Üç aylıq ədəbiyyat dərgisi
135
ayrıca götürülmüş insanlar, istərsə də bu,
birtürlü insanlar topluğu olsun, onlar
irəlidə, ortada və arxada gəlməklə bağlı
olaraq, hansısa bir ideyanın üçpilləliyini
doğuraraq, bu pillələrdən birini keçməkdə
olurlar.
Həmişə, istər ayrıca götürülmüş,
istərsə də birtürlü topluq yaratmış insanlar
üçün, artıq keçmişdə qalmış, öz ömrünü
başa vurmuş və yadlaşmış olan ideyalar da
olur və insanlar bir də bu ideyalara qayıda
bilmirlər, örnək üçün, bizim yaşadığımız
xristian dünyasında–insan əti yemək,
kütləvi talançılıq, qızqaçırma, habelə,
bunun kimi ideyalar indi yalnız xatirələrə
çevrilərək yaşamaqdadır; bir də var çağdaş
ideyalar və bunlar insanlara tərbiyə yolu ilə
aşılanır, onlar bugünümüzdə, yanyörədə bu
ideyaya bağlı olan çoxluğun örnəyində öz
yerlərini bərkidirlər, bunlara örnək olaraq:
xüsusu mülkiyyətin toxunulmazlığı, dövlət
quruluşu,
ticarət,
ev
heyvanlarından
yararlanmaq kimi ideyaları göstərmək olar.
Bundan başqa, gələcəyin ideyaları da vardır
və onlardan bir çoxu indi gerçəkləşməyə
çox yaxındır və getdicə daha çoxsaylı
insanların öz yaşamlarını bu ideyalara
uyğunlaşdırıb dəyişdirməsini zəruri eləyir,
çağdaş
günümüzdəki:
fəhlə
sinfinə
azadlıqlar verilməsi, qadınların hüquq
bərabərliyinə çatması, ət yeyilməsinin
aradan qaldırılması və bu kimi başqa
ideyalar insanlar tərəfindən dərk olunsalar
da, ancaq bütün bu ideyalar, indilikdə,
keçmişdən qalma yaşam formaları ilə
kəskin savaş dönəminə keçməmişlər.
Bugünümüzdəki ideyaların irəli
sürdüyü ideallar isə belə səslənir: zorakılıq
aradan
qaldırılsın,
mülkiyyət
ümumiləşdirilsin, insanlar vahid bir dini
inanca
gəlsinlər,
insanlar bütünlüklə
qardaşlaşsınlar.
Buna görə də, istənilən insan və
istənilən birtürlü insanlar topluğu, hansı
pillədə dayanmasından asılı olmayaraq,
özündən arxada: yaşanmış keçmişlə bağlı
xatirələri, öndə isə: gələcəyin idealı
olmaqla–həmişə, bugünün yaşanmış və
vaxtı keçmiş ideyaları ilə, bugünə sirayət
eləyən
gələcəyin
ideallarının
savaşı
arasında olur. Adətən belə də olur:
keçmişdə yararlı, hətta zəruri olan bir ideya
indi yararsız və artıq bir yükə çevrilir,
habelə, ya qısa, ya da uzun çəkən bir
savaşdan sonra bu ideya öz yerini yeni bir
ideyaya verməli olur və bu yeni ideya artıq
bugünün ideyasına çevrilir.
Ancaq bir də görürsən belə də olur:
ömrünü başa vurub, insanların şüurunda
yenisi ilə əvəz olunmağa başlayan köhnə
ideyanın aradan qalxmaması, öz təsirini
saxlaması, toplumda yüksək nüfuz yiyəsi
olan kimsələr üçün yararlı olur. Bu
durumda, vaxtı keçmiş ideya yaşamın
quruluşunda baş vermiş münasibətlər
sistemi ilə kəskin uyuşmazlıq yaratmasına
baxmayaraq, insanların düşüncələrinə və
davranışlarına təsir eləməkdə davam eləyir.
Vaxtı keçmiş ideyaların aradan qalxmasının
ləngiməsi dini oblastda özünü daha çox
göstərməkdədir. Bunun başlıca səbəbi isə,
vaxtı keçmiş bu dini ideyaların öz
yararlarına işlədiyini anlayan ruhanilərin,
əllərində
toplaya
bildikləri
hakimimiyyətdən yararlanaraq, insanların
düşüncələrini, bilərəkdən, bu vaxtı keçmiş
ideyalara bağlayıb saxlamasıdır.
Dövlətçiliyin yer aldığı oblastda,
patriotizmlə bağlı da, elə bu səbəbdən, belə
bir durum yaradılır və demək olar,
hakimiyyətlərin
hamısı bundan eyni
dərəcədə yararlanmağa çalışırlar. Heç bir
anlamı, yararı qalmamış bu ideyanı ondan
xeyir götürə bilən insanlar süni surətdə
yaşatmağa çalışırlar. İnsanlar üzərində çox
böyük təsir imkanlarına yiyələndikləri üçün
də, onlar, demək olar həmişə, bunu
bacarırlar.
Ona görə də, mən bu çox əcaib
ziddiyətə aydınlıq gətirmək istəyirəm, bu
ziddiyət isə, çağdaş günümüzdə xristian
dünyasının şüurunda oturuşmağa başlayan
yeni ideyalarla, vaxtı keçmiş patriotizm
ideyasının qarşıdurmasından yaranmışdır.
III
Patriotizm, yalnız və yalnız öz
xalqını sevmək duyğusudur və o bir təlimə
136
№ 2 (14) Yay 2015
çevrilərək, insanlara öz dincliyini, əmlakını,
hətta ömrünü qurban vermək bahasına olsa
belə, zəifləri güclü düşmənin basqısından
və
zorakılığından qorumaq özəlliyini
aşılamışdır, habelə, o, istənilən bir xalqın
özünün xeyri və qüdrəti üçün başqa
xalqlardan olan insanları əzməsinin və
talamasının mümkün və ədalətli sayıldığı
çağların yüksək ideyası olmuşdur; ancaq
təxminən 2000 il bundan öncələrdən
başlayaraq, insanlığın içində yetişmiş
müdrik kimsələr insanların hamılıqla qardaş
olması kimi yüksək bir ideyanı anlamağa
başlamışlar və bu ideya getdikcə daha çox
şüurlarda özünə yer eləyərək çağdaş
günümüzdə ən müxtəlif formalarda özünü
gerçəkləşdirməyə
başlamışdır.
Məlumatların
daha asan yollarla və
yeyinliklə yayılmağa başlaması, vahid
sənaye,
ticarət,
incəsənət
və
bilik
şəbəkəsinin yaranması ilə, bugünkü insanlıq
çox sıx tellərlə biri-birinə bağlandığından,
indi qonşu xalqlar tərəfindən baş verə
biləcək, gözlənilməz, basqınların, qanlı
savaşların, zorakılıqların olması qorxusu
büsbütün aradan qalxmışdır və bütün
xalqlar(mən burada hökümətlərdən yox,
yalnız xalqalardan danışıram!) barış içində
yaşayır, biri-biri üçün qarşılıqlı yararlığa
əsaslanan ticarət, sənaye və elmi aldım-
verdim ilişkiləri saxlayır və bu işlişkilərin
pozulmasının onlar üçün heç bir anlamı və
səbəbi də yoxdur. Buna görə də, insanların
şüuruna hopmuş bu, bütün xalqların
qardaşlığı ideyasının yayılması ilə, vaxtı
keçmiş patriotizm duyğusunun artıq bir
şeyə çevriləcəyini və tədricən büsbütün yox
olacağını düşünmək olardı. Ancaq, bəlli
olduğu kimi, indi bunun büsbütün əksi baş
verir: bu ziyanlı və vaxtı keçmiş duyğu
nəinki qalmaqda davam eləyir, hətta,
getdikcə daha çox qızışmağa başlayır.
Xalqlar, heç bir ağlabatan məntiqə
əsaslanmadan, öz şüurlarının və yararlarının
əksinə gedərək, nəinki öz hakmiyyətlərinin
başqa xalqların üzərinə basqın eləməsini,
özgə torpaqlarını mənimsəməsini və bütün
bunları zor işlədərək davam elətdirməsini
bəyənir və dəstəkləyir, habelə, onlar belə
basqınları özləri də öz hakimiyyətlərindən
tələb eləyir və bütün bu baş verən
zorakılıqlara sevinir, onlarla öyünürlər.
Böyük dövlətlərin basqısı altına düşmüş,
polyaklar, irlandlar, çexlər, finlər, ermənilər
kimi azsaylı xalqlar da, onları əsarətə salan
xalqların patriotizmindən qıcıqlanaraq,
özləri də, bu, xalqları əzəmək vasitəsinə
çevrilmiş, vaxtı keçmiş, gərəksiz, anlamsız
və ziyanlı patriotizm duyğusuna qapılmışlar
və
özlərindən güclü olan xalqların
patriotizmindən zərər çəkən bu
kiçik xalqlar
da, gücləri çatan başqa xalqlara qarşı, eyni
ilə onları basqıda saxlayan xalqların
patriotizmi
tərzində
davaranmağa
hazırdırlar.
Bunun başvermə səbəbi isə,
hakimiyyətdə olan siniflərin(bu ad altında
heç də hökumət və onun məmurları
anlaşılmamalıdır, toplumda çox mənfəətli
mövqelər tutan: kapitalistlər, jurnalistlər,
yaradıcılıqla və elmlə məşğul olan
adamların çoxu da bu sıradandır) özlərinin
xalqla müqayisədə çox yararlı olan
mövqelərini qoruyub saxlaya bilmələri üçün
patriotizmin köməyi ilə qorunan mövcud
dövlət quruluşunu nəyin bahasına olursa
olsun
yaşatmağa
cəhd
eləmələridir.
Əllərində xalqa təsir eləyə bilməyin çox
güclü vasitələri olan bu siniflər, özlərində
və
başqalarında,
arası
kəsilmədən,
patriotizm duyğularını alovlandırlar, axı
dövlət hakimiyyətinin qorunub saxlanması
üçün çox gərəkli olan bu duyğunun
yaşamasından ən böyük mükafatı da elə
hakimiyyət özü alır.
İstənilən məmur daha çox patriot
olduqca daha da yüksək mənsəb qazana
bilir; eləcə də, hərbçilər yalnız patriotizmin
doğura
bildiyi
müharibələrdə
öz
karyeralarını artıra bilirlər.
Patriotizm və onun doğurduğu
sonuc olan müharibə, qəzetçilərə və o
sıradan bütün alverçilərə də, çox böyük
qazanclar gətirir. İstənilən yazıçı, müəllim,
professor nə qədər çox patriotizmi təbliğ
elyirsə, o qədər də çox öz dolanışığını
yaxşılaşdıra bilir. İstənilən imperator, kral,
özünün patriotizmə bağlı olduğunu daha