Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə55/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   51   52   53   54   55   56   57   58   ...   192

 

11



olmaz. Bu yer də onlardan biridir. Bəlkə də səni heç bura gətirməməliydim. Amma belə  yerləri 

də görməyin lazımdı – nədən çəkinməli, nədən uzaq durmalı olduğunu bilməyin üçün. Bir də ki 

özüm  yanındaydım,  hər  Ģeyi  sənə  izah  edə,  səni  ordan  qoruya  bilərdim.  Həm  də  burda  yemək 

çox ucuzdu”. 

– Axı ora nə olub? – Co soruĢdu. 

– Bu sənin  iĢin deyil, Ģəhərin öz  iĢidir. Sən  yalnız bir Ģeyi unutma:  bura  mənsiz gəlməyi 

sənə qadağan edirəm. Gələn dəfə tez də olsa, gec də olsa, evdən özümüzlə nahar gətirərik.  

O  gün  uzun  piĢtaxtanın  tən  ortasında,  hamıdan  (bir  tərəfdə  latunsaçlı  qadından,  digər 

tərəfdə  isə  piĢtaxtanın  o  biri  baĢındakı  kiĢilərdən  və  iri,  həddən  artıq  iri  əlləriylə  qab-qacağı 

onların önünə düzən, bir qədər küt, yerədikik  sifətli piĢtaxtanın arxasında uĢaq  boyundan azca 

hündür  görünən  ofisiant  qızdan)  xeyli  aralıda,  belini  bükməyən,  hirsini  səssiz  büruzə  verən  bir 

adamla birlikdə əyləĢib, ağzındakı yeməyi tələm-tələsik udarkən o, bunları görmüĢdü. Sonra ikisi 

də bir yerdə ordan çıxmıĢdılar. Haçansa bura bir də qayıdacağını ağlına belə gətirməmiĢdi. Ona 

görə  yox  ki,  Makiçern  bunu  ona  qadağan  eləmiĢdi.  Sadəcə,  inanmamıĢdı  ki,  həyat  onu  təkrar 

gətirib bura çıxara bilər. Sanki, öz-özünə demiĢdi: “Bu adamlar mənə yaddılar. Mən onları görə 

bilsəm  də,  nə  elədiklərini,  niyə  elədiklərini  baĢa  düĢmürəm.  Səslərini  eĢidirəm,  amma  nə 

danıĢırlar, nə üçün danıĢırlar, kimə danıĢırlar, anlaya bilmirəm. Anlayıram ki, burda yeməkdən, 

içməkdən baĢqa nəsə ayrı bir Ģey də var. Amma nədi – bilmirəm. Heç vaxt da bilməyəcəm”. 

Bütün bunlar bir müddət sonra yaddaĢın səthindən silinib getdi. Növbəti altı ay ərzində ara-

sıra Ģəhərə gəlsə də, o restoranı görmədi, heç yanından da keçmədi. Keçə bilərdi. Amma nədənsə 

bu  haqda  heç  düĢünmədi  də.  Bəlkə  də,  buna  ehtiyac  duymadı..  Tez-tez  ona  elə  gəlirdi  ki, 

düĢüncənin  özü  bəzən  birdən-birə  Ģəklə  çevrilir,  canlanır,  onun  gözü  önündən  getmək  istəmir: 

uzun, bomboĢ və hansısa, bəlkə də,  pis niyyətli piĢtaxta; bir tərəfdə heykəl kimi dayanıb, sanki, 

ona  keĢik  çəkən  soyuqsifət,  gursaçlı  bir  qadın,  o  biri  tərəfdə  baĢları  çiyinlərinə  qısılmıĢ, 

Ģlyapalarını yan qoyaraq tüstülənən, siqareti siqaretə caladıqca kötüyünü hara gəldi atan kiĢilər 

və  boyu  uĢaq  boyundan  çox  da  hündür  olmayan,  əlləri  qab-qacaqla  dolu,  mətbəxlə  piĢtaxta 

arasında  oyan-buyana  Ģütüyən,  hər  dəfə  də  əl  çatacaq  qədər  kiĢilərə  yaxın  gələn  ofisiant  qız; 

kiĢilər ona tərəf əyilir, siqaret tüstüsünün arasından nəsə deyir, pıçıldayır, sanki, onunla əylənir, 

yaxud  da  nəyisə  bayram  edirlər,  onunsa  yerədikik,  küt  sifəti  fikirlidi,  sanki,  heç  nəyi  eĢitmir.  

“Mən heç bilmirəm onlar ona nə deyirlər”, –  o fikirləĢdi, düĢündü Bilmirəm, bəlkə də onların 



ona  dedikləri  elə  şeydi  ki,  böyük  yaşlı  kişilər  onu  yanlarından  ötən  uşağa  deməməlidilər  və 

inandı    Mən  hələ  bilmirəm,  bir  anlıq  yuxu  qapadır  göz  qapağın,  salır  zülmət  zindana  onun 



həyalı,  dalğın,  faciəvi,  kədərli,  cavan  və  şux  sifətin;  gözləyir  bürünərək  gənc  istəyin  dumanlı, 

mübhəm, sirli-sehrli əlvan rəng boyasına. Artıq məhəbbəti qidalandıran nəsə var: indi bilirəm ki, 


 

11



üç  il  bundan  qabaq  o  zənci  qızdan  nə  üçün  imtina  etdim,  onu  nə  üçün  əzişdirdim;  o  da  bunu 

bilməlidi, bununla fəxr etməlidi, fəxr etməlidi və gözləməlidi 

Buna görə də o qızı bir də görəcəyini güman etmirdi, zira cavan adamın məhəbbəti arzusu 

kimi cüzi bir ümidlə özünü doyurur. Çox güman ki, öz hərəkətinə, bu hərəkətində üzə çıxanlara 

o, heç də Makiçerndən az təəccüblənməmiĢdi. Hadisə Ģənbə günü, artıq yazda baĢ vermiĢdi. On 

səkkiz  yaĢı təzəcə  tamam olmuĢdu. Makiçern  yenə  də  hüquqĢünası görməyə  gəlmiĢdi. Bu dəfə 

səfərə  əvvəlcədən  hazırlıq  görmüĢdü.  “Mən  bir  saat  burda  olacam,  –  o  dedi.  –    Gedib  gəzə, 

Ģəhərə  baxa  bilərsən”.  Ötən  dəfə  olduğu  kimi  indi  də  diqqətlə,  sınayıcı  nəzərlərlə,  sağlam 

düĢüncə naminə öz  ədalətliliyini  islah etmək  məcburiyyətində qalan  ədalətli adama  xas  yüngül 

bir  əsəbilik  içərisində Conu süzdü.  “Al,  –  dedi. Pul kisəsini açıb, ordan pul  çıxardı. On  sentlik 

idi.  –  ÇalıĢ,  bunu  qabağına  çıxan  ilk  adamaca  havayı  bağıĢlamayasan.  Qəribə  Ģeydir,  –  Coya 

baxa-baxa  əsəbi  dedi,  –  insan  pulu  hara  gəldi  səpməyi  öyrənməyənəcən,  onun  qədrini  bilməyi 

heç cür öyrənə bilmir. Bir saatdan sonra burda olarsan”. 

Pulu  alıb  birbaĢ  həmin  restorana  yollandı.  Onu  heç  cibinə  də  qoymadı.  Heç  bir  plan 

qurmadan,  demək  olar  ki,  qeyri-ixtiyarı  ora  yollandı;  sanki,  hərəkətlərini  baĢı  deyil,  ayaqları 

idarə  edirdi.    Xırda  on  sentliyi  isti  ovcunda  körpə  uĢaq  kimi  bərk-bərk  sıxmıĢdı.  Üstünə  tor 

çəkilmiĢ qapını açıb ürkək-ürkək içəri girdi. Girərkən ayağı astanaya iliĢib büdrədi. SarıĢın qadın 

(elə bil, o bu yarım ildə  bircə dəfə də olsun, yerindən tərpənməmiĢdi, gur, parlaq, dalğalı, latun 

rəngli  saç  düzümünə  bircə  dəfə  də  olsun,  əl  gəzdirməmiĢdi,  hətta  paltarını  belə  dəyiĢməmiĢdi) 

siqaret  vitrininin  arxasından  onu  izləyirdi.  ġlyapalarını  yan  qoymuĢ,  damaqlarında  siqaret, 

bərbərxana  iyi  verən  həmin  kiĢilər  piĢtaxtanın  o  biri  baĢında  oturub  ona  baxırdılar.  Restoranın 

sahibi də onların arasındaydı.  Onu birinci dəfəydi görürdü. O da o biri kiĢilər kimi baĢına Ģlyapa 

qoymuĢdu, siqaret çəkirdi. Çox hündür adam deyildi, Conun özündən azca hündür olardı, siqaret 

ağzının bir qırağından elə sallanırdı ki, elə bil, danıĢmağa mane olmamaq üçün onu qəsdən ora 

dürtmüĢdülər.  Sonacan  əl  vurulmadan,  özbaĢına  yanıb  qurtaran,  sonra  da  kötüyü  yerə 

tüpürülərək daban altında basılıb əzilən siqaretin burum-burum havaya qalxan tüstüsü arxasından 

qıyıq gözüylə ona  baxan, sifəti daĢ kimi  ifadəsiz olan  bu  adamdan Co öz vərdiĢlərindən  birini 

əxz edəcəkdi.  Amma indi yox.  Bu, sonralar baĢ verəcəkdi  – həyat o qədər sürətlə fırlanacaqdı 

ki, əxzetmə həm bilgini, həm də inancı əvəz edəcəkdi. Ġndi isə o yalnız o biri tərəfdən piĢtaxtanın 

üstünə əyilmiĢ önlüyü çirkli adama baxırdı; bu adam önlüyünü üstünə elə bağlamıĢdı ki, elə bil, 

yol  kəsən  quldur  sifətinə  saxta  saqqal    taxmıĢdı.  Əxzetmə  sonra  gəldi  –  sadəlövhlüyə  qarĢı 

təhqirin bütün cəmilə birlikdə; bu ikisi, sanki, ər-arvad kimidilər, onların iĢ yeri isə bu restoran 

kimi  bir  Ģeydi:    burda    müĢtərilər  baĢqa  yerlərdən  gətirilən,  tez-tez  dəyiĢdirilən  naĢı  ofisiant 

qızların  payladığı  ən  ucuz,  ən  adi  –  təki  restoranın  adını  doğrultsun  –  xörəkləri  yeməyə 

məcburdular; və o, qısamüddətli, gur kef günlərində burda gördüklərinin hamısını, xəlvəti örüĢdə 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə