98
“Yox”, – oğlan dedi. – Səsi xeyli zəif idi, sifəti ağappaq ağarmıĢdı.
“Götür kitabı,” – Makiçern onu oğlanın əlinin içinə qoyub dedi. Missis Makiçern
pəncərədə göründü, o yenə evdən bayıra çıxmıĢdı. Ġndi o, uzun, bozarmıĢ don geyinmiĢ, baĢına
həsir Ģlyapa qoymuĢdu, əlində sidr ağacından badya var idi. Onlara sarı baxmadan pəncərənin
önündən keçdi və gözdən itdi. Bir qədər sonra bu ibadət günün səssizliyində quyu çarxının dinc
və qəribə, uzun cırıltısı eĢidildi. Sonra o, badyanın ağırlığından qaməti əyilmiĢ halda yenidən
gəlib pəncərənin önündən keçdi, tövləyə tərəf baxmadan evə girib gözdən itdi.
Düz bir saat sonra Makiçern gözünü saatdan çəkdi. “Öyrəndin?” – deyə soruĢdu. Oğlan
cavab vermədi, yerindən qımıldanmadı. Makiçern ona yaxınlaĢanda gördü ki, oğlan,
ümumiyyətlə, səhifəyə baxmır, onun gözləri tamam dayanıb və ağ vərəq kimi bomboĢdur. Kitabı
onun əlindən almaq istəyəndə baĢa düĢdü ki, oğlan kəndir və yaxud dirək kimi ondan bərk-bərk
yapıĢıb buraxmır. Kitabı zorla dartıb onun əlindən alanda o, tirtap yerə aĢdı və bir daha
tərpənmədi.
Ayılıb özünə gələndə gün batmaq üzrəydi. Çardaqda, maili damın altındakı otaqda öz
çarpayısında uzanmıĢdı. Ətrafda sakitlik hökm sürürdü, axĢam toranı içəri dolmaqdaydı. Ġndi
halı yaxĢıydı, yatağında uzanıb sakitcə gözlərini baĢı üzərindəki çəp tavana zilləmiĢdi, buna görə
də kiminsə yanında oturduğunu dərhal hiss eləmədi. Bu, Makiçern idi. Ġndi o da bayır
paltarındaydı – tarlaya geydiyi kombinezonda deyil, bozarmıĢ, tərtəmiz yaxalıqsız köynəkdə və
bozarmıĢ, tərtəmiz xaki rəngli Ģalvardaydı. “Yatmamısan ki”, – o dedi. Əlini uzadıb, adyalı onun
üstündən kənara çəkdi. “Dur”, – dedi.
Oğlan yerindən tərpənmədi. “Siz məni yenə döyəcəksiniz?”
“Dur, – Makiçern dedi. – Qalx”. Oğlan çarpayıdan düĢdü, ayaq üstə durdu – xaĢa kimi enli
çit alt paltarında lap arıq görünürdü. Makiçern də yör-yöndəmsiz, ağır-ağır yerindən tərpəndi, elə
bil, əzələləri əl-qolunu bağlamıĢdı, ən adi bir hərəkət üçün hədsiz güc sərf etməli olurdu; oğlan
uĢaq marağı ilə, amma təəccüblənib-eləmədən onun necə yavaĢ-yavaĢ, necə ağır-ağır dizi üstə
çökdüyünə tamaĢa edirdi. “Diz çök”, – Makiçern dedi. Oğlan çökdü; ikisi də – əllə kəsilib
qısaldılmıĢ alt paltarındakı oğlan da, Ģübhə və mərhəmətin nə olduğunu bilməyən qəddar kiĢi də
dar alaqaranlıq otaqda diz çökmüĢdülər. Makiçern dua etməyə baĢladı. O, yeknəsəq, usandırıcı,
yuxuladıcı bir səslə uzun-uzadı dua etdi. Allahdan dilədi ki, bu dəfə bazar günü kilsə ibadətinə
gedə bilməməyinin və Allaha əziz olan yetim bir uĢağa əl qaldırmağının günahını ona bağıĢlasın.
Sonra dilədi ki, uĢağın inadkar qəlbi yumĢalsın və böyük sözünü dinləmədiyinin günahını –
nifrət etdiyi, sözünü eĢitmədiyi adamın vəkaləti ilə – ona bağıĢlansın və Cənabı Haqdan onun
özü kimi comərd olmasını, mərhəmət və iltifat göstərməsini istədi.
Duasını oxuyub qurtardı, sonra zorla, ağır-ağır ayağa qalxdı. Oğlan dizi üstə qaldı.
Ümumiyyətlə, yerindən tərpənmədi. Ancaq gözləri açıq (sifətini bir dəfə də olsun nə gizlətmiĢ,
99
nə də aĢağı salmıĢdı), sifəti isə tamam sakit idi: sakit, dinc, tamamilə ifadəsiz. KiĢinin masada
nəyisə qurdaladığını eĢitdi, çıraq onun üstündəydi. Kibrit dənəsi cızz eləyib alıĢdı. Alov ĢüĢə
Ģarın altındakı plitə ilə bərabərləĢdi, kiĢinin çıraq ĢüĢəsini tutan əli, sanki, qana bulaĢmıĢdı.
Kölgələr ora-bura sayrıĢıb sonra sakitləĢdi. Makiçern masanın üstündən, çırağın yanından nəsə
götürdü – katexizis idi. Oğlana tərəf döndü: almacıqlar üzərində qranit qaya çıxıntısına bənzəyən
burun, eynək ĢüĢələrilə örtülmüĢ göz yuvacıqlarının kənarlarına qədər tük basmıĢ sifət.
“Götür kitabı”, – o dedi.
Bu hadisə bazar günü, səhər yeməyindən əvvəl baĢlamıĢdı. Eləcə bütün günü yemək
yeməmiĢdi; amma nə o, nə də Makiçern bir dəfə də olsun yemək haqqında düĢünməmiĢdilər.
Makiçern də heç nə yeməmiĢdi, hərçənd, stolun baĢına keçib qida və qidalanmağın zəruriliyi
barədə üzr duası oxumuĢdu. Naharı da oğlan əsəb sarsıntısından yatıb qaldığı üçün buraxmıĢdı.
ġam vaxtı isə nə o, nə də bu yemək barədə düĢünürdü. Oğlan hətta ona nə olduğunu, özünü nə
üçün bu cür zəif, süst hiss etdiyini də baĢa düĢmürdü.
Ġndi çarpayıda uzanarkən yalnız bunları hiss edirdi. Çıraq yanırdı; amma ona elə gəldi ki,
baĢını yana döndərsə, ikisinin də – özünün də, kiĢinin də çarpayının böyründə diz üstə
çökdüyünü, ya da, ən azı, iki cüt dizin xalı üzərində açdığı və içərisi maddi heç nəylə
doldurulmamıĢ çalacıqları görəcək. Elə bil, hava özü də hələ yuxulu adam donqultusuna bənzər o
yeknəsəq səslə doluydu – o, elə hey danıĢır, yalvarır, kimləsə, xalça üzərində hətta Ģəffaf iz belə
buraxa bilməyən birisilə höcətləĢirdi.
Beləcə, o, arxası üstə, əllərini sinəsində çarpazlayıb, qəbirüstü daĢ heykəl kimi yatağında
uzanmıĢdı, birdən yenə dar nərdivanda kiminsə addımlarının səsini eĢitdi. KiĢi addımları deyildi:
Makiçernin axĢam toranında arabada kilsəyə – presviterian kilsəsinə deyil, yaxınlıqda, üç mil
aralıda yerləĢən kilsəyə – səhərki hadisələr üçün üzr duası oxumağa getdiyini çoxdan eĢitmiĢdi.
BaĢını çevirmədən missis Makiçernin pilləkənlə necə ağır-ağır, hıqqına-hıqqına yuxarı
qalxdığına qulaq verdi. Sonra çarpayısına yaxınlaĢdığını hiss etdi. Ona tərəf baxmırdı, amma çox
keçmədən qadının kölgəsi qarĢıdakı divara düĢdü, göründü və o, missis Makiçernin əlində nəsə
gətirdiyini gördü. Məcməyi idi, içində yemək vardı. Qadın məcməyini çarpayının üstünə qoydu.
O isə bir dəfə də olsun qadına tərəf baxmadı. Yerindən tərpənmədi. “Co”, – qadın dedi. O
tərpənmədi. “Co”, – qadın yenə dedi. Oğlanın gözlərinin açıq olduğunu gördü. Amma əlini ona
toxundurmadı.
– Mən ac deyiləm, – oğlan dedi.
Missis Makiçern yerindən tərpənmədi. Əlini önlüyünün altına soxub durmuĢdu. Elə bil, o
da ona baxmırdı. Elə bil, üzünü çarpayının üstündən divara tutmuĢdu. “Bilirəm nə fikirləĢirsən.
Yox. Sənə yemək gətirməyi o deməyib. Özüm bu barədə fikirləĢdim. Onun xəbəri yoxdu. Bu