səhvlərdən yalnız müdriklər nəticə çıxarırlar.
Uolt Disney 7 dəfə bankrot olub, axırda uğur qazanıb və
37 Oskara sahib olub (bu rekordu hələ də üstələyən yoxdur).
Səhv etməkdən qorxmayın. 1990-cı ildə Donald Trampın
(məşhur biznesmendir, 2015-ci ildə ABŞ prezidentliyinə
namizədliyini irəli sürmüşdü) tikinti şirkəti bankrot oldu. Onun
şəxsi borcu 900 milyon, şirkətin ümumi borcu isə 9,8 milyard
dollar idi. Buna baxmayaraq bir müddətdən sonra o, nəinki
problemi həll etdi, üstəlik milyardçı oldu. Robert Kiyosaki
“Varlı ata, kasıb ata” kitabında yazır: “Varlı insanın kasıb
insandan fərqi qorxuya yanaşma tərzindədir. Ömrüm boyu bir
dənə də varlı insan görməmişəm ki, pul itirməsin. Amma o
qədər kasıb tanıyıram ki, bir cent belə itirməyib”.
2014-cü ildə ABŞ-da 10 milyon milyonçu (böyük
əksəriyyəti 0-dan başlayıb) və 571 milyardçı vardı. Dünyada
milyardçıların sayı 2355 nəfərə çatıb ki, bunların yalnız 19%-i
varidatını varisliklə alıb, bir hissəsi başqalarından qalan var-
dövlətdən istifadə edərək milyardçı olub, 55%-i isə bütün
varidatını özü qazanıb. Orta hesabla onlar həyatlarında 3 dəfə
bankrot olublar. Riskə yanaşma tərzi işgüzar insanları
digərilərdən fərqləndirən ən vacib keyfiyyətlərdəndir.
22 il uğurlu insanların həyatını öyrənməklə məşğul olan
Napoleon Hill aşkar edib ki, hər bir maneə və ya uğursuzluq
özündə ən azı bir o qədər uğur hüceyrəsi daşıyır. Məşhur
insanların çoxu məhz uğursuzluqlardan sonra sıçrayış ediblər.
Hər bir problemi fürsət kimi dəyərləndirin. Deyl Karnegi
deyirdi ki, həyat sənə limon bəxş edibsə ondan limonad düzəlt.
Çin dilində “böhran” sözü iki ieroqlifdən ibarətdir – birinin
mənası “təhlükə”, digərinin isə “fürsət”-dir, qədim yunan
dilində isə “krizis” sözünun tərcüməsi “qərar”, “dönüş
nöqtəsi”-dir.
Orlandoda Disney World açılanda yağışlar açıq havadakı
66
a raksionlara mane olurdu. Problemi necəsə həll etmək lazım
idi. Nəticədə problemin həlli əlavə gəlir gətirdi. 10 dollara Miki
Maus şəkilli sarı ponçolar satılmağa başlandı.
Başqa misal. Rusiyada zavodlara məhsul satan bir kimya
şirkətindən kimyəvi preparatlar kütləvi şəkildə oğurlanırdı.
Heç bir vasitə kömək etmirdi. Bir məsləhətçi bildirdi ki, əgər
oğurlanırsa, deməli, bu maddəyə əhali arasında tələbat var. Onu
əhaliyə ayrıca satın. Beləliklə, şirkət satışlarını 10 dəfədən çox
qaldırdı.
Praktiki tapşırıqlar:
Bir sütünda hədəflərinizi, yanındakı sütünda isə o
hədəflərə çatma yolunda baş verə biləcək ən pis halı qeyd edin.
Görəcəksiz ki, əksər hallarda itirəcəyiniz o qədər də böyük bir
şey deyil.
5. Yekun.
Daxildən xaricə.
İnsanları xilas etmək üçün dövlətlər ətraf mühiti
dəyişirlər, peyğəmbərlər isə insanların özlərini dəyişərək onları
xilas etməyə çalışırdılar. İnsan uğur qazanmaq üçün gərək
daxildən dəyişsin.
Dəyişikliyin ötürücüsü olun.
Əgər valideynləriniz, müdiriniz və ya başqaları
sizi daim
danlayıblarsa, əziblərsə, bu o demək deyil ki, siz də bunu
təkrarlamalısız. Neqativ ənənəni sındırın. Siz başqalarının
taleyini bu yolla müsbət tərəfə yönəldə bilərsiz. Başqalarına
inanaraq, onları öz gözlərində qaldıraraq, onlar üçün yeni
ssenari yazmış olursuz və onlar da yaxşılığa doğru dəyişirlər.
Belə bir eksperiment keçirilmişdi. Alimlər adi tələbələri seçərək
67