Üç aylıq ədəbiyyat dərgisi
91
Aman Allah, görüləcək nə qədər iş var!
Kitabları dəyişsək, gör nə boyda
maklatura yaranacaq. Gör nə qədər
ağaclar kəsilməlidir. Yzıq o kitablara ki,
zaman dəyişdikcə maklaturaya çevrilir.
Yazıq o ağaclara ki, maklatura üçün
kəsilir. Əzizim, Yasəmən ağacı, sən
istəyərmisən ki, kiminsə kərpic boyda
kitabından ötrü sənin gözəl gövdəni
doğrayıb kağıza çevirsinlər. Axı bu,
kimə lazımdı? Nə üçün? Axı o
kitablardan Yasəmən ətri yox, naftalin
iyi gələcək. Dəqiq! Dəqiq!
Oğlan. Siz məni ələ salmırsınız...
(
ağlayır) Mnən elə gəlirdi ki, biz dostuq.
Sizin kimi dost olmaqdansa, süpürgə
olmaq yaxşıdı.
Süpürgəçi. Süpürgəmlə işin olmasın.
Bilirdim axırda hər şey süpürgənin
başında çatlayacaq. Vermərəm onu!
Kloun. Vaxtı iki yerə bölmək lazımdı:
qaladan əvvəl və qaladan sonra.
Oğlan.
(
qışqırır)
Sən
orda
nə
sayaqlayırsan?
Kloun. (
qışqırır) Arximed! (
bir neçə
dəfə mayallaq aşır) Arximed!
(
üçü də onunu dəli kimi atılıb-
düşməsindən qorxuya düşüb ağacın
altına qaçarlar)
Süpürgəçi.
Arximed
niyə,
bəlkə
“evrika” demək istəyirdin?
Kloun. Düpbədüz! Siz “evrika” sözünü
çox işlətmisiniz. Mən Arximed dedim
ki, kreativ görünsün.
Oğlan. Kərəminə şükür Allah!
Tütəkçalan. (
sevincək) Mən ac deyiləm!
Kloun. Biz pulu insanlardan almalıyıq!
Qısa pauza.
Oğlan. (
tərəddüdlə) Siz dahisiniz! Siz
indicə böyük bir kəşfə imza atdınız!
Başınıza göydən nəsə ağır bir şey
düşmədi ki?
Kloun. Yox, başım yerindədi. Niyə ki?
Oğlan. Axı adətən belə fundamental
kəşf zamanı adamın başına nəsə
düşməlidi. İndi mən təşkil edirəm
(
yerdən
süpürgəni götürüb klonun
başına vurmaq istəyir).
Kloun.
Dayan,
dayan,
mən
hələ
hamısını deməmişəm. (
sürətlə danışır)
Təcili məktub yazmaq lazımdı. Elə
məktub ki, daşdan keçsin. Onu şəhər
camaatına paylayaq. Sizi əmin edirəm
ki, onlar özləri ianə verəmk üçün qaça-
qaça gələcəklər. Qaça-qaça... Yardım
etmək istəyən insanların əlindən tərpənə
bilməyəcəyik. Qaça-qaça...
(
hamısı təəccüblə bir-birinin üzünə
baxır)
Oğlan. Əcəbdi.
Süpürgəçi. Əcəbdi?
Oğlan. Çox kreativdi.
Süpürgəçi. Çox kreativdi?
Tütəkçalan. Sabahınız xeyir?
Kloun. Deməli belə başlayaq. Məktub
yazmalı (
cibindən bir dəstə kağız çıxarıb
ağacın altında oturur). Elə məktub ki,
hamını silkələsin!
Oğlan. Bu, hazır gəlib ki?
Süpürgəçi. Yaz ki, əvvəla salam.
Salamdan sonra mənim əhvalım bilmək
istəsəniz...
Kloun. Əsgərlikdən məktub yazmıram
e, bu nə sözlərdi? (
kinayə ilə) “Əvvəla
salam”...
Süpürgəçi. Onda yaz, ey xeyirxah
insanlar, zavalı bir gəncin taleyi sizdən
asılıdı. Mərhəmətinizi əsirgəməyin.
Kloun.
Qardaşım,
mən
metroda
dilənçilik
eləməyə cıxmıram axı.
Məktubun dili başqa cür olmalıdı.
Oğlan. Yaz ki, bir gəncin həyatını
dəyişmək üçün sizin yardımınıza əşədü
ehtiyacı var.