34
8
O GÜN ġƏR QARIġANDA
I
Ġndi Ceffersonda hər Ģey dəyiĢib, daha bazar ertəsi həftənin o biri günlərindən heç nə ilə
fərqlənmir. Küçələrə asfalt döĢənib, səkilərdəki nəhəng, kölgəsindən küçələrə gün düĢməyən
qollu-budaqlı ağaclardan əsər-əlamət belə qalmayıb; telefon və elektrik Ģirkətləri ilbəil onları
qırıb atmıĢ, yerində təpəsindən iri, amma rəngi qaçmıĢ, ətsiz-qansız salxımlar sallanan dəmir
dirəklər basdırmıĢlar. Bizim indi Ģəhər camaĢırxanamız var və hər bazar ertəsi səhər tezdən rəngi
hələ qurumamıĢ xüsusi camaĢırxana maĢınları həftənin kirli paltarlarını təmizləmək üçün
küçəbəküçə Ģəhərin baĢına dolanır və bu zaman adamı səksəndirən maĢın siqnallarını, asfaltda
sürüĢən Ģinlərin cırılan ipəyi xatırladan canüzücü cırıltılarını eĢitdikcə bu kirli paltarlar sənə
yuxu kimi gəlir. Ġndi hətta köhnə adətə görə hələ də ağlara paltar yuyan zənci qadınlar da kirli
paltarları o maĢınlara verirlər.
On beĢ il bundan qabaq isə hər bazar ertəsi səhər tezdən Ceffersonun sakit, tozlu, kölgəli
küçələri, Ģala bərk-bərk sarınmıĢ baĢlarında mələfəyə bükülmüĢ pambıq tayası boyda iri paltar
bağlamaları daĢıyan zənci qadınlarla dolu olardı; özü də bu qadınlar ağların mətbəxləri
qarĢısından götürdükləri həmin iri paltar bağlamalarını baĢlarında elə sərbəst aparırdılar ki, zənci
məhəlləsindəki daxmalarının önündə onları gözləyən qara qazanlara çatanacan əllərini o
bağlamalara bircə dəfə də toxundurmurdular.
Nensi də bağlamanı qaldırıb baĢına qoyar, sonra yay-qıĢ baĢından çıxarmadığı qara həsir
Ģlyapasını tərsinə çevirib onun üstünə atardı. Nensi ucaboyluydu, uzunsov, sərt əzələli sifəti
vardı, diĢləri düĢdüyündən ovurdları batıq görünürdü. Biz Nensinin bütün yol boyu barmağını
belə toxundurmadan o boyda bağlamanı və o bağlamanın üstünə tərsinə atılmıĢ Ģlyapanı baĢı
üstündə necə düz və taraz apardığına tamaĢa eləmək üçün bəzən dalanın yarısına qədər, bəzən isə
çəmənliyi keçənəcən onun arxasınca gəlirdik: çünki o, xəndəyə düĢüb çıxanda da, taxta hasarın
barmaqlıqları arasından siviĢib keçəndə də nə baĢındakı bağlama, nə də onun üstündəki Ģlyapa
sürüĢüb düĢərdi; düĢmək nədi, heç ləngər də vurmazdı. Hasardan keçəndə Nensi əllərini və
dizlərini yerə qoyub çömələr, taxta barmaqlıqların arasından siviĢər və o biri tərəfdə ayağa
qalxıb yoluna davam edərdi, amma bu zaman baĢını dimdik tutar, ona görə də baĢındakı
bağlamanı daĢ və ya hava Ģarı kimi tərpənməz saxlayardı.
Bəzən kirli paltarları zənci qadınlarının ərləri gəlib aparırdılar, amma Ġsus heç vaxt
Nensiyə kömək eləməzdi; nə atam onu bizdən qovmamıĢdan əvvəl, nə də Dilsi xəstələndiyinə
görə bizim mətbəx iĢlərimiz Nensiyə tapĢırılandan sonra.
34
9
O vaxtlar biz hər səhər Nensinin daxmasına qaçır, onu səhər yeməyi hazırlamaq üçün
evimizə çağırırdıq. Xəndəyə çatan kimi dayanırdıq, çünki atam tapĢırmıĢdı ki, Ġsusdan
üzündə
bıçaq yarası olan qısaboy zəncidən uzaq olaq, ona görə də xəndəyin bu tərəfində dayanıb
Nensinin daxmasını özü bayıra çıxanacan daĢa basırdıq. O, qapıya çıxıb oyan-buyana
boylanardı, əynində heç nə olmazdı.
Nə olub? Niyə daĢlayırsınız?
Nensi dedi.
Nədi, balaca Ģeytanlar, nə istəyirsiz?
Atam deyir, gəlib yemək hazırlasın,
Keddi dedi.
Atam deyir, səhər yeməyinin
vaxtından, onsuz da, yarım saat keçib, durmasın, tez gəlsin.
Hm, böyük iĢ olub, mən yemək-zad biĢirən deyiləm,
Nensi dedi.
Qoymazsınız
yatam?
Vallah, sərxoĢdur,
Ceyson dedi.
Atam deyir ki, sən həmiĢə sərxoĢ olursan. Yenə
içmisən, Nensi?
Onu kim dedi? Qoymazlar da, doyunca yuxunu alasan,
Nensi dedi.
Mən sizə
yemək-zad biĢirən deyiləm.
Sonra biz onun daxmasına bir-iki dənə də daĢ atıb, evə qayıdardıq. Və nəhayət, Nensi
gəlib çıxanda, dərsə xeyli gecikmiĢ olurdum. Nensi ikinci dəfə həbsxanaya düĢdüyü günəcən elə
bilirdik ki, bunun hamısı viskidəndir. Həmin gün Nensi küçədə bank xəzinədarı və baptist
kilsəsinin dyakonu mister Stovellə rastlaĢanda ondan əl çəkməmiĢdi: «Mənim haqqımı nə vaxt
verəcəksiniz, cənab? Üç dəfə olmusunuz, bir sent də verməmisiniz». Mister Stovell onu
yumruqla vurub yerə sərsə də, Nensi yerdə də səsini kəsməmiĢdi: «Haqqımı verin, cənab! Üç
dəfədir…» Mister Stovell bu zaman özünü saxlaya bilməyib, onun ağız-burnunu təpiklə vurub
əzmiĢdi. ġerif mister Stovellin qolundan tutub kənara çəkəndə isə yerdə uzanılı qalan Nensi
qəhqəhə çəkirmiĢ. Hətta o, baĢını döndərib diĢlərini və ağzının qanını yerə tüpürəndən sonra da
dediyindən dönməmiĢdi: «Üç dəfə olub, bir sent də verməyib».
Nensi diĢlərini elə orda itirmiĢdi və həmin gün hamı Nensi ilə mister Stovelldən
danıĢırdı. O axĢam həbsxananın yanından keçənlər Nensini pəncərənin dəmir barmaqlıqlarından
asılaraq bütün gecəni səhərə kimi qıĢqıra-qıĢqıra oxuyan görmüĢdülər. Bəziləri hətta həbsxana
hasarının önündə ayaq saxlayıb ona və onu susdurmağa çalıĢan nəzarətçinin dediklərinə qulaq
asmıĢdı. Yalnız sübhə yaxın Nensinin səsi kəsilmiĢdi və elə bu vaxt içəridən taqqıltı və cırmaq
səsi eĢidən gözətçi tələsik yuxarı qalxmıĢ, içəri girib Nensinin özünü pəncərənin dəmir
barmaqlıqlarından asdığını görmüĢdü. Sonralar həmin nəzarətçi deyirmiĢ ki, bu, viskinin yox,
kokainin təsirindən ola bilər, çünki zənci kokain iyləməsə, heç vaxt intihar etmək fikrinə
düĢməz, çünki zənci yalnız kokain iyləyəndən sonra zənci olduğunu unudur.
Nəzarətçi Nensinin boğazını ilgəkdən çıxarmıĢ, onu huĢa gətirdikdən sonra isə qamçı ilə
möhkəmcə döymüĢdü. Nensi özünü paltarı ilə asıbmıĢ. Hər Ģey düĢündüyü kimi olacaqmıĢ,