Nilufər Şıxlının tərcüməsi
“ARS POETİKA”
Mən hər zaman arzu edib o üsluba can atdım ki,
Nə həddən‐ziyadə nəzmə, nə də nəsrə bənzəməsin.
Ürəyimi boşaltmağa imkan verən bir yol açsın,
Nə müəllif yorulmasın, nə oxucu inciməsin.
Poeziya məfhumunun mahiyyəti açıq‐saçıq:
İçimizdən yaranır o, biz bilmədən, biz duymadan.
Sanki bir göz qırpımında pələng kimi əl‐qol açır,
Quyruğunu oynadaraq, çəkinmədən gur işıqdan.
Odur, deyirlər ki, şeiri yazdıran uca ruhlardır,
Hətta bəzən şişirdərək mələklərə şam edirlər.
Qəribədir, şairlərdə bunca qürur haradandır,
Faş olan zəifliklərilə utanc duyurlarsa əgər?
Söylə, axı ağlı olan bəsləyərmi öz canında
Varlığına hökm eyləyən yüz dil bilən iblisləri?
Sahib çıxmaq azmış kimi dodağına, əllərinə,
Keflərinə düşən zaman dəyişdirirlər zərləri...
Bəlkə, kimsə bir zarafat biləcəkdir sözlərimi,
Bu zamanın adamları pis şeyi də yaxşı bilir.
Ya da, bəlkə, düşünəcək, elə bu da bir üsuldur,
İstehzayla, məzhəkəylə incəsənət vəsf edilir?!
Zaman vardı, zövq alaraq gözəl müdrik kitablardan
Sinə gərib çətinliyə dağıdardıq acıları.
Onlar hara, bunlar hara... ‐ bu indiki qalaq‐qalaq,
Bir zülmlə vərəqlənən dəlixana yazıları!
Amma həyat bambaşqadır – görünməyən, bilinməyən!
Elə biz də ‐ Biz deyilik ‐ xəyallarda sayıqlayan!
Qohumların, qonşuların hörmətini qazanmaqçün
İnsanlar da ayrılmayır qoruduğu lal sükutdan.
Şeiriyyatsa hər bir zaman bizə Bizi xatırladır,
Olduğuntək qala bilmək çox çətindir lap əzəldən!
Çünki könül məskənimiz ‐ açarsız bir qapı kimi...
Aman yoxdur görünməyən qonaqlardan və get‐gəldən!
...Burda hər nə demişəmsə, çox uzaqdır şeiriyyatdan...
Moskva
Aylıq ədəbiyyat dərgisi
29
ULDUZ /
Dekabr 2015
Könül Həsənqulunun tərcüməsi
Daha həcmli quruluş arzulamışam həmişə.
Belə ki, nə aşırı poeziya olsun, nə də aşırı proza,
Anlaşılsın rahatlıqla və heç vədə
Müəllifi, oxucunu düçar etməsin əzaba.
Bir ədəbsizlik vardır poeziyanın mahiyyətində:
Elə şey törədir bizdən, heç ummazdıq ki, bu varmış bizdə,
Ardınca lal‐mat dayanıb döyürük gözlərimizi,
İçimizdən işıqlığa quyruğunu yelləyən pələng çıxarmış kimi.
Odur ki, düz deyirlər, poeziyanı məhz ruhlar edir diktə,
Baxma ki, çoxları uydurub ruhun adını mələk qoyur.
Anlamaq olmur şairləri zəifliyini ar biləndə,
Axı hardandır onlarda bu qədər qürur?
Arif insan istərmi məgər meydan olsun iblislərə,
Gəzsinlər onu öz evi kimi iblislər, yüz dildə danışsınlar içində,
Dilini, yazan əlini oğurlasınlar, bu da azmış kimi
Öz qərəzlərinə fəda edib dəyişsinlər də onun taleyini?
Madam ki, dəyər verirlər bu gün hər nasaz sözə,
Mənim bu sözlərimi zarafat sanacaq kimsə,
Yaxud düşünüləcək, daha bir üsul icad etmişəm ki,
Məzəmmətlə mədh edim incəsənəti.
Vaxt vardı ancaq müdrik kitabları oxuyardılar,
Dərdlər ovunardı o an, qəm olardı tar‐mar.
Bu, indiki kimi deyildi ki,
Oturub vərəqləyəsən dəlixanada yazılan min şeiri.
Göründüyü kimi deyil dünya, əslində.
Sayıqladığımız kimi deyilik, fərqliyik biz özümüz də.
Beləcə qoruyur insanlar öz aralarında dürüst sükutu,
Bununla da rəğbət qazanırlar, doğrusu.
Daim olduğumuz kimi qala bilməyin çətinliyini
Bizə xatirlatmasındadır poeziyanın xeyri.
Axı evimiz də açıqdır taybatay, açar yoxdur qaplarda,
Qeybdən enən qonaqlar girib‐çıxırlar rahatlıqla.
Razıyam, burda dediklərim deyildir poeziya.
Aylıq ədəbiyyat dərgisi
30
ULDUZ /
Dekabr 2015
Q
ədim və zəngin ənənələrə, çoxqatlı
ədəbi yaradıcılıq üslubuna, poetik
düşüncələrin forma və məzmun
vəhdətinə, müasirlik duyğusuna köklənən
Azərbaycan poeziyasının çağdaş
reklasasiyasını iddia etmək, sabahına,
gələcəyinə skeptik yanaşmaq, fikrimcə,
mümkünsüzdür. İstedadla yazılmış hər bir
bədii nümunə, şeir parçası milli ədəbi
xəzinəmizi, könül dünyamızı zənginləşdirən
mənəvi sərvətdir. Həcmindən, vəznindən,
janrından asılı olmayaraq hər bir xalqın
möhtəşəm ədəbiyyat sarayı nadir ədəbi əsərlər
üzərində ucalır. İzzəddin Həsənoğlu (XIII
əsr) “Apardı könlümü bir xoş qəmərüz canfəza
dilbər” qəzəli ilə Azərbaycan ədəbiyyatı
tarixində yaşamaq hüququ qazanıb.
Şairlərimizdən hər birinin elə şeiri var ki,
onun yaradıcılıq rəmzi, həyat manifestidir.
Abbas Səhhətin “Vətən”, Cəfər Cabbarlının
“Ana”, Səməd Vurğunun “Azərbaycan”,
Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, Rəsul
Rzanın “Rənglər”, Әli Kərimin “Qaytar ana
borcunu” şeirləri Azərbaycan ədəbiyyatının
inciləridir.
Sabir Abdinin bədii yaradıcılığına bu
aspektdən yanaşdıqda, əsərlərini çağdaş ədəbi
tənqidin xəlbirindən keçirdikdə üst qatda
bütün parametrləri – sənətkarlıq, mövzu və
məzmun etibarilə duruş gətirən, bənzərsiz
düşüncə tərzinin özəlliklərini, fərdi yaradıcılıq
üslubunun palitrasını, fəlsəfi fikrin
çoxqatlılığını özündə ehtiva edən, populyarlıq
Olimpində aktuallığını qoruyub saxlayan,
sevilən bir şeirini xüsusi vurğulamaq
istəyirəm: ‐ “Mənə dəniz verin!”
Üç min illik oğuz‐türk poeziyasında belə
açıq təmənnada olan, kövrək, həzin hisslərini
böyük səmimiyyətlə dilə gətirən, umacağını
oxucuya cəsarətlə ünvanlayan və romantik
düşüncələri poetik ifadə tərzində yuvalanan,
şəkillənən, bəlkə də, ilk şairdir Sabir Abdin...
Sənətkar üslubunun başlıca göstəriciləri –
obrazlılıq və emosionallıq keyfiyyəti ilə
şərtlənən “Mənə dəniz verin!” şeiri ilk
kəlməsindən son nöqtəsinədək məcazlarla,
rəmzlərlə zəngindir. Burada hər hansı fikrə
müstəqim mənada yanaşmaq, ilk baxışdan
aşılanan düşüncəni reallıq kimi qəbul etmək,
31
ULDUZ /
Dekabr 2015
TRİBUNA
ROMANTİK
DÜŞÜNCƏLƏR
POEZİYASI
Asif RÜSTӘMLİ,
professor
Dostları ilə paylaş: |