xalqının tarixinin tədqiqatı və dəqiqləşdirilməsi
üzrə, “Manas” eposunun hərtərəfli öyrənilməsində
böyük işlər aparıldı. 1952-ci ildə “Manas” dastanı
ilk dəfə olaraq nəşr edildi, 1956-cı ildə isə qırğız
xalqının əmələ gəlməsi (etnogenezisi) barədə
ümumittifaq səviyyəli elmi-praktiki konfrans
keçirildi. “Manas” eposunun əsil xəlqiliyi sübut
edildi.
İshaq Rəzzaqov təkcə qırğız xalqının deyil,
eləcə də bütün Orta Asiyanın dahi şəxsiyyəti,
dövlət və siyasi xadimi idi. Xalq içində belə deyim
var: “Çətin günlər gələr, qəhrəmanlar doğular”.
Bəşər tarixi yaranan gündən belə olmuşdur.
Qırğızıstanın sənayesi “inkişaf edən sosializm”
vəziyyətində ölkənin vahid xalq təsərrüfatı
kompleksinin ayrılmaz hissəsi kimi inkişaf edirdi.
1965-1985-ci illərdə respublikada milli gəlir 2,7
dəfə, sənaye məhsulu 4,4 dəfə artmışdı. Onlardan
maşınqayırma və metal emalı sahəsi 8 dəfə,
elektrik enerjisi istehsalı 5 dəfə artdı. Həmin illər
ümumi məhsulun 60%-i, respublika milli gəlirinin
yarısından çoxu istehsal sənayesinin payına
düşürdü. 150 yeni sənaye müəssisəsi tikilmişdi.
Qırğızıstan SSR-də xalq təsərrüfatının
kompleksi daxilində əsas istiqaməti sənayenin
energetika, əlvan metallurgiya, maşınqayırma,
elektronika, elektrotexnika, cihazqayırma, tikinti
sənayesi kimi sahələri müəyyənləşdirməyə
başladı. Çoxlu sayda yüngül sənaye, ərzaq və ət-
süd sahələri üzrə müəssisələr yenidən tikildi və ya
rekonstruksiya edildi.
80-ci illərin əvvəllərində Orta Asiyada çıxarılan
qara kömürün 40%-i Qırğızıstan SSR-in payına
düşürdü. Lakin bu göstəricilər də sənayenin daha
çox ekstensiv inkişafı sayəsində əldə edilmişdi.
Qırğızıstanda energetikanın artımı Narın şəlaləsində
Üç-Korqon və Toktoqul SES-lərin tikilməsi
sayəsində təmin olundu. 80-ci illərin ortalarında
respublikanın hidroelektrostansiyalarında ildə
11 mlrd kilovatt-saat elektrik enerjisi istehsal
olunmuşdu. Müasir Qırğızıstanın ən perspektivli
sahələrindən biri olan hidroenergetika məhz o
illər formalaşmışdı. Ümumittifaq çərçivəsində
Qırğızıstanda əsas istiqamətdə antimon, civə,
nadir metalların istehsalı mühüm rol oynayırdı.
Kadamcay kombinatında istehsal edilmiş antimon
dünya bazarında keyfiyyət etalonu idi. Dünya
bazarında Haydarkan civə kombinatının məhsulları
da yüksək dəyərləndirilirdi. 70-80-ci illərdə əlvan
metallurgiya respublika istehsalatında birinci
yer tutmuşdu. 1970-1985-ci illərdə əlvan metal
istehsalı iki dəfədən də çox artdı. Bu məhsul 40-dan
çox dünya ölkəsinə ixrac olunurdu. Bununla yanaşı
qızıl, mis, qalay və başqa metalların yeni yataqları
kəşf edilmiş və yerlərdə istehsal müəssisələrinin
tikintisinə başlanılmışdı.
1986-1990-cı
illər
ərzində
SSRİ-də
“yeni düşüncə”, “sürətləndirmə”, “aşkarlıq”,
durğunluq dövrünün tənqidi kimi şüarlar altında
yenidənqurma gedirdi. Reformaların məqsədi
sosialist cəmiyyətinin kökündən “rekonstruksiya”sı
idi, amma sosial-məişət problemlərinin həll
edilməməsi iqtisadi böhranı daha da kəskinləşdirdi.
Xalq cəbhələri yaradıldı, müxtəlif qeyri-rəsmi
birliklər, bölgələrarası deputat qrupları meydana
gəldi. Rusiyada demokratik hərəkat gücləndi,
Vilnüs, Tbilisi, Bakı, Almatıda dəhşətli hadisələr
baş verdi. Sov.İKP MK-nın aprel plenumundan
(1985) sonra qırğızların tarixində ilk dəfə olaraq,
SSRİ Ali Sovetinə alternativ seçkilər keçirildi.
1989-cu ildə qırğız dilinə dövlət statusu verildi. Bu,
milli özünüdərk və millətin mənəvi dirçəlməsində
əvəzsiz rol oynadı.
Bütün mənfi xüsusiyyətlərə, milli çalarları
SSRİ-nin siyasi qalxma-enmə liberalizasiyasının
təsirinə məruz qalaraq, ənənələri hamarlayan
komanda-inzibatçılıq sisteminin nəticələrinə
baxmayaraq, respublikada iri etnosiyasi, etnososial
inkişafının tarixi məsələləri həll edilmişdi. Bu
məsələlər Qırğızıstanın doğma torpağın tarixinə
“sənayeləşmə” və “mədəni inqilab” kimi daxil
olmuş kateqoriyalarla qırılmaz surətdə birbaşa
bağlı idi:
- subetnik parçalanmanın qarşısı alındı, qırğız
xalqının
etnik nüvəsi möhkəmləndi;
- əhalinin kütləvi surətdə savadlanmasına nail
olundu, qırğız dilində etno-mədəni informasiyaların
və etnotarixi biliklərin toplanması və geniş
yayılması
təmin edildi;
- fəhlə sinfinin ixtisaslaşdırılmış kadrları
formalaşdırıldı, ziyalı təbəqə çoxsaylı sosial qrupu
təşkil etdi;
- özünün etnolinqvistik fərdiliyi ilə vahid qırğız
ədəbi dili formalaşdı;
- müəyyən milli dövlətçilik, siyasi mədəniyyət
ənənələri toplandı;
- özündə müvafiq etnik informasiyanı, əhalinin
ən sıx kütlələrinə milli ideologemi daxil etdirmək
imkanını ehtiva edən geniş kütləvi informasiya və
kommunikasıya vasitələri şəbəkəsi yaradıldı;
- qırğız xalqı məhz rus dili və rus mədəniyyəti
vasitəsi ilə Avropa mədəniyyətinin nailiyyətlərini
əxz etdi.
Bu əsas üzərində də Qırğızıstanın yeni peşəkar
213