Uluslararasi sempozyumu



Yüklə 26,8 Mb.
Pdf görüntüsü
səhifə53/307
tarix11.09.2018
ölçüsü26,8 Mb.
#67808
1   ...   49   50   51   52   53   54   55   56   ...   307

150 “Kitabi-Dədə Qorqud” Dastanında İrəvan Xanlığı Toponimləri  

“Göyçay” deməkdir. Göyçay  sözünü sonundakı “y” samiti səsdüşümü ha-

disəsinə uğramış və həmin söz Azərbaycan dilinin qayda-qanunlarına uyğun-

laşaraq  Göyçə  kimi  sabitləşmişdir.  Deməli,  Göyçə  gölü  hidronimi  3  kom-

ponentdən ibarətdir: Göy+çə və göl. Hidronimin birinci komponenti “göy”, 

”təmiz”,”duru”,”şəffav” mənalarını ifadə edir. “çə” isə “çay” sözünün fonetik 

formasıdır. Deməli, gölün suyu təmiz, duru, olduğuna görə, göy (təmiz məna-

sında) rəngə çaldığına görə “Göyçə gölü” adlanmışdır” (22, 203). İ.Bayramov 

Göyçə gölünün bu günkü adı olan Sevan toponiminə də aydınlıq gətimişdir: 

“... Göyçə gölünün adı dəyişdirilib abanlar tərəfindən qara daşdan tikilmiş 

Göyçə gölünün ortasında yerləşən kilsəyə uyğun olaraq Sevvank (qarakilsə) 

qoyulmuşdur. Sevvank sözündəki iki “v” hərfi bir “v” kimi tələffüz edilmiş, 

vank (kilsə) sözündəki “k” samiti düşmüş və beləliklə, “Sevvank” əvəzinə 

“Sevan” sözü yaranmışdır. Beləliklə, Göyçə gölü Sevan gölü adlandırılmış-

dır” (22,203-204).

B.Ə.Budaqov və Q.Ə.Qeybullayev Göyçə coğrafi adını suyunun açıq ha-

vada göy (mavi) rəngə çalması ilə əlaqələndirirlər (3,321).

İlhami Cəfərsoylu belə hesab edir ki, Göyçə gölünün eramızdan qabaq II 

minillikdən bəri  üç adı məlum olmuşdur: Qelak, Sevan, Göyçə. Tədqiqatçı 

istər Göyçə, istər Sevan, istərsə də Göyçə toponimlərini türk mənşəli hesab 

edir və yazır: “Göyçə sözü göy rəng ilə bağlı olsa da, o birbaşa gölün rəngini 

bildirmir. Bu söz etnonim mənşəlidir. Həmin etnik adda türk etnoslarından 

birinin adı qalıb. ... Göyçə gölü öz adını səlcuqların gəlişi ilə Azərbaycan və 

Anadoluda məlum olan Göyçə elindən alıb. 

Gölün Sevan adı Göyçədən daha qədimdir. Mənbələrdə Sevan tayfası Cə-

nubi Qafqaz və Qərbi Anadoluda V yüzillikdən bəri məlumdur. ... Sevan (Za-

ven) sözü Zarender etnik adının kökündə aydın görünür. Zarenderlər Xəzər 

xaqanlığının tərkibindəki türk soylu etnoslardan biri olub.

Bu gölün ən qədim adı isə Qelakdır. O, qədim və ilk orta əsr mənbələrində 

Kalak, Qelak, Kələk şəkillərində qeyd olunub. Qelak etnik adına eradan öncə 

VII əsrdə Urartu yazılarında təsadüf edirik. XVIII əsrdə Şərqi Gürcüstanda 

Kələklər tərəkəmə elatı qeydə alınmışdır ” (19). 

Göründüyü kimi, İ.Cəfərsoylunun toponimə yanaşması tamam fərqli və 

fikrimizcə də elmi əsassızdır. Belə ki, Göyçə sözündən başqa digər adların 

türkmənşəli olması haqqında heç bir elmi açıqlamaya rast gəlmədik. İlk əvvəl 

onu qeyd edək ki, Göyçə toponiminin hər hansı bir etnik tayfanın adı əsasında 

əmələ gəlməsi fikri tamamilə yanlışdır.



151

Almaz BAYRAMOVA  

A.Bayramov “Kitabi-Dədə Qorqud” da yer-yurd adlarımız” adlı məqalə-

sində coğrafi adın Kökəruni formasına əsaslanaraq quqar etnonimi ilə bağlı-

lığını göstərir. Hətta sözün sonundakı “uni” hissəciyini izah edərək “qədim 

pəhləvi dillərində tayfa topluluğu, aidlik (Göyərlər)” bildirən şəkilçi olduğu-

nu qeyd edir (9,51).

“Başı dumanlı Göyçə” adlı kitabının müəllifləri isə toponim haqqında ya-

zırlar: “İlin yaz və yay aylarında Göyçə başdan-başa gül-çiçəyə bürünür. Bu 

qədim türk torpağının adı bir ehtimala görə Göycə (göylük,yaşıllıq mənasın-

da), başqa bir ehtimala görə isə “Göyçək” olmuş, sonradan söz dəyişikliyə 

uğrayaraq “Göyçə” şəklində sabitləşmişdir” (23,11).

Bizə görə Göyçə mahalının adı yerləşdiyi coğrafi mövqeyinə görə Göyçə 

gölü və yaxud “Kitabi-Dədə Qorqud” dastanındakı kimi Göyçə dənizinin adı 

ilə bağlıdır. Yəni, Göyçə mahalı təmiz, dumduru, açıq havada    suyu göy 

rəngə çalan Göyçə gölünün adındandır. 

Şəruk (Şərur). İrəvan xanlığı toponimlərindən olan Şəruk//Şərur yer adı 

da Dədə Qorqud dastanında rast gəlinir. Bəzi mənbələrə əsasən bu toponim  

Naxçıvan MR ərazisində yerləşən Şərur toponiminin əski adıdır. Bir  qrup tə-

dqiqatçıların fikrincə, Şirak V əsrə aid olan erməni mənbələrində dağ və ölkə 

adı  kimi  xatırlanmış  və  sonralar  Şörəyel  şəklində  formalaşmışdır    (2,  25). 

Şəruk və ya indiki adı Şərur olan toponim Kitabi-Dədə Qorqud” dastanının 

“Uşun Qoca oğlu Səgrəyin boyunu bəyan edər” boyunda rast gəlindiyi qeyd 

olunur: “Meyxanədə 5 gün yemə-içmə oldu. Ondan Şərukun ucundan Göycə 

dənizə təkin el çarpdı” (7,134). Şərur toponimi Şiraqavan//Şiraqovan sözü-

nün təhrif olunmuş variantıdır. Şiraqavan//Şiraqovan isə siraklar//şirakların 

yaşadığı yer deməkdir.

İrəvan  xanlığında  yerləşən  mahallardan  biri  də  Şərur  mahalıdır.  Mahal 

Arpa  çayının  aşağı  axarını  əhatə  edərək  İrəvan  xanlığının  cənub-şərqində 

yerləşirdi (16,32).

1827-ci ilə kimi İrəvan xalığının tərkibində olan Şərur mahalı XVIII əsrdə 

osmanlı idarəsində olan Naxçıvan sancağının inzibati ərazi bölgüsünə aid idi. 

Həmin illərdə Naxşıvan sancağı 315 yaşayış məntəqəsindən ibarət olmuşdur. 

Daha  sonra  isə,  yəni  1728-ci  ildə  Şərur  mahalı  həmin  sancaqdan  çıxarıla-

raq İrəvan əyalətinə daxil edilmişdir. 1870-ci ildə çar hökümətinin qərarı ilə 

Şərur-Dərələyəz adlı qəza yaradılmış, 1929-cu ildə isə bu qəza iki hissəyə 

bölünmüşdür. Dərələyəz Ermənistana verilmiş, Şərur isə Naxçıvan tərkibin-

də qalmışdır (24,191). Q.Ə.Qeybullayev Şərur coğrafi adını Şirakel sözü ilə 




152 “Kitabi-Dədə Qorqud” Dastanında İrəvan Xanlığı Toponimləri  

əlaqələndirir və bu sözün Ermənistanda yaşayan şiraklarla (və yaxud Sirak) 

bağlı olduğunu qeyd edir (25,54).

Hətta Şərur yer adını 22 türk tayfasından olan çarukların adı ilə əlaqələn-

dirirlər (24,193). Ə.Novruzlu və V.Baxşəliyev isə toponimin şumerlərin bir 

qolu olan ur tayfasının adından əmələ gəldiyini söyləyərək  qeyd edir ki, m.ö. 

VII-IV əsrlərdə bu ərazidə türk dilli şarmat tayfalar yaşamış və Şərur sözü-

nün şar hissəsi şarmat sözünün şar hissəsi ilə əlaqədar olaraq yaranmışdır. 

Bir sözlə, coğrafi adın hər iki tərəfi də türk sözlərinin birləşməsi nəticəsində 

meydana gəlibdir (24,193).

A.Bağırov belə hesab edir ki,  Şərur toponimi qazax tayfasının əl-şərurlu 

qolundan  olmuş  və  Şərur  ərazisində  məskunlaşmışdır.  Zamanla  əli-şərurlu 

birləşməsindəki əli sözü ilə sözdüzəldici –lu şəkilçisinin ixtisara düşərək Şə-

rur şəklinə çevrildiyini qeyd edən tədqiqatçı Şərur sözünün qədim oğuz tay-

falarından biri olan Salar//Salur tayfa adıyla bağlı olduğu fikrini də irəli sürür 

(24,194-195).

Tədqiqatçılardan P.Xəlilov bu toponimi Şirak formasında izah edərək Er-

mənistan ərazisində yerləşdiyini və Şirak sözünün şir-şır, sır-sir etnosunun 

adından törəndiyini qeyd edir (27, 29)

Mirəli Seyidov Şərur toponiminin etimologiyasını Fəhrəttin Qırzıoğlunun 

fikirlərinə əsaslanmış və yer adını bu cür izah etmişdir: “Fəhrəttin Qırzıoğ-

lu bunun Şiraqavan olduğunu yazır. Şiraqovan //Şiroqavan//Şiraq-ovan//van/

ın  ərazisinin  Qarsla Ağbaba  dağının  (indiki Amasiya) Alaca  dağına  dəyən 

yerlərdə yerləşdiyini yazır. Onun fikri VII yüzilliyin coğrafiyaçısı A.Şiraqa-

sinin  fikrinə  uyğun  gəlir.  ...  Deməli,  Şiraq//Siraq//Sir//Sir-lər  yaşadıqları 

yerlər Dədə Qorqudun boylarında yad edilmişdir” (26,53). Tədqiqatçı bu fi-

kirləri söyləyərək  Şərur toponimini Şiraq//Siraq tayfasının türkdilli saklarla 

əlaqələndirir.

Nəticə etibarilə M.Seyidovdan başqa digər etimoloji təhlilləri inandırıcı 

hesab etmirik. Bizə görə də çox güman ki, sözün Şiraqavan//Şiroqovan oxu-

nuşu həqiqətə daha yaxındır. Daha dəqiq desək Şərur toponimi Şiraqavan//

Şiraqovan sözünün təhrif olunmuş variantıdır. Şiraqavan//Şiraqovan isə si-

raklar//şirakların yaşadığı yer deməkdir. Yəni, bu tayfa (Siraqlar//Şiraqlar//

Sirlər) ta qədimdən Azərbaycan ərazisində məskunlaşmış və qədim türkdilli 

tayfa olub Azərbaycan etnogenezində iştirak etmişdir.



Yüklə 26,8 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə