Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə51/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   47   48   49   50   51   52   53   54   ...   192

 

10



Balaca,  alçaq  bir  kətildə,  baĢını  inəyin  böyrünə  əymiĢ  halda  otursa  da,  boyca  kiĢidən  geri 

qalmadığı aydın sezilirdi. Amma Makiçern bunu görmürdü.  Gördüyü bir Ģey vardısa, o da on iki 

il bundan qabaq, bir dekabr səhəri arabada yanında ürkək, donmuĢ və laqeyd halda itatəkarcasına 

oturmuĢ  olan  beĢ  yaĢlı  körpə  uĢaq  idi.  “Mən  sənin  düyəni  görmürəm”,  –  Makiçern  dedi.  Co 

cavab  vermədi.  O,  badyaya,  ĢırhaĢır  axan  süd  Ģırnağına  sarı  əyilmiĢdi.  Makiçern  arxa  tərəfdə 

oğlanın baĢı üzərində dayanıb, yuxarıdan-aĢağı ona baxırdı. 

– Deyirəm ki, sənin düyən ortalıqda görünmür. 

 



 Bilirəm,  –  Co  dedi.  –  Yəqin  çay  kənarındadı.  Bir  halda  ki,  o  mənimdi,  ona  özüm 

baxmalıyam. 

 

 Aha,  –  Makiçern  dedi.  Amma  səsini  qaldırmadı.  –  Əlli  dollarlıq  bir  düyə  gecənin  bu 



vaxtında çay kənarında qala bilməz. 

 



 Ġtsə, ziyan mənə dəyəcək, – Co dedi. – Axı o mənim düyəm idi. 

 



 Ġdi? – Makiçern təkrar soruĢdu. – Deyirsən ki, inək sənin idi

Co baĢını qaldırmadı. Süd Ģırnağı sakit bir Ģırıltıyla onun barmaqlarının arasından badyaya 

tökülürdü. Arxa tərəfində Makiçernin ordan aralandığını eĢitdi. Amma inəyi sağıb qurtaranacan 

dönüb  arxasına  baxmadı.  Yalnız  iĢini  qurtarandan  sonra  dönüb  arxa  tərəfə  baxdı.  Makiçern 

qapının ağzında taxta məhəccərin üstündə oturmuĢdu. 

– Sən əvvəlcə südü evə apar, – o dedi.  

Co yerindən qalxdı; badya əlində yellənirdi. Ġnadlı, amma sakit bir səslə dedi: 

– Sabah onu taparam. 

– Əvvəlcə südü evə apar, – Makiçern təkrar etdi. – Mən səni burda gözləyəcəm. 

Co  bir  saniyə  də  yerində  dayanıb  qaldı.  Sonra  geri  döndü.  Tövlədən  çıxıb  mətbəxə 

yollandı. Əlindəki badyanı masanın üstünə qoyanda missis Makiçern gəlib çıxdı. 

– ġam yeməyi hazırdı, – o dedi. – Mister Makiçern evdədir? 

Co qapıya sarı döndü. 

– Ġndi gələr, – dedi. Qadının ona baxdığını hiss etdi.  

Qadın narahatlıq içərisində, cəsarətsiz halda dedi: 

– Sən də onacan yuyunarsan. 

– Ġndi gəlirik. – O, tövləyə qayıtdı. Missis Makiçern qapıya çıxıb onun ardınca baxdı. Hava 

hələ  tamam  qaralmamıĢdı  və  o,  tövlənin  qapısı  ağzında  ərinin  profilini  gördü.  Amma  onu 

çağırmadı. Sadəcə, dayanıb iki kiĢinin qarĢı-qarĢıya dayandığına baxırdı. Onların nə danıĢdığını 

eĢidə bilməzdi. 

– Deməli, deyirsən ki, o, indi çay kənarında olar, eləmi? – Makiçern soruĢdu. 

 



 Mən dedim ki, orda ola bilər. Otlaqda nə çox yer... 

 



 Aha, – Makiçern dedi. Hər ikisi sakit danıĢırdı. – Səncə, o, indi harda ola bilər? 


 

10



 

 Bilmirəm. Mən ki, düyə deyiləm. Bilmirəm o, harda ola bilər. 



Makiçern getdi. 

–  Gedək,  baxaq,  –  dedi.  Co  da  onun  arxasınca  otlağa  çıxdı.  Çayacan  milin  dörddə  biri 

qədər yol vardı.  Sahil boyu sıralanmıĢ ağac topalarının qaranlığında arabir iĢıldaquĢlar parlayıb- 

sönürdü.  Ağacların  tuĢuna  çatdılar.  Onların  gövdələri  hətta  gündüzlər  belə  keçilməz  olan 

bataqlıq çəngəlliyində zorla nəfəs alırdı. – Hayla onu, – Makiçern dedi. Co dinmədi. Yerindən 

tərpənmədi. Üz-üzə dayanmıĢdılar. 

–  Düyə  ki    mənimdi,  –  axır  ki,  dedi,  –  siz  onu  körpəykən  mənə  vermiĢdiniz.  Onu  mən 

böyütmüĢəm, mənim mülkiyyətimə vermiĢdiniz. 

– Bəli, – Makiçern dedi. – VermiĢdim. Əmlaka, mülkiyyətə sahib olmaq məsuliyyətini sənə 

öyrətmək üçün vermiĢdim. Sahibkarın, Allahın rizası ilə sahib olduğu mal-mülk üçün məsuliyyət 

daĢıdığını, tədbirli olmağı, onu çoxaltmağı sənə öyrətmək üçün vermiĢdim. Hayla onu. 

Hələ də üz-üzə dayanmıĢdılar. Bəlkə də, bir-birinə baxırdılar. Sonra Co çevrilib, bataqlığın 

kənarı ilə irəli getdi, Makiçern də onun arxasınca yollandı. 

– Niyə onu haylamırsan? – o dedi. Co cavab vermədi. Sanki o, çaya, bataqlığa baxmırdı. 

Əksinə,  gözü  ev  tərəfdə,  tənha  iĢıq  gələn  tərəfdəydi,  hərdənbir  isə  dönüb,  gəldikləri  yolu 

ölçürmüĢ  kimi,  kiĢiyə  baxırdı.  Sürətlə  getmirdilər,  amma  tezliklə  otlağın  sərhədini  bildirən 

hasarın  önünə  gəlib  çıxdılar.  Artıq  tamam  qaranlıq  çökmüĢdü.  Hasara  çatanda  Co  geri  döndü. 

Ġndi onlar bir-birinə baxırdı. Yenə də üz-üzə dayanmıĢdılar. Sonra Makiçern dedi: 

– Düyəni neyləmisən? 

– SatmıĢam, – Co dedi. 

– Aha. Deməli, sən onu satmısan. Əvəzində nə almısan, bunu mənə deyə bilərsən? 

Artıq  bir-birilərinin  sifətini  seçə  bilmirdilər.  Onlar,  demək  olar  ki,  eyni  boylu  iki  kölgə 

kimiydilər,  sadəcə,  Makiçern  daha  enliydi.  Köynəyinin  yuxarısında  ağ  ləkə  kimi  görünən  baĢı 

VətəndaĢ müharibəsi abidələrindəki mərmər top mərmilərini xatırladırdı. 

–  O  düyə  mənim  öz  malım  idi,  –  Co  dedi.  –  Əgər  mənim  deyildisə,  onda  niyə  belə 

deyirdiniz? Onu mənə niyə vermiĢdiniz? 

– Tamamilə haqlısan. O sənin idi, sənin Ģəxsi malın idi. Hələ ki onu satmağına görə səni 

danlamamıĢam, əlbəttə, əgər yaxĢı qiymətə satmısansa. Hətta əgər səni aldadıblarsa – on səkkiz 

yaĢlı  oğlana  qarĢı,  çox  güman  ki,  elə  belə  də  ediblər  –  yenə  də  mən  səni  buna  görə  tənbeh 

etmərəm. Hərçənd, həyatı səndən daha yaxĢı bilən böyüklərlə bunu məsləhətləĢməliydin. Ancaq 

sən də çox Ģeyi  mənim kimi özün öyrənməlisən. Mən  indi  səndən  yalnız bunu soruĢuram:  pulu  

hara qoymusan?  – Co cavab vermədi. Onlar qarĢı-qarĢıya durmuĢdular.  – Bəlkə, onu saxlamaq 

üçün analığına vermisən? 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə