Üç aylıq ədəbiyyat dərgisi
45
qollarının
arasından
çıxıb
canını
qurtarsın. Bayaqdan üzünü çevirib
Təyyara baxmaq istəmədiyi yarıyumulu
gözlərini açıb danışmağa çalışdı.
Keçirdiyi iztirablardan səsi nazilib
kövrəkləşmişdi:
- Razılaşsam, aldatmazsan?
- Əlbəttə, yox! Nəyə istəyirsən
and içim!
- Yaxşı, indii məni burax,
görüşərik.
- Xeyir. Mənimki nağddı. Mən
nisyəyə aldananlardan deyiləm – Təyyar
xüsusi cəldliklə Əfiqənin yançaqlarından
yapışıb qucağına aldı.
- Ağlın çaşıb? Burada? Palçığın
içinə yıxacaqsan məni?!
Təəccüblənmiş Əfiqə onun nə
istədiyini aydın dərk edə bilmirdi.
- Bay, lap bakirə qız kimi
danışırsan. Heç ayaqüstü görməmisən?
Bilməmiş olmazsan. Belə ayrı ləzzəti
var, bir dəqiqə imkan ver, özün də razı
qalacaqsan...
Əlləri sürətlə sarğısında gəzdi,
donunu araladı… Əfiqə onun niyyətinin
ləyaqətsizliyini başa düşəndə artıq gec
idi. Əfiqənin çaşqınlığından istifadə
edən Təyyar bir neçə anın ərzində
istəyini əldə etmişdi.
- Vəhşi!..
İnilti dolu nifrətlə dediyi bu
sözdən başqa söz tapmayan Əfiqə
Təyyarın şəhvəti sönənə qədər gövdəsi
ilə paxla kollarına tərəf əyilib, kənardan
eşidilməməsi üçün səsini içinə qısaraq,
qəlbini, bütün cismini göynədən ağrıdan
için-için ağlayırdı…
***
“Ey, Adəm balası, insan ol, yaşadığın
yer üzündə sonun meyit olmaqdı,
dünyadan ondan artıq “qazancın”
yoxdu...”
Gecələrin
birində,
uşaqları
yatandan sonra axır günlərdə öyrəşdiyi
kimi yenə özünə qapılaraq sabahkı xoş
günü üçün zamanın Sahibinə yalvarıb
dua etmək istəyirdi ki, həyət qapısının
aramsız zəngindən diksindi. Allah xeyir
eləsin, gecənin bu vaxtı kim ola, -
Əfitqəni narahatlıq bürüdü. Hər dəfə
gecə vaxtı qapını döyən olanda ağlına
gələn əcaib-qəraib fikirlərdən ürəyi
sıxılırdı. Əbəs yerə deməmişlər ki,
gecənin xeyrindən, gündüzün şəri
yaxşıdır.
- Kimdir? – Əfiqə qapını
açmadan təşvişlə soruşdu.
Cavab verən olmadı. Sükutdan
darıxdı. Deyəsən zəngi basan cavab
verməyə
tələsmirdi.
Səsini
çıxarmamaqla
onun
nigarançılığını
artırmaq istəyirdi.
- Səsini çıxar, kimdir? Nə
lazımdı?
- Mənəm, tək deyiləm, qonaq
gətirmişəm.
Səs kəndin mərkəzində yaşayan
qaynı Zakirin səsiydi. Çöldə kimin
dayandığını bilməyincə Əfiqənin qapını
açmayacağını
başa
düşüb
səsini
çıxarmalı olmuşdu.
- Zakir, sənsən. Bu vaxtı xeyir
ola?
Ürəyində
şükür
etdi
ki,
səbirsizlik edib özgə ad çəkmədi. Heç
nədən
özünə
gərəksiz
söhbət
yaradacaqdı.
- Xeyirdi, tək deyiləm, qonaq
gətirmişəm.
- Gecəyarı qonaq olar? Söz
tapdın da, - o deyinə-deyinə qapıya
yaxınlaşıb qıfılı açmağa başladı.
-
Olanda olur, aç qapını
görəcəksən…
Əfiqə qapını açanda Zakirin arxa
tərəfində bir nəfərin dayandığını gördü.
- Salam, gecən xeyirli olsun.
- Sağ ol. Gündüz vaxt tapmadın
qonaq gəlməyə? Hə, de bilim nə
lazımdı?
46
№ 4 (20) Qış- 2016
- Elə bilirsən zarafat edirəm.
Gəldim qonağı təqdim edəm. Buyur, - o,
əlini yanaşı durmuş hündür, enlikürək
kişiyə tərəf uzatdı. Küçə qapısının zəif
işığında kimliyini tam ayırd edə
bilmədiyi bu insan Əfiqəyə tanış gəlirdi.
- Küçədə dayanmayın. Ağlım
heç nə kəsmədi. Gəlin içəri, işığın altına,
bəlkə bir şey anladım…
Zakirin səsinin tonundan kefinin
köklüyü hiss edilirdi. Addımını atmayıb
ərklə gülümsəyərək, yanındakını irəli
verdi:
- Sən böyüksən, keç qabağa,
çəkinmə ay “qonaq”, özünü evində hiss
et…
İşığa çıxan qaraltının Şamxal
olduğunu
görəndə
Əfiqənin
təəccübündən qanı damarlarında dondu:
Doğrudanmı bu gələn Şamxal idi? Bəs
niyə xəbərsiz-ətərsiz, gecə vaxtı? İllərlə
evini unudan insanın belə gözlənilməz
gəlişi nə ilə bağlı idi?
- Şamxal?!
Əfiqə
Şamxalın
az
qala
unutduğu gözlərini tanıyanda, sanki,
nəfəsi
dayandı.
İstədi
çığırsın,
sevincindən, həm də acığından uşaq
kimi atılıb düşsün. Qucaqlayıb ağlasın,
hirsini-hikkəsini boşaltsın. “İtmişdin,
batmışdın, hardaydlın bu vaxta qədər?
Belə kişilik, ailə saxlamaq olar? Mənə
yazığın gəlmir, bəs balaların? Atıb
gedəcəkdinsə bizi neynirdin? Pul
göndərməklə borcunu ödəmiş sayırsan?
Bəs insanlıq?”
Gözlərindən süni gülüş yağan
Şamxalı illər dəyişməmişdi:
- İnanmağın gəlmir?
Səsi də həmən idi. Bir az da
qalınlaşıb ağırlaşmışdı. Əgər qəlbi də
eyni əvvəlki idisə, onda heç sevinməyə
dəyməzdi, - qayğılandı Əfiqə. Çox
keçməyəcək,, təzədən qara günləri
başlayacaqdı. Amma hazırkı ağır
vəziyyətində ərinin evinə gəlməyi, onun
üçün “göydəndüşmə” idi. Daha nə
camaatın qınağından qorxmağa, nə də
Cahidin və ya kimsənin köməyinə
ehtiyacı olmayacaqdı. Allahın ona rəhmi
gəlmişdi: yalvarışlarını, dualarını eşidib
Şamxalı peyda etməklə həyatını məhvə
sürüyəcək
böyük
bir
əzabdan,
rüsvayçılıqdan kənarlaşdırmışdı. O,
Tanrısına
minnətdar
idi!
Gözləri
dolmuşdu. Bilmirdi Şamxalın sual dolu
baxışlarına nə cavab versin…
- Hə, inanmağın gəlmir?
Zakirin yanında nə desin ki,
sonra söz olmasın. Tutulub qalmışdı,
sözü yox idi deməyə. Bəlkə, sevincini
bildirmək
üçün
boynuna
sarılıb
qucaqlasın,
-
düşündü.
Qollarını
qaldırmışdı, Şamxal imkan vermədi.
Zakirin yanında onu qucaqlamasını
gərək bilməyib əllərindən tutdu. Axan
göz yaşlarına baxıb gülümsədi:
- Baho, deməkdən xoş gəlmisən,
ayağımı evə basmamış ağlamağa
başladın…
- Neynəsin, qınama, gör neçə
ildir
bir-birinizi
görmürsünüz
–
bayaqdan əlindəki çantalara güc edə-edə
onlara göz qoyan Zakir dilləndi.
- Uşaqlar gözümə dəymirlər.
- Yatırmışam, yuxudadılar, -
Əfiqə yanağındakı yaş gilələrini silərək
kövrək səslə cavab verdi, - indi
oyadaram.
-
Eybi yox, dəymə, qoy
yatsınlar. Səhər ayılanda görüşərlər.
Çantaları astanaya daşıyan Zakir
tövşüdü:
-
Buracan
gətirdim, bəsdi.
Evinizin içinə özünüz daşıyarsınız. Hə,
mən daha qayıdım…
- Hara? – Şamxal sözünü kəsdi.
- Necə hara? Evimə…
-
Evinə, tələsmə gedərsən.
Əfiqə, isti çayın var?
Dostları ilə paylaş: |