tayfadaxili nəsil “haqq-hesablar”ı, ambisiyalar,
xalqda vahid iradənin olmaması və bütün bunlar
millətin formalaşmasına həddindən artıq böyük
zərbə vurdu. Nəsil təkəbbürlüyü millətin özünün
müstəqilliyini kölgə altına alması ilə nəticələndi ki,
bu da qırğız xalqının tarixin bütün mərhələlərində
inkişaf sürətinin azalmasına gətirib çıxardı. XVIII
əsrin sonlarında-XIX əsrin birinci yarısında
yaşamış əsil söz peyğəmbəri müdrik Kalıqul baş
verən hadisələrə öz münasibətini qırğız poeziyası
xəzinəsinə daxil olan seirində bildirmişdi:
Əsil qoçaq,
cəsur igid
Xalqına hörmət edər.
Oxuyar, baxar, düşünər,
Elmlərə sahib olar.
Ən müxtəlif xalqların
Dillərinə sahib olar.
Bənzər
o kəs çinara,
Ağacda – o çinarda,
Bülbüllər oxuyarlar.
Ağac
kök atar, möhkəmlənər,
Bur-budağı min olar.
Ağacın kölgəsi, sərini də
Çoxlarına qulluq edər.
Belə insanları
tapmaq olar
Görəsən haralarda.
Ancaq
belə adam gələcək
Bu dünyaya. Axı ləl də,
Cavahirat da o danədəndir.
Tayfalararası münaqişənin canlı şahidi
Semyonov-Tyanşanski olmuşdu (1856-1857). O,
“ölü sahə” adlandırılan döyüş yerlərində olduqdan
sonra öz memuarlarında yazırdı: “Bu düzəngahın
buraxdığı təəssürat, San-Bernardakı morqla
müqayisə ediləsi deyildir. ”
Siyasi vəziyyət akınların da yaradıcılığında öz
əksini tapmışdı. Rus xalqı ilə dostluq əlaqələrini
gələcəkdə möhkəmləndirmək kimi proqressiv
baxışlar yaranırdı. Ədalət və dərrakəyə çağırışlar
səslənirdi. 1710-cu ildən 1876-cı ilə qədər
qırğızların başlıca məqsədi Kokand xanlığının
və Tsin imperiyasının əsarətindən tezliklə
qurtulmaq idi. Pulat xanın başçılığı altında tez-
tez xalq üsyanları qalxırdı. 1842-ci ildə qırğızların
birləşməsi baş tutdu.
Mənəvi zənginlik bütöv bir pleyada şair, xalq
dastansöyləyənləri və musiqiçilərin yaradıcılığında
təmsil olunmağa başladı: Gəldibəy, Balıkooz,
Tınıbəy, Çoyükə, Sağınbay, Kalıqul, Arstanbəy,
Moldo Kılıç, Jenijok, Moldo Niyaz, Kurənkə,
Aydaralı, Sırtbay, Niyazəli, Taykojo, Booqaçı
və s. Böyük qazax etnoqrafı və maarifpərvəri
Çokan Vəlixanov 1856-cı ildə Qırğızıstanı gəzib
dolaşdıqdan sonra 1861-ci ildə “Manas” eposu
barədə “Rus İmperator Coğrafiya Cəmiyyətinin
etnoqrafiya bölməsinin yazıları”nda oçerk çap
etdirdi. Bu, ilk ədəbi qeyd idi. Sonradan akademik
V.V.Radlov 1862-ci ildə Qırğızıstana ilk dəfə
getikdən sonra 1869-cu ildə “Manas”, “Semetey”,
“Seytek” trilogiyasını yazdı.
Qırğızıstanın cənubunda, Alay vadisində
Kokand xanından “bəy” titulunu almış Alımbəy
datka hökmranlıq edirdi. 1862-ci ildə solto
qəbiləsinin manapı Baytik bahadır Kokand bəyi
Rəhmətullanın Pişpek yaxınlığındakı qalasını ələ
keçirməyə müyəssər oldu. Sonralar Baytik bahadır
türk qoşunlarına Mərkə, Oluya-Ata, Çimkənd
qalalarını ələ keçirməyə köməklik göstərdi və
bunun müqabilində ordenlə mükafatlandırıldı.
1863-cü ildə Kokand xanlığında hakimiyyət
qıpçaq-qırğızların əlinə keçdi – onların
nümayəndəsi Altım Kul üç il ərzində hökmranlıq
etdi. Altım Kul Kokand hökmdarı şəxsində şimal
qırğızlarının başçıları Jantay xan və Baytiklə sülh
bağlamağa çalışırdı. Qırğızıstanda olmuş görkəmli
coğrafiyaşünas A.N.Severtsev 1864-cü ildə yazırdı:
“İlk dəfə idi, qara-qırğızlarla tanış olurdum. Onlar
M.İ.Venkjov və Ç.Valixanov təsvir edənlərdən
daha səliqəlidirlər”. İ.Strelkovun söylədiyinə görə,
Ç.Vəlixanov 1856-cı ildə İssık-Kula səfər edibmiş.
O yazırdı: “Qirğızlar, Çokanda qazaxlara nisbətən
daha döyüşkən xalq təəssüratı yaratmışdılar,
qırğızlar ona dostcasına, yaşca böyük qadınlar isə
anasayağı baxırdılar”. Sonradan qırğızların məişət
və həyat tərzləri ilə tanış olan digər rus alim-səyyah
V.İ.Lipkin belə qeyd etmişdir: “Sözsüz ki, qırğızlar
– Avropa mədəniyyətinə meyl edən qabiliyyətli və
zadəgan əsilli tayfadır.”
1855-1868-ci illərdə Kokand əsarəti qurtardı.
Şimali qırğızlar Rusiya imperiyasının tərkibinə
daxil oldular.
11.07.1867-ci ildə Sır-Dərya və Yeddisu (Jeti-
Suu) vilayətlərindən ibarət Türküstan general-
qubernatorluğu təşkil edildi. Yeni inzibati-ərazi
qurumun strateji əhəmiyyəti nəzərə alındı və
Türküstan hərbi nazirliyin tərkibinə daxil edildi.
Beləliklə, tərkibinə Qırğızıstanın da qatıldığı
Türküstanın hərbi və mülki idarəçiliyi üçün
müstəmləkəçilik aparatının əsası qoyuldu. Rus
hökuməti inzibati idarəçilik təşkili ilə bərabər
yeni torpaqlarda çarizmin hərbi-siyasi və
sosial istinadgahlarını yaratmaq məqsədilə rus
köçkünlərinin ərazilərdə yerləşdirilməsinə başladı.
Qaragöl (İssık-Kul) və Tokmokda (Çuy) 1867-
206