Üç aylıq ədəbiyyat dərgisi
145
az qala uça-uça yanımızdan ötüb keçdi.
Ardıncan da bir QAZ-31.
Qaçdı-tutdu
oyunu
davam
edirdi. Kimin kimi tutacağı bəlli olmasa
da.
Bu vaxt bir alabaş avtobus
yanımızda dayanır, sürücü başını çölə
çıxardıb qışqırır: “Baki, Baki!..” Tez
qaçıb bu avtobusa doluşuruq. Sürücü
radionu qurdalayır və həzin bir
musiqinin üstündə saxlayır. Musiqidən
tanıyıram, bizim radiodur – Azərbaycan
Dövlət Radiosu, mənim işlədiyim radio.
Bir az sonra diktor elan edir “Ağ atlı
oğlan” verilişi efirdədir...
Xəyalım uzaqlara gedir. Bu
verilişi mərhum Eldar Baxışla birgə
hazırlamışdıq.
Romantikayla
dolu
vaxtlarımızdı. Elə bilirdik, doğrudan da
o AĞ ATLI OĞLAN gəlib bizi
qurtaracaq... Gəldi gəlməyinə, amma
çox sürmədi hakimiyyəti. Bir ildən bir
az
artıq...
Müstəqil
dövlətimiz
formalaşdı, milli pulumuz, bayrağımız,
gerbimiz, himnimiz bərpa olundu. Rus
ordusunu ölkədən çıxartdı, qəbul
imtahanını test üsulu ilə etdi... Sonra da
öz nadanlığımızdan qoruya bilmədik
onu... İmir kimilər qəbula düşüb pul yığa
bilmədikləri üçün kölgəsini qılıncladılar.
Bir siyasi karyeristin və bir də bir yun
al-verçisinin əli ilə devrildi...
***
Zoologoya dərsi idi. Abbas
müəllim bir sıra ev heyvanlarının
xüsusiyyətlərindən
və
cütləşmə
prosesindən danışandan sonra qəfildən
dəvənin üstünə gəldi və bu nadir heyvan
haqqında
uşaqları
maraqlandıracaq
şeylər danışmağa başladı. Südünün
dərman kimi hətta vərəmli xəstələri
sağaltdığından tutmuş, yununun göz
ağrısına məlhəm əvəzi işləndiyindən,
ətinin dadlı və kalorililiyindən, ən qoca
dəvənin belə ətinin yumşaq olduğundan
söz açdı. Axırda dəvələrin cütləşmə
prosesindən də danışdı:
-Dəvələr cütləşmə zamanı çox
aqressiv olurlar. Bu zaman onları
vurmaq, hirsləndirmək qəti olmaz.
Qızmış nərin ağzı köpüklənir, qoşa
kiprikləri tam aralanır, başı əsir, bağırtısı
ətrafa yayılır. Qızmış maya da öz
erkəyini tapıncan dəli-divanə olur. Onun
həndəvərinə düşmək qorxuludur. Elə ki,
nəri tapıb cütləşdi, sakitləşir, quzu kimi
olur, başını hörgücünə tərəf əyib
sustalır...
-Mahnisə kimi... – İslam idi
yenə. Sinifə sərin-sərin gülüş səsi
yayıldı və o özünə söz verdi ki, bu qisası
hökmən İslamdan alacaq. (İslam sinifdə
ən güclü uşaq idi. Hamını yıxırdı
güləşəndə. Bu eşşək boyda gədəyə bir
şey edə bilmirdi. Sadəcə arzu ilə
yaşayırdı. İslamdan qisas almaq arzusu
ilə.)
***
Hədislərdə dəvə haqqında çoxlu
fikirlər var. Bu romanı yazarkən gözüm
belə bir hədisə sataşdı:”İbn Qutəybə
Dəynəvəri “Təvilul müxtəliful əhadis”
kitabında Əbdüllah ibn Müslimdən belə
bir
hədis
nəql
edir. ”Peyğəmbər
buyurur: ”Dəvələrin yatdığı yerdə
namaz qılmayın, çünki onlar Şeytandan
yaranmışlar.” Sonra ravi qeyd edir ki, bu
ağ yalandır və hədis özü saxtadır. Dəvə
Şeytandan yarana bilməz, çünki Şeytan
146
№ 4 (20) Qış- 2016
mələkdir və məlklərin doğub-doğulması
qeyri-mümkündür. Dəvə isə bir erkək
dəvə ilə dişi dəvənin cütləşməsindən,
dəvəçi Cəmil kişinin sözü ilə desək,
dələbindən yaranır. (Amma mənim bu
yerdə ağlımı şeytan oğurlayır: əcaba,
cütləşmə ərəfəsində qızmış dəvənin
hərəkətləri, bayaq şoranlıqla Bakı səmtə
yortan nərin bozlaması, hələ onun Cəmil
kişinin nəvəsini yaralaması, iki adamı
öldürməsi... şeytani iş deyil ki?! Yaxud
işini-gücünü atıb bu çöllü biyabanda
dəvəçilik təsərrüfatı yaradan, qızmış
dəvəyə atəş açılmasına icazə verməyən
nazirin əməli şeytani əməl deyil ki?)
Lənət şeytana!
***
İmirin Qeyd Dəftərindən:
“Siz
həmişə
özünüzdən
soruşmalısınız: mən öz təhsilim və
Vətənim üçün nə etmişəm? Yorulmadan
oxuyun və işləyin, onda xoşbəxtlik sizin
üzünüzə güləcək və bəşəriyyətin gələcəyi
naminə
mütərəqqi
iş
görməyə
çalışacaqsınız. Əgər bu uğurlara nail
ola bilməsəniz də, mən bacardığımın
«hamısını etdim» sözünü deməyə
haqqınız olsun”. Lui Paster (27 dekabr
1892-ci ildə Fransa Akademiyasının
məşhur Sorbonnı zalında 70 illik
yubileyindəki çıxışından)
Sonra belə sətirlər gəlir:”Mən
Lui Pasterin dediyi kimi xalqıma gərəkli
adam olacaqdım. Lakin bir neçə amil
məni bu yoldan saxladı: çıxdığım
ailədən
gələn
travmalar,
Məsud
Əlioğlunun
intiharı
və
Abasqulu
Abasquliyevin məni gənə kimi əzməsi.
Yeri gəlmişkən, siz gənə haqqında nə
bilirsiniz? Bu həşarat əsasən əti yeyilən
heyvanlara – inəyə, qoyuna, keçiyə,
hətta ata da daraşır. Ən çox onların
quyruqlarının
altından,
qıçlarının
arasından yapışıb qanlarını sorur. Şişir,
şişir, sonra partlayır. Bunlar da bir növ
qana yerikləyirlər – elə mənim kimi.
Mən də qan sevirəm, fəqət qızların
bakirəlik qanı, gənc qadının aybaşı
zamanı buraxdığı qan... Ölürəm bu
qanın qoxusu üçün!”
Daha sonra dəftərdə belə bir
qeyd də var:
“Cılızlıq cəngavərliyə meydan
oxumamalıdır.“
İ.Şıxlı
Və İmirin fikirləri:”Mən İsmayıl
müəllimi və onun əsərlərini çox
sevirdim. Onun şəxsiyyəti, onun mərd
baxışı və duruşu, yaratdığı Cahandar
ağa obrazı hamı kimi məni də
ovsunlamışdı. Amma Abasquliyev
qovğasından sonra başa düşdüm ki, mən
cəngavərliyi seçə bilmərəm. Beləcə,
əydilər məni. O məşhur şeirdə necə
deyilirdi:
Əyil, Kürüm, əyil keç,
Dövran sənin deyildir...”
BALA DİV
Radioda bir sədr müavini var.
Yazıçıdır. Hamımız adına daldada Keçəl
deyirik. Amma iş yoldaşım Səmayə
xanım – bu xanımı siz mənim
“Şəhərcik” romanımdan tanıyırsınız –
Dostları ilə paylaş: |