Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə80/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   76   77   78   79   80   81   82   83   ...   92

 
257
ola bilərlər. Bu fəaliyyətdən  əldə edilən vəsait bütövlükdə kitabxananın 
sərəncamında qalır. 
 
Maddə 32. Kitabxana işçilərinin sosial müdafiəsi 
Dövlət kitabxana işçilərinin sosial müdafiəsinə təminat verir. 
Kitabxana işçilərinin  əmək haqları elm və  təhsil sahələri işçilərinin 
əmək haqlarından aşağı olmamalıdır. 
Kitabxanaların statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla 
işçilərə əmək haqqından əlavə digər ödənişlər tətbiq edilə bilər. 
Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə  və  təşkilatlar öz 
tabeçiliyində olan kitabxanaların işçilərinə  əlavə kompensasiyalar 
müəyyən edə bilərlər. 
Kitabxana işçiləri öz peşə  və sosial hüquqlarını  təmin etmək 
məqsədilə qanunvericilikdə müəyyən olunmuş qaydada ictimai birliklər 
yarada bilərlər. 
 
VI fəsil 
YEKUN MÜDDƏALARI 
 
Maddə 33. Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq 
Kitabxana işi sahəsində beynəlxalq  əməkdaşlıq Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr  əsasında 
həyata keçirilir. 
Kitabxanalar və kitabxana işi sahəsində ictimai birliklər, beynəlxalq 
kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları  və kitabxana işi 
sahəsində ictimai birlikləri ilə əməkdaşlıq edə bilərlər. 
 
Maddə 34. Bu Qanunun pozulmasına görə məsuliyyət 
Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət 
daşıyırlar. 
 
Heydər Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 29 dekabr 1998-ci il 
№ 611-1 Q 
 
 
 
 


 
258
5.3. “KİTABXANA İŞİ HAQQINDA” 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNUN 
TƏTBİQ EDİLMƏSİ BARƏDƏ 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 
qüvvəyə minməsi ilə  əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin 
etmək məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki 
ay müddətində: 
- qüvvədə olan qanunvericilik aktlarının “Kitabxana işi haqqında” 
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə 
təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; 
- həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş dövlət kitabxana 
fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, 
mühafizəsi və istifadəsi qaydalarını təsdiq etsin; 
- bu fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin səlahiyyətlərinə aid edilmiş  məsələlərə dair digər müvafiq 
normativ-hüquqi aktların işlənib hazırlanmasını  və  təsdiq edilməsini 
təmin etsin; 
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti 
orqanlarının normativ-hüquqi aktlarının “Kitabxana işi haqqında” 
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını  təmin etsin 
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
- “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 
pozulmasına görə  məsuliyyət növlərini müəyyən edən qanunvericilik 
aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə 
təqdim etsin; 
öz səlahiyyətləri daxilində “Kitabxana işi haqqında” Azərbaycan 
Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. 
2. Müəyyən edilsin ki: 
 
  
 
 
 
 
 
 


 
259
- “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci 
maddəsinin üçüncü hissəsində, 8-ci maddəsinin beşinci hissəsində, 10-cu 
maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin ikinci hissəsində, 14-cü 
maddəsinin ikinci hissəsində , 15-ci maddəsinin birinci hissəsində (ikinci 
halda), 17-ci maddəsində, 18-ci maddəsində, 28-ci maddəsinin ikinci 
hissəsində  nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səla-
hiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 
həmin Qanunun 15-ci maddəsinin birinci (birinci halda) və ikinci 
hissələrində göstərilən “müvafiq icra hakimiyyəti orqanlarının 
kitabxanaları” dedikdə Azərbaycan Respublikası Prezidentinin İcra 
Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
kitabxanaları nəzərdə tutulur; 
- həmin Qanunun 24-cü maddəsində  nəzərdə tutulmuş “müvafiq icra 
hakimiyyəti orqanların”ın səlahiyyətlərini Azərbaycan Respublikasının 
Nazirlər Kabineti və  Mədəniyyət Na-zirliyi öz səlahiyyətləri daxilində 
həyata keçirirlər; 
- həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində  nəzərdə 
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir. 
 
Heydər Əliyev  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 
12 mart 1999-cu il 
№ 115 
 
(Kitabxana işi haqqında Azərbaycan Respublikasının 
Qanunu//Azərbaycan.-1999-cu il-14 mart.) 
 
  
 
 
 
 
 
 
 
 
 


 
260
5.4. “AZƏRBAYCAN RESPUBLİKASINDA 
1995-1998-Cİ İLLƏRDƏ DÖVLƏT 
MÜLKİYYƏTİNİN ÖZƏLLƏŞDİRİLMƏSİNİN DÖVLƏT 
PROQRAMININ” TƏSDİQ EDİLMƏSİ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASININ 
QANUNU 
 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 
1. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət 
mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq edilsin. 
2.  Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. 
 
Heydər Əliyev  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 29.09.1995-ci il. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə