Üç aylıq ədəbiyyat dərgisi
85
Əgər onlar kimi qaz sobasında
yansaydım, qala yenə də bizim olardı.
Onsuz da qalamızı əlimizdən alandan
sonra hər gün yanırıq. Hayıf deyil bir
dəfə yanmaq! Yanırsan kül olursan.
Amma mən hər gün yanıram, lakin
külüm çıxmır ki çıxmır. Çünki bu, elə
bir yanğındır ki, ömür boyu davam edə
bilir. Sonsuza kimi, nəsil-nəsil yanırsan,
yanırsan, yanırsan… Nəsildən-nəsilə
yanmaq! Təsəvvür edirsiniz? Amma
külün olmur. Mən kül olmaq istəyirdim.
İstəyirəm
mənim
külümü
qalaya
səpsinlər. Bunu heç kim bacarmaz. Mən
dumanı gözləyirəm. Duman gələndə biz
bir-birimizi axtaracağıq. Çünki, duman
bizi qalaya aparacaq. Bu belədi, biz
mütləq qalaya qayıdacağıq! Mütləq və
mütləq! Hamının qalası var. Hamı gec
və ya tez öz qalasına qayıtmaq
istəyəcək. Mütləq və mütləq! Bu,
məşhər günü deyil, amma ona oxşayır.
Mən külsüz yanmaqdan bezmişəm.
Məni qınamayın. Bu, qala xəstəliyidi.
Heç fikir vermisinizmi, əlimizi hara
atırıqsa quruyur! Bizdə heç nə alınmır,
alınmır bizdə heç nə. Fikirləşmisinizmi
niyə görə? Nə vaxtsa, biz hamımz bir
yerdə
böyük
günaha
batmışıq.
Gedəcəyimiz yolun səmtini ititrmişik,
azmışıq. Bütün bu anormallıqları üst-
üstə yığanda onun yalnız bir cavabı ola
bilər: bizim qalamız yoxdu! Qalamız
yerindədi, sadəcə biz orda yoxuq. Mən
Osvensimdə yanan uşaqlar haqqında
inşa yazanda ədəbiyyat müəllimim
başımı tumarladı, mənə yağlı bir «beş»
verdi. Dedi elə yazmısan ki, elə bil özün
də orda olmusan. Müəllim çox sadə şeyi
dərk edə bilməmişdi. Mən həqiqətən
orada olmuşdum. Özü də bir neçə dəfə.
Orda bir qız da var idi, gözləri yamyaşıl,
dərisi
balıq kimi. Onu sevmək
istəyirdim, lakin sevə bilmədim. O, külə
çevriləndə mən hələ də yanırdım. Əgər
külə çevrilsəydim, onunla görüşərdim,
bir-birinə qarışan külümüz dumana
bürünüb qalaya gedərdi. Sərçələrlə bir
yerdə çikkildəşə-cikkildəşə… Yamyaşıl
gözlü qızcığaz, mənim yaşıdım, elə-hey
nəsə qulağıma pıçıldayırdı. Qulağımda
nə qədər desəniz səslər ilişib qalsa da
onun səsi hamıdan fərqli idi. Yaz
yağışının damıcıları torpağın tozunu
canına çəkib yerə hopan kimi, onun
sözləri də mənim beynimə hopub. Heç
vaxt ordan silinməyəcək. O, dedi... Dedi
ki, babam Xatında qaldı. Xatında,
Xatında… Mənim atam da onun anasını
sevirmiş. Sən bir işə bax, təsadüfə bax.
Hətta o mənim bacım da ola bilərdi.
Sonralar
bildim
bunu.
Sonralar,
sonralar… Atam o qızın anasına çox
məktub yazıb, cəmi bir dəfə, bircə dəfə
cavab
gəlib
Lidisedən,
Lidisedən,
Lidisedən… Mən bunların hamısını
təsəvvür edirdim. Amma sonra onların
hamısını gördüm. Öz gözlərimlə öz
qalamızda gördüm, Osvensim də, Xatın
da, Lidise də hamısı bizim qalaya qonaq
gəlmişdi. Mən onları öz gözlərimlə
gördüm. Onlar dumandan əvvəl qəflətən
peyda oldular. Amma dumanla çəkilib
getmədilər. Onları duman gətirməmişdi.
Qəflətən başımızın üstünü aldılar. Biz
onları gözləmirdik! Bircə sərçələr qaldı,
bircə sərçələr… İndi mən dumanı
gözləyirəm. Mən qalaya qayıdacam. Axı
bu qədər yanmağın axırı nə vaxtsa külə
çevrilməlidi ya yox? Axı mənim də bu
dünyada kül olmaq haqqım var! Kül
olub dumana qarışıb qalaya, qalaya
qayıdacam. Bura gəldik sizdən soruşaq,
ey dünyanın nəsli kəsilməkdə olan
xeyirxah
insanları, bizimlə qalaya
qayıtmaq
istərdinizmi?
Bizmimlə
glərdinizmi?
Qalaya
qayıtmaq
istərdinizmi?
(
O, diz üstə çöküb hönkürür. Süpürgəçi
cəld onun tütəyini qaytarır. Hər ikisi onu
qucaqlarına alıb kənara çəkirlər. Üçü
86
№ 4 (20) Qış- 2016
yerdə oturub susqun vəziyyətdə irəli
məchul nöqtəyə baxırlar).
Pauza.
Oğlan. (
yavaşdan) Sən çox şeyi
xatırladın. Bu qədər xatirələrlə necə
yaşayırsan?
Süpürgəçi._(_ətrafa__baxır_)_Heyif,_süpürgəmi_özümlə_gətirmədim._Gör_burda_nə_qədər_zibil_var._Tütəkçalan.'>Süpürgəçi._Xatirələr_ilan_kimi_arxamızca_sürünür._Hara_baş_götürüb_getsən_də_xeyri_yoxdu._Tütəkçalan.'>Süpürgəçi.
Xatirələr
ilan
kimi
arxamızca sürünür. Hara baş götürüb
getsən də xeyri yoxdu.
Tütəkçalan. Artıq mən ac deyiləm.
Oğlan. Elə biz də doyduq.
Tütəkçalan. Ürəyinizdən keçən hər şeyi
deyə bildimmi?
Süpürgəçi. Axı bizim burda nə itimiz
azıb?
Oğlan. Dedin, hətta lazım olandan artıq
dedin, amma səni eşidən oldumu, billə
bilmədim. Onlar elə sakit oturublar ki?
(
Tamaşaçılara trərəf işarə edir) Ey, bir
şey başa düşdünüzmü?
Süpürgəçi.
(
ətrafa
baxır)
Heyif,
süpürgəmi özümlə gətirmədim. Gör
burda nə qədər zibil var.
Tütəkçalan. Həmişə bu sözləri demək
istəmişəm.
Təsəvvür edirsənmi, həmişə.
Oğlan. Sən çox düz elədin. Amma heç
kimi qınamaq lazım deyil. İnsanların
çoxu ancaq öz eşitmək istədikləri sözləri
eşidirlər.
Süpürgəçi. Belə götürəndə süpürgəmi
özümlə
götürdüm
nə
olacaq?
Götürmədim nə olacaq? Nə bilim?
Yəqin, peşəkar vərdişdi zibil görəndə
qaşınıram. Görəsən, bu küçədəki
həmkarlarım harda veyillənirlər?
Tütəkçalan. Axı bu sözləri əvvəl-axır
kimsə deməlydi.
Oğlan. Əvvəl-axır…
Süpürgəçi. Axı hanı bu küçənin
süpürgəçiləri?
(
Kloun-dramaturq
tələsərək
səhnəyə
daxil olur)
Kloun. Ey, ürəyinizi boşaltdınız? İşinizi
gördünüz? İndi təccili səhnəni tərk edin!
Oğlan. Biz gözləyirik.
Kloun. (
təəccüblə) Nəyi?
Tütəkçalan. (
təəccüblə) Dumanı!
Kloun. (
qəh-qəhə çəkir) Lap ağlınızı
itirmisiniz. Burada qatar gözləyən
görmüşdüm,
cəhənnəmə,
tranvay
gözləyən
də
görmüşdüm,
ancaq
duman…
(
gülür)
Bura
səhnədir,
əzizlərim, səhnə! Burada yübileyinin
keçirilməsini gözləyən var, burada
Hamletin monoloqunu demək üçün
altmış il gözləyən var. Bura səhnədi,
burada alqış gözləyirlər, fəxri ad, orden,
medal, təqaüd, mənzil... Duman hardan
çıxdı?
Süpürgəçi.
Deyirəm
də,
heyif
süpürgəmi özümlə gətirmədim!
Kloun. Və nahayət! Burada mənim kimi
debütünü gözləyən zavallılar da olur!
Hərdən! Tərk edin səhnənin, tərk edin,
lütfən!
Oğlan. Əşi dayan də! Sənin depütün
başına dəysin. Bura səhnədi ki?
Tütəkçalan. A, səhnə belə olur!
Süpürgəçi. Boy, biz səhnədəydik?!
Kloun. Yalvarıram (
diz çökür). Bax
qaşınızda acizanə diz çökürəm, tərk edin
səhnənin! Öüznə hörmət qoyan adam
səhnəni vaxtında tərk etməlidir, başa
düşün. Kötük kimi ilişib qalmaq nəyə
lazım? Nə yaxşı bu dünyada kötüklər
göyərmir. Bax, siz burda kötük kimi
qalsanız, mən debut edə bilməyəcəm.
Mənim istedadım doğulmadan, elə
beşiyindəcə gəbərəcək. (
ağlayır)
Süpürgəçi. Yaxşı, bəs biz hardan bilək
ki, sən özün göyərib, göyərib axırda
kötüyə çevrilməyəcəksən. Bəlkə, sən
özün gələcəyin potensial kötüyüsən.
Hardan bilək?
Kloun. Zalım oğlu, məni heç cücərməyə
qoyurlar ki, kötüyə də çevrilim. Söz
verirəm, yox and içirəm. And içirəm bizi