Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə63/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   59   60   61   62   63   64   65   66   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
137 
 
çox  gözə  çarpdırdıqca,  daha  böyük  şöhrət 
qazanır.   
Hakmiyyətdə  olan  siniflərin  bu  işi 
gerçəkləşdirmək  üçün  əllərində  ordu,  pul, 
məktəb,  din,  mətbuat  kimi  çox  güclü 
vasitələr  vardır.  Məktəblərdə  onlar  tarix 
dərsinin  köməyi  ilə  uşaqlarda  patriotizm 
duyğusunu  alovlandırırlar,  burada  uşaqlara 
onların  mənsub  olduqları  xalqın  bütün 
başqa  xalqlardan  yaxşı  və  bütün  gördüyü 
işlərdə  həmişə  haqlı  olduğu  aşılanır;  yaşlı 
insanlarda 
isə  bu  duyğunu  müxtəlif 
tamaşalarla,  təntənəli  mərasimlərlə,  tarixi 
abidələrlə, 
patriotizm 
duyğusunu 
körükləyən  yalançı  mətbuatla  qızışdırırlar; 
ən  başlıcası  isə,  başqa  xalqlara  qarşı 
çoxsaylı  ədalətsizliklər  və  amansızlıqlar 
eləyən  hakimiyyət  bu  xalqlarda  öz  xalqına 
qarşı  yağılıq  duyğusu  yaradır,  sonra  isə 
onların  bu yağılıq  duyğusundan öz xalqını, 
bu xalqlarla yağılaşdırmaq üçün yararlanır.  
Bu 
qorxunc 
patriotizm 
duyğusunun 
qızışdırılması 
Avropa 
ölkələrinin  xalqları  arasında  çox  böyük  bir 
sürətlə  artaraq  yayılmış  və  bizim  günlərdə 
artıq gəlib dözülməz bir həddə çatmışdır.  
 
IV 
Hamının,  o  sıradan  bugünümüzdə 
yaşayan çox da yaşlı olmayan adamların da, 
yaddaşında yaşayan bir hadisəni xatırlatmaq 
istəyirəm,  bu  hadisənin  gedişində  xristian 
dünyasının adamları, patriotizm vasitəsi ilə, 
ağılısızlıq  olduğu  açıq-aydın  görünən  bir 
avantyuraya(macəraçılığa)  
sürüklənmişdilər. 
Almaniyanın  hakim  sinifləri,  xalq 
kütləsinin patriotizm duyğularını ən yüksək 
həddə  qədər  qızışdırandan  sonra,  XIX 
yüzilliyin  ikinci  yarısında,  ölkənin  bütün 
adamlarının əsgər sayılması ilə bağlı qanun 
qəbul  eləmişdilər;  bütün  oğlan  uşaqları, 
kişilər,  atalar,  alimlər,  ruhanilər  insan 
öldürməyi  öyrənməli  və  ölkə  başçısının 
sadiq qullarına çevrilməli, onun buyurduğu 
adamları  öldürməli  idilər,  indiyədək 
hakimiyyət  sürmüş  hökmdarlardan  ən 
həyasızlarından  biri  olan  II  Vilhelm 
bununla  bağlı  deyirdi:  hakimiyyətin  əmr 
elədiyi 
təqdirdə, 
alman  patriotu  öz 
dövlətinin 
basqın 
elədiyi 
ölkələrin 
xalqlarını,  öz  haqlarını  qorumaq  üçün 
qalxışan  alman  fəhlələrini,  hətta,  doğma 
atalarını  və  qardaşlarını  öldürməkdən  belə 
çəkinməməlidirlər. 
Necə 
dəhşətli 
görünsə 
də, 
insanların 
bütün 
yaxşı 
duyğularını 
kobudcasına  alçaldan  bu  buyuruqlar, 
patriotizmin  təsiri  altında,  Alman  xalqı 
tərəfindən tərəddüdsüz olaraq qəbul olundu. 
Bunun  nəticəsi  olaraq  Almaniya  Fransa 
üzərində 
qələbə 
çaldı. 
Bu 
qələbə 
Almaniyada  patriotizmi  biraz  da  qızışdırdı, 
sonra isə baş verənlərin təsirindən Fransada
Rusiyada,  habelə,  başqa  ölkələrdə  də 
patriotizm 
alovlanmağa 
başladı 
və 
Avropada  yerləşən  dövlətlərdə  yaşayan 
bütün  insanlar,  insanın  kölələşdirilməsi 
demək  olan  hərbi  mükələfiyyətə  danışıqsız 
boyun  əydilər  və  insanların  bu  yeni 
köləliklə 
alçaldılması 
və 
iradəsizləşdirilməsini 
heç  uzaq  tarixi 
keçmişlərin  köləlikləri  ilə  də  müqayisə 
etmək 
mümkün 
deyildir. 
Kütlənin 
patriotizm  adı  ilə  ona  sırınan  bu  köləliyə 
boyun  əyməsindən  sonra,  hakimiyyətin 
həyasızlığı,  amansızlığı  və  axmaqlığı  daha 
heç  bir  sərhəd  tanımamağa  başladı. 
Beləliklə də, biri hansısa şıltaqlıqdan, o biri 
ötkəmlikdən,  bir  başqası  eqoizmdən  doğan 
yaramazlıqlar  baş  qaldırmağa  başladı,  bu 
isə  özünü  Asiyada,  Afrikada,  Amerikada, 
getdikcə daha çox torpaqları zəbt eləməkdə, 
habelə  hakimiyyətlərin  biri-birinə  qarşı 
getdikcə  artan  inamsızlığında  və  qarşılıqlı 
olaraq  yamanlığa  əl  atmalarında  özünü 
göstərməyə başladı.  
Ələ  keçirilən  torpaqlarda  yerli 
xalqların qırılıb tükədilməsinə artıq təbii bir 
proses  kimi  baxmağa  başladılar.  Burada 
başlıca 
problem 
isə, 
başqalarının 
torpaqlarını  birinci  kimin  ələ  keçirib 
buradakı  xalqları  kimin  birinci  yer 
üzərindən silib atması oldu.  
Bütün  bu  hakimiyyətlər  yalnız  elə 
köləyə  çevirdikləri  başqa  xalqlara  və  biri-
birinə  qarşı  ədalətliyin  ən  ilkin  tələblərini 
pozmaqla  qalmadılar,  bundan  başqa  da,  öz 


138
№ 2 (14) Yay 2015 
 
fəaliyyətlərində 
yalanın,  fırıldaqçılığın, 
satqınlığın,  aldadıb  tələyə  salmağın, 
çuğulluğun, 
talanın, 
kütləvi 
insan 
qırğınlarının  bütün  mümkün  formalarından 
da 
yararlanmağa 
başladılar 
və 
bu 
hakimiyyətləri  yaradan  xalqlar  nəinki 
başları  üstündə  duran  bu  hakimiyyətlərə 
acıqlanıb, 
onların 
incitdikləri 
başqa 
xalqların  durumuna  acıdılar,  əksinə,  bütün 
bu  yamanlıqları  və  cinayətləri  başqa 
dövlətlərin  deyil,  öz  dövlətlərinin  eləyə 
bilməsinə 
görə  öyünüb,  onların  bu 
işlərindən  sevinc  duymağa  başladılar. 
Xalqların  və  dövlətlərin  bu  qarşılıqlı 
yağılığı  ağlagəlməz  dərəcədə  artıb  son 
həddə  gəlib  çıxdığından,  indi  artıq  bir 
dövlətin başqasına basqın eləməsinə hansısa 
bir  səbəb  olmadığı  bir  durumda  da,  bütün 
bu dövlətlər biri-birinə qarşı iti caynaqlarını 
və  qıcanmış  dişlərini  hazır  saxlayaraq 
dayanırlar  və  qarşılarındakı  dövlətlərdən 
hansısa 
birinin 
fəlakətlə 
üzləşib 
zəifləməsini gözləyir, onlara basqın eləmək 
daha az qorxulu olanda isə yağılıq eədikləri 
dövlətlərin  üzərinə  yeriyib  onları  didib-
parçalamaq fürsətini əldən qaçırmırlar.   
Xristian 
dünyası 
adlanan 
dövlətlərin 
xalqları, 
onlara 
aşılanan 
patriotizmin  qızışdırılması  ilə,  yırtıcılığın 
və 
vəşhiliyin 
çox  yüksək  həddinə 
gətirildiyindən,  indi  təkcə  vəzifəsi  ölüb-
öldürmək  olan  insanlar  gördükləri  bu 
yaramazlıqlara  görə  sevinmirlər,  habelə, 
onların  Avropadakı  dinclik  və  barış  içində 
yaşayan  həmvətənləri  də,  bugünümüzdə 
məlumatların 
tez 
yayılmasının 
mümkünlüyünə  görə,  baş  verən  bu  qanlı 
olayları  və  ölüm-itimləri  keçmiş  Roma 
sirkinin tamaşaçıları kimi, böyük bir sevinc 
içində izləyir və gördükləri qanlı tamaşadan 
çılğınlaşıb  qışqırırlar:  “Pollice  verso!( 
latıncada:  “işini  bitir,  öldür  getsin” 
anlamındadır”) 
Təkcə  böyüklər  deyil,  uşaqlar  da, 
bu  təmiz  və  müdrik  varlıqlar  da,  artıq 
mənsub 
olduqları 
xalqların 
ziyanlı 
adətlərinə  qapılaraq,  yeni  tətbiq  olunan 
liddit  mərmilərinin  700  yox,  1000  ingilisi 
öldürə  bildiyini  eşidəndə  buna  ürəkdən 
sevinirlər. 
Onların  ata-anaları  da,  mən 
belələrini  şəxsən  tanıyıram,  uşaqlarda 
yaranmaqda  olan  bu  vəşhiliyi  biraz  da 
gücləndirməyə çalışırlar.  
Hələ bu da az imiş. Bir dövlətin öz 
qoşunlarının  sayını  artırması(patriotizmin 
başqa dövlətlər və xalqlar arasında getdikcə 
daha  da  artmasına  görə,  qorxu  içində 
yaşayan  istənilən  dövlət  ordusunun  sayını 
artırmağa 
çalışmaya 
bilməz) 
onun 
qonşuluğundakı, 
patriotozmin 
hökm 
sürdüyü,  başqa  dövləti  də  öz  qoşunlarının 
sayını  artırmağa  sürükləyir,  bu  isə, 
silahlarını artırmağa birinci başlayan dövləti 
qoşunlarının sayını daha da artırmağa təhrik 
eləyir.  
Qalalar 
tikilməsi, 
donanma 
qurulması  da  bunun  kimi:  bir  dövlət  10 
zirehli  hərbi  gəmi  düzəldir,  qonşusu  ona 
baxıb bunlardan 11-ni düzəldir; onda birinci 
dövlət  zirehli  gəmilərinin  sayını  12-yə 
çatdırır  və  beləliklə  də,  sonu  görünməyən 
bir silahlanma yarışı başlayır. 
–“Mən indi səni cırmaqlayaram”. –
“Mən  isə səni yumruqlayaram”.  –“Mən  isə 
səni 
qamçılayaram”. 
–“Mən 
səni 
çomaqlayaram”.  –“Mən  də  səni  tüfəng 
ilə”...  Yalnız  pis  tərbiyə  görmüş  uşaqlar, 
içkili  adamlar  və  heyvanlar  beləcə 
boğuşurlar,  indi  isə  belə  sözləşmə  və 
savaşmalar  öz  təbəələrinin  tərbiyəsi  və 
mənəvi  inkişafı ilə  məşğul  olduğunu  deyən 
ən  qabaqcıl  və  maarifpərvər  sayılan 
dövlətlərin  başında  dayanan  adamların 
arasında baş verir. 
 
 

 
Durum isə dayanmadan pisləşir və 
bu, insanları açıq-aydın fəlakət və qırğınlara 
sürükləyən 
prosesin 
dayandırılması 
mümkünsüz 
görünür. 
Durumun 
yaxşılaşacığına  inanan  sadəlövh  insanların 
son  ümidini  də,  bu  günlərdə  baş  verən  bir 
olay  puç  elədi;  mən  bu  yaxınlarda  barış 
yaratmaq 
üçün 
çağırılmış 
Haaqa 
konfransını nəzərdə tuturam, ancaq yazıqlar 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə