Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə44/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   40   41   42   43   44   45   46   47   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
93 
Kloun.  Xəyanət!  İnsanları  birləşdirən 
yeganə insani xüsusiyyət kimi ağlıma bu 
gəlir. Alternativ təklifiniz var? 
 
(hər üçü ciynini çəkib başını  yelləyir
 
Kloun.  Alternativin  olmaması  pisdi. 
Amma o biri tərəfdən onsuz da hamı nə 
vaxtsa,  nə  cürsə  xəyanət  edib.  Anadan 
cinayətkar  doğulan  bütün  ikiayaqlıların 
hər birinin törətdiyi və unuda bilmədiyi, 
üstünün açılmasından qorxduğu və daim 
ört-basdır  etdiyi  nəsə  xəyanət  var. 
Kimsə  arvadına,  kimsə  dostuna,  kimsə 
əqidəsinə, kimsə də özünə xəyanət edib. 
İnanın  bu,  insanları  birləşidirən  və 
qorxudan yeganə cəhətdi. Yeganə! Əgər 
bir şey qazanmaq istəyiriksə, onları bax 
bu, zəif yerdən vurmalıyıq. 
Oğlan.  (yalvarışlı  səslə)  Onda  mən 
təəcili  borc  tapmalıyam.  Cəhənnəmə, 
qəpik-quruş olsa da.  
Süpürgəçi. (sakitcə) Borcu neyləyirsən? 
Oğlan. İanə vermək üçün. 
Süpürgəçi.  Bədbəxt,  biz  pulu  elə  sənin 
üçün  yığırıq  də,  sən  kimə  ianə 
verəcəksən? 
Kloun.  Eybi  yox,  əzizim,  heç  özünü 
darıxdırma, 
yığılan 
puldan 
sənin 
xəyanətlərinin faizini çıxarıq. 
Tütəkçalan. Biz də pul verməliyik?  
Kloun. Sabahın xeyir! 
Süpürgəçi.  Sən  kimə  xəyanət  eləmisən 
ay yazıq, tütəyinə? 
Tütəkçalan.  Bəs  sən  kimə  xəyanət 
eləmisən süpürgəyə? 
Süpürgəçi. Süpürgəmlə işin olmasın ha! 
Kloun. Bax görürsünüz, siz hələ məktub 
almamısınız  amma  indidən  başlamısınız 
əl-ayağa  düşməyə.  Gör  indi  şəhər 
camaatı  məktub  alanda  nə  olacaq, 
qiyamət 
qopacaq! 
Keç 
yerinə 
(tütəkçalana  ağacın  altını  göstərir. 
Sonra yaxınlaşıb ona pul verir
Tütəkçalan. Nəyə görə? 
Kloun. Xəyanətimə görə. Bəs mən insan 
deyiləm?  Ha-ha-ha…  (mayallaq  aşaraq 
səhnəni  tərk  etmək  istəyir)  Getdim 
məktubları paylamağa! 
Tütəkçalan. 
(həyəcanla, 
gözlərini 
bərəldərək) Bəs, bəs, bəs?.. 
Kloun. Nə fısıldayırsan? 
Tütəkçalan. Mən, mən, mən?.. 
Süpürgəçi. Bu, qala xəstəliyidi. 
Oğlan. Yox, o, sual vermək istəyir. 
Tütəkçalan. Mən müqəddəsəm?! 
Oğlan.  Bəs  insanlar  onun  doğurdan  da 
müqəddəs olduğuna necə inanacaqlar? 
Kloun.  Suala  bax  də.  Buna  görə 
həyəcanlanmısan? 
İnsanları 
sənin 
müqəddəs 
olub-olmamğın 
yox, 
günahlarının 
bağışlanması 
maraqlandırır.  Sən  bostanı  qoruyan 
müqəvva  olsan  belə,  onlar  səni 
müqəddəs  hesab  edəcəklər.  Çünki 
onların  işinə  belə  yarayır.  Çünki  onlara 
belə sərf edir.  
Tütəkçalan. Mən müqəddəsəm! 
Kloun. Afərin! 
Oğlan. Biz səni gözləyəcəyik! 
Kloun. (qaçaraq əlindəki kağızı oxuyur
«Xəyanətinizin 
ifşa 
olunmasını 
istəmirsinizsə, 
Yasəmən 
ağacının 
altındakı müqəddəsə ianə verin»!  
Tütəkçalan. Mən müqəddəsəm! 
 Oğlan. Qoy bütün şəhər bilsin! 
Süpürgəçi. Qoy bütün dünya bilsin! 
 
 
 
 
Dördüncü şəkil  
 
(Səhnə 
yavaş-yavaş 
işıqlanır. 
Tütəkçalan  ritmik  mahnı  çalır,  əhvalı 
yaxşıdır. 
Süpürgəçi 
süpürgəsinə 
söykənib  dayanıb.  Oğlan  narahatdır  və 
o baş-bu başa gəzişir). 
 
Oğlan. Bax birdən… 
Süpürgəçi. Yenə başladın? 


94
№ 4 (20) Qış- 2016
 
Oğlan. Yox də birdən… 
Süpürgəçi. 
Sən 
bəd 
şeylərədn 
danışmasan ürəyin partlayar. 
Oğlan.  Bax  birdən  gələn  olmadı?  Axı 
niyə  belə  əminsiniz  ki,  bu  şəhərin 
adamları  mütləq  nəyəsə,  özü  də  hələ 
bilmirik  nəyə  xəyanət  ediblər?  Bəlkə 
onlar elədiklərini çoxdan unudublar?    
Süpürgəçi. Heç xəyanəti unutmaq olar? 
Uşaqsan  ki,  uşaq.  Mən  inanıram  ki, 
insan yaxşılığı unutsa da, xəyanəti… heç 
vaxt... heç vaxt.  
Oğlan. Axı niyə elə... 
Süpürgəçi.  İnsan  yaşıyırsan  xəyanət 
qaçılmazdı.  
 
Oğlan. Sən xəyanət etmisən? 
Süpürgəçi. Sənə xəyanət ediblər?  
 
Qısa  pauzadan  sonra  ikisi  də  tərəddüd 
içində  üzünü  Tütəkçalana  tərəf  tutub 
qəflətən qışqırırlar  
 
Sənə xəyanət ediblər? 
Tütəkçalan. Mən müqəddəsəm! 
Süpürgəçi.  (kinayəylə)  Of,  bağışlayın, 
cənab, az qala unutmuşduq.  
Oğlan. 
(yavaşdan
Sən 
sualdan 
yayındın. 
Süpürgəçi.  Dedim  axı  insan  yaşayırsa, 
xəyanət qaçılmazdı.  
Oğlan.  (bir  qədər  də  yavaş  səslə
Deməli sən də xəyanət eləmisən.  
Süpürgəçi.  Mən?  Mən  yox.  Yox,  yox, 
yox...  Axı  mən  heç  vaxt  yaşamamışam. 
Elə-belə vaxt öldürmək üçün. Elə bil ki, 
kəpənək  tutursan.  Qaçırsan,  qaçırsan, 
tövşüyirsən,  yorulursan.  Lap  axırda 
görürsən  ki,  ovcunun  içində  heç  nə 
yoxdu. Vəssalam.   
Oğlan. (yavaşdan) Ey, ovcunun içindəki 
nədi? 
 Süpürgəçi. Əslində kəpənək olmalı idi. 
(ovcunu  açıb  Oğlana  göstərir.  Oğlan 
sevincək  onun  əlinin  içinə  baxır,  sanki 
gözəl,  incə  kəpənəyə  baxır)  Necə  də 
zərifdi? 
Oğlan.  (lap  pıçıltıyla)  Necə  də  incədi? 
Təsəvvür  edəndə  ki,  o  körvək  qanadları 
ilə  necə  qorxa-qorxa,  hürkə-hürkə  üçür. 
Hər  şeydən  qorxur:  küləkdən,  vəhşi 
quşlardan,  eşşək  arılarından.  Yaşamaq 
onun  üçün  əzabdı.  Mən  bu  gözəllik 
qarşısında ağlamaq istəyirəm (ağlamağa 
başlayır). Onun həyatı dəhşətdi, əzab və 
qorxu  içində.  Həmişə,  daimi.  Əzab  və 
qorxu.  Bapbalaca  bir  ömür  əzablarla 
doludu. 
Süpürgəçi.  (o  da  eyni  kövrək  tonda  və 
pıçıltıyla  danışır)  Balaca  ömür...  Onun 
bütün  həyatı  bu  Yasəmən  ağacının 
yarpaqları  arasında  keçir.  Hər  səhər 
Yasəmən ətrini qoxulayır, çiçəklər solan 
kimi  o,  da  dünya  ilə  sağollaşır.  Ancaq 
Yasəmən ağacında izi qalır.  
Oğlan.  Çox  kədərlidi.  Qorxu  içində 
çırpınmaq.  Qorxu  içində  doğulmaq. 
Qorxu içində ölmək. Çox kədərlidi. 
Süpürgəçi. (özünü bir qədər toxdadarq
Amma o, bizdən xoşbəxtdir.  
Oğlan.  Çünki,  biz  onun  yox  o  bizim 
ovcumuzun içindədi, eləmi? 
Süpürgəçi.  Yox,  elə  deyil.  Çünki 
kəpənəklər  xəyanətin  nə  olduğunu 
bilmirlər.  Çünki  kəpənəklər  heç  vaxt  nə 
bir-birlərinə,  nə  də  Yasəmən  ağaçına 
xəyanət edirlər.  
(İkisi 
də 
pıçıltıyla
O, 
bizdən 
xoşbəxtdir... 
(Onlar 
səhnənin 
mərkəzində  kövrəlib  saktcə  danışan 
zaman  arxadan  Tütəkçalan  onlara 
yaxınlaşaraq təntənəli səslə bağırır
Tütəkçalan. Mən müqəddəsəm!!! 
 
(hər  ikisi  qorxudan  bir  tərəfə  qaçır  və 
əvvəlcə  təəccüblə  Tütəkçalana,  bir-
birlərinə 
baxırlar,  qəflətən  nəyisə 
xatırlayırmış  kimi  səhnənin  ortasına 
yaxınlaşıb 
həyəcanla 
danışmağa 
başlayırlar
 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə