Uluslararasi sempozyumu



Yüklə 26,8 Mb.
Pdf görüntüsü
səhifə55/307
tarix11.09.2018
ölçüsü26,8 Mb.
#67808
1   ...   51   52   53   54   55   56   57   58   ...   307

156 Borçalı  Ümumtürk  Kulturolojı̇  və  Sosı̇al Məkanındə

1988-ci ildə ucdantutma qovmuş, bu zaman Ermənistanda qalan Borçalı tor-

paqları da bütünlüklə bu etnik təmizləməyə məruz qalmışdır.

Bu gün Borçalının Gürcüstan dövləti tərkibində qalan tarixi torpaqlarında 

altı inzibati-ərazi birimini özündə birləşdirən və mərkəzi Rustavi şəhəri olan 

Kvemo-Kartli, yəni Aşağı Gürcüstan qubernatorluğu yaradılmışdır. Rustavi-

nin tarixi adı Bostanşəhərdir. Bu qubernatorluğun inzibati-rəsmi sınırları içə-

risində olan Dmanis (tarixi adı-Başkeçid), Bolnis (tarixi adı-Bolus), Marneul 

(tarixi adı-Sarvan, qısa bir dönəmdə isə Borçalı), Qardaban (tarixi adı-Qa-

ratəpə), habelə Zalqa(tarixi adı-Barmaqsız) və Tetriçkaro(tarixi adı-Ağbulaq) 

şəhərlərində və yörəsində olan yüz altımışadək köydə, habelə bu sınırlardan 

kənarda qalan daha on iki inzibati-torpaq birimində üst-üstə qırx yeddi köydə 

toplam olaraq təxminən altı yüz minədək azərbaycan türkü yaşamaqdadır. 

Borçalı Güneyli Quzeyli bütöv Azərbaycanın tarixi ərazisinin bir parçası-

dır. 1736-cı ildə İran taxt-tacında Səfəvi xanədanını devirərək hakimiyyəti öz 

əlinə almış Nadir şah Əfşar tərəfindən, onun şahlığını tanımadığı üçün Gəncə 

bəylərbəyi Ziyadoğlundan alınaraq, İranın təbəəsi olan Kartli-Kaxeti çarlığı-

nın inzibati tabeliyinə keçirilmişdir. Lakin cəsur Gəncə xanı Cavad xan tərə-

findən bu topaqlar on səkkizinci yüzilin sonlarında geri qaytarılaraq yenidən 

Gəncə xanlığına birləşdirilmişdir. 

Borçalı türklərinin tarixi qaynaqlarda etnik adı Güney Azərbaycanda ya-

şayan etnik türklərlə birgə bir neçə şəkildə keçsə də, iyirminci əsrin əvvəllə-

rindən məhz tarixi Borçalı sınırları içərisində yaşayan türklər “Qarapapaqlar” 

adı ilə tanınmışdır. Kökəncə fransız olan tarihci bilgini Brosset isə “Gürcüs-

tan  tarihi”  əsərində  ən  əski  kaynaklara  söykənərək  hələ  m.ö  birinci  minil-

likdə bu ərazidə döyüşkən və cəsur Buntürk adlı  etnosun yaşadığını, hətta 

Makedoniyalı isgəndərin güney Qafqaza hərbi yürüşü zamanı onun əsgərləri 

ilə mücadiləyə girdiyini və taktiki hiylə işlədərək məğlub olmadıqlarını qeyd 

edir. Daha sonra bu torpaqlara dil və kültür baxımından Buntürklərə doğma 

olan digər türk boylarının-barsillərin, bulqarların, qıpçaqların, səlcuqların, və 

s. mərhələlərlə gəldiyi, hər   türk boyunun isə öz fərqli dəyərləri ilə ümumtürk 

kültür və gələnəyini daha da zənginləşdirdiyi tarix elmi tərəfindən təsdiqini 

tapmışdır. Gürcü salnaməsi “Kartlis Çxovreba” (Gürcüstan həyatı) artıq era-

mızın dördüncü əsrində çağdaş Borçalı ərazisində türk tayfalarının yaşadığını 

qeyd edir və bu məkanı gürcü dilində “Didi Turkoba” (böyük türk eli) adlan-

dırır. Bu salnamədə də Borçalının tarixi-coğrafi sınırları içərisində yaşayan 

türk boylarından buntürklərin adı xüsusi olaraq çəkilir.

Borçalı türklərinin həm ümumtürk və həm də ümumqafqaz kulturoloji mə-

kanında xüsusi yeri və payı vardır. Çünki həm türk etnik düşüncəsindən, həm 



157

                                                            Asif BAYRAMOV  

şərq  və  islam  kültüründən,  həm  də  ümumqafqaz  kulturoloji  dəyərlərindən 

gələn elementlər bu lokal məkanda birləşərək dominant türk mədəniyyətinin 

təsiri altında yeni məzmunlu milli kültür hadisəsinin yaranması ilə sonuclanır.

Eyni zamanda Borçalı türklərinin yüzillərin süzgəcindən keçərək cilalan-

mış kulturoloji dəyərləri, dini və dünyəvi egitim gələnəyi,dürlü folklor sərvəti 

və ədəbiyyatı, özgün etnoqrafik xəzinəsi, xüsusən qədim və zəngin ozan-aşıq 

sənəti bu ulu diyarla sərhəddə yaşayan xalqların mədəni həyatına və irsinə 

dərin təsir göstərmişdir. Bunu gürcü dili ilə yanaşı həm də azərbaycan türkcə-

sində aşıq şeiri janrında yazıb yaradan, bizim dildə dastanlar söyləyib məclis-

lər aparan gürcü və digər Qafqazdilli şair-aşıqlarının yaradıcılığı təsdiq edir. 

Bu sahədə Gürcüstan arxivlərində çoxsaylı qaynaqlar qorunub saxlanmaqda-

dır. Bu dəyərli qaynaqları  Borçalı kökənli ünlü bilginimiz Valeh Hacılar araş-

dıraraq ”Azərbaycan-Gürcü folklor əlaqələri ” adlı bir kitab ərsəyə gətirmiş, 

yalnız Borçalı yox, bütövlükdə azərbaycan türklərinin ümumqafqaz kültürəl 

məkanında üstün və aparıcı rolunu bu əsərində elmi şəkildə əsaslandırmışdır.

Azman Türk dünyasında olduğu kimi, Borçalı türklərinin də mənəvi sər-

həddi tarixən onun inzibati sınırlarından daha böyük olubdur. Bir-birinə qonşu 

coğrafi bölgədə Axıska-Məshəti türkləri ilə ortaq dil və mədəniyyəti paylaşən 

Borçalılar Tiflisin mədəni həyatına ciddi təsir göstərir, bu mühitin mahiyyətcə 

türk-müsəlman mədəniyyətinə çevrilməsinə dəyərli töhvələr verirdilər. Hələ 

eramızın  on  birinci  yüzilində  Hübeyş  Tiflis  kimi  ünlü  mütəfəkkirin  Tiflis 

mühitində yetişməsi bu məkanın yalnız  milli mənsubluğundan yox, həm də 

onun ümumşərq mədəni məkanında tutduğu yerdən və bu mədəniyyətin kimə 

məzsusluğundan xəbər verir.

Tarixi məxəzlərdə bu diyar gah Bördüzü, gah Qurdbasar çölü kimi müxtə-

lif adlarla adlansa da, bütün hallarda türk dillərində sinonim olan “qurd” və 

“börü” sözləri bir komponent-modul olaraq ad yaradıcılığına qoşulur. Təbii 

ki, bu hadisə təsadüfi olmayıb bu coğrafi ərazidə ən ilkin olaraq məskunlaşan 

etnosun əski dini-mifik inanc sistemini də özündə daşımaqdadır. Ünlü türk 

bilginləri Zəki Vəliəddin Toqan, Mehmet Fahreddin Kırzıoğlu Borçalı tapo-

nimini bu torpaqlarda Buntürklərdən sonra ikinci etnik qat-lay olan Barsil-

lərlə bağlayırlar. Ancaq xalq etimalogiyasında Borçalı taponiminin əski türk 

mifik inanc və görüşləri ilə  bağlı olan və bu günədək yaddaşlarda yaşayan 

belə bir açıqlaması var: “Dövranını sürmüş ixtiyar bir qoca günbəgün əcə-

lin ona yaxınlaşdığını hiss edir və məlul-məlul doğanı seyr edir. Bu zaman 

qənşərindəki axar çayın öteki üzündə bir qurdun gözlərini çəkmədən onunla 

baxışdığını görür. Qurdu görən qoca sevinir və deyir:




Yüklə 26,8 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə