Üç aylıq ədəbiyyat dərgisi
59
Ayaqyolunda oturuşunu bilməyənlər qoy
zəhmət çəkib özlərinə münasib yerə
getsinlər...
–Yox, Səfər müəllim, qıfıl asmaqla
iş aşmaz. Başa salmaq, qandırmaq lazımdır.
Siz təkcə məhkumların yox, əməkdaşların
şəxsi heyət üzvlərinin də tərbiyəsinin təşkili
işinə cavabdehsiniz. İnsan var, görürsən əlli
yaşı
var,
amma
tərbiyəsində
çatışmamazlıqlar var. İşçilərə siz intizam,
məsuliyyət hisslərini aşılamalısız. Elə
birinci dəstə rəislərindən başlamaq lazımdır.
Zəifdilər,
fəal deyillər, vəzifələrini layiqincə
yerinə yetirmirlər. Mən görmədim ki, nə
vaxtsa məhkumlar barədə bir operativ
məlumat çatdırsınlar, əməliyyatın işinə
yarasınlar.
Səfər başqa vaxt olsaydı Niyazın
onun sahəsinə aid işçiləri pisləməsinə
imkan
verməzdi. Ancaq,
indi çox
əsəbiləşdiyindən Niyaza qoşulub dəstə
rəislərinin qarasına deyindi:
–Düz buyurursunuz, Niyaz müəllim,
yeddi dəstə rəisidir, bu insanların heç
birində bir təşəbbüskarlıq, işə can yandırma
yoxdur. Təzə ay on gündü başlayıb, hələ
aylıq
planların
hamısı
yazılmayıb.
Protokollar, şəxsi dəftərlər, mühazirələr,
divar qəzetləri, hansını deyim, heç biri
sonadək hazır deyil. Gərək mən bircə-bircə
deyəm, məcbur edəm bunlar da yerinə
yetirə. Görmədim kimsə gələ deyə ki, filan
mədəni-kütləvi tədbiri keçirirəm. Hələ
gözləyirlər ki, mən bunların əvəzinə edəm...
–Edəndə də gərək neçə adamdan
icazə alasan, - Orxan ayaqüstə dayananların
içindən söz atdı.
–Əlbəttə, bəs necə, – Səfər onun
danışmasına imkan vermədi, – icazə
alınmasa, hərə istədiyini etsə özbaşınalıq
olar ki...
–Niyaz müəllim, icazə verirsinizsə,
yeri gəlmişkən dəstə rəisləri ilə bağlı mən
də bir iradımı bildirmək istəyirəm, – Bəkir
də dilləndi.
–Buyurun, deyin.
–Dəfələrlə deyilib ki, müəssisənin
içinə mobil telefon gətirmək olmaz.
Qanunla qadağandır. Belə hal cinayət
məsuliyyəti yaradır. Cib telefonlarınızı
qapıda, nəzarət buraxılış məntəqəsindəki
kiçik qutulara qoymalısız. İstəsəniz bir
balaca qıfıl da alın, qoyun qutuya bağlayın
ağzını, sonra keçin içəri. Daha üstünüzdə
içəri daşımayın. Ötən ay iki dəfə dəstə
rəislərindən yaşayış sahəsinə telefon gətirən
görmüşəm. Guya qapıdan keçəndə qutuya
qoymağı unudublar. Qapıdakı əsgərlərə də
tapşırmışam nəzarəti artırsınlar. Xəbərdarlıq
edirəm, üçüncü dəfə bu hal baş verərsə
bağışlamayacağam.
Kimliyindən
asılı
olmayaraq həmin işçi sərt cəzalanacaq...
(davamı olacaq)
QAN TURALI
DARIXANLAR
- Burda nə var, nə yox?
- Nə olacaq. Günortaya kimi dərsimi dəyib
gəlirəm evə. Sonra bekarçılıqdı.
- Neynirsən axşama kimi?
- Heç nə. Neyləyəcəm? Gəlib yeməyimi
yeyib televizora baxıram. Bir-iki saat
yatandan sonra həyətə düşürəm. Çayxanaya
dəyirəm. Axşam da gəlib evdə kanalları
fırladıb kino axtarıram. Bir şey tapsam
oturub baxıram, tapmasam da yatıram.
- Dolanışıq-zad necədir?
- 300 manata qədər pul alıram da. Maaşım
budur. Məktəbdəki bütün iqtisadiyyat
dərsləri mənimdir. 12 saat dərsim var.
Yoldaşım da o qədər alır, beş-altı uşaq
hazırlaşdırır, birtəhər dolanırıq.
- Şagirdlərin necə oxuyur?
- Oxumurlar. Avaradılar.