Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə71/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   67   68   69   70   71   72   73   74   ...   192

 

14



İndi bu dəqiqə biləcəm  və yaddaĢ iĢə düĢdü, tanıdı  bilirəm bilirəm nəinki bilirəm hətta  eşidirəm 

eşidirəm  başımı  aşağı  əyib  yeknəsəq  nəsihətcil  səsi  dinləyirəm  elə  bil  bu  səs  heç  vaxt  bitmək 

bilməyəcək elə hey bu cür donquldanacaq və gözümün ucuyla baxıb tərs inadkar yumru başı küt 

enli saqqalı görürəm onlar da aşağı əyilib mənsə düşünürəm ki Axı bu adam  bunları yeməkdən 

özünü  necə  saxlaya  bilir  və  ağzımın  iyini  duyuram  dilim  intizarın  isti  duzuyla  ağlayır  gözüm 

boşqabdan  qalxan  isti  buğun  dadına  baxır  “Noxuddu  –  o,  ucadan  dedi.  –  Aman  Allah, 

melassayla 

 biĢirilmiĢ çöl noxududu”.  

Deyəsən, keçmiĢə təkcə düĢüncəsi qayıtmamıĢdı, yoxsa səsi daha əvvəl eĢidərdi; çünki onu 

çıxaran  kəs  də,  bayaq  o  özü  pəncərənin  qabağında  heç  nədən  ehtiyatlanmadığı  kimi,  səs 

salmamağa, gizlincə yaxınlaĢmağa çalıĢmamıĢdı. O, bəlkə də, bu səsi eĢitmiĢdi. Ancaq 

sürütmə 

geyinmiĢ  ayaqların  yumĢaq  addım  səsləri  ev  tərəfdən  yavaĢ-yavaĢ  mətbəxə  yaxınlaĢanda  onun 

heç tükü də tərpənmədi; sonra qəfil geri çevriləndə bir andaca bərələn gözlərilə   iç qapıdan ona 

tərəf  yaxınlaĢan  zəif  iĢığı  gördü.  Açıq  mətbəx  pəncərəsi  lap  yaxındaydı,  bir-iki  addıma  dərhal 

bayıra sıçraya bilərdi, amma yerindən tərpənmədi. Heç əlindəki boĢqabı da yerə qoymadı. Hətta 

çeynəməyinə  də  ara  vermədi.  Qadın  qapıdan  içəri  girəndə  əlində  boĢqab  otağın  tən  ortasında 

dayanıb, ağzındakı  yeməyi çeynəyirdi. Qadının  əynində solğun xələt vardı,  əlindəki  Ģamı  xeyli 

hündürdə tutduğu üçün  iĢıq düz onun sakit, ciddi, heç bir təlaĢ keçirməyən sifətinə düĢürdü. Zəif 

Ģam  iĢığında  ona  otuz  –  otuz  bir  yaĢ  ancaq  vermək  olardı.  Qapının  ağzında  dayanmıĢdı.  Bir 

dəqiqədən  də  çox  beləcə,  demək  olar  ki,  eyni  pozada  dayanıb  –  birinin    əlində  boĢqab,  o 

birininkində isə  Ģam – bir-birinə baxdılar. Co çeynəməyinə ara verdi. 

– Əgər sizə, sadəcə,  yemək  lazımdısa, onu burda tapa bilərsiniz,  – qadın çox quru, sakit, 

asta səslə dedi.                                            

 

11 



 

Gecə  yatmaq  üçün  soyunmuĢ  qadının  yarıçılpaq  bədəninə  yuxarıdan  düĢən  zəif,  yumĢaq 

Ģam iĢığında baxanda ona otuz – otuz bir yaĢ ancaq vermək olardı. Onu gündüz iĢığında görəndə 

isə Co anladı ki, otuz beĢi çoxdan haqlayıb. Sonralar qadın özü dedi ki, qırx yaĢı var. “Elə dedi 

ki, onu qırx bir kimi də, qırx doqquz kimi də anlamaq olar”, – Co fikirləĢdi. Ancaq bu, elə ilk 

gecədə  baĢ  vermədi;  o qadın  neçə  yaĢı olduğunu  ona deyənəcən  neçə-neçə  bu cür gecələr ötüb 

keçdi. 

Qadın,   ümumiyyətlə,   ona az  Ģey danıĢırdı.    Hətta Co onun qarımıĢ qız  yatağının daimi 



müsafirinə çevrildikdən sonra belə, onlar çox az, təsadüfdən-təsadüfə danıĢırdılar. Bəzən ona elə 

gəlirdi  ki,  onlar,    ümumiyyətlə,    danıĢmırlar  və  o,    bu  qadını  qətiyyən  tanımır.  Sanki,    o,  iki 

qadınla  üzləĢmiĢdi:  biri  gündüzlər  hərdənbir  gördüyü,  bir-iki  kəlmə  kəssə  də,  düz-əməlli 



 

14



danıĢmadığı,  o  biri  isə  birlikdə  yatdığı,  amma  gözü  ilə  görmədiyi,    bir  kəlmə  belə  kəsmədiyi 

qadın idi. 

Hətta bir il keçəndən sonra da (artıq yonqar sexində iĢləyirdi), o bu qadını gündüzlər yalnız 

Ģənbə  günləri  iĢdən  sonra  və  bazar  günləri,  ya  da  qadının  onun  üçün  hazırlayıb,  mətbəx 

masasının üstündə saxladığı yeməyin dalınca evə gəlməyə imkan tapdığı vaxtlar görürdü. Bəzən 

qadın  özü  də  mətbəxə  düĢərdi,  amma  heç  vaxt  o  yeyib  qurtaranacan  orda  qalıb  gözləməzdi; 

bəzən isə xüsusən də daxmada yaĢadığı vaxtlar, ilk dörd-beĢ ay ərzində qadın onu arxa tərəfdəki 

artırmada qarĢılayardı; onlar orada dayanıb, demək olar ki, bir-birlərini tanımayan adamlar kimi 

söhbət edərdilər. HəmiĢə də ayaq üstə olardılar: qadın özünün, görünür, çoxsaylı, tərtəmiz, çit ev 

donlarından birində, bəzən də baĢına bağladığı kənd yaylığında, o isə artıq tər-təmiz ağ köynəkdə 

və  hər  həftə  ütülənən diaqonal  Ģalvarda olardı. Heç vaxt danıĢmaq, söhbət eləmək üçün  bir  yer 

tapıb  əyləĢməzdilər.  Co  onu  oturulu  halda  yalnız  bircə  dəfə  görmüĢdü,  o  da  bir  dəfə  birinci 

mərtəbədəki  pəncərədən  içəri  boylanarkən  qadının  orda  əyləĢib  nəsə  yazdığını  görərkən 

olmuĢdu.  Bu  qadının  poçtla  çoxlu  məktub  alıb  göndərdiyini,  hər  səhər  vaxtının  bir  qismini 

birinci  mərtəbədəki,  demək  olar  ki,  yaĢanmayan,  mebeldən  kasad  otaqlardan  birində  üstü 

sürtülüb  solmuĢ,  cızıq-cızıq  olmuĢ  yazı  masasının  arxasında  tələm-tələsik  nəsə  yazmaqla 

keçirdiyini  heç  bir  maraq  göstərmədən  öyrənib  biləndən  düz  bir  il  sonra  isə  onun  əlliyə  qədər 

ünvandan  Ģəxsi  və  iĢgüzar  sənədlər  aldığından,  direktorlara,  qəyyumlara,  müəllimlərə  iĢgüzar, 

maliyyə  yönümlü,  dini  məsləhətlər,  tələbə  qızlara,  hətta  Cənubdakı  onlarla  zənci  kollecinin 

məzun  qızlarına  Ģəxsi  və  praktik  məsləhətlər  göndərdiyindən  xəbər  tutmuĢdu.  Qadın  bəzən  üç-

dörd  günlüyünə  evdən  yoxa  çıxır,  harasa  qeyb  olurdu;  ürəyi  istədiyi  vaxt  gecə  onunla  görüĢə 

bilsə  də,  yoxa  çıxdığı  zamanlar  onun  məktəbləri  ziyarət  etdiyini,  müəllimlərlə,  Ģagirdlərlə 

görüĢdüyünü  yalnız  bir  ildən  sonra  aydınlaĢdıra  bilmiĢdi.  Memfisdə  qadının  bütün  iĢlərilə  bir 

zənci vəkil məĢğul olurdu; o, bu Ģəhərdəki məktəblərdən birinin qəyyumlar Ģurasının üzvüydü və 

qadının vəsiyyətnaməsindən əlavə onun ölümündən sonra cənazəsinin harda, necə dəfn olunması 

barədə öz əliylə yazdığı təlimatı da buradakı seyfdə saxlayırdı. Bunu biləndən sonra Ģəhərin ona 

münasibətini  anladı,  hərçənd  onu  da  yaxĢı  baĢa  düĢürdü  ki,  Ģəhər  bu  qadın  haqqında  onun 

özündən də az Ģey bilir. Öz-özünə dedi: “Deməli, burda mənə dəyib-toxunan olmaz”. 

Bir dəfə ağlına gətirdi ki, qadın bircə dəfə də olsun onu evə dəvət etməyib. O, bircə dəfə də 

olsun mətbəxdən o yana keçməyib; mətbəxə isə artıq özündən razı halda, diĢlərini ağarda-ağarda 

girir, girərkən də düĢünürdü: “O artıq məni buraya buraxmaya bilməz. Özü də bunu yaxĢı bilir”.  

Elə mətbəxə də gündüzlər yalnız qadının onun üçün hazırlayıb masanın üstünə qoyduğu yeməyə 

görə  gedirdi.  Gecələr  evə  girəndə  isə  hər  dəfə  birinci  gecəki  hala  düĢürdü:  hətta  qadın  onu 

gözləsə belə, yataq otağına qalxarkən özünü oğru, qarətçi kimi hiss edirdi. Hətta bir il keçəndən 

sonra  da  o  bu  qadının  yanına  elə  girirdi  ki,  elə  bil,  hər  dəfə  onu  yenidən  qızlıqdan  məhrum 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə