52
yerdən duz çıxarmaqla məşğul olduğunu qeyd etmişdir (Oğuz,
Tuncay, 2009, s. 194).
Maraqlıdır ki, Naxçıvanda duz mağarası kimi tanınan və
minillərdir duz çıxarılan mağarada aparılmış arxeoloji tədqiqat-
lar burada duz istehsalına minillər öncə, yəni təqribən Həzrət
Nuh dövründən başlandığını göstərmişdir ki, bu da Ptolomeyin
məlumatını təsdiq edir. Üstəlik də Duzdağ ərazisində aparılan
son arxeoloji tədqiqalar nəticəsində məlum olub ki, həmin ərazi
dünyada duzun ilk dəfə istehsal və tətbiq edildiyi ərazidir.
Deyilənlərə Səlcuqlular dövründə peyğəmbərin qəbrinin
üzərində sərdabə tikildiyini, sonrakı əsrlərdə bir çox səyyahın bu
sərdabəni ziyarət edərək, əsərlərində bu barədə qeydlər etdiyini
əlavə etmək lazımdır. Yəni bu şəxsin heç də mifik şəxsiyyət de-
yil,
real tarixi şəxsiyyət olduğu, fəqət sonrakı dövrlərdə ətrafında
bir çox miflər uydurulduğu heç bir şübhə oyatmır (Oğuz,
Tuncay, 2009, s. 194).
Tədqiqatçı Yusif Səfərov ―Bir əfsanənin mənşəyi‖ adlı mə-
qaləsində bölgədən toplanmış nümunələrin qısa məzmununu
təqdim etməklə tarixi bir araşdırma aparmış, xalq dilindən söy-
lənilən əfsanələrin şumer, akkad və yəhudi variantları arasındakı
oxşar süjetlərin ilk mənbəyini araşdırmağa çalışmış və qədim
akkad dilində olan Şumer əfsanəsini ilk mənbə kimi götürmüş-
dür. Naxçıvan toponiminin yaranmasını əfsanəyə bağlayan
müəllif sözün birinci tərkib hissəsi ―Nax‖ın Nuh sözünün fone-
tik variantı olması ilə əlaqələndirmişdir (Səfərоv, 1982, s. 33).
Məlum olduğu kimi, dünya tufanı haqqında Nuh əfsanəsi
mifоlоji dünyagörüşü özündə əks еtdirən, kеçmiş yaddaşdan
qоpmağın mümkünsüzlüyünü göstərən fоlklоr nümunələrindən
biridir. Əfsanənin səyyar süjеtinin təsiri nəticəsində Yaxın və
Оrta Şərq xalqları arasında bir çоx variantlar yaranmışdır (Sə-
fərоv, 1997, s. 33). Bu baxımdan Azərbaycan və onun bir guşəsi
olan Naxçıvan da istisna deyil.
S.H.Kramеr tufan haqqında Babil mifinin mənbəyinin Şu-
mеr əfsanələri оlduğunu bildirməkdədir (Kрамер, 1965 с. 175).
Qədim Şumеr mənbələrində və Bibliyada yеr alan Nuh əfsanəsi