Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə59/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   55   56   57   58   59   60   61   62   ...   192

 

12



də,  qəfil  rastlaĢdığımıza  görə.  ġənbə  günü  küçədə.  Nə  isə,  hansı  gün  olduğunu  unutmuĢam. 

Yalnız siz çıxıb gedəndən sonra yadıma düĢdü. 

Onun da səsi qızınkı kimi sakit idi.  

– Bərk xəstəsiniz? Evdə dərman-zad yoxudu atasınız?   

–  Dərman  atam...  –  Onun  səsi  qırıldı.  Sonra  dedi:  –  Bir  iĢə  bax.  –  Birdən  dedi:  –  Artıq 

gecdi. Siz hələ dörd mil yol getməlisiniz.  

– Mən artıq o yolu gəlmiĢəm. Artıq burdayam. – Onun səsi sakit, yumĢaq, ümidsiz idi. – 

Məncə, bir azdan gec olacaq, – o dedi. Sonra nəsə dəyiĢdi. Qız bu dəyiĢikliyi ona baxmadan, səsi 

sərtləĢməmiĢdən qabaq hiss elədi: – Sizin nəyiniz xəstədir ki? 

 Qız dərhal cavab vermədi. Sonra baĢı aĢağı, yerindən tərpənmədən dedi:  

–  Sizin  heç  vaxt  qız  dostunuz  olmayıb.  And  içərəm  ki,  olmayıb.  –  O  cavab  vermədi.  – 

Olmayıb, eləmi? – O, cavab vermədi. Qız onun üstünə yeridi. Ġlk dəfə ona toxundu. Əlini əlinə  – 

iki  əli  ilə,  ehmalca.  Yuxarıdan  qıza  baxarkən,  o,  aĢağı  sallanmıĢ,  sanki,  boyun  üzərində 

anadangəlmə düz oturmayan baĢın siluetini gördü. Qız dili topuq vura-vura, kələ-kötür sözlərlə, 

özünə  məlum  olan  beĢ-üç  kəlməylə  hər  Ģeyi  ona  izah  etdi.  Ancaq  o,  bütün  bunları  çoxdan 

eĢitmiĢdi. Ġndi isə öldürülmüĢ qoyunun, bu xilaskar qurbanın yanından sürətlə ötüb geriyə – çay 

kənarında  oturduğu  günə  doğru  qaçırdı;  onda  o,  heç  nədən  inciməmiĢ,  heç  nəyə 

təəccüblənməmiĢdi, daha çox qəzəblənmiĢdi. Qızın tutduğu əl birdən sərt hərəkətlə geri dartınıb, 

ondan  azad  oldu.  Qız  bu  əlin  onu  vuracağını  güman  etmirdi;  əslində  o  əldən  baĢqa  Ģey 

gözləyirdi.  Amma  bunun  nəticəyə  dəxli  olmadı.  Oğlan  –  fiqur,  kölgə  –  qaranlıqda  əriyib  yox 

olanda, qıza elə gəldi ki, o qaçır. Gözdən tamam  itsə də onun addım  səslərini  hələ  bir  müddət 

eĢidə bildi. Qız ordan dərhal çıxıb getmədi. Oğlan onu tərk etdiyi anda olduğu kimi hərəkətsiz, 

baĢı aĢağı durub qaldı, elə bil,  hələ də ona dəymiĢ Ģilləni gözləyirdi. 

O qaçmırdı. Amma yeyin-yeyin, sürətlə gedirdi – burdan beĢ mil aralıdakı evə tərəf yox, 

əks istiqamətə üz tutmuĢdu; pəncərəsindən atılıb qaçdığı otağa necə qayıdıb girəcəyi haqda hələ 

də düĢünmürdü. Bir xeyli gedəndən sonra yoldan çıxdı, çəpərin üstündən tullanıb  əkin tarlasına 

düĢdü. Tarlada nəsə bitmiĢdi. Ondan sonra ağaclar, meĢə gəlirdi. MeĢəyə çatdı, özünü qalınqabıq 

ağac gövdələrinin arasına, budaqlarla örtülmüĢ, dərin sükutu və kəskin iyi adamın nəfəsini kəsən 

gözəgörünməz cəngəlliyə verdi. Sanki, qaranlıq mağaradaymıĢ kimi görünməzlik və bilinməzlik 

içərisində  birdən ona elə gəldi ki, ay iĢığında ağara-ağara getdikcə uzaqlaĢan bir dəstə yaraĢıqlı 

güldan görür. Onların  heç  biri qüsursuz deyildi.  Hamısının  çatı  vardı  və  bu  çatlardan  nəsə ölü 

rəngli, çirkli maye axırdı. Ağaca toxundu,  əllərilə onun gövdəsinə söykəndi, yenə də önündə ay 

iĢığına bürünmüĢ güldan cərgəsi gördü. Onu qusmaq tutdu. 



 

12



Növbəti bazar ertəsi axĢamınacan özünə kəndir tapdı. Yenə həmin tində durub gözləyirdi; 

yenə  xeyli  tez  gəlmiĢdi.  Sonra  qızı  gördü.  Qız  düz  onun  yanına  gəldi.  “Elə  bilirdim,  burda 

olmayassınız”, – dedi. 

– Doğrudan? – Qızın əlindən tutub onu yola apardı. 

–  Hara  gedirik?  –  qız  soruĢdu.  Heç  nə  demədi,  qızı  dartıb  arxasınca  apardı.  Onunla 

ayaqlaĢa  bilmək  üçün  qız,  az  qala,  yüyürmək  məcburiyyətində  qaldı.  Heyvan  kimi,  amma 

naĢıcasına  yorğaladı;  onu  baĢqa  heyvanlardan  fərqləndirən  əlamətləri  –  ayaqqabıları,  paltarı, 

bəstəboyluğu  buna    əngəl  törədirdi.  Qızı  yoldan  kənara,  bir  həftə  əvvəl  üstündən  tullandığı 

çəpərə  sarı  dartıb  apardı.  –  Dayan...  –  qız  dedi.  Sözlər  kəsik-kəsik  çıxırdı.  –  Çəpər...  Mən 

burdan...  necə...  –  Qız  aĢağı  əyilib,  onun  üstündən  atlandığı  tikanlı  çəpər  məftilinin  altından 

keçmək  istəyəndə  donu  iliĢdi.  O  da  aĢağı  əyildi,  donun  iliĢən  yerindən  var  gücüylə  dartıb  onu 

cırıltıyla qopardı. 

–  Təzəsini  alaram,  –  dedi.  Qız  heç  nə  demədi.  Onu  hansısa  bitkilərin,  Ģırımların  arasıyla 

ağaclığa, meĢəyə tərəf dartıĢdıran, aparan gücə təslim oldu. 

 

Səliqəyə  dolayıb  bir  həlqəyə  yığdığı  kəndiri  çardaqda  –  öz  otağında,  missis  Makiçernin 



xırda pulları gizlətdiyi  yerdə, sınıq-salxaq taxta  lövhənin arxasında  saxlayırdı;  yalnız onu daha 

dərində  –  missis  Makiçernin  əlinin  çatmayacağı  qədər  dərində  gizlətmiĢdi.  Bu  fikri  də  elə  o 

qadından  əxz  eləmiĢdi.  Bəzən,  qocalar  aĢağıda  öz  otaqlarında  yuxuda  xoruldayarkən  kəndiri  

sakitcə  ordan çıxaranda o bu ziddiyyət barədə  düĢünürdü. Bəzən  hətta bu sirrini qadına açmaq, 

bu  günah  alətini  ondan  öyrəndiyi,  ondan  mənimsədiyi  üsulla,  onun  saxlanc  yerində  necə 

gizlətdiyini ona demək istəyirdi. Ancaq onu da bilirdi ki, açıb desə, qadının istədiyi yeganə Ģey 

yenə ona kömək etmək olacaq; istəyəcək ki, o bu günahı iĢləməkdə davam eləsin; çünki yalnız o 

halda bu günahın gizli qalmasında ona kömək edə, onun iĢinə yaraya bilərdi; bilirdi ki, qadın bu 

barədə onunla o qədər pıçıldaĢacaq, o qədər göz-qaĢ edəcək ki, əvvəl-axır Makiçern istər-istəməz  

bu iĢdən duyuq düĢəcək. 

Beləcə, oğurluğa, qadının saxlancından xəlvətcə pul götürməyə baĢladı. Çox güman ki, onu 

bu iĢə o qız təhrik etməmiĢdi, çünki qız onunla pul barədə danıĢmamıĢdı.  Çox güman ki, o heç 

kef üçün pul ödədiyini də baĢa düĢmürdü. Sadəcə, uzun illər boyu missis Makiçernin öz pulunu 

bəlli bir yerdə gizlətdiyini  gözləriylə görmüĢdü. Sonra özü də nəyisə gizlətməli olmuĢdu; çünki 

gizlətmək məcburiyyətində  idi. Onu bildiyi  ən təhlükəsiz yerdə gizlətmiĢdi. Və hər dəfə kəndiri  

ordan çıxaranda və ya qaytarıb yenə orda təkrar gizlədəndə gözü istər-istəməz miss Makiçernin 

dəmir pul qutusuna sataĢmıĢdı. 

Birinci dəfə əlli sent götürdü. Bir qədər tərəddüd etdi, bilmədi  əllimi,  yoxsa  iyirmi  beĢmi 

götürsün. Axırda  əlli sent götürdü, ona elə bu qədər lazım idi. Bu pula o, köhnə, üstünü milçək 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə