qloballaşmanın tam mərkəzində olmağımızdan xəbər verir. Bir
çox televizor, telefon, kompüter, h
ətta oyuncaqlar belə
evimizd
ə baş verənlərin kənardan izlənilməsinə imkan
yaradır... Məhz internetin, sosial şəbəkələrin geniş
yayılmasının nəticəsində dünya kiçilib, mədəniyyətlər,
ideyalar, ideologiyalar asanlıqla yayılır, daha tez təsir edir... Bu
h
əm də, ağıllı davranarıqsa, öz mədəniyyətimizi, siyasətimizi,
ideologiyamızı yaymaq və təbliğ etmək üçün gözəl vasitədir...
Bu gün dünya ölk
ələrinin bəziləri bir-birini tanımağa,
m
ənəvi dəyərlərində ortaq nöqtələr tapmağa, bu dəyərlərə
hörm
ətlə yanaşmağa çalışırlar. 2009-cu ilin 28 sentyabr – 2
oktyabr günl
ərində Abu Dabidə Novruz bayramı UNESCO
t
ərəfindən Qeyri-maddi mədəni irsin qorunması üzrə
reprezentativ
siyahısına daxil edildi. 2010-cu ildə isə BMT Baş
İdarəsi 3000 ildən bəri qeyd olunan bu günü Dünya Novruz
ba
yramı elan etdi. Lakin burada bayrama “Pers kökənli”
deyilm
əsi tamamilə yanlışdır... BMT Baş Assambleyasının 64-
cü sessiyasının 2011-ci il fevralın 24-də qəbul etdiyi qərara
uyğun olaraq 21 mart “Beynəlxalq Novruz Günü” kimi
t
əsdiqləndi. Azərbaycanın təşəbbüsü ilə hazırlanan qətnamə
layih
əsinə Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Tacikistan,
Türkiy
ə, Albaniya, Hindistan, İran, Türkmənistan və
Makedoniya da qoşuldular… Novruz bəşəriyyətin mənəvi
d
əyəri kimi hər il dünyanın bir sıra xalqları tərəfindən qeyd
edilir.
Onu da
vurğulayaq ki, 21 mart bir çox yöndən maraqlı
tarixdir. Birl
əşmiş Millətlər Təşkilatı tərəfindən həmin gün
“İrqi ayrılıqla mübarizə günü” kimi də qəbul olunub. Martın
20-i is
ə ümumdünya astrologiya günüdür...
10
XXI
əsrdə yaşayırıq. Respublikamızın iqtisadi gücü ilə
yanaşı, siyasi mövqeyi də artır. Milli mənəviyyatımıza tərs
ad
ətlərlə zəngin Avropaya inteqrasiya edir, ərəb və fars
m
ədəniyyətinin din adı altında sırınan güclü təsirinə məruz
qalırıq. Bütün bu proseslər qaçılmazdır. Orta əsrlərə
dönm
əmək şərtilə milliliyimizi, dinimizi qorumaq istəyirik.
Bunun
ən qısa yolu soyumuzun, soykökümüzün, adət-
ənənələrimizin, ayinlərimizin, inamlarımızın, dinimizin
öyr
ənilməsi, mərasimlərin, ayinlərin, adət-ənənələrin müəyyən
şəkil, məna dəyişikliyinə uğramış, dövrümüzə uyğunlaşdırılmış
şəkildə də olsa, yaşadılmasıdır. Bir sözlə, dini dəyərlərimiz
milli d
əyərlərimizə uyğunlaşdırılarsa, milli dəyərlərimizi məhv
etm
əyə yönəlməzsə, əsrlərdən üzü bu yana nənə-babalarımızın
yaşatdıqları kimi yaşayacaq. Eləcə də Avropadan gələn fərqli
t
əsirlər... Ələyimizi əlimizdən yerə qoymamalı, kənardan
g
ələnləri ələkdən keçirməliyik. Bunun üçün isə milli olanımızı
yaxşı öyrənməliyik, öyrətməliyik, təbliğ etməliyik...
2010-cu ilin 18 mart günü ilk d
əfə AzTV-nin efirinə
çıxan və bu gün “Mədəniyyət kanalı”nda davam edən müəllifi
v
ə aparıcısı olduğum “Keçmişdən gələcəyə” verilişimdə tez-tez
t
əkrar etdiyim bir fikir var: “Məqsədimiz keçmişdə
olanlarımızı saf-çürük edərək bəzilərini muzey eksponatları
şəklində, digərlərini kitab səhifələrində, müasir dövrdə
əhəmiyyətini və dəyərini itirməyənləri isə gündəlik
h
əyatımızda yaşadaraq gələcək nəsillərə ötürməkdir. Bu gün
biz keçmişlə gələcək arasında körpü, ötürücü rolunu oynayırıq.
Dem
əli, üzərimizə böyük məsuliyyət düşür”.
T
əbii ki, etnoqraf, folklorşünas mövzunu xalqdan
götürür, işləyərək yenə də xalqa qaytarır, lokal özəllikləri
n
əzərə
alaraq ümumil
əşdirmələr
aparır.
Əgər
11
ümumil
əşdirmələrə “bizim kənddə belə demirdilər”, “bizim
m
əhəllədə belə etmirdilər” deyə yanaşsaq, ortaq məxrəcə gələ
bilm
əyəcəyik. Onu da unutmayaq ki, Azərbaycanın relyefi
kimi iqlim şəraiti də müxtəlifdir. Adət-ənənələr o qədər
z
əngindir ki, bəzən bir rayonun qonşu kəndləri də bu baxımdan
f
ərqlənir. Ən böyük qarışıqlığı isə təqvimdəki dəyişmələr
yaradır. Azərbaycanda müxtəlif mədəniyyətlərin daşıyıcıları
olan etnik, etnoqrafik qruplar
ın yaşadığı da nəzərdən
qaçmamalıdır. Mərasimlərimizin çoxu xalqın zehnindən
köhn
əliyin qalığı adı ilə çıxarılıb, unutdurulub. Uzun illər vahid
“sovet xal
qı” yaratmaq ideyası millinin üstünə kölgə salmağa,
mill
ətçiliyi ləkələməyə çalışıb. “Ateizm” deyirik, amma ondan
önc
ə də ərəb mədəniyyəti dinlə bərabər yayılaraq bəzi milli-
m
ənəvi dəyərlərimizi sıxışdırıb çıxarmışdır. İndi bir çoxları
milli d
əyərlərlə dini dəyərləri qarışdırır. Lakin nə yaxşı ki,
qırıntılar şəklində də olsa, bir çox adətlərimiz, ayinlərimiz,
m
ərasimlərimiz yaddaşlarda qalıb. Bizim işimiz sadəcə həmin
qırıntıları məntiqlə bir-birinə yapışdıraraq bərpa etməkdir.
Tamı əldə etməkdə bizə Türk Dünyasının mərasimlərinin
müqayis
əli araşdırılması, Sibirdən Balkanlara qədər olan
s
əfərlərimiz, ekspedisiyalarımız zamanı əldə etdiyimiz dini,
etnoqrafik, folklor materialları, bizdən əvvəlki tədqiqatçıların
h
ətta bəzi məqamları ilə razılaşmadığımız yazıları belə
yardımçı olur. Novruzla bağlı tam təsəvvür yaratmaq
m
əqsədilə “Mövsüm mərasimləri” [38] monoqrafiyamızda
tanınmış folklorşünaslarımızın, etnoqraflarımızın dəfələrlə
yazdıqları məqamları təkrar etmək istəmədiyimizə görə, Kosa-
kosa, Novruz süfr
əsi, nəğmələri, Axır çərşənbə inamları,
falaçmaları ilə bağlı məqamlara yer ayırmamışdıq. Bu
monoqraf
iyamızda onlarla da bağlı materiallar təqdim etmiş və
12
Dostları ilə paylaş: |