“güz
əm” deyirlər. Payız yunu isə “yapağı” adlanır. Çobanlar
qırxılan yunu xarallara doldururlar:
N
ənəm, qarala qoyun,
B
ənzər marala qoyun.
Çoban yununu qırxıb
Basar xarala, qoyun [1, s.231].
Bayatı tipli bu nəğmə yun qırxımı vaxtı ifa olunurdu.
Yun qırxımı prosesini az da olsa, özündə əks etdirən (çoban
qoyunları qırxıb yununu xarallara doldururdu) bu cür
n
əğmələrin sayını artırmaq olar. Başqa bir nəğmədə sonrakı
proses öz
əksini tapır:
Anam, a q
əmər qoyun,
Balası əmər qoyun.
Yiy
ən sənin yunundan
Qurşanar kəmər, qoyun [1, s.231-232].
M
əlumdur ki, qoyunun yunundan ip əyirərək qurşaq,
xalça, çuval, sicim, heyb
ə, kəmər, corab, əlcək, canlıq…
toxuyurdular. Xanada xalça toxuyark
ən qadınlar, qızlar xana
n
əğmələri də oxuyurdular. Qaqauz türklərinin də xana ilə
(“düzen”
) bağlı bir çox türküləri var:
S
əkizdən də pamuk aldım,
Dokuzdan da düzen koydum,
Öküz
ə verdim dokusun.
Öküz onu dokumadı, (2 kerə)
Öküz onu buynuzladı.
87
S
əkizdən də pamuk aldım,
Dokuzdan da düzen koydum,
Domuza verdim dokusun.
Domuz onu dokumadı, (2 kerə)
Domuz onu kalakladı… [82, s.38-39]
Əsasən, heyvandarlıqla məşğul olan yarımköçəri
türkl
ərin bu təsərrüfat sahəsindən doğan məşğuliyyətlərindən
biri d
ə yun qırxımından sonra, mayın axırı, yayın əvvəlində
keç
ə üçün yun hazırlanmasıdır. Hər əlində bir çubuq olan aal
əhli böyük yun qalaqlarının ətrafında oturaraq mahnı oxuya-
oxuya yun çırpır, bir qalaqdan başqasına keçirlər. Tıvalar
buna “dük kaqar” (“tük”, yun vurmaq), y
əni yun çırpmaq
deyirl
ər. Çox vaxt çubuqların ritmik səsinə uyğun olaraq
işçilər sanki sayırlar: “biree, iyi, üş...” (bir, iki, üç...). Bəzən
d
ə işin ritmi ilə həmahəng mahnılar oxuyurlar. Yun
çırparkən oxunan mahnıların məzmunu görülən işə uyğun
g
əlir. Altay türkləri keçə düzəldərkən “ene kis” (“ana keçə”)
dedikl
əri köhnə keçəni atmır, onun üstünə yenisini, yəni
“bala kis” qoyur, bel
əcə, keçəni təzələyirlər [198, s.118].
Az
ərbaycan folklorşünası V.Vəliyev əmək nəğmələri
haqqında yazırdı: “Hər xalqın bədii söz dünyası birinci
növb
ədə əmək nəğmələrindən başlanır” [36, s.4). Əmək
n
əğmələri deyəndə, ilk növbədə ovçu nəğmələri, balıqçı
n
əğmələri, şum nəğmələri, ipəkçi nəğmələri, xana nəğmələri,
sayaçı nəğmələri, eydirmələr… nəzərdə tutulur. Təbii ki,
bütün bu n
əğmələr sadəcə vaxt öldürmək, xoş əhval-ruhiyyə
yaratmaq üçün deyil, h
əm də magik gücə malik idilər.
88
Qaqauz türkl
ərinin zəngin mərasimləri, onlarla bağlı
türkül
əri olsa da, ailə mərasimlərinə nisbətən mövsüm
m
ərasimləri zəif araşdırılmışdır. Bu sahədə ən önəmli iş kimi
bolqar alimi Atanas Manofun “Qaqauzlar (xristian türkl
ər)”
[100
, s.130] kitabını missal göstərə bilərik. Tədqiqatçı
qaqauzların göy gurultusu, yağış, külək, Ay, ulduz… barədə
dini t
əsəvvürlərini qısaca da olsa, qeyd etmiş, bir çox heyvan
v
ə quşların (qurd, at, pişik, bayquş, qartal, köstəbək…)
onların mifik təfəkküründə tutduğu yeri incələmişdir.
Qaqauzlara gör
ə, il iki yerə bölünürdü: Xederlezdən
Kasımacan və Kasımdan Xederlezə qədər. Onlar hər iki
vaxtı bu gün də bayram edirlər. Qaqauz yazıçısı Nikolay
Babaoğlu
özünün
«Qaqauzlarda
Kasım
yortusu»
m
əqaləsində yazır: “Kasım hem Hederlez bu iki yortu
qaqauzlarda çok sayqılı günnərdir. Onnarı insan baker derin
evellerden diil sade hristiannık yortuları deyni deyecez nicə
Kolada İyisus Hristosun duuma günü ya Paskelləki onnar
naturadan hayvancılıktan başlanma hem kalma yortular” [51,
s.145]. Xederlez dey
əndə, qaqauzlar Müqəddəs Georgi (Ay
Görgi, Sveti Görgi, Yorgi) gününü, y
əni yayın ilk gününü
n
əzərdə tutur, adətən, mayın 6-da qeyd edirlər. Qaqauzlar
kimi, Az
ərbaycan türkləri də “Xıdır Nəbi”, “Xıdır İlyas”
bayramı keçirirlər. Ona çox vaxt “Xıdır Əlləz” də deyirlər.
Qaqauzlardan f
ərqli olaraq burada hər il Kiçik Çillədə (vaxtı
bölg
əyə görə dəyişir - G.Y.), yəni fevral ayının 20-ə qədər
keçirilir.
Hederl
ez bayramından sonra qaqauzlar sürüləri otlağa
ötürür, palçıq qarışdırır, evi suvayır, digər işlər görürdülər:
“Hederlezden sora angi sokaktan da geçecen, olur gör
əsin
karıları, kızları suvalı dirseklerədən ellerinnen suveerlar,
89
tafta çekerl
ər, yaldızleerlar, aullarda olurdu görməə karılmış
sarı çamurdan tepelər örtülü hasırlan ya yırtık partallarlan”
[51, s.147] – dey
ə N.Babaoğlu doğulduğu Kıpçak (Kopçak,
Tatar-
Kıpçak) kəndindəki bayramdan sonrakı mənzərəni
t
əsvir edir.
Hederlez bayramında qaqauzlar qurban kəsirdilər.
Qurban üçün
əvvəlcədən bir erkək quzu ayrılırdı. Qurbanlıq
quzunu k
əsəcək xristian qaqauz “stavroz”unu (xaç) çəkib
“Hadi Allah kabletsin!” dey
ərək işə başlayırdı. Qurban
k
əsilmiş heyvanın dərisini bütöv çıxartmaq lazım idi,
parçalam
aq olmazdı. Cəmdək təmizlənib hazır olduqdan
sonra onun için
ə bulqur doldurur, fırındakı “kap-kurban
tepsisi”n
ə qoyur, üstünü də kəpəkdən yoğurulmuş xəmirlə
(“
pazı”) örtürdülər. Qurbanlıq bişdikdən sonra onu keşişə
(popaza) aparırdılar ki, “okusun”. Popaz lazımi duanı
oxuduqdan sonra “
okunmuş kurbanlıq” quzunu ailə üzvləri,
qohumlar, yaxın qonşular yeyir, üstündən şərab içir (İslamın
yayıldığı bölgələrdə türklər inam dərəcələrindən asılı
olmayaraq qurban
əti yeyilərkən içki içmirlər), dua edirdilər.
G
ərək qurban əti həmin gün yeyilib qurtarsın. Sümükləri itə
atmaq olmazdı. Onları toplayıb evin təməlinə gömürdülər.
Quzunun başını, bağırsaqlarını təmizləyib qaynadır, “çorba”,
y
əni xaş bişirir, ertəsi gün yeyirdilər [51, s.147-148].
Əvvəllər Hederlez günü «horu, xoru» olurdu, kənd əhli
əl-ələ verib halay çəkirdi. Horu dağıldıqdan sonra güləş
(“
güreş”) başlayırdı. Güləşdə qalib gələnə “pelivan” deyir,
əlləri üstündə bütün kəndi gəzdirir, ona qoç bağışlayırdılar.
Kasım - Müqəddəs Dmitri günü (Ay Dmitri), yəni 8
noyabr, xalq t
əqvimi ilə qışın başlanğıcı kimi götürülür.
Kasım bayramında qurbanlıq toğlu ayırır, onu qarşıdakı ağır
90
Dostları ilə paylaş: |