qazancdan, evi isə 2 illik qazancdan baha alınmamasını
məsləhət görür. İstehlak kreditləri əksər hallarda səhv çıxış
yoludur. Sadəcə nəfsimizə qalib gələ bilmirik. Robert Kiyosaki
məsləhət görür ki, pulu yığaraq aktivlərə (pul gətirən yerə)
yerləşdirək, passivə (pul gətirməyən istehlak alışları) yox.
İstehlak mallarını isə investisiya gəlirlərindən alın.
İnvestisiya qaydaları
Ÿ
Mümkün qədər investisiyanı bir neçə yerə bölün (bizdə
imkanlar məhduddur (bank əmanəti, nəsə almaq (qızıl,
daşınmaz əmlak və s.), biznesə investisiya və s.). Amma
xaricdə səhmlər investisiya üçün bəzən daha yaxşı
yoldur. Əgər uşaq anadan olanda onun adına 5 000
dolları 10,4%-lə yerləşdirsəz (aylıq kapitalizasiya
şərtilə, yəni faizə faiz aylıq hesablansa), o, 56 yaşına
çatanda 1 650 000 dollara sahib olacaq. Amma bu
məbləği dörd bərabər hissəyə bölərək illik gəlirlik
dərəcəsi 16% təşkil edən (risk dərəcəsi daha yüksək
olan) müxtəlif sahələrə yerləşdirsəz və 3 hissəni tamam
itirsəz, yalnız qalan bir hissə sizə 5,5 dəfə çox qazanc
gətirəcək.
Ÿ
Maliyyə müstəqilliyi olduqca vacibdir. İnsan ilkin
ehtiyaclarını ödəyə bilmədikdə digər sahələr kənarda
qalır və yalnız bu problem haqqında düşünür. Maslou
piramidasına əsasən insan bu ardıcıllıqla öz
ehtiyaclarını ödəməyə çalışır: fizioloji, təhlükəsizlik,
məhəbbət (və ya mənsubiyyət), hörmət, dərk etmə,
estetik, özünü reallaşdırma. Buna görə də 6 aylıq
xərcləriniz qədər təhlükəsizlik yastığı yaradın və yalnız
təhlükəsiz və likvid yerlərə investisiya edin.
Ÿ
Ezopun belə bir təmsili var. Kasıbın qazı hər gün bir
qızıl yumurta yumurtalayırdı. Nəticədə o, varlandı. Bir
58
müddətdən sonra nəfsinin qurbanı oldu və daha çox
qazanmaq üçün qazı kəsdi ki, içindəki bütün qızıllara
birdəfəlik sahib olsun. Siz də qızıl yumurtalayan qazı
kəsməyin, yəni qazanc gətirən vəsaiti xərcləməyin,
investisiya gəlirindən xərcləyin.
Ÿ
Hesablayın görək aylıq xərclərinizi
ödəmək qədər faiz
qazanmaq üçün nə qədər vəsaitiniz olmalıdır. Məsələn,
ayda 1 000 manat və ya dollar sizə kifayət edirsə, bunu
qazanmaq üçün 12%-lə 100 000 yerləşdirilməlidir. Bu
məbləği 10-a vurun və hədəf kimi qəbul edin.
Öz biliyinizə də pul qoyun, beyniniz ən qiymətli
kapitaldır. Brayan Treysi bunun üçün gəlirin 3%-inin
ayrılmasını tövsiyyə edir.
9. İşə yaradıcı yanaşın, fürsətləri görün və əldən
verməyin.
İşə yaradıcı yanaşın, çərçivədən kənara çıxmağı bacarın,
özünüzü artıq çərçivələrə salmayın. İngilis dilində buna
“thinking out of the box” deyilir. Gəlin buna dair bir məntiqi
tapşırığı həll edək (cavabı bəndin sonunda verilib). Ağ kağızın
ortasında aşağıda göstərilən qaydada 9 nöqtə işarələyin. Qələmi
kağızdan ayırmadan bu 9 nöqtəni 4 düz xətlə birləşdirin (yəni,
hər nöqtədən azı bir xə keçməlidir):
Məşhur ingiltərə psixoloqu Toni Byuzen maraqlı bir fakt
barədə yazıb. Beyində 100 milyard hüceyrə var və hər bir
hüceyrə digər 20 000 hüceyrə ilə əlaqəlidir. Beləliklə, əlaqələr
59