44
tanrısının olacaqdır. Beş tanrını qurtarmaq, işığı-zülməti
ayırmaq üçün işıq göydə dolanır" (Cəfərov, 2002, s. 291).
Bənzər ierarxik sistem türk şamanizmində müşahidə edil-
məkdədir (Алексеев, 1984, c. 43). Maninin təliminə görə, beş
tanrı Şimnu ilə, yəni Təpəgözlə və onun beş şeytanı ilə döyüşdə
yaralandıqları və murdarlandıqları üçün onların qurtarılmağa,
təmizlənməyə ehtiyacları var. Yalnız bundan sonra onlar Gün,
Ay qapılarından keçib Tanrı dərgahına qalxa bilərlər. Gördüyü-
müz kimi, maniçilikdə Əhrimənin yerini Şimnu tutduğu kimi,
Hörmüzün də yerini işıq tanrısı, yəni türk Tenqrisi tutur.O, Tanq
Tenqri, yəni dan tanrısı adlandırılır.
Manixey əlifbası ilə, türkcə yazılmış mətnlərin heç də ha-
mısı sırf uyğur türkcəsində deyildir. Bəzi mətnlər var ki, onların
dili oğuz türkcəsinə daha yaxındır və oğuz türkcəsi ilə uyğur
türkcəsinin bir-birindən hələ tam ayrılmadığı vəziyyəti əks et-
dirir. Şübhəsiz ki, onlar daha arxaikdirlər:
"Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!
Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!
Turunqlar,kamağ bəglər,kadaşlar,
Tanq Tenqriq ögəlim!
Körünüqmə Kün Tenqri,siz bizi küzədinq!
Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!..."
Tərcüməsi:
"Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi!
Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi!
ġəhərlər,bütün bəylər,qardaĢlar,
Dan Tanrını öyəlim!
Parlaq Gün Tanrı, siz bizə nəzər salın!
Parlaq Ay Tanrı,siz bizi qurtarın!..." (Xudiyev, 1997, s.
55; Heyət 1993, s. 89; Cəfərov, 2002, s. 122-123).
Bu şerin dili Alpınçur Təkinin şerlərinin və Bötürmüş Tər-
xanın "Xuastu-anift"inin dilindən daha sadə və daha anlaşıqlıdır
və şübhəsiz ki, lll-V əsrlərdə Azərbaycanda qələmə alınmışdır.
Fəqət onun Maninin qələminə mənsub olub-olmadığını tam
qətiyyətlə söyləmək mümkün deyildir. Lakin əldə olan və dili bu
45
şeirin dilindən fərqlənməyən daha bir şeir var ki, onun Maninin
qələminə məxsusluğu heç bir şübhə oyatmır:
"Tüzün bilgə kişilər, üriləlim,
Tenqrinin bitiqin biz işidəlim.
Törən iliq tenqrilərkə tapınalım,
Tört uluq emgəkdə kurtulalım.
Tört iliq tenqrilərdə tanıqmalar,
Tenqri nomun todaqmalar.
Tünerliq yeklərkə tapunuqmalar,
Tümənliq irincü kılıqmalar
Tüpüntə olunma ölməki bar,
Tünərliq tamuğa tüşməki bar.
Tümərlq yeklər gəlir tiyür,
Tumanlıq yeklər ayar tiyür."
Tərcüməsi:
"Düzülun bilikli kiĢilər, nəfəs dərəlim,
Tanrının kitabını biz eĢidəlim.
Təntənə ilə tanrılara tapınalım,
Dörd ulu əzabdan qurtulalım.
Dörd ...tanrını tanımayanlar,
Tanrı qaydasına uymazlar.
Dörd zülm iblisinə tapınanlar,
On min günaha baĢ vurarlar.
Dibində olumun ölməyi də var,
Qaranlıq cəhənnəmə düĢməyi də var.
Zülmət iblisləri gəlir deyir,
Duman iblisləri iĢ görür deyir"
(Cəfərov, 2002, s. 125-127).
Bu şerdə "Tenqri bitiyini", yəni Tanrı kitabını eşitməyə də-
vət olduğu üçün onun maniçiliyin müqəddəs kitabından, yəni
Maninin öz qələminə məxsus kitabdan bir parça olduğuna heç
bir şübhə yoxdur. Şeirin leksik bazası da Şərqdə yaranan və içi
soğd və soğd dili vasitəsi ilə alınan arami sözləri ilə dolu olan
maniçi ədəbiyyatın dilindən fərqli olaraq, bütünlüklə türk kəl-
mələrindən ibarətdir. Yalnız qayda mənasını verən və maniçi-
46
liyin əsas dini kitabının adı olan "Nom" kəlməsi istisnalıq təşkil
edir ki, bu söz də fars-Sasani dilindən götürülmüşdür (Гумилев,
2002, с. 424). Bu dil Sasanilər dövlətinin rəsmi dili idi və
mətndə bu dildən alınan bir kəlmənin olması təbiidir. Nəzərə
alsaq ki, buddizmin də əsas sutraları "Nom Bitik" (ДТС, с. 360)
adlanırdı, Maninin bu kəlməni buddizmdən əxz etdiyini də dü-
şünmək olar. Mətndə "Tenqri nomu" və "Tenqri bitiyi" termin-
lərinin işlənməsi bir daha sübut edir ki, təqdim edilən şeir par-
çası manixeylərin dini kitabı "Nom"dan bir parçadır və Maninin
öz qələminə məxsusdur.
Mətnin dilinin saflığı onun məhz Mani tərəfindən yaradıl-
dığını təsdiq edir. Çünki uyğurlar müəyyən qədər soğd mədəniy-
yətinin təsiri altında idilər, əlifbalarını soğdlardan əxz etdikləri
kimi, dillərinə də bu dildən çox sayda söz keçmişdi. Əlbəttə, uy-
ğurlar yalnız şərqdə yaşamırdılar, artıq qeyd etdiyimiz kimi, Av-
ropa və Qafqazda da çox sayda uyğur yaşamaqda idi. Məsələn,
Prisk və Menandr onlardan "oqur" adı altında bəhs etmişlər. Bu
müəlliflərin əsərlərində hazırda Şərqi Türküstanda yaşamaqda
olan sarı uyğurların adına da "saroqur" formasında rast gəlinir
(Джафаров, 1985, c. 30). Uyğur boylarından saroqurların (sarı
uyğurların), utiqurların (otuzyğurların), kutiqurların, onoqurların
(onuyğurların) Atillanın başçılıq etdiyi Avropa Hun İmperator-
luğunun həyatında önəmli rol oynadıqları məlumdur (Плетнева,
1976, с. 15). Manixeizmi şərqə aparanlar da məhz onlar olmuş-
lar. Hərçənd ki, Albaniya və Sasanilər imperiyasındakı təqib və
təzyiqlər dövründə Arsakların da bir qismi Şərqi Türküstana köç
etmiş, uyğurların içində, özlərinin adı ilə adlanan Arsaq vila-
yətində yaşamışlar. Mahmud İsmayıl bu barədə yazır:
"Bu yaxınlarda professor T.Hacıyevin respublika mətbua-
tında ("Ədəbiyyat və incəsənət" qəzeti) Arsaq barəsində X
əsrdə qələmə alınmış "Uyğur səyahətnaməsi"nə əsaslanaraq
verdiyi məlumat maraq doğurmaya bilməz. Bu məlumatdan
aydın olur ki, Arsaq əyaləti və onun baş şəhəri Arsaq indiki
Turfanın (Tulu-fan) qərbindədir. Bu Çindəki Tyan-Şan dağ-
Dostları ilə paylaş: |