92
Sonra o, evdəydi. Bəlkə də, evə qayıdan kimi onu cəzalandıracaqlarını gözləyirdi; hansı
cinayətə görə – bunu heç öyrənmək niyyətində də deyildi, zira çoxdan əxz etmiĢdi ki, uĢaqlar
böyükləri böyük kimi qəbul edə bilsələr də, böyüklər uĢaqları böyük kimi qəbul etməkdən baĢqa
heç nəyə qabil deyillər. O artıq diĢ məcunu əhvalatını unutmuĢdu. Bir ay bundan əvvəl hər
dəqiqə özünü diyetçı tibb bacısının gözünə soxmağa çalıĢdığı kimi, indi ondan qaçmağa, onun
gözünə görünməməyə çalıĢırdı. Bu iĢə o qədər aludə olmuĢdu ki, səbəbi tamam yadından
çıxmıĢdı və tezliklə o gecəki səfəri də unutdu; zira bu iki hadisənin bir-birilə əlaqəli olduğunu o,
heç vaxt bilməyəcəkdi. O gecəki səfəri arabir dumanlı, qarmaqarıĢıq xatırlayırdı. Və bu
təsadüfən qazanxananın qapısına baxanda, həmiĢə orda oturub ona göz qoyan, indi isə həmiĢəlik
və bu evi tərk edənlərin adətinə uyğun olaraq heç bir iz qoymadan, hətta hörmə kətili belə
qapının ağzında saxlamadan yox olan kiĢini yadına salanda olurdu. Bu adamın hara yox olduğu
da onu maraqlandırmırdı, bu heç onun ağlına da gəlmirdi.
Bir axĢam onlar sinfə girib onu ordan çıxardılar. Ġki cavan qız – diyetaçı tibb bacısı onların
arasında yox idi – onu hamama apardılar, çimizdirdilər, əyninə təmiz kombinezon geyindirdilər,
yaĢ saçlarını yaxĢı-yaxĢı daradılar, sonra isə müdirənin kabinetinə gətirdilər. Orda bir kiĢi
oturmuĢdu, yad idi. O, bu kiĢiyə baxan kimi, müdirə ağzını açmağa macal tapmamıĢ hər Ģeyi
baĢa düĢdü. Bəlkə də, yaddaĢ bilirdi, bilgi xatırlamağa baĢlamıĢdı; bəlkə də, arzusu dilə gəlmiĢdi;
zira hər əlacsızlıqda bir ümid görməyi öyrənmək üçün beĢ yaĢ hələ çox az idi. Bəlkə də o, dərhal
qatardakı səfəri və yeməyi xatırladı, çünki hətta yaddaĢ da bundan uzağa gedə bilməzdi. “Cozef,
– müdirə dedi, – sən kəndə getmək, orda yaxĢı adamlarla bir yerdə yaĢamaq istərdinmi?
Əynində
təzə kombinzon, qulaqları, sifəti ucuz sabunla yuyulmuĢ, qaba əl-üz dəsmalı ilə
sürtülməkdən qıpqırmızı qızarmıĢ halda, od tutub yana-yana dayanıb yad adama qulaq asırdı. O
adama bircə dəfə baxdı və qarĢısında qalın qəhvəyi saqqallı, saçları çoxdan olmasa da qısa
kəsilmiĢ, iri, cantaraq bir kiĢi gördü. Saqqal da, saçlar da cod, gur idi, onlarda bir dənə də olsun,
ağ tük görünmürdü, sanki, sifətinə yazılmıĢ qırxdan çox yaĢın onlara heç bir təsiri olmamıĢdı.
Açıq rəngli, soyuq gözləri vardı. Tünd-qara rəngli, zabitəli kostyum geyinmiĢdi. Qara Ģlyapası
dizinin üstündəydi, təmiz kor-kobud əl onu, bu yumĢaq parçanı belə ovcunun içində bərk-bərk
sıxaraq tutub saxlamıĢdı. Jiletinin üstündən ağır, gümüĢü saat zənciri sallanırdı. Ġri, qara
ayaqqabıları döĢəmənin üstündə yan-yana dayanmıĢdı; onları əllə sürtüb parıldatmıĢdılar. Hətta
beĢ yaĢında uĢaq belə, baxan kimi bu adamın tütün çəkmədiyini və baĢqalarının da çəkməsinə
dözmədiyini dərhal anlayardı. Ancaq uĢaq ona baxmırdı – gözlərindən çəkinirdi.
Lakin bu adamın soyuq, iti, qəsdən olmasa da, zəhmli baxıĢını öz üzərində hiss edirdi. Bu
cür baxıĢla o, bir atı, yaxud iĢlənmiĢ bir kotanı yoxlaya bilərdi, çünki onu hökmən alacağını,
buna görə də onda bir qüsur tapacağını hökmən əvvəlcədən bilirdi. Səsi ağır, hökmlü və
ləngərliydi və o, dediklərinə diqqətlə, heç olmasa, dinməzcə qulaq asılmasını tələb edən adamın
93
səsinə bənzəyirdi. “Deməli, siz onun əsli-kökü barədə ya bundan artıq heç nə deyə bilmirsiniz,
ya da demək istəmirsiniz”.
Müdirə ona baxmadı. Onun eynək ĢüĢələrinin arxasından baxan gözləri həlməĢik yeməyin
suyu kimi bulanıq idi – ən azı, bu anda. Dərhal, hətta həddindən artıq tez cavab verdi:
– Biz burda uĢaqların əslini, kökünü axtarmaqla məĢğul olmuruq. Əvvəl də dediyim kimi,
onu beĢ il iki həftə bundan qabaq yeni il gecəsində, pilləkənlərin üstündə tapıblar. Əgər əsil-kök
sizin üçün bu qədər vacibdirsə, onda, ümumiyyətlə, övladlığa uĢaq götürməsəniz yaxĢıdır.
– Mən o cür demək istəmirdim, – yad adam etiraz etdi. Ġndi onun səsi azca yumĢalmıĢdı.
Öz əqidəsindən bir misqal da olsun, geri çəkilmədən bir andaca üzrxahlıq etməyi bacardı. – Elə
bilirəm, miss Atkinsonla da (diyetaçı tibb bacısının soyadı beləydi) söhbət eləməliyəm, çünki bu
barədə Ģəxsən onunla yazıĢmıĢam.
Müdirə yenə də ona soyuq, bir an belə gecikmədən, az qala o, sözünü bitirməyə macal
tapmamıĢ cavab verdi:
– Mən həm bu uĢaq, həm də bizim digər uĢaqlar barədə sizə, yəqin ki, miss Atkinsondan az
məlumat vermərəm, çünki miss Atkinsonun burda rəsmi vəzifəsi yalnız mətbəx və yeməkxana
iĢlərilə məhdudlaĢır. Sadəcə, elə alındı ki, bu məsələylə bağlı sizinlə yazıĢmalarımızda katibəlik
etməyə o özü məmnuniyyətlə razılıq verdi.
– Bunun elə bir əhəmiyyəti yoxdu, – yad adam dedi. – Elə bir əhəmiyyəti yoxdu. Sadəcə,
fikirləĢirdim ki...
– Nə fikirləĢirdiniz? Biz heç kimi bizdən uĢaq götürüb saxlamağa məcbur etmirik, elə
uĢaqları da öz iradələrinin əksinə olaraq – əgər bunun üçün ciddi dəlilləri varsa – harasa getməyə
zorla məcbur eləmirik. Bu, elə bir məsələdir ki, tərəflər onu öz aralarında həll etməlidirlər. Biz
yalnız məsləhət görürük.
– Hə, hə, – yad adam dedi. – Yenə də deyirəm, bunun elə bir əhəmiyyəti yoxdu. ġübhə
etmirəm ki, bu körpə bizə öyrəĢəcək. O mənim və missis Makiçernin Ģəxsində özü üçün yaxĢı bir
ailə tapacaq. Biz artıq o qədər də cavan deyilik, sakit, dinc yaĢamağı xoĢlayırıq. O bizdə havayı
yeyib, avara həyat sürməyəcək. ĠĢi də o qədər çox olmayacaq, özü üçün nə qədər faydalıdır, o
qədər iĢləyəcək. Heç Ģübhəm yoxdur ki, öz mənĢəyinə baxmayaraq o, bizim yanımızda Allah
qorxusu altında, avaralığa, fani Ģeylərə qarĢı ikrah hissilə böyüyəcək.
Beləliklə, iki ay bundan əvvəl diĢ məcunu ilə imzalanan borc öhdəliyinə, axır ki, xitam
verildi və o öhdəliyi hələ də xatırlamayan borc sahibi indi təmiz at çuluna bürünmüĢ halda,
dekabr ala-toranında buz bağlamıĢ çala-çuxurlarla irəliləyən arabada bapbalaca, biçimsiz,
tərpənməz bir əĢya kimi oturub qalmıĢdı. Bütün günü yol getdilər. Günorta kiĢi içərisində üç gün
bundan əvvəl hazırlanmıĢ kənd xörəyi olan karton qutunu oturacağın altından çıxarıb onu
yedizdirdi. UĢaqla yalnız indi danıĢdı. Qamçını ovcunun içində sıxıb saxladığı əlcəkli əliylə