127
sosial məna ifadə edir: «Kut» ilahi mənşəli xeyirxah güc məna-
sındadır və bu adı daşıyan hər kəs gördüyü işlərdə uğur qazanır
(Dədə Qorqudda bu güc açıq şəkildə müşahidə olunur).
Bu kəlmə türkcədir və başlanğıcından etibarən qısa saitlə
söylənilir. Bu xüsusiyyətinə görə, onu yakutca və türkməncəyə
də aid edənlər (hər ikisində də «kut»un eynı qısa ifadəsi var) və
osmanlıcada son partlayıcı samitlə səsləndirilməməsi ilə tənqid
edənlər də olmuşdur («kut-i», müasir türkcədə «kut-u»); çuvaş-
cada qısa «u» «a» saiti ilə qısaldılmışdır; başqa ləhcələr əsasən
«kut» şəklini qoruyub-saxlamışlar (yenə də Qafqaz qrupunda
«xut» şəkildə müşahidə olunur).
«Xeyirxah güc, xoşbəxtlik» mənası müxtəlif nüanslarla ge-
niş şəkildə verilir (rifah, uğur, yaxşılıq və s.), lakin bəzi türk ləh-
cələri, xüsusilə də qədim şamanizmin izlərinin canlı qaldığı ləh-
cələr bu kəlmədə qədim dini seçimlərini qorumaqdadır.
Yakutlarda «kut» kəlməsi həyati ünsürləri, mənəvi var-
lıqları, insanların və heyvanların ruhlarını ifadə edir (bunlardan
hər biri normal olaraq bir çox «kut»la bəzənmişdir. Ən geniş ya-
yılmış inanca görə, insanlarda üç «kut» var). Qırğızların «Ma-
nas» dastanında da «kut» kəlməsi üçün buna bənzər bir seçim
müşahidə edilir (xüsusilə «Ər Töştük» bölümündə). Burada bu
«ruhlar», quşlar və böcəklər kimi kiçik, uçan heyvanlar şəklin-
dədir. Eyni «mənəvi varlıqlar» mənası Qafqaz qrupunun
«xut»unda və Altay türklərinin «kut»unda da müşahidə edilir
(Radloff, Teleut: kut «dasgeistige Leben, die Lebenskraft, Seele,
Geistesgegenwart», heyvanların ruhları üçün olduğu qədər «in-
san ruhu» üçün də istifadə edilir). «Kut»un müxtəlif quş və bö-
cək təmsil edilməsi bunun məna dərinliyi mövzusunda bizi yan-
lış yerə yönləndirməməlidir. Müxtəlifliyi içərisində heyvan-kut
ancaq «mənəvi cöhvər»in dəstək maddəsidir və bunun başqa for-
malarda göründüyü də qəbul edilir. Buna görə də Pekarski «Ya-
kutca lüğət»ində «insan kuta» («insan kutu»=«kişi kuti») ifa-
dəsindən bəhs edir: «Şamanın Şərqdən başqa bütün yönlərdən
128
(cəhətlərdən – Q.Şəhriyar) yuvarlaq top şəklində gətirdiyi insan
ruhu». Daha da maraqlısı isə Yudahinin «Qırğız lüğəti»ndə
göstərdiyi qırğızca «kut»un izahıdır: «Çadırın baca dəliyindən
ocağa düşən və onu tuta bilən insana xoşbəxtlik gətirən tünd-qır-
mızı rəngdə jelatin maddə hissəsi» (daha sonra deyilir: Bundan
sadəcə yaxşılıq edənlər, təmiz ruhlu insanlar yararlana bilər. Pis
insanların əlində isə bir nəcisə çevrilir).
Etimoloji problemin həlli üzərində apardığımız çalışma-
larımızda qırğızların bu «kut» anlayışı «kut», yəni çadırın baca
dəliyi (tündük) ilə ocaq (kolomto) arasında qurduğu əlaqə və
«kut»un tünd-qırmızı rəngi ilə diqqətimizi çəkir.
Bu rəngi sahib olduğumuz məlumatlarla, bəzi əski mətnlərlə
və müasir etnoqrafların «ruh»la bağlı türk-monqol inancları əsa-
sında hazırladıqları anketlərlə asanlıqla izah edə bilərik. Həqi-
qətən də, ruhun xüsusilə qanda yerləşdiyi güman edilir. Düşün-
cəmizə görə, monqolca «qan» kəlməsinin kökü «cisun» (-sun
şəkilçidir) qədim «ti(n)»ə qədər gedib çıxır (ci- buradan gəlir) və
bu kök əski türkcədəki «tin» (can, həyat) kəlməsinin qarşılığıdır
(uyğurcada: tin-lig=canlı varlıq). «Kut»un qırğızcadakı təsviri
olan tünd-qırmızı jelat kütlə təzə qan laxtasını xatırladır. Bu
fərziyəni «Monqolların gizli tarixi»ndə Çingiz xanın doğulma-
sından bəhs edən parça da təsdiqləyir: «…Elə o anda Çingiz xan
dünyaya gəldi. Doğularkən sağ əlinin ovucunda aşıq sümüyünə
bənzəyən bir qan laxtasını bərk-bərk tuturdu (Pelliotun tərcümə-
si). Ən kiçik təfərruatların əsasən simvolik və dini dəyərinin ol-
duğu bu parçada Çingiz xanın doğulması ilə bağlı bu ayrıntının
(tatar Tämüjin-ügänın tutulmasından bəhs edilən yeganə təfər-
ruat) xüsusilə altından xətt çəkilməsinin, bizcə, səbəbi ənənənin
ümumbəşəri xaqanının doğulan kimi bu çox önəmli gücün
türklərin «kut», monqolların «kutuk» («kut»dan gəlmə) dediyi
və qırğızların «tünd-qırmızı kiçik jelatin kütləsi» olan təzə qan
laxtası şəklində düşünülən və uğurun ilahi təminatı olan bir
qüdrət sahibi olduğunu göstərir.
129
«Kut»un yayılmasında çadırın baca dəliyinin və ocağın ro-
luna gəlincə, bu, türklərin və monqolların əski dini və ümumbə-
şəri anlayışlarına tamamilə uyğun gəlir. Çadırda ocağın ortasını
baca dəliyi ilə birləşdirən mərkəz dirəyin kainatın xüsusi dirək-
lərindən biri olduğu bilinir. İnsanların dünyası ilə ilahi aləm ara-
sındakı qarşılıqlı əlaqələr burada reallaşır. Məsələn, «Monqol-
ların gizli tarixi» ilə (L, 21) kifayətlənsək, Çingiz xanın atası
gözəl dul Alan-Qoanı üç dəfə dölləyən «parlaq sarı kişi» çadırın
baca dəliyindən girmişdir. Alan-Qoa, beləcə, dünyaya üç «səma-
vi oğlan» gətirmişdir. Bunlardan Bodanzar böyük imparatorun
kişi sülalə zincirinin onuncu soyudur. Digər tərəfdən, ocağın di-
ni dəyəri və müqəddəs xarakteri «ilk» insan üçün güc və rahatlıq
qaynağı olan atəşin müqəddəs ləyaqətlə bağlı əski və ibtidai din-
lərin çoxunda ortaqdır. Göydən gələn həyat cövhəri «kut»un in-
sana yetişməsi üçün çadırın baca dəliyini seçməsi və çadırın mü-
qəddəs yeri olan ocağa düşməsi təəccüb doğurucu bir hal deyil.
Ocağın özü də insan üçün çox böyük əhəmiyyəti olan bir
cövhərdir: bu, onun söndüğünü gördüyü atəşi yenidən yandırma-
sını, bir yerdən başqa bir yerə aparmasını və yaymasını təmin
edir. Başqa bir güc və həyat enerjisi olan bu «atəş toxumu» so-
yuğa və vəhşi heyvanlara qarşı qorunmağı, eyni zamanda ye-
məklərin bişirilməsini, mədənlərin fəaliyyətini və s.-ni təmin
edir, külü olduğu kimi onu isti tutan qızıl qoru da var; müxtəlif
türk xalqları yanan kömür parçasına qor deyirlər, bu da özbək
dilinin «kor-kut» (qor-qut – Q.Şəhriyar) ikili quruluşunun digər
ünsürüdür.
Kür-kut (=kor-kut) ifadəsini aldığımız və «kut»un «xoş-
bəxtlik» və «bolluq» mənasını bildirən «Özbəkcə-rusca lüğət»
bizə «kür» (=kor) kəlməsi üçün (I: s.637a) aşağıdakı izahı verir:
«Xəfif küllə örtülü yanan kiçik kömürlər; köz». Bu, eyni za-
manda «qor»un Osmanlıca qarşılığıdır: «yanan halda kömür»
(Sami bəy) müasir türkcədəki (Türkiyə tütkcəsindəki – Q.Şəhri-
yar) «kor»dur: «Hər tərəfi yanıb atəşə çevrilmiş kömür və ya
Dostları ilə paylaş: |