mən hər yerdə yalnızam yalnız
nə bir çarə nə bir əlac
hara getsəm şans məndən uzaq
hara getsəm peşimdə vəfalı köpək ehtiyac
ağır gəlir mənə göydə ayın birdənbirə
bir söz demədən çəkilib getməsi
ağır gəlir mənə çox ağır gəlir
macəramın qürbətlərdə belə qəfil bitməsi
nə deyirsən müsyö vinsent
bəlkə bir qədəh absent
***
pəncərəmin şüşəsində
qar qarışıq qaranlıq
saatların əqrəbində
zaman donub bir anlıq
yandırdım yazdığım şeirləri
sındırdım baxdığım güzgüləri
saqqalımda gizlətmişəm üzümdəki cizgiləri
ah bizim zavallı analarımız
bilmədik bu dünyada nə imiş günahımız
ah gözləri yaşlı sonalarımız
nə dünənimiz var nə sabahımız
mən qafa tasında çiçək bəslədim
zaman dışına çıxıb mələkləri səslədim
ölümü düşünməkdən qorxmadım heç bir
zaman
ölüm də heç bir zaman unutmadı kölgəmi
qara sevdaların qəhərini çəkdim
umud dediyin indi uzaqlarda bir gəmi
biz çol göyərçinləri kimiyik böyük
şəhərlərdə
xəyallarımızı çalıblar gözlərimizdən
vitrinlərdə işarır qürbət qızdırmaları
vitrinlər gerçəkləri gizlədir bizdən
qar qarışıq qaranlıq
zaman donub bir anlıq
***
provansda bir bordeldə van qoqla bir
süfrədə
bir şüşədən şərab içir qərib ruhum
sərxoş deyiləm hələ
yat vinsent gözünü yum
teonun gözləri girəcək yuxuna
teonun gözlərində ölümün kölgəsi
niyə qogenə qoşulub taitiyə getmədin
niyə aldatmadın müsyö ölümü
qəfil yağıb birdən kəsən yağışdan sonra
yağış alma qoxuyur qədim provans
mefisto ilə gizli saziş bağladıq biz
axirətdən öncə həyat bir avans
yaşıl alovla yanır yol boyu
cərgə cərgə düzülmüş sərv ağacları
ehtiyac döyür yenə bir rəssam qapısını
əlimizdən nə gəlir allah doyursun acları
yat vinsent yum gözünü
səhər günəbaxanlar boylanacaq pəncərədən
gecə ay çəkib aparacaq səni
səhər başqa adam kimi doğulacam mən
***
solğun qış səhəri sərsəri rüzgar
qar yağacaq sulu qar
adamların gözləri sanki qara uçurum
mən şəhərin üzərində dövrə vurub uçuram
sərvət şöhrət qürbət səfalət
umurumda deyil bu gün
luvrda gülümsəyən cakondaya daş atan
cənubi amerikalı zavallı kimiyəm bəlkə
səninçün
sol döşümün altında yaralı bir ürək var
hər an partlaya biləcək
ağrıdan çıldırdığım gecələrin birində
ölüm gəlib hər şeyi yaddaşımdan siləcək
gecə yatmazdan qabaq bir siqaret çəkirəm
kağız qələm dərman umud
və bir fincan su qoyuram yanıma
gecə yatmazdan qabaq
xatirələr qarışır canıma
gecənin qurd saatında
van qoq çıxır aynadan
o başqa bir dünyada yaşayır
mən başqa bir dünyada
Aylıq ədəbiyyat dərgisi
63
ULDUZ /
Dekabr 2015
amma hərdən görüşürük
biz eyni bir röyada
axşamlar bistroda araq içən rəssamlar
içki məclislərində xatırlayarsız məni
luvrda gülümsəyən cakondaya daş atan
sərsəri kimiyəm bu gün
bir qadın sevirəm şair olduğumu bilmir
solğun qış səhəri rüzgar
indicə qar yağacaq sulu qar
sol döşümün altında yaralı bir ürək var
***
arl şəhərciyində məşhur gecə kafesi
umudların arzuların sevdaların qəfəsi
yaddaşımda çox sevdiyim misra var
şair demiş bir qapıdı hər divar
hanı şair qapı hanı göyüzü hanı
soyuq divarlarda qan izi hanı
nə kaman səsi var nə də quş səsi
sarı rəngin melanxolik qüssəsi
istər suteper ol istər şair ol
bu kafedə sən hər şeyə hazır ol
arl şəhərində gecə kafesi
umudların arzuların sevdaların qəfəsi
fransız şərabında cinayət qoxusu var
şüşəsi qırmızı qoyu kinovar
şair demiş bir qapıdı hər divar
divarlar qırmızı masalar yaşıl
acı zeytun yaşılı parlayır işıltılı
mən talesiz adamam müsyö baş qoşma
mənə
rus ruleti oynamaq keçir könlümdən yenə
Aylıq ədəbiyyat dərgisi
64
ULDUZ /
Dekabr 2015
H
ər yerdə adını köks ötürüb
çəkdiyim və bir neçə saniyəlik
düşünüb sonra haqqında danışa
biləcəyim bir şair var – Nazim Hikmət.
Әslində, adını çəksəm də, haqqında
danışmamışam heç vaxt. Dediyim həmin bir
neçə saniyəlik düşüncə o qədər dərin olub
ki, qorxmuşam hər dəfəsində o dərinliyə baş
vurmağa. Bəlkə, onun həyatı kimi, şeirlərində
də olan çarpıntılı və məxfi məqamların sirri
qoymayıb məni nəsə deməyə. Başqalarından
fərqli şairin həyatı, taleyi, eşqi, şeiri dünya
idrakına, duyğularına yerləşməyəcək qədər
müəmmalıdır.Uşaq yaşlarından adını eşit ‐
mişəm. Milliyyətcə azərbaycanlı olma dığını
bilirdim. Şeirlərini türkcə oxuyurdum. Onun
şeirlərindən Türkiyə türkcəsinin gözəlliyini,
şəhdi‐şirəsini duyurdum. Elə bilirdim, Nazim
Hikmət heç vaxt uşaq olmayıb, elə beləcə
qosqoca bir kişi kimi doğulub. Bilirdim ki, o,
Türkiyə vətəndaşlığından məhrum olan ən
böyük türk şairidir. Millətinin azadlığı naminə
ömrünün 28 ilini həbslərdə keçirdi Nazim
Hikmət! Bu müddət ərzində də daim inqilabi
mübarizəyə çağırış şeirləri yazdı, xalqını
maarifləndirdi. Amma şairi məmləkətinə
həsrət qoyan hökumət onu xalq düşməni
kimi cəzalandırdı.Vətəndaşlıq məhrumlu ‐
ğundan 58 il , ölümündən 46 il sonra yenidən
vətəndaşlığa alınan türk şairi .
Bir faktı xüsusilə qeyd etməyi lazım
bilirəm. Türkiyə son vaxtlara kimi Nazim
Hikməti qəbul etmirdi, kommunist şairi
deyərək onu təhsil sisteminə, geniş oxucu
auditoriyasına buraxmırdı. Onun şeirlərinin
oxunması və çapı ölkəsində yasaq edilmişdi.
65
ULDUZ /
Dekabr 2015
ESSE
Nuranə Nur