mənanın, mahiyyətin daha dərin qatlarına
enmədən səthi dəyərləndirməyə cəhd
göstərmək oxucunu yanlış yola yönəldə bilər.
Bütövlükdə nəzər saldıqda Sabir Abdinin
şeirlərində romantizmin ədəbi‐estetik əsası
olan bədii ideallaşdırma məcrasında müstəsna
obrazlar yaratmaq səriştəsi güclüdür. “Mənə
dəniz verin!” şeirinin fəlsəfi universallığından
və bəşəri həqiqətlərindən söz açmamışdan
öncə onun müəllifi haqqında bir neçə məqamı
vurğulamaq yerinə düşərdi.
Sabir Abdin 1962‐ci ildə Bakı şəhərində
anadan olub, Bakı Dövlət Universitetinin
məzunudur (1988). Orta məktəb illərindən
bədii yaradıcılıqla məşğuldur. İlk şeiri 1978‐
ci ildə Yardımlı rayonunun “Yeni kənd”
qəzetində dərc edilib. Әsərləri, müxtəlif illərdə
müxtəlif mətbu orqanlarında dərc edilib.
Son illərdə çap olunan “Demə, mənə heç nə
demə” (1997), “Qınamasın bu yurd məni”
(1998), “Mənə dəniz verin” (2002), “Sənə
məktublarım” (2007) və “Sizsiz, Sizinlə...”
(2010) kitabları çağdaş poeziyasevərlərin və
ədəbi tənqidin rəğbətini qazanıb. Onun
şeirlərinin mətni əsasında tanınmış
bəstəkarlardan Nadir Әzimov, Vüqar
Camalzadə, Vüsal Qurbanov, Rauf
Məmmədov, Sahil Әliyev və b. 100‐dən çox
mahnı bəstələyib.
Sabir Abdinin söz dünyası ilə ilk tanışlığım
1997‐ci ildə şair, publisist Rəşad Bəydəmirlinin
təsisçiliyi və baş redaktorluğu ilə çıxan
“Nəsimi” qəzetinin redaksiyasında olub. Bu
mətbuat orqanının redaksiya heyətinin üzvü
olduğuma görə və redaksiya iş yerimin bir
neçə addımlığında yerləşdiyindən o vaxtlar
qəzetə tez‐tez baş çəkirdim. Bir gün Rəşad
mənə İlyas Tapdığın yazdığı “Uğurlu yol”u
və Sabir Abdinin şeirlərini təqdim etdi.
İlyas Tapdığın təqdimatında o vaxtadək
tanımadığım gənc şair Sabir Abdinin yeni
şeirləri marağıma səbəb oldu. Әn başlıcası
bu şeirlərdəki bənzətmələr orijinal, bənzərsiz
idi. Səriştəli deyim tərzi, poetik obraz
yaratmaq bacarığı ədəbiyyata istedadlı, yeni
qələm sahibinin gəldiyindən xəbər verirdi.
Onun təzə‐tər şeirlərini mətbuat orqanlarında
izləməkdən zövq alırdım. Bir gün mavi
ekranda mavi dənizin qırçın dalğalarının
fonunda bariton səsli müğənni Eyyub
Yaqubovun həzin, titrək ifasında “Mənə dəniz
verin” adlı lirik mahnını dinlədim: “Mənə
dəniz verin, tənha qalmışam...”
Düşüncənin, hiss və duyğuların
çatdırılmasında, dərkində, sevilməsində səs
və musiqinin imkanları, şübhəsiz ki,
hüdudsuzdur. Söz, səs və ritm tandeminin
möcüzələr yaratması sənətin bədii
gerçəkliyidir. Bəstəkar və müğənninin birgə
yaradıcılığında səs və ritm amili hisslərə
nəvaziş göstərməkdə səlahiyyətlidirsə, mahnı
mətni duyğu və düşüncələrin xidmətində
müsəlləhdir. Bu baxımdan, bütün
romantiklərin əsərlərində olduğu kimi, Sabir
Abdinin “Mənə dəniz verin” şeirində də
azadlıq ehtirası, duyğu selinin intəhasızlığı
obrazlı biçimdə öz əksini tapır.
Mənə dəniz verin, isinim bir az,
Onun gözlərinə qarışam, bəlkə...
Tapım sularında göz yaşlarımı,
Orda taleyimlə barışam, bəlkə...
Bu poeziya nümunəsində “dəniz”
deyiləndə konkret Xəzər və ya bir başqası
nəzərdə tutulmur. Dənizin əlamət və
keyfiyyətlərinin məcmusu – böyüklük,
dərinlik, saflıq, şəffaflıq, mehribanlıq,
duyğusallıq, kimi mənəvi dəyərlər toplusu
qabardılır. Sabir Abdinin “dəniz”i müqəddəs
ziyarətgah, xatirələr ocağı, ümid, güman
yeridir. Çünki həsrətin, intizarın od vurub
köz kimi yandırdığı lirik qəhrəmanın göz
yaşlarından yaranan bu tənha dənizdə o özü
“isinmək” istəyir. Realist düşüncə
müstəvisində dəniz “isinmək” üçün seçilmiş
məqbul məkan deyil. Romantik fikir
prizmasından yanaşdıqda isə deyim, ifadə
tərzi uğurludur. Lirik qəhrəmanın tənhalığı,
həsrəti biganəlik zülmətinə qərq olmuş
mühitdə heç kəsi maraqlandırmır. Donuq
baxışların, sırsıralı, sazaqlı sözlərin, soyuq
münasibətlərin bürküsündə boğulan, buz
qatlarında donan qəhrəmanın dənizdə
Aylıq ədəbiyyat dərgisi
32
ULDUZ /
Dekabr 2015
“isinmək”, gur sulara, dalğalara qarışmış
göz yaşlarını tapmaq istəyi və bu kədərli
taleyilə barışmaq ehtimalı romantik
düşüncənin ən poetik nümunəsidir.
S.Abdin bir‐birinə bənzəyən bu biganə,
boz, yovuşmaz şəhər adamlarını mənəvi
konturları, məxməri qəddarlıqları ilə
oxuculara belə təqdim edir:
Bu şəhərin adamları
Bir ürəkdə, bir biçimdə.
Danışırlar qərib dildə,
Xıncımlanır söz içimdə.
“Yorulmuşam” şeirindən gətirilən sitatın
son beytində “qərib dil”in milli düşüncəni
öz içimizdə “xıncımla”dığını, məhv etdiyini
müəllif böyük səriştə və eyni zamanda
həyəcan hissi ilə vurğulayır, diqqəti çox ciddi
milli problemə yönəltməyə cəhd göstərir.
Sabir Abdinin yaradıcılığında “dəniz” və
“göz yaşı” məfhumları təşbeh, istiarə
məqamlarında daha çox görüntülənir. Bu
baxımdan, şairin “Göz yaşın” lirik şeiri
xarakterikdir:
Bu göz yaşın dənizdi,
Məni sənsiz anacaq.
Sənsiz qalan göz yaşım
Gözlərində yanacaq.
Göz yaşımla həsrətin
Dənizində üzərəm.
Dalğasında, suyunda
Gözlərini gəzərəm.
Bənzəyən və bənzədilən tərəf statusunda
“dəniz”in bir obraz kimi poetik misralarda
yer alması müəllifin eyni kəlməyə
məhrəmliyilə şərtlənir. İstinad edilən
misralarda “dəniz” miqyas ölçüsü anlamını
daşıyır və göz yaşının bolluğunu, çoxluğunu,
həsrətin böyüklüyünü, intəhasızlığını
rəmzləndirir.
Şərq ədəbiyyatında, Azərbaycan poezi ‐
yasında gözələ “bağışlanan” hədiyyə lərin
dəyərini, miqdarını dəqiqləşdirmək, səxavət ‐
liliyin nisbətini, postulatını müəyyənləşdirmək
mümkünsüzdür. Məsələn, Hafiz Şirazi gözəlin
bir cüt xalına Səmərqənd və Buxara şəhərlərini
bağışlayır, Әli Kərim ilham pərisinə “Qayıt,
sahmana sal bu kainatı” – deyə müraciət
edir. Sabir Abdin isə öz poetik ampluasına
sadiq qalaraq “Sənə dəniz bağışlaram”
söyləyir.
Sənə dəniz bağışlaram, ‐
Özüm dəniz oldum, bəlkə.
Ömrün sənsiz günlərinə
Dalğa‐dalğa doldum, bəlkə.
“Sənə dəniz bağışlaram” şeirində müəllif
assosiativ təfəkkürün rasional imkanlarından
yetərincə bəhrələnsə də, “Mənə dəniz verin”lə
müqayisədə poetik reklasasiya hadisəsini
müşahidə edirik. Bu da təbiidir, çünki
mövzunun arealı geniş, müraciət dairəsi
fərqli və zəngindir.
Sabir Abdinin poeziyasında “dəniz”
metaforalı, “dəniz” məcazlı misralara tez‐
tez rast gəlmək olar. Mövzudan, ovqatından,
məqamdan asılı olmayaraq dəniz ovqatlı
poetik düşüncələr insan ruhunu bəzən
coşdurur, dalğalandırır, yerindən oynadır,
bəzən də şaqraq, oynaq ləpələrin lətif
təbəssümünə, həzin, şirin pıçıltısına qonaq
edir: “Coşdu dəniz kimi məhəbbətimiz”
(“Səni sevəndən”), “Coşan dənizlərə bağışla
məni” (“Bağışla məni”), “Dəniz bir kimsəyə
danışa bilməz” (“Özümdən küsəndə, səndən
küsəndə”), “Gen qaçıram dənizdən də,
sularında batammadım” (“Yorulmuşam”),
“Elə bil dənizdə bəxtin güləcək”, “Dəniz
dalğalanır, dəniz ağlayır”, “Birləşib üfüqlə
dəniz bu yerdə”, “Dəniz laylasıyla oxşasın
səni” (“Dəniz ömrü”), “Bu gecə, uzun gecə...
Yadıma dəniz düşüb. Bu dəniz hardan gəlib,
yuxuma sənsiz düşüb?” (“Bu gecə, uzun
gecə”), “Bu göz yaşı bir ümman, dəniz olar
sən demə” (“Göz yaşın”), “Su çiləyər bir
dəniz sənin nəmli gözlərin” (“O qatarın
dalınca baxma”), “Mavi gözlü dəniz kimi,
sahilə üz tutar səsin” (“Sənin səsin”) və s.
misraların nəbzində elə bil dənizin dalğaları
Aylıq ədəbiyyat dərgisi
33
ULDUZ /
Dekabr 2015