Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə63/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   59   60   61   62   63   64   65   66   ...   192

 

12



belə  yox  idi,  sanki,  hər  ikisi  öz  qüdrətlərinə  və  bəsirətlərinə  soyuq,  yenilməz,  sarsılmaz  bir 

əminlik içərisindəydi, sanki, onlara nə sürət, nə də ünvan bilgisi lazım idi. 

Elə o sürətlə də birbaĢ, bütün gecənin və az qala, bütün əyalətin içindən axtarıb tapdığı yerə 

tərəf çapdı; hərçənd o yer çox uzaqda deyildi. Heç dörd mil getməmiĢ irəlidə musiqi səsi eĢitdi, 

sonra  yolun  qırağında  birotaqlı  məktəb  binasının  iĢıqlı  pəncərələrini  gördü.  Məktəb  binasının 

harda olduğunu əvvəldən də bilirdi, amma axĢamlar orda rəqs təĢkil olunduğundan xəbəri yoxdu, 

bu  ona  heç  lazım    da  deyildi.  Hər  halda,  atını  birbaĢ  o  binaya  tərəf  çapdı,    boĢ  maĢınların, 

arabaların,  yəhərli  at  və  qatırların  kölgələrinin  dövrələdiyi  ağaclığa  girib,  at  hələ  dayanmağa 

macal  tapmamıĢ  onun  belindən  yerə  sıçradı.  Heç  onu  bağlamadı  da.  Yerə  sıçradı  və  ayağında 

toxunma sürütmələr, aĢırmasının qayıĢları aĢağı sallana-sallana, yumru baĢını, qısa, küt, qəzəbli 

saqqalını irəli uzatmıĢ halda açıq qapıya, açıq pəncərələrə – musiqi səsi gələn və ağ neft iĢığında 

kölgələrin müəyyən bir 

təqt

 altında sayrıĢdığı yerə tərəf qaçdı.  



Ġçəri girərkən, bəlkə də, düĢünürdü ki, (əgər həmin anda, ümumiyyətlə, düĢünürdüsə) indi 

onun  hərəkətlərini  cəngavərlik  mələyi  cənabı  Mikayılın  Özü  yönləndirir.  Deyəsən,  görmə 

qabiliyyəti  də  içəridəki  qəfil  iĢıqdan,  qarmaqarıĢıqlıqdan  zərrə  qədər  korĢalmadı,  çünki  baĢları 

ona  tərəf  çevrilən  bədənləri  oyan-buyana  itələyə-itələyə,  arxasında  heyrət  dalğası,  ürkək,  zəif 

qıĢqırıq  səsləri  buraxaraq onların arasından zorla keçib, öz arzusu  ilə oğulluğa götürdüyü, özü 

bildiyi  kimi  düzgün  tərbiyə  etməyə  çalıĢdığı  oğlana  tərəf  cumdu.  Co  ofisiant  qızla  rəqs  edirdi, 

onu hələ görmürdü. Qız  əvvəllər onu yalnız bir dəfə görsə də, yəqin ki, yadında saxlamıĢdı, indi 

ona  bircə  dəfə  baxmağı  kifayət  edərdi.  Çünki  dərhal  yerində  donub  qaldı,  sifətinə  dəhĢətli  bir 

ifadə  çökdü,  Co  bunu  görən  kimi  geri  çevrildi.  Makiçern  artıq  onlara  çatmıĢdı.  O  da  bu  qızı 

əvvəllər yalnız bircə dəfə görmüĢdü, amma yəqin ki, kiĢilərin əxlaqsız söhbətlərinə qulaq asmaq 

istəmədiyi  kimi,  ona  da  baxmaq  istəməmiĢdi.  Ġndi  isə  Conu  hələlik  sonraya  saxlayıb,  əvvəlcə 

birbaĢ  qızın  üstünə  yeridi.  “Çəkil  kənara,  Cezavel!”  –  dedi.  Onun  səsi  heyrətə  bürünmüĢ 

susqunluq,  ağ  neft  lampasının  iĢığı  altında  dəhĢətdən  donmuĢ  sifətlər,  qəfil  kəsilən  musiqidən 

sonra  yaranan sükut, təzə-tər yay  fəslinin dinc, aylı gecəsi  içərisində  ildırım kimi  çaxdı.  “Çəkil 

kənara, fahiĢə qadın!” 

Yəqin ki, nə qədər sürətlə hərəkət etdiyinin, nə qədər sürətlə danıĢdığının fərqində deyildi. 

Yəqin, ona elə gəlirdi ki, hər cür tələskənlikdən, qəzəbdən uzaqdır, nəhəng, ədalətli bir qaya kimi 

yerində  sakitcə  dayanıb,  zəif,  gücsüz  bəĢəriyyətin  bura  yığıĢmıĢ  tör-töküntüləri  isə  Taxt-tacın 

qəzəblənmiĢ cəzalandırıcı elçisi önündə qorxudan lərzəyə gələrək dərin bir ah içərisində boğula-

boğula  qalıb.  Körpə  yaĢından  evində  saxladığı,  yedirib-içdiyi,  geyindirdiyi  oğlanın  sifətinə 

yumruq atan əl də, yəqin ki, onun əli deyildi; sifət cəld yana qaçıb zərbədən yayındıqdan sonra 

təkrar  yerinə  qayıdanda  artıq  o  da,  yəqin  ki,  həmin  uĢağın  sifəti  deyildi.  Lakin  bu  onu 

təəccübləndirmədi; zira indi onu uĢağın deyil, ġeytanın sifəti maraqlandırırdı, çünki onu da yaxĢı 



 

13



tanıyırdı. Buna görə də gözünü o sifətə zilləyib, ona zərbə endirmək üçün əlini havaya qaldıraraq 

əzmlə üstünə yeridi və artıq Ģəhid olmağa hazır fədai kimi baĢını Conun var gücüylə ona tərəf 

çırpdığı  kətilin  altına  verərək  olumsuzluğa  qovuĢdu.  Bəlkə  də,  bu  qovuĢma  onu  bir  qədər 

təəccübləndirdi, amma bu təəccübü çox da güclü olmadı və heç də uzun sürmədi. 

 

Sonra  hamı  heyrət  içərisində,  çığıra-çığıra  Conun  yanından  kənara  çəkildi;  o,  zərbədən 



qırılmıĢ kətil  əlində, otağın ortasında tək-tənha dayanıb  atalığına  baxırdı. Makiçern arxası üstə 

yerə  sərilmiĢdi.  Ġndi  tamam  sakit  görünürdü.  Elə  bil,  yuxuya  getmiĢdi:  yumru  baĢı  bu  rahatlıq 

anında belə məğrurluğunu itirməmiĢdi, hətta alnındakı qan da sakitcə, dinclik içərisində axırdı. 

Co  ağır-ağır  nəfəs  alırdı.  Bunu  özü  də  eĢidirdi,  sonra  baĢqa,  sanki,  uzaqdan  gələn  zərif, 

cingiltili bir səs eĢitdi.  Diqqətlə qulaq verib bu səsi – qadın səsini tanıyanadək xeyli vaxt keçdi. 

Sonra səs gələn tərəfə baxdı: iki kiĢi onu tutub zorla saxlamıĢdı, qız isə dartınır, çırpınıb onların 

əlindən çıxmağa çalıĢırdı; saçları  dağılmıĢ, alnının üstünə tökülmüĢdü, qəzəbdən əyilib normal 

cizgiləri  öz  formasını  itirən,  ağappaq  ağarmıĢ  sifət  ona  çəkilən  boyaya  bulaĢaraq  iyrənc  hala 

düĢmüĢdü,  cırıq  ağız  yırtığı  isə  ətrafa  od  püskürürdü.  “Mənə  fahiĢə  dedi!”  –    deyə  çığırıb 

kiĢilərin  əlindən  qopdu.  “Qoca  kaftar!  Buraxın  məni!  Buraxın  məni!”  Səs  söz  deməkdən  vaz 

keçdi, yenidən çığırtıya çevrildi; dartınır, çırpınır, onu   tutub saxlamağa çalıĢan kiĢilərin əllərini 

gəmirmək istəyirdi. 

Co əlində qırıq kətil, ona tərəf getdi. Ġçəridəkilər – cürbəcür əlvan rəngli libaslar, poçt  ilə 

gətirilmiĢ corablar, ayaqqabılar geyinmiĢ qızlar;  əyinlərinə elə onlar kimi poçt  ilə gətirilmiĢ enli 

kostyumlar  geyinmiĢ,  əlləri  yapalaq  kimi  kor-kobud,  nəhayətsiz  Ģırımlar  və  tənbəl  qatırlarla 

iĢləyən kəndçi nəslindən olduqları gözlərindən oxunan kiĢilər, cavan oğlanlar dəstə-dəstə divara 

sığınıb ona baxırdılar. Co əlindəki kətili yellədə-yellədə qaçmağa baĢladı. “Buraxın onu”, – dedi. 

Qız  dərhal  dartınmağına  ara  verdi,    çığıra-çığıra  bütün  qəzəbini  ona  yönəltdi,  sanki,  onu    indi 

gördü, burda olduğunu indi dərk etdi.  

“Sən! Sən məni bura gətirdin! Kəndçi oğraĢ, görüm səni lənətə gələsən! OğraĢ köpəyoğlu! 

Qancığın  qarnından  çıxanlar...  Elə  sən  də,  o  da.  Gör  bir  kimi  mənim  üstümə  salıb,  ömründə 

üzünü belə görmədiyim...” Co, sanki, anlaqlı Ģəkildə kiminsə üzərinə hücum çəkməmiĢdi; yuxarı 

qaldırdığı kətilin altında sifəti tamamilə sakit görünürdü. Qızı tutub saxlamağa çalıĢan kiĢilər onu 

buraxdılar,  lakin  o,  bunu  hiss  etmirmiĢ  kimi,  hələ  də  dartınır,  kiminsə  əllərindən  qopmağa 

çalıĢırdı.  

“Çıx get burdan!” – Co qıĢqırdı. Əlindəki kətili oyan-buyana qovzayaraq yerində fırlandı, 

ancaq  sifəti  hələ  də  sakit  idi.  “Geri  çəkilin!”  –  dedi,  hərçənd  heç  kim  ona  tərəf  bir  addım  belə 

atmamıĢdı.  Hamı  səsini  udmuĢ,    döĢəməyə  sərilmiĢ  adam  kimi  yerində  donub  qalmıĢdı.  Co 

əlindəki  kətili  sağa-sola  qovzaya-qovzaya  dalı-dalı  qapıya  tərəf  çəkildi.  “Tərpənməyin! 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə