Qızların həyəcanla prosesi izləmələri, öz aralarında
pıçıldaşmaları ona da, balaca Novruza da xoş gəlir:
Əzizim, ocağına,
Qısıldım bucağına.
M
əni tifil sangınan,
Basıynan qucağına.
Əziziyəm, bu bağa,
Bülbül qonar bu bağa.
Ölü olsam, dirill
əm,
D
əysə dodaq dodağa.
Əzizim, səndə qalsın,
Gül verim, s
əndə qalsın.
Can m
əndə qərar tutmur,
Gönd
ərim səndə qalsın.
326
Sonra qadın badyadakı sudan qızların üstünə çiləyir.
Gülüşə-gülüşə hərə bir tərəfə qaçır. Bayatılardan razı qalan
qızlar Novruza bayram şirniyyatı verib əzizləyə-əzizləyə yola
salırlar...
Gördüyümüz kimi, b
əzi xırdalıqları nəzərə almasaq, türk
xalqlarının əksəriyyətində su falına eyni qaydada baxılır.
Novruzun izl
əri türkmən rəvayətlərində də özünü
göst
ərir. Rəvayətə görə, martın 21-dən 22-nə keçən gecə saat
12 tamamında bir anlığa yer üzündə hər şey su kimi olur. O anı
h
ər adam tuta bilmir.
Novruz bayramı bütün xalqlarda olduğu kimi, türkmənlər
üçün d
ə barış, sülh, mehribanlıq günüdür. Bu gün hamı kin-
küdur
ətdən, pis niyyətdən, yaman sözdən, yaman gözdən uzaq
olmağa, yaxşı söz danışmağa, gülərüz, qonaqpərvər olmağa
çalışır, süfrəsinin bol, canının sağlam olmasını istəyir. Dəvə, at,
gül
əş, kəmənd atma kimi yarışlar keçirilir, uşaqlar öz
aralarında maraqlı oyun-yarışlar təşkil edirlər. Dövlət
s
əviyyəsində Novruz Aşqabadın küçələrində, meydanlarında
böyük coşqu ilə qeyd olunur, Orta Asiya respublikalarının
r
əsmi nümayəndələri bir-birinə qonaq olur, bir-birini təbrik
edirl
ər. Bu da tək ailə, bir xalq daxilində əmin-amanlığa deyil,
eyni zamanda respublikalar, ölk
ələr, xalqlar arası birliyə şərait
yaradır.
T
ədqiqatlar göstərir ki, cücərmiş buğdadan demək olar
ki,
əksər türk xalqları yemək bişirir. Xalq təbabətinin gözəl
bilicisi qırğız A.Nadirovaya görə, sümölök tək başına
vitaminl
ər (E, F, B), mikroelementlər ambarıdır. Qışdan çıxan
insanların orqanizmində vitaminlərin azaldığını nəzərə alsaq,
sümölökün n
ə qədər lazımlı olduğu bir daha təsdiq olunar.
327
Asiyanın ən qədim türklərindən olan qırğızlar qədim
zamanlardan Gün
əşin dirilməsini, yazın gəlişini bayram edirlər.
T
ədqiqatçı
Olcabay
K.Karatayev
“
Novruzu
qırğız
m
ədəniyyətinin, tarixinin bir parçası”, sıradan bir bayram deyil,
xalqın adət-ənənəsi, mənəvi dünyası, ideologiyası adlandırır.
Akılbek Kılıçevin yazdığına görə, qırğızlar Novruzu ilk
kımızın çıxması ilə bağlayırlar. Marko Polonun da bu bayramı
“yenid
ən çıxan kımız” bayramı kimi qeyd etdiyini vurğulayır
[81, s.148].
Qatığın ağı, qarası olduğu kimi, kımızın da ağı və qarası
var. Qara kımızı əsasən Novruz üçün hazırlayıb xan və ailəsinə
verirdil
ər. Buradakı fərq də rəngdə deyil, hazırlanma
qaydasındadır. Qara kımızı hazırlamaq üçün ağ kımızdan
toplayıb Novruza 2-3 gün qalmışa qədər saxlayır, sonra üstünə
t
əzə süd töküb bir gün də saxlayırlar. Nəticədə qara kımız daha
qatı və qüvvətli olur [81, s.149]
H
ələ Çin salnamələrində IX əsrdə baharın gəldiyi günün
Ene-
Sayda ulu Qırğız dövlətində bayram edildiyi haqqında
m
əlumat verilir. Qırğızların soyları əsasən üç yerə bölünür:
sağ, sol, içkilik (orta). İçkilik soyunun teyit boyunda Novruz
dey
ə bir tayfa da var. Onlar əsasən Oş vilayətinin Leylək
bölg
əsində yaşayırlar. Çü vilayətinin Kant bölgəsində Nooroz
adlı məhəllə, Çü seusunun sağ tərəfində Nooroz çayı var.
Qırğızlar bayramda doğulan oğlanlara Nooruzbay, Nooruzbek,
Nooruz adları verirlər. XIX əsrin birinci yarısında qırğızların
solto boyunu yen
ən kazakların Nooruzbay adlı batırı olmuşdu.
Bu gün Novruz adı ilə bağlı musiqi qrupları, küçələr, parklar
var.
R
əvayətə görə, Iskak Babanın oğlu Türk baba böyüyəndə
Calalayının qızı Novruzla evlənir. Toy Çin kuranın, yəni mart
328
ayının 24-də olur. Həmin günü qırğızlar Nurnovruz analarının
şərəfinə belə adlandırmışlar [77, s.230].
Qeyd etdiyimiz kimi, sümölök qırğızlarda da bayram
xör
əyi sayılır. Novruz bayramından bir həftə öncə yeddi
qazana yeddi cür yem
ək asılır. Adətən, bayrama bir-iki həftə
qalmış yarım kiloqram buğda yuyub təmizləyir, arınmış
buğdanı iki-üç günlüyə suya qoyur, cücərəndən sonra
h
əvəngdəstədə döyür, azca su töküb qarışdırır, süzgəcdən
keçir
ərək bu prosesi üç dəfə təkrar edirlər. Sonra qarışığı üç
ayrı qaba qoyurlar. Pambıq yağını dağ edib un əlavə edərək
qovurur, üstün
ə az-az davamlı olaraq qarışıqdan tökür, vam
odda s
əhərə qədər qaynadırlar. İçinə də yeddi kiçik qara, hamar
daş salırlar. Bizcə, bu daşlar yemək qaynayarkən əzici rolu
oynayır ki, bu da sümölöyün daha da həlim olmasına şərait
yar
adır. Yeməkdən sonra qız-gəlinlər arabaya qoşulu öküzün
buynuzlarına, quyruğuna ərik ağacının budaqlarını, yaşıl otları
bağlayır, bununla da yaşıllığın bol olmasını arzulayırlar. Sonra
öküzl
əri tarlaya sürürlər. Bu, artıq tarla işlərinin başlaması
dem
əkdir. Ağsaqqallardan biri ətəyinə buğdanı doldurub
şumlanmış torpağa səpə-səpə deyir: “Çü canıbarlarım! Mənim
əlim deyil, Baba Kəndlinin əli səpir!” [77, s.231].
Novruzdan önc
ə at, inək saxlanılan yerlərin, axurların
yanında tonqal qalayır, üstündən tullanaraq “haramlardan”
t
əmizlənir, “qırmızı nurun mənə gəlsin, sarı xəstəliyim sənə
getsin” deyirl
ər. Tonqal sönən kimi hər kəs öz evinə gedir, boş
su qablarını pəncərədən, qapıdan çölə atır, açıq rəngli paltar
geyinir, eyni cür yem
əklər bişirirlər. Gecə yarısı arpadan,
buğdadan hazırladıqları köçö-botko yeməyini dağıdırlar…
Sonra bütün ail
ələr:
329
Dostları ilə paylaş: |