Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə73/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   69   70   71   72   73   74   75   76   ...   192

 

14



Əlini, sanki, uzaqdan izləyirdi. Əlin boĢqabı masanın üstündən necə götürdüyünə, yuxarı, 

baĢı  üstə  necə  qaldırdığına  göz  qoydu;  özü  isə  dərindən,  ağır-ağır  nəfəs  alaraq  gərgin  halda 

düĢüncəyə daldı.  Oyun oynayırmıĢ kimi bərkdən çıxan səsinə qulaq verdi: “Donuz qaxacıdı”, – 

əlinin  yuxarı,  baĢı  üstə  qaldırdığı  boĢqabı  var  gücüylə  divara,  gözə  görünməyən  divara  necə  

çırpdığına  tamaĢa  elədi;  bu  Ģaqqıltının  kəsilməsini,  yenidən  sükut  çökməsini  gözlədi,  sonra  o 

birisini  götürdü.  Onu  da  iyləyib,  əlilə  ağırlığını  yoxladı.  Bu  dəfə  boĢqabdakının  nə  olduğunu  

tapa  bilmək  üçün  özünü  o  qədər  də  əziyyətə  salmadı.  –  Lobyadı,  yoxsa  göyərti?  –  dedi.  – 

Lobyadı,  yoxsa  ispanaq?.. YaxĢı. Hesab edək ki,  lobyadı.  – Var gücü  ilə onu da divara çırpdı, 

sonra Ģaqqıltı tamam kəsilənəcən gözlədi. Üçüncü boĢqabı götürdü. – Nəsə soğanlı Ģeydi, – dedi, 

fikirləĢdi  Amma əladı. Bu mənim əvvəlcə niyə ağlıma gəlməyib? Arvad yemidi, – dedi. Onu da 

var gücüylə, tələsmədən divara çırpdı, Ģaqqıltıya qulaq verdi, gözlədi.  Sonra baĢqa bir səs eĢitdi: 

ev tərəfdən qapıya  yaxınlaĢan addım səsi.  “Bu dəfə əlində  çıraq gələcək”,  – deyə  fikirləĢdi,  bir 

anlığa ağlından keçdi Əgər dönüb baxsaydım, qapının altdan işıq düşdüyünü görərdim  Əli isə 

bu vaxt daha bir boĢqabı var gücüylə divara çırpdı İndi o yəqin lap qapının ağzındadır Kartofdu, 

–  axır  ki,  qətiyyətlə  dedi.  Hətta  qapı  arxasındakı  cəftənin  necə  açıldığını  eĢidəndə,  iĢığın  içəri 

düĢüb  baĢı  üzərinə  qaldırdığı  boĢqabı  aydınladanda  belə  dönüb  o  tərəfə  baxmadı.  –  Hə,  bu, 

kartofdu, – o, baĢı özünə qarıĢmıĢ halda, ətrafındakılara fikir vermədən öz-özüylə oynayan körpə 

uĢaq  kimi  dedi.  Bu  dəfə  boĢqabın  necə  qırıldığını  həm  eĢitdi,  həm  də  gördü.  Sonra  iĢıq  yoxa 

çıxdı; yenə qapının əsnəyi eĢidildi, yenə cəftə cırıldadı. Amma yenə də dönüb baxmadı. Növbəti 

boĢqabı götürdü. – Çuğundurdu, – dedi. – Dəxli yoxdu, onsuz da çuğunduru sevmirəm. 

Ertəsi gün yonqar sexində  iĢə düzəldi. ĠĢə cümə günü çıxdı. ÇərĢənbə gecəsindən bəri heç 

nə  yeməmiĢdi.  ġənbə  günü  yalnız  günün  ikinci  yarısını  normadan  əlavə  iĢlədikdən  sonra 

axĢamüstü  məvacib  aldı.  Elə  həmin  axĢam  Ģəhər  restoranında,  üç  gün  ərzində  ilk  dəfə  olaraq 

yemək yedi. Daha evə  ayaq basmırdı. Ġlk vaxtlar nə daxmaya gələndə, nə də ondan çıxanda bir 

dəfə də olsun dönüb o tərəfə baxmırdı. Altı ay ərzində daxma ilə sex arasına öz cığırını saldı. Bu 

cığır sapla çəkilmiĢ düz xətt kimi bütün binalardan yan keçib, dərhal meĢəyə girir, ordan çıxan 

kimi  birbaĢ  onun  iĢ  yerinə,  yonqar  topalarının  yanınacan  uzanırdı  və  getdikcə  də  daha  aydın 

seçilirdi. Saat beĢ otuzda, iĢ vaxtının bitdiyini bildirən sex fiti çalınanda o cığırla öz daxmasına 

qayıdır  və  sonra Ģam   eləmək üçün Ģəhərəcən   iki  mil  yolu dəf etməmiĢdən qabaq  hökmən ağ 

köynəyini, qara ütülü  Ģalvarını geyinirdi; sanki, iĢ paltarından utanırdı. Bəlkə də, bu utancaqlıq 

deyildi, hərçənd utancaqlığın nə olduğunu anlamağa qadir olmadığı kimi, bunun utancaqlıq olub-

olmadığını da anlaya bilməzdi. 

Artıq evə fikir verməməyə, təsadüfən gözünə sataĢsa da, onu görməməyə çalıĢırdı. Əvvəlcə 

elə  bildi  ki,  qadın  özü  onu  çağıracaq.  “O  özü  birinci  iĢarə  verəcək”,  –  deyə  fikirləĢdi.  Ancaq 

qadın heç bir iĢarə vermədi;  bir müddət keçəndən sonra isə ona elə gəldi ki, artıq özü də bunu 



 

15



ondan gözləmir.  Hər halda, ilk dəfə Ģüurlu Ģəkildə o evə tərəf baxanda qan beyninə vurdu, bütün 

sinirləri yerindən oynadı; onda baĢa düĢdü ki, bütün bu vaxt ərzində o qadını görməkdən çəkinib, 

o  qadının  ona  açıq-aĢkar,  təmkinli  bir  nifrətlə  baxmağından  qorxub;  bunu  anlayan  kimi  bütün 

bədənini tər basdı, sanki, üstündən ağır bir yük götürüldü. “Bu iĢ artıq bitdi, – o düĢündü. – Mən 

artıq  bu  iĢin  öhdəsindən  gəldim”.    Bu,  həqiqətən,  baĢ  verəndə  isə  heç  bir  sarsıntı  keçirmədi. 

Bəlkə  də,  buna  hazır  idi. Hər halda, tamamilə  təsadüfən o tərəfə baxıb,  o qadını arxa  həyətdə 

boz  donda,  boz  yaylıqda  görəndə  qan  beyninə  sıçradı.  Qadının  bütün  bu  vaxt  ərzində  onu 

izləyib-izləmədiyini,  ümumiyyətlə,  onu  görüb-görmədiyini,  indi  də  ona  baxıb-baxmadığını  heç 

cür anıĢdıra bilmədi. “Sən mənə dəyib-toxunmasan, mən də sənə heç nə eləmərəm”, – ürəyində 

fikirləĢdi,  düĢüncə  isə  öz  iĢindəydi  Yəqin,  mən  bunu  yuxuda  görmüşəm.  Əslində,  belə  şey 



olmayıb. O paltarın altında elə bir şey yoxdur ki, o iş də ola bilsin  

ĠĢə  yazda  girmiĢdi.  Bir  axĢam  sentyabr  ayında  iĢdən  evə  qayıdarkən,  daxmaya  girəndə 

heyrətdən donub qaldı. Qadın  çarpayıda  əyləĢib ona  baxırdı.  BaĢına  heç  nə  örtməmiĢdi. Ġndiyə 

kimi  onu  heç  vaxt  baĢı  açıq  görməmiĢdi,  hərçənd  gecə  qaranlığına  bürünmüĢ  yastıqda  yanlara 

tökülən,  amma  hələ  pozulub  pırtlaĢmamıĢ  gur  saçların  varlığını  hiss  etmiĢdi.  Ancaq  bu  saçları 

iĢıqda görmək hələ ona nəsib olmamıĢdı, indi isə gözlərini yalnız onlara zilləmiĢdi, qadın isə ona 

baxırdı; birdən öz-özünə: “Ġndi özü bunu istəyir. Mən bilirdim ki, bu saçlara dən düşüb  Qadın 

olmaq istəyir, amma bacarmır”, – dedi və dərhal da yerindən tərpənib ona sarı getdi. FikirləĢdi, 

bildi O mənimlə danışmağa gəlib  Artıq iki saat keçsə də qadın hələ danıĢıb qurtarmamıĢdı; tam 

qaranlıqda çarpayının üstündə yan-yana əyləĢmiĢdilər. Qadın ona deyirdi ki, qırx bir yaĢı var, bu 

evdə doğulub, ömrü boyu burda yaĢayıb. Ömründə bir dəfə də olsun Ceffersondan uzaqda  yarım 

ildən  çox  qalmayıb,  bu  cür  səfərlərə  də  çox  nadir  hallarda  çıxıb;  onda  da  özü  üçün,  doğmaları 

üçün  yad  olan  bu  yurdu  ona  doğmalaĢdıran  bu  ev,  bu  adi  taxtalar,  mismarlar,  torpaq,  ağaclar, 

kollar üçün möhkəm darıxıb;  hətta indi, qırx ildən sonra  belə onun, bütün ömrünü keçirdiyi bu 

diyarın cingiltili samitləri və kar saitləri seçilən danıĢığında bütün həyatı boyu üzlərini cəmi üçcə  

dəfə  gördüyü,  ömründə  Nyu-HempĢirdən  kənara  çıxmayan  nyu-hempĢirli  qohumlarının  danıĢı-

ğında  olduğu  kimi,  Nyu-Ġnqlənd  ləhcəsi  aydın  eĢidilirdi.  ĠĢığı  söndürülmüĢ  qaranlıq  otaqda 

qaranlıq çarpayıda onun  yanında əyləĢib sakit, usanmaq bilməyən, az qala, kiĢi səsinə bənzər bu 

səsin artıq hansı tərəfdən gəldiyini kəsdirə bilməyən Kristmas fikirləĢdi: “O da elə bütün qadınlar 

kimidir. Ġstər on yeddi, itərsə də qırx yeddi yaĢları olsun, bir kiĢiyə təslim olmaq vaxtı yetiĢəndə 

onların heç biri uzun-uzadı zəvzəmədən ötüĢə bilmir”. 

Kalvin  Berden  Nataniel  Berrinqton  adlı  bir  keĢiĢin  oğluydu.  Ailənin  ən  kiçiyi,  onuncu 

uĢağı  olmuĢdu  və  on  iki  yaĢında,  hələ  öz  adını  belə  yazmağı  bilmədiyi    (ya  da  atasının 

düĢündüyü kimi, onu  öyrənmək həvəsində olmadığı) çağlarında gəmiyə minib evdən qaçmıĢdı. 

O, Kaliforniyada Horn burnu ətrafında üzmüĢ, orda katolikliyi qəbul etmiĢdi; dörd il monastırda 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə