39
Almazdan daha kəskindir mənim hikmət sahibim, müd-
rüküm, filim" (Heyət, 1993, s. 87-88).
Maniçilik və ya manixeizm Onuyğur-Doqquzoğuz dövlətin-
də və Sibir-Yenisey Xaqanlığında rəsmi din səviyyəsində tutulsa
da bundan çox-çox öncələr o, Azərbaycan, İran, Orta Asiya və
Avropada yayılmışdı. Təbii ki o dövrdə və o məkanda da ma-
nixey ədəbiyyatı nümunələri yaranmamış deyildi. Ən azı bu
dinin əsasını qoymuş Maninin şeir yazdığı və öz dini-fəlsəfi
görüşlərini qələmə almış olduğu məlumdur. Lakin çox təssüflər
olsun ki, məsələnin bu tərəfi tədqiqatçıları düşündürməmiş və bu
üzdən də "Manici türk ədəbiyyatı " adı altında məlum
olan bütün
əsərlər ucdantutma Vlll əsrdən sonra Şərqdə yaradılan və ya
başqa dillərdən tərcümə edilən əsərlər kimi qəbul edilmişdir.
Musa Kağankatlının verdiyi məlumatdan aydın olur ki,
Qafqaz Albaniyasında, yəni Azərbaycanın Araz çayından şimal-
da yerləşən ərazilərində xristianlığı möhkəmləndirən Vaçaqan
cadugər, sehirbaz və bütpərəstlərə (şamanistlərə) qarşı mübarizə
aparmış, onların kitablarını yandırmış, övladları üçün isə xristian
məkəbləri açmışdı. Müəllif həmin dövrdə Albaniya və Ermənis-
tanda Nestorla bərabər Maninin də lənətləndiyni bildirməkdədir
(Kalankaytuklu, 1993, s. 53-55,79).
Madam ki, Qafqaz Albaniyasında digər din, məzhəb və tə-
riqətlər kimi Maninin tərəfdarlarına qarşı da təqiblər başlanmışdı
və onların kitabları yandırılırdı, təbii ki, bu dinin mənsubları
canlarını və kitablarını xilas etmək üçün mühacirət etməyə məc-
bur idilər. Belələrindən biri də onuyğurlar idilər.
Albaniyada təqib və təzyiqlərə məruz qalan icmalardan biri
də monofizit xristianlar, yəni nestorianlar idilər. Maraqlıdır ki,
bu təzyiqlər nəticəsində Azərbaycanı tərk edərək Şərqə üz tutan
uyğurların bir qismi də nestorian idilər və onlar da maniçilər,
yəni manixeistlər kimi öz kitablarını da özləri ilə aparmışdılar.
Uyğurların bir qismi əski dinlərinə - Göy Tenqri dininə si-
tayiş edir və Orxon-Yenisey əlifbasından istifadə edirdilər. Xris-
tianlığın nestorian qoluna mənsub olan uyğurlar soğd və onun
əsasında tərtib edilmiş uyğur əlifbalarından istifadə edirdilər.