Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə43/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   39   40   41   42   43   44   45   46   ...   192

 

88 


fərqinə vara bilmir. UĢaqlarda, bir də o gözətçi kimi qoca adamlarda... Bax, buna görə də uĢaqlar 

həyətdə oynayanda o, həmiĢə  qapının ağzında otururmuĢ: o uĢağa göz qoymaq üçün. Bəlkə də, 

bunu uĢaqların ona “zənci” deməsindən baĢa düĢüb. Bəlkə də, onlardan da qabaq, lap əvvəldən 

bilirmiĢ. Xatırlayırsınızsa, onlar, demək olar ki, eyni vaxtda bura gəliblər. Onun burada iĢlədiyi 

heç bir ay deyildi, o gecə... yeni il axĢamı... yadınızdadır,  Çar... o uĢağı pilləkəndə tapmıĢdılar. –  

Tibb bacısı özündən yaĢca böyük qadının pərt, çaĢqın baxıĢlarından gözünü çəkmədən rahatca, 

dili  topuq  vurmadan  danıĢırdı.  Müdirə  onun  gözlərinin  içinə  elə  diqqətlə  baxırdı  ki,  sanki, 

onlardan ayrıla bilmirdi. O isə müdirəyə heç nə olmayıbmıĢ kimi, sakitcə baxırdı. – Bir neçə gün 

qabaq  onunla  söhbət  eləmiĢdik,  mənə  o  uĢaq  haqqında  nəsə  demək  istəyirdi;  nəsə  deməyə 

çalıĢırdı, istəyirdi ki, mən onu kiməsə deyim, axırda, bəlkə də,  əsəbi davam gətirmədi, qorxdu, 

ona  görə  də  deməyi  lazım  bilmədi,  mən  də  çıxıb  getdim...    Bu  söhbəti  elə  ordaca  unutdum. 

Tamam ağlımdan çıxdı, amma indi... –  Səsi qırıldı. Gözünü müdirəyə zillədi, öz sifəti isə birdən 

iĢıqlandı, sanki,  nəsə qəfil yadına düĢdü;  heç kim deyə bilməzdi ki, o bunu bicliklə elədi, yoxsa 

yox. – Aa-a, elə ona görə...Ġndi baĢa düĢdüm nəyə görə. Onlar getməmiĢdən, itməmiĢdən bir gün 

əvvəl  bilirsiniz  nə  oldu?  Dəhlizdəydim,  öz  otağıma  gedirdim,  –  söhbətimiz  də  elə  o  gün 

olmuĢdu, mənə nəsə demək istəmiĢ, sonra da fikrini dəyiĢmiĢdi, – birdən qabağıma çıxdı, məni 

saxladı;  o  da  yadımdadır  ki,  buna  çox  təəccüb  qaldım,  axı  mən  onu  heç  vaxt  binaya  girən 

görməmiĢdim. Və o dedi... Anormal kimi danıĢırdı, elə anormal da görkəmi vardı. Qorxdum, elə 

bərk  qorxdum  ki,  yerimdən  tərpənə  bilmədim,  axı  yolumu  da    kəsmiĢdi...  dedi  ki,  “Sən  ona 

dedin?” Mən dedim: “Kimə dedim?  Nəyi dedim?” Onda baĢa düĢdüm ki, sizdən danıĢır: bilmək 

istəyir ki, o uĢaq haqqında mənə nəsə demək istədiyini sizə demiĢəmmi.  Nə  istəyirdi, mən sizə 

nəyi  deməliydim  –  baĢa  düĢmədim,  qorxudan  qıĢqırmaq  istəyirdim  ki,  dedi:  “  O,  əgər  bundan 

xəbər  tutsa,  neyləyəcək?”    Bilmirdim  nə  cavab  verim,  yaxamı  ondan  necə  qurtarım,  çaĢıb 

qalmıĢdım, elə bu vaxt dedi: “Deməyə bilərsən. Mən özüm bilirəm neyləyəcək. O bilsə, bu uĢağı 

zənci yetimxanasına göndərəcək”. 

– Zənci yetimxanasına? 

 

 Özüm də bilmirəm, necə olub ki, biz bu vaxta qədər bunu baĢa düĢməmiĢik. Təkcə onun 



sifətinə,  gözlərinə,  saçlarına  baxmaq  kifayət  idi.  Onu  elə  ora  da  göndərmək  lazımdır,  düz 

demirəm? 

Müdirənin  solğun,  əndiĢəli  gözləri  eynək  ĢüĢələrinin  arxasından  qaçaraq,  həlməĢik 

yeməyin  suyu  kimi  qatılaĢmıĢ,  bulanıq  baxıĢlarla  baxırdı,  sanki,  o  bu  gözləri  öz  fiziki 

imkanlarının  xaricində  olan  bir  Ģeyi  görməyə  zorlamağa    çalıĢırdı.  –  Bəs  onda  uĢağı  nə  üçün 

burdan aparmaq istəyib?   

– Nə deyim?! Əgər Ģəxsən mənim fikrimi bilmək istəyirsinizsə, məncə o, anormal adamdı, 

dəlidi.  KaĢ  siz  o  ax...  o  gün  onu  dəhlizdə  görəydiniz.  Əlbəttə,  ağ  uĢaqlarla  bir  yerdə  bu  qədər 




 

89 


yaĢadıqdan, böyüdükdən sonra zənci yetimxanasına düĢmək o uĢaq üçün çox ağır olacaq. Onun 

günahı deyil ki,  zəncidi.  Ancaq  heç  bizim də günahımız deyil...  – Müdirənin üzünə  baxa-baxa 

susdu. Müdirənin gözləri eynək  ĢüĢələri arxasında hələ də  qaçaraq, solğun, ümidsiz görünürdü, 

ağzını  açıb  nəsə  demək  istəyəndə  dodaqları  səyridi.  Sözləri  də  ümidsizdi,  amma  kifayət  qədər 

inandırıcı, kifayət qədər aydın idi. 

– Biz ona bir yer tapmalıyıq. Özü də dərhal. Kimlər bizə müraciət edib? Siz bir o qovluğu 

mənə verin... 

 

UĢaq  yuxudan ayılanda onu  harasa aparırdılar.  Ətraf zülmət qaranlıq  və  hava  soyuq  idi; 



kimsə –  lal-dinməz, addımlarını ifrat dərəcədə ehtiyatla atan bir adam onu qucağında pilləkənlə 

aĢağı düĢürürdü. Onu qucaqda saxlayan iki qoldan birilə bədəni arasına bir bağlama sıxılmıĢdı; 

bildi ki, bu onun paltarlarıdır. Nə qıĢqırdı, nə də səsini çıxartdı. Harada olduğunu arxa pilləkənin 

iyindən, havasından anladı: pilləkən, özünü xatırladığı vaxtdan bəri yatdığı otağın – ondan baĢqa 

bu  otaqda  daha  qırx  uĢağın  çarpayısı  vardı  –  arxa  qapısından  aĢağı  düĢürdü.  Onu  qucağında 

aparan adamın – yenə də iyindən – kiĢi xeylağı olduğunu anladı. Ancaq cınqırını da çıxarmadı, 

yuxuda olduğu kimi tərpənməz, süst halda uzanıb qaldı, gözəgörünməz qolların üstündə, sanki, 

havada  üzürmüĢ  kimi,  yavaĢ-yavaĢ  aĢağıya,  oyun  meydançasına  açılan  arxa  qapıya  doğru 

irəlilədi. 

Onu  aparanın  kim  olduğunu  bilmirdi.  Bundan  narahat  deyildi,  çünki  ona  elə  gəlirdi  ki,  

hara  aparıldığını  bilir.  Daha  doğrusu,  nə  üçün  aparıldığını.  Amma  hara  aparırdılar  –  bundan 

narahat deyildi. Çünki iki il əvvəl belə bir hadisənin  Ģahidi olmuĢdu; onda üç yaĢı vardı. Bir gün 

on iki yaĢlı Alisa adlı qız onların arasından yoxa çıxdı. O qızdan xoĢu gəlirdi; bəlkə də, elə buna 

görə o qızın ona, bir növ, dayəlik etməsinə görə razı olmuĢdu; bəlkə də, əksinə – elə buna görə 

ondan  xoĢu  gəlirdi.  Onun  gözündə  bu  qız  böyük,  demək  olar  ki,  onu  yedizdirən,  çimizdirən, 

yatızdıran qadınlar kimiydi, bircə fərqi vardı ki, o onun düĢməni deyildi və heç vaxt da olmadı. 

Bir  gecə    onu  yuxudan  oyatdı.  VidalaĢmaq  istəyirdi,  amma  o  bunu  baĢa  düĢmədi.  Yuxulu,  bir 

qədər  də  hirsliydi,  əməlli-baĢlı  ayıla  bilməmiĢdi,  bu  da  qızın  xətrinə  dəydi,  çünki  özü  onunla 

həmiĢə mehriban olmağa çalıĢmıĢdı. Qızın nə üçün ağladığını da baĢa düĢmədi, zira bilmirdi ki, 

böyüklər  də  ağlayar,  bunu  bildiyi  vaxt  gəlib  çatanda  isə  yaddaĢı  o  qızı  çoxdan  unutmuĢdu.  Nə 

isə, qızın xətrinə dəydi, sonra yuxuya getdi, səhər tezdən isə bir daha onu görmədi. Yox olmuĢdu 

– izi, hətta köhnə paltarı belə qalmamıĢdı, həmiĢə yatdığı çarpayını isə indi təzə bir oğlan uĢağı 

tutmuĢdu. Onun  hara getdiyini  heç cür anlaya  bilmədi. Elə  həmin gün, Alisanı  yola hazırlamıĢ 

olan bir neçə yaĢca böyük qızın xəlvətcə, qısıq səslə, bəy evinə aparılacaq gəlini bəzəyən qızlar 

kimi  təngnəfəs  təzə  dondan,  təzə  ayaqqabıdan,  onu  aparan  faytondan  danıĢdıqlarını    eĢitdi. 

Yalnız onda anladı ki, o, həmiĢəlik gedib – məftil hasarın dəmir darvazasını öz ardınca birdəfəlik 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə