Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə44/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   40   41   42   43   44   45   46   47   ...   192

 

90 


çırpıb.  Və,  sanki,  yalnız  onda  onu  –  çırpılan  dəmir  darvazanın  arxasında  yox  olduğu  anda 

məğrurlaĢan, getdikcə kiçilərək deyil, nəsə adsız, əsrarəngiz bir Ģey içərisində qürub Ģəfəqi kimi 

əriyib  yox  olan  silueti  gördü.  Onun  bu  cür  yox  olanlar  arasında  nə  birinci,  nə  də  axırıncı 

olmadığını  öyrənənəcən  bir  il  vaxt  keçdi.  Təzə  donda,  yaxud  təzə  kombinezonda,  səliqəylə 

bükülüb bağlanmıĢ kiçik, bəzən hətta ayaqqabı qutusundan da xırda bağlamalarla birlikdə həyət 

darvazasının cırıltısı arxasında itib yox olan təkcə Alisa deyildi, baĢqaları da vardı. Elə güman 

etdi ki,  indi onun da baĢına məhz bu iĢ gəlir. DüĢündü ki, onların heç bir iz qoymadan belə necə 

yoxa  çıxdıqları  indi  ona  aydın  olur.  Elə  bildi  ki,  onları  da  bu  cür  zülmət  gecədə  qucaqda 

aparıblar. 

Hiss etdi ki, qapıya  az qalıb. Qapı lap yaxındaydı; onu aparan adamın dinib-danıĢmadan, 

ifrat  ehtiyatla  hələ  neçə  gözəgörünməz  pillə  onunla  birlikdə  aĢağı  düĢəcəyini  dəqiq  bilirdi. 

Yanağında  o  adamın  sakit,  ağır,  ilıq  nəfəsini,  kürəyində  isə  gərilmiĢ,  qaxac  kimi  qıclaĢmıĢ 

qollarını və onun paltarlarının qaranlıqda tələm-tələsik, necə gəldi içinə yığıldığı bağlamanı hiss 

edə  bilirdi.  Adam    dayandı.  O,  aĢağı  əyiləndə  uĢağın  ayaqları  havada  qövs  cızaraq  döĢəməyə 

düĢdü və barmaqları dəmir kimi soyuq taxtaya dəyəndə üzüyuxarı qatlandı.  “Dayan,”  –  adam 

dedi. Yalnız bu vaxt uĢaq onun kim olduğunu baĢa düĢdü. 

Onu  dərhal  tanıdı  və  təəccüblənmədi.  Yalnız  müdirə  bu  uĢağın  bu  adamı  nə  qədər  yaxĢı 

tanıdığını bilsəydi təəccüblənə bilərdi. UĢaq onun adını bilmirdi və Ģüurlu məxluqa çevrildiyi son 

üç  il  ərzində  onlar  bir-birilə  heç  yüz  kəlmə  belə  kəsməmiĢdilər.  Amma  o,  sanki,  onun  üçün  – 

Alisa  adlı  qız  da  daxil  –  ətrafındakı  bütün  insanlar  arasında  ən  yaxın  adam  idi.  Hətta  üç 

yaĢındaykən uĢaq özü ilə bu adam arasında dilə gətirilməsinə ehtiyac belə duyulmayan bir əlaqə 

olduğunu hiss etmiĢdi. Bilirdi ki,  həyətdə oynayanda bu adam qazanxananın qapısı ağzında öz 

kətilində əyləĢib ona baxır, diqqətlə, sayıqlığını bir an belə itirmədən onu gözdən qoymur. Əgər 

yaĢı bir az böyük olsaydı, düĢünərdi O mənə nifrət edir, məndən qorxur. O qədər bərk qorxur ki, 



gözünü bir an üstümdən çəkə bilmir  Yenə o yaĢda, amma söz ehtiyatı bir az zəngin olsaydı, ayrı 

cür  düĢünə bilərdi Bax elə buna görə mən başqalarından fərqliyəm; çünki o bütün günü gözünü 



məndən  çəkmir    Amma  bu  vəziyyətlə  barıĢdı.  Elə  buna  görə  də  gecə  vaxtı  onu  öz  yatağından 

yuxulu-yuxulu  götürüb  aĢağı  düĢürən  bu  adamı  tanıyanda  təəccüblənmədi;  qapının  ağzında, 

zülmət  və  soyuq  qaranlıqda  həmin  adam  ayaq  saxlayıb  paltarlarını  geyinməkdə  ona  kömək 

edəndə  isə,  yəqin  ki,  bunu  düĢünərdi  O  mənə  o  qədər  dərindən  nifrət  edir  ki,  başıma  gələcək 



hansısa bir hadisənin qarşısını almağa çalışır 

Tir-tir əsə-əsə, bacardığı qədər tələsə-tələsə dinməzcə geyindi; onun xırda paltarlarını tapıb 

seçərkən  hər  ikisi  bəzən  nəyisə  dəyiĢik  saldılar,  amma  birtəhər  geyinib  qurtardı.  “Bu  da 

çəkmələrin, – kiĢi yenə də güclə eĢidilən pıçıltıyla dedi. – Al!” UĢaq onları geyinə bilmək üçün 

soyuq  döĢəməyə  oturdu.  Ġndi  kiĢi  ona  toxunmurdu.  Amma  uĢaq  onun  da  aĢağı  əyilib,  nəyləsə 



 

91 


əlləĢdiyini  eĢitdi,  hiss  etdi.  “O  da  öz  ayaqqabılarını  geyinir,”  –  o  düĢündü.  KiĢi  bir  az  özüylə 

əlləĢdikdən sonra belindən yapıĢıb onu ayağa qaldırdı. UĢaq çəkmələrinin bağını bağlamamıĢdı. 

Onları  necə  bağlamağı  hələ  öyrənməmiĢdi.  Çəkmələrini  bağlamadığını  kiĢiyə  demədi. 

Ümumiyyətlə, səsini çıxarmadı. Sadəcə, durub gözlədi və birdən onu nəsə iri bir paltara bükdülər 

–  iyindən  bildi  ki,  kiĢininkidir  –    sonra  yenə  yerdən  qaldırdılar.  Qapı  açıldı,  aralandı.  Təmiz, 

soyuq hava, küçə fənərlərinin iĢığı içəriyə soxuldu; o, küçə fənərlərini, çılpaq zavod divarlarını, 

göydəki ulduzların fonunda hündür, tüstüsü çıxmayan boruları gördü. Məftil hasar küçə iĢığında 

ac-yalavac  əsgər  sırasına  bənzəyirdi.  Kimsəsiz  oyun  meydançasından  keçib  gedərkən  onun 

ayaqları kiĢinin addımlarının təqtinə uyğun havada yellənir, çəkmələrinin bağları isə topuqlarını 

döyəcləyirdi. Nəhayət, onlar dəmir darvazaya çatdılar və həyətdən çıxdılar. 

Tramvayı  çox  gözləmədilər.  UĢaq  bir  az  böyük  olsaydı,  bu  adamın  vaxtı  nə  qədər  dəqiq 

hesabladığına  məəttəl  qalardı.  Amma  o,  heç  nəyə  fikir  vermədi,  heç  nəyə  təəccüblənmədi. 

Sadəcə,  çəkmələrinin  bağı  açıq  qalmıĢ,  dabanlarına  qədər  uzanan  kiĢi  paltosuna  bürünmüĢ, 

yumru gözləri geniĢ açılmıĢ, yuxusu sakit sifətindən tamam çəkilmiĢ halda yolayrıcında kiĢi ilə 

yanaĢı  dayanmıĢdı.  Tramvay  gəldi,  iĢıqlı  pəncərə  sırası  Ģaqqıldayıb  dayandı  və  onlar  ona 

minənəcən cığıldadı.  Vaqon, demək olar ki, bomboĢ idi; gecə saat üçə iĢləyirdi. KiĢi yalnız indi 

onun  çəkmələrinin  bağının  açıq  olduğunu  gördü,  əyilib  onları  bağladı,  uĢaq  isə  lal-dinməz 

ayaqlarını qabağa uzatdı, sakitcə dayanıb ona baxdı. Vağzal uzaqdaydı, uĢaq əvvəllər də bir dəfə 

tramvaya minmiĢdi, buna görə də onlar vağzala çatmamıĢ yuxu onu apardı. Ayılanda isə onlar 

artıq çoxdan qatardaydılar. Əvvəllər bir dəfə də olsun qatara minməmiĢdi, amma bunu heç kim 

hiss  edə  bilməzdi.  O,  tramvaydakı  kimi,  baĢdan-ayağa  kiĢi  paltosuna  bürünmüĢ  halda  –  bircə 

baĢı  və  ayaqları  görünürdü  –  lal-dinməz  oturub  pəncərədən  bayıra  –    təpəliklərə,  ağaclara, 

inəklərə baxırdı; o, onların pəncərənin önündən belə sürətlə ötüb keçdiyini heç vaxt görməmiĢdi. 

Onun  tam  ayıldığını  görən  kiĢi  qəzet  bükülüsündən  yemək  çıxardı.  Arasına  donuz  qaxacı 

qoyulmuĢ çörək idi. “Al”, – dedi. UĢaq çörəyi götürüb, pəncərədən baxa-baxa yeməyə baĢladı. 

Hətta  üçüncü  gün,  polislər  gəlib  onu  və  kiĢini  götürüb  aparanda  da  o,  bir  kəlmə  demədi, 

azacıq da olsun, buna təəccüblənmədi. Ġndi onların qaldıqları ev o gecə tərk etdikləri evdən heç 

nəylə  fərqlənmirdi:  baĢqa  adları  olan  eyni  uĢaqlar,  baĢqa  cür  iy  verən  eyni  böyüklər;  o  evi  nə 

üçün  tərk  etdiklərini  bilmədiyi  kimi,  burda  niyə  qala  bilmədiklərinin  də  səbəbini  anlaya 

bilməzdi.  Bəlkə  də,  geri  qayıtdığını  baĢa  düĢürdü;  bəlkə  də  öz  uĢaq  fəhmilə  kiĢinin  baĢa 

düĢmədiyini lap əvvəldən baĢa düĢmüĢdü: daha bu cür davam etməyəcək, davam edə də bilməz. 

Və  yenə  də  qatarda  pəncərədən  boylanıb  –  amma  bu  dəfə  əks  tərəfdə,  əks  istiqamətdə  –  eyni 

təpəliklərə,  eyni  ağaclara,  eyni  inəklərə  tamaĢa  etdi.  Polis  ona  yemək  verdi.  Yenə  də  arasına 

donuz  qaxacı  qoyulmuĢ  çörək  idi,  amma  bu  dəfə  onu  qəzet  bükülüsündən  çıxarmadılar.  UĢaq 

buna fikir verdi, amma heç nə demədi, bəlkə də, heç bu barədə düĢünmədi də.  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə