Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə67/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   63   64   65   66   67   68   69   70   ...   192

 

13



Sonra  isə  üç  saat  bundan  əvvəl  məktəbdə  –  görmədiyi,  hiss  etmədiyi,  heyrətdən  donub 

qalmıĢ adamların arasında olduğu kimi külək yenidən onun üstünə hücum çəkdi. Ofisiant qız onu 

altdan geri  itələyib,  yerindən sıçrayarkən zərbədən dikəldi;  sanki,  yarıyuxuluymuĢ kimi  sakitcə 

dayanıb,  qızın  əzik-üzük,  dağılmıĢ  pulları  yerdən  yığıb  onun  üzünə  necə  çırpdığına  sakitcə 

tamaĢa  elədi;  sakitcə  qızın  qəzəbdən  əyilmiĢ  sifətinə,  çığıran  ağzına,  çığıran  gözlərinə  baxdı. 

Onların  arasında  bircə  özüözünə  sakit,  təmkinli  göründü;  elə  təkcə  səsi  o  qədər  sakit  idi  ki, 

qulağına deyil, beyninə iĢləyirdi: “Deməli, sən istəmirsən? – o dedi. – Deməli, sən istəmirsən?” 

Sanki,  məktəbdə  baĢ  verənlər  təkrar  olundu:  qızı  tutub  saxlamıĢdılar,  o  isə  çığıra-çığıra 

dartınıb onların əlindən çıxmağa çalıĢırdı, saçları pırtlaĢmıĢ baĢı dartınıb silkələnirdi, sifəti, hətta 

ağzı isə əksinə, ölü adamınkı kimi tərpənməz idi.  

– Əclaf! Qancıq balası! Gör mənim baĢıma nə oyun açdın, mən ki səninlə həmiĢə ağ adam 

kimi davranmıĢdım! Ağ adam kimi! 

Ancaq  bütün  bunlar,  çox  güman  ki,  hələ  də  onun  üçün  adi  bir  hay-küy  idi;  bir  az  uzun 

çəkən külək vıyıltısı kimi heç cür Ģüuruna iĢləmirdi. Sakitcə dayanıb qıza, onun indiyə kimi bu 

halda  görmədiyi  sifətinə  baxır,  ağrılı  bir  çaĢqınlıq  içərisində  sakitcə  danıĢırdı  (ucadanmı, 

ürəyindəmi  –  bunu  özü  də  bilmirdi)    Mən  ki,  ona  görə  öldürdüm.  Hətta  pulu  da  ona  görə 



oğurladım  sanki,  bunu elə indicə eĢitdi, indicə xəbər tutdu, elə bil, indicə ona dedilər ki, belə bir 

iĢ tutub. 

Sonra uzun çəkən Ģiddətli külək o qızı da üçüncü bir kağız parçası kimi onun  həyatından 

sovurub apardı. Qırıq kətil hələ də əlindəymiĢ kimi,  ətrafa  əl-qol atmağa baĢladı. SarıĢın qadın 

artıq  çoxdan  otaqdaydı.  Onu  burda  ilk  dəfə  gördü,  amma  gördüyünə  təəccüblənmədi  –  qadın 

göyə  qalxan  ağ  polis  əlcəyi  qədər  ehtiram  doğuracaq  almaz  təmkinliyi,  heç  tükü  belə 

tərpənməyən  heykəl  duruĢu  ilə,  elə  bil,  birdən-birə  yerin  altından  peyda  olmuĢdu.    Ġndi  mavi 

kimono qara  yol paltarının üstündən geyilmiĢdi.  O, sakitcə  dedi:  “Götürün onu. Vaxtdır, gəlin 

gedək. Tezliklə polislər bura tökülüĢəcək. Onlar onu harda axtaracaqlarını yaxĢı bilirlər”.     

Bəlkə  də,  onun  nə  dediyini  tam  eĢitmədi,  heç  ofisiant  qızın  bağırtısını  da:  “O  özü  mənə 

deyib  ki,  zəncidi!  Ġt  balası!  Bu  zənci  küçüyünü  havayıca  yaxınına  burax,  sonra  da  keç  kəndçi 

polislərin caynağına! Özü də kəndçi rəqs meydançasında”. Hələ də kətili əlində sıxıbmıĢ kimi əl-

qol  ata-ata o  iki  kiĢinin  üstünə  atılanda,  bəlkə  də,  uzun  çəkən  külək  vıyıltısından  baĢqa  heç  nə 

eĢitmirdi. Çox güman ki, heç onların onun üstünə yeridiklərindən də xəbəri yox idi. Çünki atalığı 

kimi, hansısa küt bir vəcd içərisində özünü birbaĢ yad adamın yumruğunun altına verdi. Bəlkə 

də,    nə  birinci,  nə  də  ikinci  zərbəni  hiss  etdi,  ancaq  sifətindən  tutan  bu  iki  yumruqdan  sonra 

arxası  üstə  tirtap  yerə  düĢüb,  bir  müddət  əvvəl  özünün  vurub  aĢırdığı  adam  –  atalığı  kimi 

yerindəcə  donub  qaldı.  ġüurunu  itirməmiĢdi,  çünki  gözləri  açıq  idi,  sakitcə  onlara  baxırdı. 

Gözlərində  nə  ağrı,  nə  təəccüb,  nə  də  baĢqa  bir  Ģey  hiss  olunurdu.  Amma,  deyəsən,  yerindən 



 

13



tərpənə  bilmirdi;  sadəcə,    yerdə  uzanıb  dərin  fikrə  dalmıĢ  adam  tək  sakitcə  iki  kiĢiyə,  bir  də 

tökmə  heykəl kimi tərpənməz,  hamar, parıltılı  sarıĢın qadına  baxırdı. Bəlkə,   heç onların  səsini 

də eĢitmirdi, eĢitsə də  bu səslər indi onun üçün bayırdakı cücülərin pəncərədən gələn yeknəsəq, 

quru vızıltısı kimi heç bir əhəmiyyət kəsb etmirdi: 



Bir işə bax – ömrüm boyu arzusunda olduğum bir yer gör necə murdarlandı  

O gərək bu cür murdar adamlarla oturub durmayaydı 

Necə özünü saxlasın? Özü anadan onlar kimi doğulub 

Doğrudanmı o zəncidi? Nəsə heç oxşamır 

Gecə  Bobbiyə  özü  deyib  bunu.  Ancaq  elə  bilirəm  ki,  qız  da  bu  barədə  heç  onun  özündən 

çox bilmir. Bu cür kənd bicəngənələrindən nə desən gözləmək olar 

Biz  bunu  öyrənərik.  İndi  baxıb  görərik,  onun  qanı  qara  qanıdı,  yoxsa  ağ      Co  sakit, 

dinməzcə  uzanıb,  matdım-matdım  yad  adamın  necə  aĢağı  əyildiyinə,  onun  baĢını  qaldırıb  yenə 

də sifətinə, bu dəfə daha yaxından, daha möhkəm zərbəylə vurduğuna baxdı. Bir qədər sonra isə 

mətbəxdə  qaĢıq  yalayan  körpə  uĢaq kimi dodaqlarını  yaladı.  Yad adamın  əlini  bir daha  havaya 

necə qaldırdığını gördü. Amma o elə orda – havada qaldı. 

Bəsdir. Memfisə getmək lazımdı 

Qoy  birini  də  ilişdirim    Co  sakitcə  uzanıb  o  ələ  baxırdı.  Bu  vaxt  Maks  da  yad  adamın 

yanında göründü, o da aĢağı əyilmiĢdi. Dəqiq bilmək üçün bir az da axıtmaq lazımdı 



Düz deyirsən. Qoy kefini pozmasın. Bu da onun üçün havayı olacaq 

Əl  onu  vurmadı.  SarıĢın  qadın  onların  yanında  göründü.  Yad  adamın  biləyindən  yapıĢıb 

onu saxladı. Dedim ki, bəsdir                                                      

 

10 



 

Bilgi, heç nəyə acımadan, minlərlə amansız, kimsəsiz küçələri yaxĢı xatırlayır. Bu küçələr 

o  gecədən  –  döĢəmədə  uzanıb  son  addım  səsinin  necə  kəsildiyini,  sonuncu  qapının  necə 

örtüldüyünü (onlar heç iĢığı da söndürmədilər) eĢitdiyi, özünün isə hələ də sakitcə, arxası üstə, 

gözləri  açıq  halda  uzanıb  qaldığı,  baĢı  üzərində  asılmıĢ  eyni  ahəngdə,  eyni  Ģiddətlə  yanan 

darboğaz ĢüĢənin gözünü acıtdığı, sanki,  evdə hamının ölmüĢ olduğu o gecədən baĢlayırdı. Nə 

qədər belə, uzanılı qaldığını  bilmirdi. Tamamilə  heç  nə  fikirləĢmir, heç  bir acı çəkmirdi. Bəlkə 

də, hardasa, içində  iradəsi ilə hissiyyatı arasındakı naqilin qırıldığını, onun yenidən hərəkət edə 

bilməsi  üçün  bu  iki  qırıq,  yanıb  ütülmüĢ,  bir-birindən  aralanmıĢ  ucun  bir-birinə  yapıĢmağa, 

birləĢməyə can atdığını hiss edirdi. Yola çıxmaq üçün son hazırlıqlarını bitirərkən onlar, bir evi 

həmiĢəlik tərk edən adamların atıb getmək istədikləri əĢyaları ayaqları altında tapdaladıqları kimi 

hərdənbir  onu  da  tapdalayıb  üstündən  keçirdilər.    Ey  bobbi  ey  balaca  darağın  burda  qalıb  sən 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə