ilə  sıx  bağlı  tərtib  olunurdu.  Onun 
“Çolpon” baletindıki sehrkar Ayday, “Qu gölü”ndəki 
ağ qu, aktrisanın ispan rəqsləri ifa etdiyi “Raymonda”, 
“Bağçasaray fəvvarəsi”ndə Mariya obrazları füsunkar 
yaradıclıq məhsuludur. O xüsusilə “Asel” baletində öz 
artistik qabiliyyətini göstərmişdi. “Romeo və Cülyetta” 
baletində  Beyşenəliyeva  sevgini  oynadı:  məhz  onun 
qəlbindən  süzülmüş  Cülyettanın  mənəvi  dünyası, 
dünyagörüşü  –  durğun,  qanlı,  ömrünü  başa  vurmuş 
cahil aləmə qarşı atdığı cəsarətli addımları tamaşaçılar 
tərəfindən qəbul edilirdi.
Bübüsara  Beyşenəliyeva  sözün  ali  mənasında 
artist  idi.  Səhnə  rəqsinin  bütün  forma,  temp  və 
ritmləri  onun  üçün  mümkün  idi,  o,  dəyişilməyin, 
təbəddülata uğramağın daxili və xarici sirlərinə bələd 
idi.  Qabiliyyətinin  hüdudsuzluğu  və  texniki  hazırlığı 
Beyşenəliyevaya bir-birinə əkslik təşkil edən ən təzadlı 
rollarda çıxış etmək imkanı yaradırdı. Onun hər rəqsi – 
sanki qu quşunun nəğməsi idi. Onun əlləri – qanadlar, 
başı  –  tac  idi.  Onun  saf,  aybəniz  incə  sifəti  –  şərq 
gözəlliyinin mücəssəməsi idi. Deyilənlərə görə, nadir 
kişi  tapılarmış  ki,  ilk  görüşdə  onun  səmavi  gözəlliyi 
qarşısında nitqini itirməsin.
Bübüsara  Beyşenəliyevanın  anadan  olmasının 
70  illik  yubileyi  xatirəsinə  ithaf  edilmiş  abidənin 
hazırlanması ərəfəsində yazıçı Çingiz Aytmatov çıxış 
etmiş,  məşhur  qırğız  heykəltəraşı T.Sıdıkova  xitabən 
belə  söyləmişdi:  “Mən  sizin  qara  fəhləniz  olmağa 
hazıram, amma nə isə qeyr-adi, misilsiz və bənsərsiz 
bir şey yaratmaq lazımdır. Bu, qu quşunun və könlün 
uçuşu  olmalıdır  ki,  pərəstişkarları  həmin  abidəyə 
baxdıqda, onunla birgə o rəqs uçuşunda süzsünlər ”.  
Bu sözlərə nə isə əlavə etmək lazım deyildir. 
Bübüsaranın istedadının pərəstişkarları deyirdilər 
ki, o, bu dünyadan çox erkən köçdü. Bəlkə də ona görə 
ki, özünü qoca təsəvvür etmirdi və kiminsə onu 80-90 
yaşında görməsini istəmirdi. 
251


MURADBƏY RISKULOV (1909-1974)
Xalq  içindən  çıxmış  istedadlı  səhnə  ustadı, 
görkəmli  aktyor  M.Rıskulov  qırğız  teatr  və 
kinosunun  inkişafında  silinməz  iz  buraxmışdır. 
Komik  rollarla  yanaşı,  onun  istedadı  dramatik 
rollar  da  yaratmağa  imkan  verirdi,  ələlxüsus, 
“Kurmanbəy”  tamaşasındakı  Teyitbəy  obrazı 
daha parlaq idi. Amma ən uğurlu rolu – Lir obrazı 
sayılır.  İngiltərənin  paytaxtı  Londonda  dahi 
Şekspirin  anadan  olmasının  350  illiyi  keçirilirdi. 
Sovet İttifaqından gedənlərin sırasında Lir rolunu 
qırğız  dilində  ifa  etmiş  və  tələbkar  ingilislərin 
ayaq üstə gurultulu alqışlarla qarşıladıqları günəşli 
Qırğızıstandan  olan  Muradbəy  Rıskulov  da  var 
idi.  Bununla  o,  dünyaya  xalqımızın  istedad  və 
ruhunun  gücünü  göstərdi.  M.Rıskulov  ali  fəxri 
ad – SSRİ-nin xalq artisti adını almış milli dramın 
ilk  ustadlarından  idi.  Muradbəy  bənzərsiz  oyunu 
ilə  tamaşaçıları  laqeydlikdən  “müalicə  edir”  və 
əvəzində  sevinc  bəxş  edirdi.  O,  bir  neçə  nəsil 
sonrakı insanların şüuruna təsir etmək qabiliyyətinə 
malik idi. Maraqlısı isə bu idi ki, M.Rıskulov ilk 
dəfə  teatra  gələndə  etirazla  qarşılanmışdı,  guya 
ki, onun eşitmə-duyma qabiliyyəti yoxmuş. Həyat 
yoldaşı  S.Qumuşəliyevanın  xatirələrindən  bəlli 
olmuşdu ki, ağır cərrahiyyə əməliyyatından sonra 
həyatının son günlərində Axunbayev, Mamakeyev 
və  Mirrəhimov  kimi  məşhur  cərrahların  yanında 
bayıla-bayıla  kral  Lirin,  Otello  və  Teyitbəyin 
monoloqunu ifa etməyə başlamışdı... Sənətin dahi 
ustadı ömrünün sonunu hiss edib, incəsənət aləmi 
ilə vidalaşırdı.
Bizim 
taleyimizə 
mənəvi 
dəyərlərin 
yenidən  dəyərləndirilməsi  kimi  böyük  əməllər 
və  dəyişikliklər  dövründə  yaşamaq  xoşbəxtliyi 
düşdü. Onun istedadı bütün dəyişikliklər fonunda 
milli dahilərimizin səmasında sönməz ulduz kimi 
həmişə parlayır. Bu isə sırf yaradıcı insanın layiq 
ola bildiyi ən yüksək dəyərdir. 
252


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə