təvazökarlıq deyildi,
Miloş tərəfindən öz
yazdığının şeir, lap dəqiqi isə poeziya
olmamasını söyləmək sadəlöhvlük olardı; o,
fikir dəryasının elə bir dərinliyində üzürdü
ki... Çeslav Miloş bunu, yəqin, ona görə
yazırdı ki, o, şeirinin bədxah qüvvələrin
ötürücülüyü ilə yazılan, bəh‐bəh və sürəkli
alqışlarla qarşılanan əksər şeirsəl mətnlərlə
eyni sırada dayanmasını istəmirdi və
dayanmadığını bilirdi (!). Başqa tərəfdən
forma‐metrika baxımından da Miloşun şeiri
başqa ölçülü şeir idi.Yeri gəlmişkən, elə bu
yerdə də şeir haqda düşüncələri saxlayıb
müsabiqəyə təqdim edilmiş şeirlər haqda
bəzi fikirlərimi bölüşmək istəyirəm.
Әvvəla, çox vacib bir qeyd: siz də bilirsiz
ki, ya zəlzələdən, ya vəlvələdən təqdim
edilmiş şeirin son 3 sətri təqdim edilməmiş,
“düşmüşdü”. Və həm baş redaktor, həm
mən bu səhvi düzəltməyə çalışdıq, bu haqda
sizlərə yenidən bilgi verildi. Bu bir az da
özünəməxsus testə çevrildi. Yəni
tərcüməçilərin heç biri özünə əziyyət verib
internetdə Miloşla bağlı axtarış aparmayıb,
şairin həm tərcümə etdikləri şeirinin tarixçəsi,
həm də başqa əsərləri ilə tanış olmayıblar.
Bunu etsəydilər: a) həmin şeirin başqa
tərcümələri ilə tanış olacaqdılar; b) “düşmüş”
3 sətri görəcəkdilər....
Başqa tərəfdən, “bütün bu dediklərim,
razıyam, şeir deyil...” deyən şairin şeirini nə
qədər ustaca olsa və qulağa xoş gəlsə belə,
heca və qafiyə ilə tərcümə eləmək doğru
deyil. Bunu etməməklə tərcüməçi müəllifin
“bütün bu dediklərim, razıyam, şeir deyil...”
deyişinin ən az forma (l) tərəfinə əməl etmiş
olacaqdı.
“Ars poetica” (“Poeziya sənəti”) sərbəst
şeirdir. Verlibrdir. O cür də tərcümə
edilməlidir. Müsabiqəyə təqdim edilən
tərcümələrn 3 variantı nə qədər istedadlı
olsa belə (Nəsir Әhmədli, Həyat Şəmi və
Nilufər Şıxlının tərcüməsində) hecaya və
qafiyəli şeirə cəhddir, bu isə tərcümə üçün
əsas götürülmüş mətnə “sadaqət”prinsipinin
pozlumasıdır. Amma buna rəğmən deməyi
özümüzə borc bilirik ki, Nəsir Әhmədlinin
tərcüməsi heca və qafiyə ilə edilmiş
tərcümələrin ən istedadlısı, ən uğurlusudur.
Әlbəttə ki, bir daha təkrar edirik, hər üç
tərcümə maraqlıdır, məqamları ilə gözəldir.
Digər tərcümələrdə də bəzən qafiyəyə
(daxili qafiələnməyə) cəhd olsa da, onları
verlibr hesab eləmək olar. Xatirə xanımın,
Әvəz Nəbioğlunun, Hicran Hüseynova və
Könül Həsənqulunun tərcümələri bu mənada
orijinala daha sadiqdirlər. Hicran Hüsey no ‐
vanın tərcüməsi Miloşun ifadə etdiklərini
daha anlaşıqlı və lakonik ifadəsiylə diqqət
çəkir. Könül Həsənquunun tərcüməsi formal,
orijinalın məzmununa, verlibrə sədaqət
baxımından yaddaqalandır. Әvəz Nəbioğlu
və Xatirə xanımın tərcümələri əvvəlki
tərcümələr kimi yalnız orijinala, verlibrə
“sədaqətli” deyil, həm də Miloş poeziyasına
xas olan çoxsözlülük baxımından da
dəyərlidir.
Fikrimcə, həm Әvəz Nəbioğlunun, həm
də Xatirə xanımın tərcümələrini müsabiqənin
ən uğurlu tərcümələri hesab eləmək olar.
Hörmətlə, Səlim Babullaoğlu
Aylıq ədəbiyyat dərgisi
23
ULDUZ /
Dekabr 2015
Чеслав Милош
(Польша)
Я всегда мечтал о форме более емкой,
которая не была бы ни слишком поэзией, ни слишком прозой
и позволяла бы объясниться, не обрекая кого‐то
автора или читателя, на чрезмерные муки.
В самом существе поэзии есть что‐то неприличное:
из нас возникает вещь, а мы и не знали, что она в нас есть,
и вот моргаем глазами, как если бы выскочил из нас тигр
и стоял на свету, обмахиваясь хвостом.
Поэтому правильно говорят, что поэзию диктуют духи,
хотя преувеличивают, что это, наверно, ангелы.
Трудно понять, откуда берется гордость поэтов,
если им стыдно бывает, что видна их слабость.
Разве разумный человек согласится быть царством демонов,
правящих в нем как дома, говорящих многими языками,
и как будто им мало украсть и уста и руку,
пробующих для своей корысти менять его жребий?
Поскольку все больное в наше время ценят,
кто‐нибудь посчитает слова мои шуткой
или что я придумал еще один способ
восхвалять искусство с помощью иронии.
Было время, когда читали только мудрые книги,
что сносить помогают боль или несчастье.
Это, однако, не одно и то же,что листать тысячи сочинений
прямо из психиатрической больницы.
А мир на самом‐то деле иной, чем нам кажется.
И сами мы иные, чем бредим в беспамятстве.
Вот и хранят люди честное молчание,
тем самым снискав уваженье родных и соседей.
Польза поэзии та , что она напоминает нам,
как трудно оставаться собой, тем же самым,
ведь дом наш открыт настежь, в дверях нет ключа, гости
невидимые все время входят и выходят.
Все, что я здесь говорю, согласен, не поэзия.
Стихи же писать можно лишь редко и нехотя,
под невыносимым нажимом и только с надеждой,
что мы не злых, а добрых духов проводники.
Aylıq ədəbiyyat dərgisi
24
ULDUZ /
Dekabr 2015
Xatirə Xatunun tərcüməsi
(qalib)
"ARS POETICA"
(“POEZİYA SӘNӘTİ”)
Mən
daha tutumlu bir forma haqqında
düşünmüşəm həmişə...
Nə çox nəzm,
nə də çox nəsr olan,
Nə müəllifi , nə də oxucunu
hesabsız işgəncələrə məhkum etmədən
anladılan...
Nəsə ədəbsiz bir şey var şeirin qayəsində,
və içimizdə
hələ bu vaxta kimi
varlığından xəbərimiz belə olmayan
nəsə bir şey baş qaldırar...
və biz gözlərimizi qırparaq
içimizdən sıçrayıb çıxan pələngin
işıqda dayanıb quyruğunu yelləməsinə
baxarıq...
Bəlkə, elə buna görədir ki, deyirlər,
şeiri ruhlar diktə edər.
Bəzən də mübaliğəyə vararaq,
bunu mələklərin etdiyini söylərlər.
Anlamaq çətindir,
bu qədər məğrurluq hardandı şairlərdə?
Amma utandıqları zaman
zəiflikləri bəlli olar.
Məgər şüurlu insan
onu öz evi kimi idarə edən
Və müxtəlif dillərdə danışan
şeytanlar səltənətində olmağa razılaşarmı?
və sanki onlara
dilimizdən və əlimizdən oğurladıqlarının
taleyini dəyişdirdikləri yetmirmiş kimi...
Nəzərə alsaq ki, bizim zamanımızda
ağrılı şeyləri dəyərləndirirlər,
o zaman mənim sözlərim
sizə zarafat gələ bilər.
və ya mən kinayənin köməyi ilə
sənəti təbliğ etməyin yeni üsulunu
tapmışam, ‐ deyə düşünərsiz...
Vaxt vardı ancaq
ağrı‐acını, bədbəxtliyi aradan qaldırmağa
kömək edən
müdrik kitablar oxunardı.
Bu isə dəlixanadan yazılmış
minlərlə məktubu varaqlamaqla eyni şey
deyildi...
Dünya isə, əslində, bambaşqa imiş...
biz də başqayıq..
yaddaşsızlıqdan sayıqlayaraq...
bax beləcə
yaxınlarının hörmət və etimadını qazanaraq
susqunluğu qoruyur insanlar...
Şerin xeyri
bizə özün olmağın çətinliyini xatırlatmaqdır.
Axı bizim evimizin qapılıarı
taybatay açıqdır
və daim gözlə görünməyən qonaqlar
girib‐çıxır bura...
Razıyam, bütün burda söylədiklərim poeziya
deyildi...
Aylıq ədəbiyyat dərgisi
25
ULDUZ /
Dekabr 2015