36
2
– Ordadır, bayırda, – Nensi dedi. – Bu dəqiqə pəncərədən bizi pusur, sizin getməyinizi
gözləyir. Siz gedən kimi…
– BoĢ Ģeydir, – atam dedi. – Dur qapını bağla, səni aparıb Reyçel xalagilə qoyaq.
– Bunun nə faydası? – Nensi dedi. O daha atamın üzünə baxmırdı, əksinə, indi atam ona,
onun uzun süst, heç cür sakitləĢmək bilməyən əllərinə baxırdı. – Uzatmağın nə faydası?
– Bəs onda neyləmək istəyirsən? – atam dedi.
– Bilmirəm, – Nensi dedi. – Neyləyə bilərəm ki? UzaqbaĢı bir az gecikdirmək olar, amma
nə faydası? Görünür, bu mənim alnıma yazılıb. Görünür, nə yazılıb, o da olacaq, baĢqa çarə
yoxdur.
– Nə olacaq, Nensi? – Keddi dedi, – sənə nə olacaq?
– Heç nə, – atam dedi, – gedək, yatmaq vaxtıdır.
– Keddi məni məcbur elədi, – Ceyson dedi.
– Sən də Reyçel xalagilə get, qorxma, – atam Nensiyə dedi.
– Bunun nə faydası? – Nensi dedi. Qollarını dizlərinə dirsəkləyib, əlləri qıçları arasında
ocağın baĢında oturmuĢdu. – Hətta sizin mətbəxinizdə olsam da, uĢaqların yataq otağında yatsam
da, xeyri yoxdur, çünki sabah tezdən məni burda qan içində…
– Kiri… – atam onun sözünü kəsdi. – Qapını arxadan yaxĢı-yaxĢı bağla, iĢığı da keçir,
gir yerə.
– Mən qaranlıqdan qorxuram, – Nensi dedi. – Ġstəmirəm ki, o məni qaranlıqda…
– Deməli, bütün gecəni səhərə kimi elə beləcə, otaqda iĢığı yanılı qoyub oturacaqsan? –
atam dedi. Nensi yenidən inildəməyə baĢladı, ocağın yanında, əlləri qıçları arasında oturmuĢdu.
– Eh, cəhənnəmə ki, özün bilərsən, – atam dedi. – Gəlin gedək, uĢaqlar, yatmaq vaxtıdır.
– Siz gedən kimi mənim vaxtım bitəcək, – Nensi dedi. Bu dəfə həyəcansız danıĢırdı.
Sifəti də əlləri kimi sakitləĢmiĢdi. – Bircə onu deyim ki, tabut üçün topladığım pulu Lavlediyə
vermiĢəm.
Mister Lavledi qısaboy, həmiĢə üst-baĢı kirli gəzən sığorta agenti idi və hər Ģənbə günü
səhər-səhər daxma və mətbəxləri bir-bir gəzib hər zəncidən on beĢ sent tabut pulu yığırdı.
Əvvəllər arvadı ilə bir yerdə mehmanxanada yaĢayırdı. Bir gün arvadı intihar elədi. Bir uĢağı –
qızı vardı, arvadı öləndən sonra onu da götürüb harasa getdi. Bir-iki həftədən sonra geri qayıtdı.
Biz onu hər Ģənbə günü zənci məhəlləsinə tələsən görərdik.
– BoĢ Ģeydir, heç nə olmaz, – atam dedi, – Allah qoysa, sabah tezdən mətbəxdə ilk
salamlaĢdığım adam sən olacaqsan.
– Çox çətin, – Nensi dedi. – Bir də ki bu Allahın iĢidir. Özü bilən yaxĢıdır.
36
3
IV
Biz onu elə orda, ocaq baĢında
oturulu
qoyub evdə çıxdıq.
– Gəl qapını arxadan bağla, – atam ona dedi. Ancaq o, yerindən tərpənmədi. Heç dönüb
bizə sarı baxmadı da, eləcə lampa ilə ocağın arasında dinməzcə oturmuĢdu. Xeyli gedəndən
sonra dönüb baxanda, onu açıq qapıdan da görmək olurdu.
– Axı nə olacaq, ata? – Keddi soruĢdu.
– Heç nə, – atam dedi. Ceysonu boynuna mindirmiĢdi, ona görə də Ceyson indi
hamımızdan hündür idi. Xəndəyə düĢdük, mən dinməzcə ətrafa göz gəzdirdim, amma ay iĢığı ilə
kölgələrimiz bir-birinə qarıĢdığından heç nəyi görmək mümkün deyildi.
– Ġsus burda gizlənib, o, indi bizi görür? – Keddi soruĢdu.
– O burda yoxdur, – atam dedi, – çoxdan çıxıb gedib bu Ģəhərdən.
– Siz məni məcbur elədiniz, yoxsa mən gəlmək istəmirdim, – Ceyson yuxarıdan səsləndi.
Üzüyuxarı baxanda adama elə gəlirdi ki, atamın iki baĢı var: biri kiçik, biri böyük.
Xəndəkdən çıxdıq. Biz hələ də hər dəfə geri döndükcə Nensinin evini, onun açıq qapısını
aydın görürdük, amma qapısı açıq evdə, ocaq baĢında tək-tənha oturmuĢ Nensinin özünü görmək
mümkün deyildi, çünki, o gözləməkdən bezmiĢdi.
– Daha bezmiĢəm, – o dedi, – niyə mən zənci doğulmuĢam, axı bunda mənim nə
günahım?
Biz onu görməsək də, səsini eĢidə bilirdik, çünki xəndəkdən çıxandan sonra yenə onun
iniltisi gəlirdi. Bu səs zümzüməyə oxĢayırdı da, oxĢamırdı da.
– Bəs indi paltarlarımızı kim yuyacaq, ata? – mən soruĢdum.
– Mən zənci deyiləm, – Ceyson yuxarıdan, atamın baĢının üstündən dedi.
– Ondan da pissən, – Keddi dedi. – Həm də xəbərçisən. Ġndi qarĢıdan bir Ģey sıçrasa,
zəncidən də pis qorxarsan.
– Qorxmaram, – Ceyson dedi.
– Qorxudan çığırarsan, – Keddi dedi.
– Keddi, – atam hirsləndi.
– Çığırmaram, – Ceyson dedi.
– Ağciyər, – Keddi dedi.
–
Kendeysi,
– atam yenə hirsləndi.
36
5
U. FOLKNERĠN NOBEL NĠTQ
Mən baĢa düĢürəm ki, bu mükafat mənə deyil, mənim əməyimə – Ģan-Ģöhrət üçün yox,
heç mənfəət üçün də deyil, yalnız insan ruhunun materialları əsasında bu günədək mövcud
olmayan bir Ģeyi yaratmaq naminə bütün həyatım boyu qan-tər və min bir əzab-əziyyət içərisində
gördüyüm iĢə verilib. Buna görə də mən bu mükafatı onu almağa vəkil olunmuĢ Ģəxs kimi qəbul
edirəm. Bu mükafatın pul qismini, onun məqsədinə və bütün tarixinə layiq bir Ģeyə sərf etmək
mənim üçün çətin olmayacaq. Amma mənə göstərilən bu diqqətdən layiqincə istifadə etmək və
bu tribunadan öz həyatlarını yazıçı əməyi kimi ağır, əzab-əziyyətli bir iĢə həsr etmək arzusunda
olan gənc oğlan və qızlara səslənmək istərdim və ümidvaram ki, gələcəkdə haçansa indi mənim
dayandığım bu kürsüdə dayanacaq kəs də hal-hazırda onların arasındadır.
Bizim zəmanəmizin faciəsi hamımızın kütləvi Ģəkildə cismani qorxu içərisində
yaĢamağımızdır, biz o qədər çoxdan bu vəziyyətdəyik ki, artıq onunla barıĢmıĢıq. Ġnsan ruhunun
bundan baĢqa heç bir problemi yoxdur. Onun üçün yalnız bir sual qalıb: məni haçan məhv
edəcəklər? Buna görə də müasir gənc yazıçılar insan qəlbinin daim özü ilə münaqiĢədə olması
ilə bağlı problemləri unudublar, halbuki əsl ədəbiyyatı məhz bu problemlər doğurur, yalnız
onlar barədə yazılanlar dəyərli ola bilər və yalnız onlar qan-tərə və min bir əzab-əziyyətə dəyər.
Yazıçı bunları unutmamalıdır. O özünə aĢılamalıdır ki, qorxu pis Ģeydir, bunu özünə
aĢılayandan sonra isə qorxu deyilən Ģeyi həmiĢəlik unutmalı, öz yaradıcılıq emalatxanasından
sevgi, Ģərəf, qürur və fədakarlıq kimi köhnə, əbədi universal həqiqətlərdən savayı – çünki
bunlarsız istənilən əsər ölüdür, unudulmağa məhkumdur – qalan hər Ģeyi bir kənara atmalıdır.
Yazıçı buna əməl etmədikcə onun əsəri lənət təhlükəsi ilə üz-üzə qalacaq. O, sevgidən deyil
Ģəhvətdən, itkisi olmayan məğlubiyyətdən, ümidi olmayan qələbədən və ən dəhĢətlisi, amansız
və yaxud acımasız bir hisslə yazacaq. Onun təsvir etdiyi kədər hamının anladığı kədər
olmayacaq, heç bir ürəkdə dərin iz buraxmayacaq. O, insanın qəlbi deyil, onun
mədəsi
haqqında
yazacaq.
Yazıçı bütün bunları təkrar-təkrar özünə aĢılamadıqca, o, kənarda dayanıb insanın
məhvini müĢahidə edən yad, laqeyd bir adam kimi yazıb yaradacaq. Mən insanın məhvi
haqqındakı düĢüncəni inkar edirəm. Ġnsanın ölümsüz olduğunu demək asandır, çünki o, hər Ģeyə
axıracan dözə biləcək: çünki tənha qaya baĢında, qaranlıq uçurum üzərində məqsədsiz asılı qalan
tale zənginin son cingiltisi öləziyib sönəndən sonra da, hətta o vaxt da daha bir səs – zəif, amma
batırılmayan Ġnsan səsi qalacaq. Mən bunu qəbul etmirəm. Mən buna inanıram ki, insan nəinki
axıracan dözəcək, o həm də zəfər çalacaq. Ġnsan ona görə ölümsüz deyil ki, onun səsi heç zaman
tükənməyəcək, ona görə ölümsüzdür ki, onun öz təbiəti etibarı ilə acımaya, qurban getməyə,
yenilməzliyə qadir qəlbi, ruhu var. Yazıçının, Ģairin borcu məhz bu Ģeylər haqqında yazmaqdır.
Dostları ilə paylaş: |