Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə22/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   18   19   20   21   22   23   24   25   ...   192

 

46 


onun bu sevincini, həyəcanını soyutmağa çalıĢdılar. ġəhər adamları Bayrona danıĢdılar ki,  hətta 

yarım  ildən  sonra  da  cavan  keĢiĢ  hələ  də  həyəcanlıydı,  hələ  də  uzun-uzadı  –  ta  kələfin  ucunu 

itirənəcən  VətəndaĢ  müharibəsindən,  o  müharibədə  öldürülən  süvari  əsgər  babasından, 

Ceffersonda  general  Qrantın  yanan  anbarlarından  odlu-alovlu  bir  dillə  bəhs  edirdi.  Bayrona 

dedilər ki, o, kafedrada da beləydi, oradan moizə oxuyanda da bu cür coĢub özünü unudur, dini 

anlaĢılmaz bir yuxuya çevirirdi. Bu, qorxulu, qarabasmalı yuxuya yox, nəsə, Müqəddəs kitabdakı 

sözdən  də  sürətlə  yayılan  bir  Ģeyə  –  bir  növ,  yerə  enməyə  ehtiyac  duymayan  qasırğaya 

bənzəyirdi. Qoca kiĢilərin, qarıların isə bundan xoĢu gəlmirdi.  

Elə  bil, o, kafedrada da dini döyüĢ  meydanında at səyirdən süvari dəstəsindən, at  belində 

hücuma  keçərkən  vurulan  babasından  ayıra  bilmirdi.  Yəqin  ki,  Ģəxsi  həyatında,  öz  evində  də 

beləydi,  onları  heç  nədən  ayıra  bilmirdi.  Bəlkə  də,  heç  buna  can  atmırdı  da,  Bayron  düĢündü, 

fikirləĢdi ki, sahib olduğu qadının baĢına bu cür oyun açmaq kiĢilərə xas olan Ģeydir, buna görə 

də  qadınlar  güclü  olmağa  məcburdurlar,  kiĢilərlə  törətdikləri    yaxud  kiĢilər  üçün  qurĢandıqları 

pis  əməllərə  görə  onları  günahlandırmaq  olmaz,  zira  Allah  özü  yaxĢı  görür  ki,  birinin  övrəti 

olmaq nə qədər çətin iĢdir. Ona danıĢdılar ki, keĢiĢin arvadı boydan balaca,  üzdən sakit bir qız 

idi  və  əvvəlcə Ģəhərə  elə gəldi ki, o, dilsiz-ağızsızın  biridir. Ancaq Ģəhərdə  danıĢırdılar ki,  əgər 

Haytauer bütün ömrü boyu yaĢadığı o yeganə gündən – babasının at belində hücuma keçərkən 

vurulduğu  gündən  otuz  il  sonra  doğulan  adam  deyil,    müstəqil,  heç  nədən  asılı  olmayan  biri 

olsaydı  – keĢiĢ də  məhz  belə olmalıdır   –  o qadının  baĢına  heç nə gəlməzdi.  Ancaq Haytauer 

belə  adam  deyildi  və  qonĢular  onun  arvadının  prixod  evində  gündüzlər,  ya  da  gecədən  xeyli 

keçmiĢ tez-tez ağladığını eĢidirdilər və onu da baĢa düĢürdülər ki, ər onun dərdinə əlac eləməyi 

bacarmır, çünki dərdin nə olduğunu bilmir. Bəzən elə olurdu ki, bu qadın öz ərinin qulluq etdiyi 

kilsəyə – hətta bazar günləri belə – gəlmirdi, ibadətə yığıĢan camaat da ərin üzünə baxır və mat-

məəttəl    qalırdı  ki,  bu  adam  əl-qolunu  ata-ata  kafedrada  ağzından  od  püskürəndə  öz  arvadının 

burada olmadığını görür,  ya yox; heç olmasa, ümumiyyətlə, arvadı olduğunu xatırlayır,  ya yox 

və  moizə  etdiyi  ehkamı  döyüĢ  meydanında  urrayla  hücuma  keçən  süvari  dəstəsi,  rəĢadət  və 

məğlubiyyətlə əməlli-baĢlı qarıĢıq saldığını –  küçədə onlara döyüĢ meydanında  urrayla hücuma 

keçən  süvari  dəstəsindən  söz  açarkən,  onu  da  eynilə  günahların  bağıĢlanmasıyla,  döyüĢ 

mələklərinin xoruyla bir-birinə qarıĢdırırdı – hiss eləyir,  ya yox və əlbəttə, qocalar – ağsaqqallar 

və ağbirçəklər axırda bu qənaətə gəldilər ki, onun Allahın evində, Allahın günündə oxuduğu bu 

moizələr, əslində,  küfr kimi bir Ģeydi.  

Bayrona danıĢdılar ki, bir il Ceffersonda yaĢadıqdan sonra o qadının sifətinə somsoyuq buz 

kimi bir ifadə çökdü; bir dəfə kilsə əhli onların evini ziyarət edəndə Haytauer vurnuxa-vurnuxa, 

pencəksiz, əynində yaxalıqsız köynək onları tək qarĢıladı və ilk dəqiqələrdə müsafirlərə elə gəldi 

ki, o, ümumiyyətlə, onların  nə üçün gəldiklərini,  ondan  nə  istədiklərini  anlaya  bilmir. Sonra o, 



 

47 


gələnləri  içəri  dəvət  etdi,  özü  isə  üzr  istəyib  harasa  yox  oldu.  Əyinlərinə  bazar  gününə  uyğun 

təzə libaslar  geyinmiĢ kilsə əhli bir-birinin üzünə, otağa baxa-baxa orada oturub onu gözləyəndə 

nə  qədər  qulaq  kəsilsələr  də,  heç  nə  eĢitmədilər,  evdən  heç  bir  səs-səmir  gəlmirdi.  Sonra  o, 

geyinmiĢ, yaxalığını bağlamıĢ halda geri qayıdıb kilsə iĢləri, xəstələr barədə söhbət açanda onlar 

onun  suallarını  təmkinlə,  can-baĢla  cavablandırsalar  da,  qulaqları  hələ  də  səsdəydi,  bəlkə  də, 

xəlvətcə  içəriyə  göz  qoyub,  artıq  özlərinə  məlum  olan  Ģeyin  ona  məlum  olub-olmadığını 

müəyyən etməyə çalıĢırdılar. 

Qadınlar bir daha onun evinə ayaq basmadılar. Bir müddət keçəndən sonra onun arvadıyla 

heç küçədə də rastlaĢmadılar. O isə özünü elə aparırdı ki, sanki, heç nə olmamıĢdı. Sonra  arvadı 

bir  günlüyə,  iki  günlüyə  harasa  yox  olmağa  baĢladı;  adamlar  onun  səhərlər  qatara  mindiyini 

görmüĢdülər,  sifəti  tədricən  arıqlayıb  sivriləĢmiĢdi,  elə  bil,  heç  vaxt  doyunca  yeməmiĢdi, 

baxıĢları korĢalmıĢdı, sanki,  baxdığı Ģeyi görə bilmirdi. O isə hər dəfə arvadının haradasa Ģtatın 

cənubunda  yaĢayan  qohumunu  yoluxmağa  getdiyini  söyləyirdi.  Amma  bir  gün  iĢin  üstü  açıldı: 

bir dəfə yenə də arvadı Ģəhərdə olmayanda Memfisə bazarlıq etməyə gedən ceffersonlu bir qadın 

onun tələm-tələsik mehmanxanaya girdiyini gördü. ĠĢ elə gətirdi ki, həmin qadın elə Ģənbə günü 

də evə qayıtdı, gördükləri barədə hamıya danıĢdı. Sabahı gün isə Haytauer yenə kafedraya çıxdı, 

yenə  də  dinlə  döyüĢən  süvari  dəstəsi  bir-birinə  qarıĢdı;  arvadı  isə  bazar  ertəsi  geri  qayıtdı  və 

növbəti  bazar  günü  –  son  altı  və  ya  yeddi  ay  ərzində  ilk  dəfə  –  yenə  kilsəyə  gəlib,  hamıdan 

arxada ayrıca oturdu. O gündən hər bazar günü kilsəyə gəlməyə baĢladı. Sonra yenə çıxıb getdi, 

amma  bu  dəfə  həftənin  ortasında  (iyul  ayında,  isti  havada);  Haytauer  yenə  də  dedi  ki,    arvadı 

kəndə qohumlarıgilə gedib, orada havalar sərindir;  yaĢlılar – ağsaqqallar və ağbirçəklər yenə də 

mat-məəttəl onun üzünə baxıb anlaya bilmədilər ki, bu adam nə dediyinə özü inanır,  yoxsa yox, 

cavanlar isə arxasınca qeybət qırmağa baĢladılar. 

Ancaq onlar da bu adamın öz danıĢdıqlarına özünün inanıb-inanmadığını, dini mövzularla 

baba  rəvayətini  –  at  belində  hücuma  keçərkən  vurulan  baba  hekayətini  bir-birinə  qarıĢdırarkən 

bundan  əzab  çəkib-çəkmədiyini  dəqiq  deyə  bilməzdilər;  sanki,  onun  riĢəsini  təĢkil  edən  baba 

toxumu da həmin gecə həmin atın belində olmuĢ, o da o gecə öldürülmüĢ, zaman əbədi olaraq o 

toxum  üçün  dayanmıĢ  və  o  vaxtdan  bəri  heç  nə  baĢ  verməmiĢ,  hətta  o  özü  belə  əmələ 

gəlməmiĢdi. 

Arvadı  bazar  günündən  əvvəl  geri  qayıtdı.  Bərk  istiydi,  qocalar  haçansa  belə  bir  isti 

olduğunu  xatırlamadıqlarını deyirdilər. Bazar günü o qadın kilsəyə gəldi, arxa skamyada təkcə 

oturdu. Moizənin ortasında  yerindən sıçrayıb zingildəməyə,  ərinin artıq susduğu, bir az qabağa 

əyilərək əlləri göydə donub qaldığı kafedraya tərəf  nə  isə qıĢqırmağa,  yumruqları  ilə kafedranı 

hədələməyə  baĢladı.  Yaxınlıqda  oturanlar  onu  tutub  saxlamağa  çalıĢsalar  da  o,  var  gücü  ilə 

onlara  müqavimət  göstərirdi,  –  Bayrona  dedilər,  –  artıq  yerindən  sıçrayıb  ortalığa  atılmıĢdı  və 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə