14
Dan yeri söküləndə Oğuz kağanın alaçığına
Gün kimi bir işıq düşdü.
Bu işıqdan göy tüklü, göy yelkəli, böyük,
Erkək bir qurd çıxdı.
Bu qurd Oğuz xaqana söz deyib durdu,
Ta belə dedi: “Oğuz, ay Oğuz,
Sən Urum üstünə getmək dilərsən,
Oğuz, ay Oğuz, mən səndən irəlidə gedəcəyəm.
Bundan sonra Oğuz kağan
Alaçıqları yığdırdı, yola düşdü.
Gördü ki, ordunun önündə
Göy tüklü, göy yelkəli, böyük,
Erkək bir qurd gedir.
Bu qurdun arxasınca düşüb, ardınca getdilər.
Bir neçə gündən sonra göy tüklü, göy yelkəli bu böyük,
Erkək qurd dayanıb durdu (Bayat, 1993, s. 129).
Məshəti İsmayıl Rüstəm qızının sözlərinə görə, dastanda
qоşunun önündə yüyürən göy tüklü, göy dərili qurd Оğuz xaqa-
nın qələbə nişanıdır. Оrdunun savaş və qələbəsi isə döyüşkənlik
ruhundan çоx qurdun möcüzəli iz açımı ilə bağlıdır (İsmayıl
Rüstəm qızı, 2008, 129). Qələbə həqiqətini anlayan və xəbər vе-
rən qurd, döyüşü əzmlə həyata kеçirənsə Оğuz xaqandır. Göy
yallı, göy tüklü müqəddəs Bоzqurdun hər dəfə оrdu önündə gö-
rünməsi Оğuza yеni yurd yеri qazandırırdı:
Bundan sonra yenə bu göy tüklü,
Göy yeləkli erkək qurdla Sındu,
Tanğut, Şağam tərəflərə yola düşdü (Bayat, 1993, s. 134).
15
GÖYTÜRK VƏ UYĞURLARIN ETNOGENEZĠ ĠLƏ
BAĞLI MĠFOLOJĠ MOTĠV VƏ SÜJETLƏR
Qədim Çin mənbələrində Orxon-Yenisey abidələrini yarat-
mış türk xalqının mənşəyi barədə türklərin öz dilindən bəzi əf-
sanələr qeydə alınmışdır və onlardan biri bu xalqın Qərbdən -
Xəzər dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir
(Heyət, 1993, s. 72).
Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mən-
şəyi ilə bağlı qədim Çin mənbələrində qeydə alınmış birinci
rəvayətdə deyilir ki, hunlarla eyni soydan olan göytürklər hun
yurdunun şimalındakı Su (So) ölkəsindən çıxmışlar. Başbuğ-
larının, yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı
vardı. Bunlardan birinin anası boz qurd idi. Bu gənc yellərə və
yağışlara hökm edərdi.
Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan
apardılar. Bu fəlakətdən yalnız bir gənc qurtuldu. Bu gəncin iki
arvadı vardı. Biri yaz tanrısının, digəri qış tanrısının qızı idi.
Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə
xaqan seçdi. O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu ar-
vadlardan türk xalqı törədi ( Heyət, 1993, s. 72; Гумилев, 2002,
c. 26-27):
Göytürklər qədim Xsiunq-Nunun (hunların, xəzərlərin)
soylarından yaranmışlar və onların bir qoludurlar. Özləri isə
A-şin-na (―Tövrat‖da və ―Albaniya tarixin‖də Aşkenaz // Aske-
naz – sarmatların soy babası)
adlı bir ailədən törəmişlər. (Son-
radan çoxalaraq) ayrı oymaqlar halında yaşamağa başladılar.
Daha sonra Lin (Alan, Alaniya)
adlanan bir məmləkət tə-
rəfindən məğlub edildilər. (Məğlubiyyətdən sonra göytürklər)
bu məmləkət tərəfindən bütünlüklə öldürüldülər.
(Tamamilə qırılan) göytürklər içində yalnız on yaşlı bir
uşaq qalmışdı. (Lin məmləkətinin) əsgərləri uşağın çox kiçik
olduğunu görüb (ona yazıqları gəlmiş və) öldürməmişdilər.
Uşağın təkcə ayaqlarını kəsmiş, özünü də bir bataqlıq içindəki
otların arasına tullayıb getmişdilər.